Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-305/2025 11.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən ayrılmış 1,43 ha torpaq sahəsinin **********0019 nömrəli plan və ölçü sənədinin TEKUİS məlumatların yerləşmə vəziyyətinə uyğunlaşdırılaraq mərhum atam Dadayev Salimə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 64 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı nəzərə alınaraq mərhum atam X6 rayonu Mollakənd ərazisindən 15145 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Kürdəmir rayon İcra Hakimiyyəti və Kürdəmir rayon Mollakənd bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdurlar. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən ayrılmış 1,43 ha torpaq sahəsinin **********0019 nömrəli plan və ölçü sənədinin TEKUİS məlumatların yerləşmə vəziyyətinə uyğunlaşdırılaraq mərhum atam Dadayev Salimə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, məlum Özbəkistan hadisələri nəticəsində Kürdəmir rayonuna köçüb gəlmiş axıska türklərinin böyük əksəriyyəti rayonun Mollakənd və Qarabucaq kəndlərində məskunlaşmış, onlar mənzillə və sonradan həyətyanı torpaq sahələri ilə təmin olunmuşlar. 1997-1998-ci illərdə Mollakənd və Qarabucaq kəndlərində torpaq islahatı aparılarkən axıska türklərinin bu ərazilərdə daimi və ya müvəqqəti məskunlaşacaqları tam aydın olmadığından onların adları həmin kəndlərdə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısına daxil edilməmiş, bu səbəbdən də onlara torpaq payı verilməmişdir. Bu rayon və yerli aqrar islahatı komissiyalarının qərarlarında öz əksini tapmışdır. Lakin ərazidə adambaşına düşən pay torpaq normasına uyğun olaraq onların istifadəsinə torpaq sahəsi ayrılmış və onlar həmin torpaq sahələrindən istifadə edirlər. Axıska türkləri istifadə etdikləri torpaq sahələrinin digər Azərbaycan vətəndaşları kimi onların mülkiyyətinə keçirilməsini və onlara torpağa mülkiyyət hüququna dair sənəd verilməsini xahiş etmişdir. Bundan sonra Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 64 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Kürdəmir rayonunun Qarabucaq və Mollakənd kəndlərində məskunlaşmış axıska türklərinin həmin kəndlərdə torpaq islahatı aparılarkən onların istifadəsinə verilmiş torpaq sahəsinin mülkiyyətlərinə keçirilməsi və onlara torpağa mülkiyyət hüququna dair sənədlərin işlənməsinə köməklik göstərilməsi barədə müraciətləri nəzərə alınaraq Rayonun Qarabucaq və Mollakənd kəndlərində torpaq payı almaq hüququ olan axıska türklərinin ümumi siyahısı və püşk ardıcıllığı siyahısı təsdiq edilmiş, torpaq payı almaq hüququ olan axıska türklərini torpaq payı ilə təmin etmək məqsədi ilə əvvəllər ehtiyatda saxlanılmış torpaq sahələri orta torpaq pay norması nəzərə alınmaqla onların mülkiyyətinə verilmiş, torpaq payı almaq hüququ olan axıska türklərinin mülkiyyətinə torpaq sahəsinin verilməsinə və onlara torpağa mülkiyyət hüquqna dair sənədlərin işlənməsi müvafiq köməklik göstərilməsi Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 64 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı nəzərə alınaraq mərhum atası X6 rayonu Mollakənd ərazisindən 15145 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi uzun illərdir ki, onların istifadəsindədir. Qeyd etdiyi sahəsində kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması müvafiq çıxarışın olmaması səbəbindən mümkün olmamışdır. Ümumiyyətlə torpaqla bağlı heç bir sənədləşmə və digər işləri həyata keçirə bilmirlər. Mərhum atası Dadayev Səlimin qanun üzrə vərəsəsidir. Belə ki, qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və cavabdeh orqan orqan xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, ünvan 2 kəndində yerləşən 1.5145 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə təkrar imtinanın verilməsinə köməklik göstərilməsi ilə bağlı ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsində baxılmışdır. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, ünvan 2 kəndində yerləşən 1.5145 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması barədə Kürdəmir RİHB-nın xx.xx.2013-cü il tarixli, 64 nömrəli Sərəncamını, və Kürdəmir RİHB-nın xx.xx.2013-cü il tarixli, 64 nömrəli Sərəncamını əsasında ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş AN-466248 nömrəli torpaq sahəsinin planı və ölçüsünü sənəd əsas kimi təqdim etmişdir. Bununla bağlı bildiririk ki, ünvan 2 bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin ehtiyyat fond torpaq sahəsindən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə torpaq sahəsi ayrıla bilməz. Torpaq sahəsi bələdiyyə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alınaraq hərrac və müsabiqə yolu ilə yalnız icarəyə verilə bilər. Bu səbəbdən də ərizəsinin icrası mümkün olmamışdır. ünvan 2 kəndində yerləşən 1.5145 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alınmasından imtina edilərək xx.xx.2021-ci il tarixdə **********78 nömrəli imtina bildirişi göndərilmişdir. Cavabdeh orqanın imtinası tam qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 verdiyi izahatında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən ayrılmış 1,43 ha torpaq sahəsinin **********0019 nömrəli plan və ölçü sənədinin TEKUİS məlumatların yerləşmə vəziyyətinə uyğunlaşdırılaraq mərhum atam Dadayev Salimə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. Daşınmaz əmlak (torpaq sahəsi) isə Kürdəmir rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən ayrılmış 1,43 ha torpaq sahəsinin **********0019 nömrəli plan və ölçü sənədinin TEKUİS məlumatların yerləşmə vəziyyətinə uyğunlaşdırılaraq mərhum atam Dadayev Salimə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Kürdəmir rayonu İcra Hakimiyyətinin başçısının 02 may 2013-cü il tarixli, 64 saylı sərəncamın surətindən görünür ki, Kürdəmir rayonunun Qarabucaq və Mollakənd kəndlərində məskunlaşmış axıska türklərinin həmin kəndlərdə torpaq islahatı aparılarkən onların istifadəsinə verilmiş torpaq sahəsinin mülkiyyətlərinə keçirilməsi və onlara torpağa mülkiyyət hüququna dair sənədlərin işlənməsinə köməklik göstərilməsi barədə müraciətləri nəzərə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 kənd sakini X7 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə 15145 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 16 nömrəli arayışından görünür ki, Kürdəmir rayonun Mollakənd kəndində qeydiyyatda olan Dadayev Salim Rayonun Qarabucaq və Mollakənd kəndlərində məskunlaşmış və torpaq payı almaq hüququ olan axiski türklərinə torpaq payı verilməsi barədə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013cü il tarixli 64 nömrəli sərancamı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 806 nömrəli məktubundan görünür ki, İddiaçı Kürdəmir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş Dadayev Salim-dən ünvan 2 kəndi ünvanında miras qalmış əmlaka qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mərhum Dadayev Salimin adına həmin miras əmlaka dair hüquq müəyyən edici sənədin olmadığı üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Notariat ofisinə təqdim edilən sənədlərdən görünür ki, İddiaçı X2 üzrə vərəsəsidir. Yuxarıda göstərilənləri nəzərə alaraq həmin əmlakın mərhuma məxsus olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyəLhüquqlarını təsdiq edən sənədin və yüklülük arayışının verilməsinin mümkünlüyü məsələsinə baxılmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********69 nömrəli məktubundan görünür ki, ünvan 2 kəndində yerləşən 1.5145 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması barədə Kürdəmir RlHB-nm xx.xx.2013-cü il tarixli, 64 nömrəli Sərəncamını, və Kürdəmir RİHB-nın xx.xx.2013-cü il tarixli, 64 nömrəli Sərəncamını əsasında ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş AN-466248 nömrəli torpaq sahəsinin planı və ölçüsünü sənəd əsas kimi təqdim etmişdir. ünvan 2 bələdiyyəsinin mülkiyyətində olan bələdiyyənin ehtiyyat fond torpaq sahəsindən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə torpaq sahəsi ayrıla bilməz. Torpaq sahəsi bələdiyyə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alınaraq hərrac və müsabiqə yolu ilə yalnız icarəyə verilə bilər. Bu səbəbdən də ərizənizin icrası mümkün olmamışdır. ünvan 2 kəndində yerləşən 1.5145 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alınmasından imtina edilərək xx.xx.2021-ci il tarixdə **********78 nömrəli imtina bildirişi göndərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq sahəsi ilə bağlı hər hansı uyğunsuzluğun aradan qaldırılması müvafiq icra orqanları və məhkəmələr tərəfindən baxılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3188 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-1274/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli, 64 saylı sərəncamı sərəncamı əsasında tərtib edilmiş Dadayev Səlimə ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, **********0019 nömrəli kadastr planında göstərilən 15145 kv.m torpaq sahəsinin koordinatları ilə müəyyənləşən ərazinin döngə nöqtələri və koordinatları müəyyən edilmişdir. **********0019 nömrəli kadastr planında göstərilən 15145 kv.m torpaq sahəsinin koordinatları “koordinat sürüşməsi” ilə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid örüş, xüsusi mülkiyyətə aid əkin dövlət mülkiyyətinə aid əkin torpaqlarına düşür. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” na eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” na uyğun olaraq Kürdəmir rayonu ərazisində mövcud olan mülkiyyətçilərin, o cümlədən Dadayev Səlimə **********00019 nömrəli plan və ölçü sənədi ilə ayrılmış 1.51 ha torpaq sahəsinin sərhədləri müəyyənləşdirilmişdir. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********0019 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə verilmiş 1.51 ha torpaq sahəsi (faktiki 1.43 ha) Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə aid torpaqlar olaraq göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********0019 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” idarənin elektron məlumat bazasında təqdim edilən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında sənəd üzrə 1.51 ha, faktiki sahəsi 1.43 ha olaraq göstərilmişdir. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli, 64 saylı sərəncamı sərəncamı əsasında tərtib edilmiş Dadayev Səlimə ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, **********0019 nömrəli kadastr planında göstərilən 15145 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, **********0019 nömrəli plan və ölçü sənədində göstərilən 15145 kv.m torpaq sahəsinin koordinatları “koordinat sürüşməsi” ilə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid örüş, xüsusi mülkiyyətə aid əkin, dövlət mülkiyyətinə aid əkin torpaqlarına düşür. İddiaçının baxış zamanı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı Mollakənd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən, **********0019 nömrəli plan və ölçü sənədi ilə verilmiş 1.51 ha (faktiki 1.43 ha) torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı xüsusi mülkiyyətə verilmiş torpaqlar olaraq göstərilmişdir, (hər üç torpaq sahəsinin yerləşmə vəziyyəti mütəəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir). Qərardadın beşinci, altıncı, yeddinci və səkkizinci sualarlı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının baxış zamanı naturada göstərdiyi və faktiki əkin kimi istifadə etdiyi 1.51 ha torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı Mollakənd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir və uqodiyasına uyğun istifadə edilmir. **********0019 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən koordinatlarla müəttənləşən 15145 kv.m torpaq sahəsinin koordinatları “koordinat sürüşməsi” ilə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid örüş, xüsusi mülkiyyətə aid əkin, dövlət mülkiyyətinə aid əkin torpaqlarına düşür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında təsbit edilərək göstərilən **********0019 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə verilmiş 1.51 ha (faktiki 1.43 ha) torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşməsi mütəxəssis tərəfindən aşkar olunmamışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (əsllərini və təsdiq edilmiş surətlərini) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, torpaq sahəsinin koordinatlarının elektron məlumat bazasında yanlış qeyd edilməsi, elektron kadastr bazasında sözügedən uyğunsuzluqların mövcud olması əsası ilə inzibati orqan tərəfindən imtina olunsa da, məhkəmə müəyyən etmişdir ki, eləcə də qeyd edilən hallar iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Həmçinin imtina üçün əsas arqumentlərdən biri də torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmasıdır. Həmin hissə ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həllində əsas olan akt Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamıdır ki, həmin sərəncama nəzər yetirilən zaman Özbəkistan hadisələri nəticəsində Kürdəmir rayonuna köçüb gəlmiş axıska türklərinin daimi və ya müvəqqəti məskunlaşacaqları tam aydın olmadığından 1997-1998-ci illərdə Qarabucaq və Mollakənd kəndlərində torpaq islahatı aparılarkən onların adları həmin kəndlərdə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısına daxil edilmədiyindən, yerli aqrar islahatı komissiyalarının qərarlarında öz əksini tapmadığından və toplum tərəfindən ümumi narazıçılıqlara, müraciətlərə səbəb olduğundan qeyd edilən inzibati aktın qəbul edildiyi müəyyən edilir. Həmçinin qeyd edilən torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçü sənədi Dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü ildə 02 nömrə ilə qeydiyyatdan keçmiş və tərəfə bir nüsxəsi təqdim edilmişdir. Məhkəmə müəyyən edir ki, inzibati orqan tərəfindən qeyd edilən hallar iddiaçının təqsirindən baş verməmişdir və iddiaçı qeyd edilən sənədlərə etimad göstərmiş, 2013-cü ldən əldə etdiyi sənədlərə əsasən torpaq sahəsinə sahiblik etməyə başlamışdır. Eləcə də, müvafiq bələdiyyə tərəfindən bu günə kimi iddia tələbinə və inzibati akta etiraz etməsi barədə məhkəməyə hər hansısa bir sənəd təqdim edilməmişdir. Belə olan halda məhkəmə üçüncü şəxs kimi inzibati işə cəlb edilən bələdiyyənin hərəkətlərini iddiaçının ziyanına şərh etmir, əksinə qeyd edilən halları iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas hesab etmir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməməsi qənaətinə gəlir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/3188 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert qarşısında qoyulmuş suallar əsasında tərtib edilən rəyə əsasən **********0019 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən koordinatlarla müəyyənləşən 15145 kv.m torpaq sahəsinin koordinatları “koordinat sürüşməsi” ilə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid örüş, xüsusi mülkiyyətə aid əkin, dövlət mülkiyyətinə aid əkin torpaqlarına düşür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında təsbit edilərək göstərilən **********0019 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə verilmiş 1.51 ha (faktiki 1.43 ha) torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşməsi mütəxəssis tərəfindən aşkar olunmamışdır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 02 may 2013-cü il tarixli sərəncam iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən ayrılmış 1,43 ha torpaq sahəsinin **********0019 nömrəli plan və ölçü sənədinin TEKUİS məlumatların yerləşmə vəziyyətinə uyğunlaşdırılaraq mərhum atam Dadayev Salimə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyləri ilə bağlı xərclərin iddiaçıya aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən ayrılmış 1,43 ha torpaq sahəsinin **********0019 nömrəli plan və ölçü sənədinin TEKUİS məlumatların yerləşmə vəziyyətinə uyğunlaşdırılaraq mərhum atam Dadayev Salimə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-305/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-305/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver