Məhkəmə qərarları › İş №2-1(120)-3046/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3046/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3046/2024 07.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mərhum X3 xx.xx.1994-cü ildə Ağcabədi rayonu, Minaxorlu kəndində erməni işğalçılarının atdığı mərmidən həlak olmasını nəzərə alıb ona “mülki şəhid” statusunun verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı “mərhum X3 xx.xx.1994-cü ildə Ağcabədi rayonu, Minaxorlu kəndində erməni işğalçılarının atdığı mərmidən həlak olmasını nəzərə alıb ona “mülki şəhid” statusunun verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Minaxorlu kəndində yaşamış, mərhum anasım X3 14 aprel 1994-cü ildə Ağcabədi rayon Minaxorlu kəndinə erməni işğalçılarının atdığı mərmidən faciəli şəkildə həlak olmuş və Ağcabədi rayon Minaxorlu kənd qəbristanlığında dəfn edilmişdir. Belə ki, mərhum anası X7 1947-ci ildə mərhum X1 ilə ailə qurmuş və ailə üzvləri ilə birlikdə daima Ağcabədi rayon Minaxorlu kəndində yaşamışdır. X1 18 oktyabr 2001-ci ildə vəfat etmişdir. Onların yaşadığı kənd əvvəllər işğal altında olmuş Xocavənd və Ağdam rayonları ilə yaxın olduğundan 1992-ci ildən başlayaraq ermənilər tərəfindən onların kəndi və yaxın kəndlər top və mərmi atəşinə məruz qalmış, kənddə dağıntı və tələfata səbəb olmuşdur. 14 aprel 1994-cü ildə anası Abuzər öz yaşadığı həyətdə olan zaman qonşu həyətə mərmi düşmüş və anası baş və bədənin müxtəlif yerlərindən xəsarətlər alaraq vəfat etmişdir. Anasının mərmi atılması nəticəsində ölməsinə bütün kənd şahiddir. Lakin anası X7 ermənilərin atdığı mərminin partlaması nəticəsində həlak olsa da ona hazıra kimi “Mülki Şəhid” statusu verilməmişdir. Bununla əlaqədar mərhum anası X3 14 aprel 1994-cü ildə Ağcabədi rayon Minaxorlu kəndinə erməni işğalçılarının atdığı mərmidən ölməsi ilə əlaqədar ona “Mülki Şəhid” statusu verilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin İcra Hakimiyyətindən müraciətinə cavabında, Ağcabədi rayon Dövlət Arxivindən rayon İH-nə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda 1990-2017-ci illəri əhatə edən dövrdə Cavabdeh sərəncamlar kitabında “Mülki Şəhid” statuslu şəxslər barədə qeydiyyat aşkarlanmadığı və həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bu barədə İH-nin ona göndərdiyi 04 oktyabr 2023-cü il tarixli məktubu ərizəyə əlavə edilmişdir. Hesab edir ki, mərhum anası X3 14 aprel 1994-cü ildə Ağcabədi rayon Minaxorlu kəndinə erməni qəsbkarlarının atdığı mərmidən ölməsi ilə əlaqədar ona “Mülki Şəhid” statusu verilməsi öhdəliyi Cavabdeh Başçısı Aparatının üzərinə qoyulmalıdır. Belə ki, mərhum anası X3 ölümünə dair Ağcabədi rayon Arasbar kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 15 nömrəli ölüm akt qeydindən görünür ki, mərhum anası X7 erməni işğalçılarının atdığı mərmidən vəfat etmişdir. Anasının həqiqətən erməni işğalçılarının atdığı mərmidən vəfat etməsi Ağcabədi rayon Minaxorlu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən də təsdiq olunur. Həmçinin bu barədə kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş aktı da ərizəyə əlavə etmişdir. Lakin anasının ölüm haqqında şəhadətnaməsini Cavabdeh Başçısı Aparatına təqdim etsə də, cavabdeh orqan mərhum anası X5 mülki şəhid statusu verməkdən imtina etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq mərhum anası X3 14 aprel 1994-cü ildə Ağcabədi rayon Minaxorlu kəndinə erməni işğalçılarının atdığı mərmidən həlak olmasını nəzərə alıb ona “Mülki Şəhid” statusu verilməsi öhtəliyinin Cavabdeh Başçısı Aparatının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 şifahi məhkəmə iclasında izahatında, iddia tələbini qəbul etdiyini, işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan xx.xx.2023-cü il tarixli, xx/xx-2892/69 nömrəli arayışdan görünür ki, X4 ilə X7 xx.xx.1947-ci ildə nikaha daxil olmuşdur. İşdə olan xx.xx.2017-ci il tarixli, 713 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1971ci il tarixdə Ağcabədi rayonu, Minəxorlu kəndində anadan olmuş, ata qrafasında X2 adı, ana qrafasında X3 adı qeyd edilmişdir. İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İşdə olan xx.xx.2017-ci il tarixli, 719 nömrəli arayışdan görünür ki, X7 xx.xx.1994-cü il tarixdə erməni işğalçılarının atdığı mərmi nəticəsində vəfat etmişdir. İşdə olan Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 07 nömrəli arayışından görünür ki, İddiaçı olan Ağcabədi rayonu, Minəxorlu kəndində yaşayır. İşdə olan Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, 14 aprel 1994-cü il tarixdə Ağcabədi rayon, Minəxorlu kəndinə erməni işğalçıları tərəfindən mərmi atılmış və nəticədə Ağcabədi rayon, Minəxorlu kənd sakini 1929-cu il təvəllüdlü X8 bədənin müxtəlif yerlərindən aldığı xəsarətlər nəticəsində faciəli şəkildə həlak olmuşdur və Ağcabədi rayon, Minəxorlu kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 14 aprel 1994-cü il tarixdə erməni işğalçılarının atdığı mərmi nəticəsində X8 həmin tarixə kimi Minəxorlu kəndində yaşamış və Minəxorlu kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13- 348/2024 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1994-cü il tarixli, 15 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1994-cü il tarixdə erməni işğalçılarının atdığı mərmi nəticəsində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 2-2/1-Q-6047/1-11/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığınız, 14 aprel 1994-cü il tarixdə ermənilərin atdığı mərminin Ağcabədi rayonunun Minəxorlu kəndində yerləşən evinizin həyətinə düşərək partlaması nəticəsində ananız X3 ölməsi faktı ilə bağlı 1994-cü ildə başlanmış cinayət işi üzrə araşdırmanın nəticəsi barədə məlumatın Sizə verilməsi xahişi ilə bağlı olan 16 oktyabr 2023-cü il tarixli müraciətinizə Xüsusi istintaq şöbəsində baxılmışdır. Qeyd olunmalıdır ki, mərhum ananız X3 ölməsi faktı ilə bağlı Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsində cinayət işi istintaq olunmamış və material araşdırılmamışdır. Sözügedən hadisənin Ağcabədi rayonunda baş verdiyini nəzərə alaraq, Ağcabədi rayon prokurorluğuna müraciət etməyiniz tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikası Cavabdeh Başçısı Aparatının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-30/1-Q-109/2-055/2/2023 nömərli məktubunda qeyd edilmişdir ki, siz müraciətinizdə ananız X3 1994-cü ildə erməni işğalçıları tərəfindən atılmış mərmi nəticəsində vəfat etdiyini bildirərək ananızın “Mülki şəhid” olması barədə müvafiq sənədin sizə təqdim edilməsinə köməklik göstərilməsini xahiş etmisiniz. Bildiririk ki, müraciətinizlə bağlı tərəfimizdən araşdırılma aparılmışdır. Ağcabədi Rayon Dövlət Arxivindən rayon İcra Hakimiyyətinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda 1990-2017-ci illəri əhatə edən dövrdə Cavabdeh sərəncamlar kitabında “Mülki şəhid” statuslu şəxslər barədə qeydiyyat aşkarlanmadığı bildirilmişdir. Odur ki, mərhum ananız X3 “Mülki şəhid” statusuna aydınlıq gətirilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Xahiş edirik nəzərə alasınız. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər (bənd 1.2.4). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli, xx.xx.1999-cu il tarixli 35 nömrəli və xx.xx.2003-cü il tarixli 73 nömrəli Qərarlarına müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər, o cümlədən atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olmuş və Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008- ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Qərarında göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili orqanlarda xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşən şəxslər” müddəası təcrübədə qeyrimüəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsi tətbiq edilməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasını suvverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göndərilən şəxslərin həlak olması və Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması əsasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, 14 aprel 1994-cü ildə Ağcabədi rayon Minaxorlu kəndinə erməni işğalçılarının atdığı mərmi nəticəsində X3 həlak olması ilə Azərbaycan Respublikası azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə mövcuddur. Belə olan halda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası xx.xx.1993-cü il tarixli qanunun 1-ci maddəsinin tələbləri baxımından X3 “şəhid” adından məhrum edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğranda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailə üzvləri hesab edilir: ər-arvad, valideyin, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyyə olunanlar, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəbllərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli, 493 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 4.1-ci bəndinə görə hərbi qulluqçulara “şəhid” və “şəhid ailəsi” statusu qeydiyyatda olduqları hərbi komissarlıqlar tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının 1.2.4-cü maddəsinə əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı ( (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş şəxslər şəhid hesab edilirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının şəhid adının verilməsi mexanizmini tənzimləyən 4.1-ci bəndinə müvafiq olaraq, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Həmin bəndə görə, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qediyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir (4.2-ci bənd). Həmçinin, vurğulanmalıdır ki, qeyd olunan məsələ ilə bağlı səlahiyyətli orqanların qəbul etdiyi aktlarla razılaşmayan maraqlı şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X7 barəsində Ağcabədi rayon Qeydiyyat şöbəsinin tərtib etdiyi xx.xx.1994-cü il tarixli, 15 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1994-cü il tarixdə erməni işğalçılarının atdığı mərmi nəticəsində vəfat etmişdir. Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli aktı ilə müəyyən olunur ki, 14 aprel 1994-cü il tarixdə Ağcabədi rayon, Minəxorlu kəndinə erməni işğalçıları tərəfindən mərmi atılmış və nəticədə Ağcabədi rayon, Minəxorlu kənd sakini 1929-cu il təvəllüdlü X8 bədənin müxtəlif yerlərindən aldığı xəsarətlər nəticəsində faciəli şəkildə həlak olmuş və Ağcabədi rayon, Minəxorlu kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətini natamam araşdırmış, X3 başqa səbəbdən vəfat etməsini hər hansı sübuta əsaslanmadan imtina etmişdir. İş materialları ilə müəyyən olunur ki, Ağcabədi rayon Qeydiyyat şöbəsinin tərtib etdiyi xx.xx.1994-cü il tarixli, 15 nömrəli ölüm haqqında akt qeydi və Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının Minəxorlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli aktı ilə sübuta yetirilir ki, 14 aprel 1994-cü il tarixdə Ağcabədi rayon, Minəxorlu kəndinə erməni işğalçıları tərəfindən mərmi atılmış və nəticədə Ağcabədi rayon, Minəxorlu kənd sakini 1929-cu il təvəllüdlü X8 bədənin müxtəlif yerlərindən aldığı xəsarətlər nəticəsində faciəli şəkildə həlak olmuş və Ağcabədi rayon, Minəxorlu kənd qəbristanlığında dəfn edilmişdir. Cavabdeh inzibati orqan tərəfində aparılmış inzibati icraat zamanı və həmçinin məhkəmə icratı zamanı bu halları təkzib edən hər hansı əsas müəyyən edilməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, Cavabdeh üzərinə mərhum X3 xx.xx.1994-cü ildə Ağcabədi rayonu, Minaxorlu kəndində erməni işğalçılarının atdığı mərmidən həlak olmasını nəzərə alıb ona “mülki şəhid” statusunun verilməsi tələbinə dair İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, Cavabdeh üzərinə mərhum X3 xx.xx.1994-cü ildə Ağcabədi rayonu, Minaxorlu kəndində erməni işğalçılarının atdığı mərmidən həlak olmasını nəzərə alıb ona “mülki şəhid” statusunun verilməsi tələbinə dair İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar