Məhkəmə qərarları › İş №2-1(120)-3050/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3050/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3050/2024 28.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 оğlunun katibliyi, İddiaçı Manouchehrnin, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Manouchehrnin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “9239276 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi haqqında yeni inzibati akt qəbul edilməsi” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Manouchehr cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “9239276 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi haqqında yeni inzibati akt qəbul edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* №-li 08 yanvar 2024-cü il tarixli Qərarı (“Qərar”) ilə onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair 25 dekabr 2023-cü il tarixli 517355/m №-li müraciətinə imtina verilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsini rəhbər tutularaq qəbul edilmişdir. Lakin sözügedən maddə ümumi bir maddədir - “Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir”. Yəni ki, burada dəqiq bir imtina səbəbi qeyd olunmur. Hazırkı yanaşma nəinki ədalətsiz və qeyri-humanist, həmçinin absurddur. Məlumat üçün bildirir ki, təsisçisi olduğu "xxxx" MMC (VÖEN: **********) xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınaraq faəliyyətə başlamışdır. Şirkətin əsas fəaliyyət istiqaməti “Kofe, çay, kakao və ədviyyatın pərakəndə satışı”, əlavə fəaliyyət istiqaməti isə “Kofe evlərinin fəaliyyəti”-dən ibarət olmaqla hüquqi ünvanı AZ0700, Astara şəhəri, Mirzə Rəhimov küçəsində kofe evi (Coffee shop) fəaliyyət göstərir. Müəssisənin aktiv fəaliyyətini və "xxxx" MMC-nin 100% təsisçi payına sahib olduğunu və direktoru olduğunu nəzərə alaraq ona daha öncə Dövlət Miqrasiya Xidməti tərəfindən bir dəfə müvəqqəti yaşamaq icazəsi verilmişdir. Məhz doğma vətənində yaradılmış əlverişli biznes imkanlarını nəzərə alaraq 5 il öncə Azərbaycan Respublikasında bizneslə məşğul olmaq qərarına gəlmiş və yuxarıda qeyd edilən sahəyə sərmayə qoyaraq biznes fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikasının ərazisində MYİ-nin verilməsi ilə bağlı etdiyi son 4 müraciətə isə naməlum səbəbdən imtina verilmişdir. Baş verənlərdən sonra qərara gəlmişdir ki, məhkəməyə müraciət etsin ki, qarşılaşdığı bu problemin həllində düzgün bir qərar verilsin. Hər bir Azərbaycanlı kimi Azərbaycan onunda vətənidir. Lakin, təəssüf ki, heç bir təqsiri olmadığı halda bu problemlərlə qarşılaşmışdır. Həqiqətən də, bu biznes üçün külli miqdarda vəsait xərcləmiş və çox əziyyət çəkmişdir. Artıq 1 ildən çoxdur ki, Azərbaycan Respublikasında tam qanuni əsaslarla fəaliyyət göstərir. Obyektlərində nəzarət kassa aparatları, pos-terminal, aylıq vergi ödənişləri və şirkətin aktiv bank hesabı vardır və dövlət büdcəsində vergi ödənişlərini vaxtlı-vaxtında həyata keçirir (bütün sübutlar Sizə qoşmada təqdim olunur). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarı nəticəsində isə onun burada bizneslə məşğul olmağı mümkünsüz bir hal alır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunan Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32-ci və 70-ci maddəsini rəhbər tutaraq, məhkəmədən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* №-li 08 yanvar 2024-cü il tarixli qərarını ləğv edərək, cavabdehin üzərinə ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsinin verilinəsi haqqında yeni inzibati akt qəbul edilməsi öhdəliyi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı Manouchehr məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizə anketdən və xx.xx.2023cü il tarixli ******* nömrəli bildirişdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarda qeyd edilmişdir ki, miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi İİİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri X6 İslam Respublikası vətəndaşı xx xxx 1993-cü il təvəllüd B97499744 nömrəli pasporta malik olan X1 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə 25 dekabr 2023-cü il tarixli 517355/m nömrəli müraciətinə baxaraq müəyyən etmişdir: X3 25 dekabr 2023-cü il tarixli müraciətində Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsə imtina verilməsi üçün əsas olan halın mövcud olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasın 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1ci maddəsini rəhbər tutaraq, İran İslam Respublikası vətəndaşı B97499744 nömrəli pasporta malik olan X1 25 dekabr 2023-cü il tarixli müraciəti təmin edilməsin. İran İslam Respublikası vətəndaşı B97499744 nömrəli pasporta malik olan X1 üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarında kənara çıxmaq öhdəliyi qoyulsun. Qərar barədə maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verilsin. Bu Qərarın 2-ci bəndinin icrasına nəzarət edilməsi məqsədilə Miqrasiya nəzarəti idarəsinə məlumat verilsin. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati və ya məhkən qaydasında şikayət (inzibati iddia) verilə bilər. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********183200 nömrəli çıxarışından və 2022-ci il tarixli nizamnamədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, dövlət qeydiyyatı VÖEN ********** nömrə verilmiş, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyəti, maliyyə ili 1 yanvar-31 dekabr, hüquqi ünvanı ünvan 2 miqdarı 10.00 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı (İran İslam Respublikası) - 100%, qanuni təmsilçi İddiaçı Manouchehr adı qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN**********) Nizamnaməsinə dəyişiklik edilmiş, həmin dəyişiklikdə qeyd edilmişdir ki, cəmiyyətin nizamnamə kapitalının 55010 manat həcmindədir və hər biri 1 manat olmaqla 55010 paydan ibarətdir. Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı – 55010 manat, 55010 pay, 100%, 55000 manat əmlak şəklində, 10 manat pul şəklindədir. İş materiallarında olan İddiaçı Manouchehrnin şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, iddiaçı 2023-cü il üzrə məcburi dövlət sosial sığorta haqqını, işsizlik sığortası haqqını və digər vergi ödənişlərini ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Astara şəhəri, Mirzə Rəhimov küçəsi ünvanında yerləşən ümumi dəyəri 46.620 manat olan 0.1690 ha torpaq sahəsində tikilən 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 46.62 kv.m olan qeyri-yaşayış binası üçün X5 ilə İddiaçı Manouchehr arasında alqısatqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat- Nəzarət Baş İdarəsinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının 4 aprel 2023-cü il tarixli 853-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının xx.xx.2023-cü il tarixli 29 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün müraciətlə əlaqəli hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı 50.000,0 manat, dövriyyə həcmi isə 100.000 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunan əsasla müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün kommersiya hüquqi şəxslərinin ödənilmiş nizamnamə kapitalına olan tələbi, eyni zamanda, müvafiq əsasla azı 1 il yaşama icazəsi əldə etdikdən sonra eyni əsasla növbəti müraciətlər zamanı sahibkarlıq subyektinin dövriyyəsinin miqdarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmamalıdır. Sonuncu halda müvəqqəti yaşama icazəsinin uzadılması üçün tələb edilən digər sənədlərlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd təqdim edilməlidir. Məlumunuz üzrə nizamnamə kapitalı iqtisadi subyektlərin maliyyə vəziyyətləri barədə təsəvvür yaratmağa imkan verən ən vacib göstəricilərdən biridir. Nizamnamə kapitalı təşkilatın kapitalının ən sabit elementlərindəndir və onun dəyişdirilməsi müəyyən edilmiş qaydada qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Eyni zamanda təşkilatın öhdəliklərinin icrasının təminatı baxımından nizamnamə kapitalı onun nizamnaməsindən irəli gələn vəzifələrinin icrası üçün lazım olan vəsaitlərin formalaşma mənbəyidir. Nizamnamə kapitalı gələcəkdə gəlir əldə etmək məqsədi ilə həyata keçirilən fəaliyyət üçün ilkin kapitaldır. Göründüyü kimi qanunvericilikdəki dəyişikliklər Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi üzrə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasınının ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması istiqamətində meyarları və tələbləri (ödənilmiş nizamnamə kapitalı, dövriyyə və s.) əlavə olaraq şərtləndirmişdir. İran İslam Respublikasının vətəndaşı İddiaçı təsisçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü il ərzində maliyyə vəsaitlərinin dövriyyə həcmi, nizamnamə kapitalının aşağı məbləğdə olması və bununla da ölkə iqtisadiyyatında səmərəli fəaliyyətinin olmaması şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair müraciətinin təmin edilməməsinə əsas yaratmışdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, inzibati orqan ərizəçilərin izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar inzibati orqan tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda inzibati orqan tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hesab edirik ki, inzibati orqan tərəfindən sözügedən iş üzrə mövcud faktlar və digər mübahisəli məqamlar tədqiq edilmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-34/2-730/01-3/2024 məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN**********) 24 oktyabr 2022-ci il tarixindən statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-13/2-11645/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) qeydiyyatının və fəaliyyətinin olub-olmaması, cəmiyyətin qeyd olunan illərdə sosial sığorta, vergi ödənişlərini ödəyib-ödəməməsi, cəmiyyətə məxsus təsis sənədlərinin (dövlət reyestrindən çıxarış, nizamnamə kapitalı, şəhadətnamə, ümumi yığıncağın qərarı və s.) təqdim edilməsi barədə daxil olmuş müraciətinizə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2022-ci il tarixdə ********** saylı VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. Hazırda "xxxx" MMC-nin fəaliyyət vəziyyəti aktivdir. Qeydiyyata alındığı tarixdən hazırkı tarixədək vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən vergilər üzrə 109,00 manat dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə 873,60 manat, icbari tibbi sığorta üzrə isə 119,14 manat müvafiq fondlara ödəniş edilmişdir. "xxxx" MMC-yə məxsus təsis sənədlərinin (dövlət reyestrindən çıxarış, nizamnamə kapitalı, şəhadətnamə, ümumi yığıncağın qərarı və s.) Sizə təqdim edilməsi barədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş İdarəsinə məktubla müraciət edilmişdir. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar. ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 36. İnzibati icraatda iştirakçılar 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən icraat aparılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Beləliklə iş materialları ilə müəyyən olunur ki, İran İslam Respublikasının vətəndaşı İddiaçı təsisçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü il ərzində maliyyə vəsaitlərinin dövriyyə həcmi, nizamnamə kapitalının aşağı məbləğdə olması və bununla da ölkə iqtisadiyyatında səmərəli fəaliyyətinin olmaması şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair müraciəti təmin edilməmiş və onun barəsində xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı direktoru olduğu cəmiyyətin nizamnamə kapitalını 55010 manat həcmində artırmış, 2023-cü il üzrə məcburi dövlət sosial sığorta haqqını, işsizlik sığortası haqqını və digər vergi ödənişlərini ödəmiş, sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Astara şəhəri, Mirzə Rəhimov küçəsi ünvanında yerləşən ümumi dəyəri 46.620 manat olan qeyri-yaşayış binası almışdır. Belə olan halda iddiaçı barəsində xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarın qəbul edilməsinə əsas olan hallar aradan qalxmışdır. Məhkəmə iddia tələbini qismən əsaslı sayaraq qeyd edir ki, qanunvericilik qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmaması barədə inzibati aktın qəbul olunması ilə bağlı qərar qəbul etsə də, həmin qərarın “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbindən irəli gələn qaydada qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. 44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar; 44.2-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3-cü maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 50.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; ... Göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, iddiaçının müraciəti ilə bağlı qərar qəbul edilməsi məsələsinə baxarkən cavabdeh buna dair icraatla bağlı tələblərə riayət etmək öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükətilmədiyi üçün iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, xx.xx.2024cü il tarixli qərarı ləğv edilməli, iddiaçının İddiaçı Manouchehrnin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “9239276 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi haqqında yeni inzibati akt qəbul edilməsi tələbinə dair müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı barəsində əlverişsiz nəticə yaradan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarı yuxarıda qeyd olunanlara əsasən qanunsuz hesab edilməklə ləğv olunduğundan onun nəticələri də, aradan qaldırılmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Manouchehrnin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “9239276 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi haqqında yeni inzibati akt qəbul edilməsi barədə müraciətinə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Sədrlik edən: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar