Məhkəmə qərarları › İş №2-1(120)-3053/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3053/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3053/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2na qarşı “Xəstəlik haqqında şəhadətnamədə dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2na qarşı “Xəstəlik haqqında şəhadətnamədə dəyişiklik edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdeh2na qarşı “onun barəsində tərtib edilmiş i xx.xx.2002-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamədə”də “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” sözlərinin “Hərbi trvamadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” sözlərinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdehlə əvəz edilmiş və iddia tələbi dəyişşdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci tarixdə vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə getmişdir. Hərbi ximət dövründə heç bir nöqsanı və qüsuru olmayıb, Qazax rayonu Kəmənli kəndi istiqamətində keşik çəkdiyi ərazidi keçdiyi, növbədə olduğu vaxt, vəzifə başında olarkən ərazidən tapdığı naməlum əşyanı hərbi hissə komandirlərinə göstərmək üçün apardığı naməlum əşya partlamışdır. Və bir qolu amputasiya edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi arayışda görsənir ki, guya o, hərbi hissənin ərazisində tapmışdır. xx.xx.2002-ci il tarixli xəstəlik şəhadətnaməsində görsənir ki, gözləmə mövqeyi ərazisində tapdığı DŞK gülləsinin apardığı halda partlamışıdır. Hərbi yoldaşları öz ərizəsində də göstərdikləri onun ifadəsi ilə üst-üstə düşür. Görsənir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırmışdır ki, İmişli RHK tərəfindən xx.xx.2001-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış N saylı hərbi hissənin əsgəri İddiaçı xx.xx.2002-ci ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “DŞK gülləsinin partlaması nəticəsində (xx.xx.2022) sol əlin tam dağılmasına görə, saidin aşağı V səviyyəsində amputasiyasından (xx.xx.2022) sonrakı güdülü, sağ saidin aşağı V3 nin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə yaranın birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə olan yaralanmanın səbəb əlaqəsi “Yaralanma hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nə əsasən, xidmətə yararsızdır hesab edilmişdir. İddiaçı şəhadətləndirməsi zamanı hərbi-həkim komisiyyası “Əsasnamə”nin tələblərinə uyğun olaraq travmanın alınma şəraiti haqqında N saylı hərbi hissə komandirinin verdiyi xx.xx.2002-ci il tarixli 99 nömrəli travma haqqında arayışa əsaslanaraq İddiaçı aldığı yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsini düzgün olaraq “Yaralanma hərbi xidmət dövründə alınmışdır” kimi təyin etmişdir. Belə ki, həmin arayışda İddiaçı qeyd olunan travmanın öz şəxsi ehtiyatsızlığı və səhlənkarlığı nəticəsində aldığı göstərilmişdir. İddiaçı iddia ərizəsində hərbi vəzifə borcunu yerinə yetirərkən yaralanma faktının təsdiq edilməsi öhdəliyinin yəni, dolayısı olaraq aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2 bəndinin “c” yarımbəndinin və 7.3 cü bəndinin tələblərinə tamamilə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3 -cü maddəsinin tələblərinə əsasən hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət etdiyi hərbi hissə komandiri tərəfindən verilən “Travma haqqında arayış”a uyğun olaraq çıxarır. Bu səbəbdən də Mərkəzi Hərbi Həkim Komissiyası “Əsasnamə”nin həmin bəndinin tələblərinə əsaslanaraq İddiaçı ərizəsinə xx.xx.2025-ci il tarixli 26 nömrəli məktubla düzgün olaraq imtina cavabı vermişdir. İddia Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin İddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 22 ildən artıq ötürmüşdür. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2002-ci il tarixli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, “DSK gülləsinin partlaması nəticəsində (xx.xx.2002) sol əlin tam dağılmasına görə saidin aşağı 1/3 səviyyəsində amputasiyasından sonrakı güdülülü, sağ saidin aşağı 1/3-nin yumşaq toxumalarının kor qələ yaralanmasına görə yaranın birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» “Xəstəliklər cədvəli”nin 70b maddəsinin İİ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” sayılmışdır. Travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi düzgün müəyyən edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasinın xx.xx.2025-ci il tarixli, 26 nömrəli qərarında qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə hərbi xidmət keçərkən xx.xx.2002-ci il tarixdə hərbi hissənin ərazisində tapdığınız DSK gülləsinin əlinizdə qurdalayarkən partlayış travması nəticəsində aldığınız travmanın nəticəsi kimi xx.xx.2002ci il tarixdə N nömrəli hərbi hissənin hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı Sizdə təyin edilmiş “DSK gülləsinin partlaması nəticəsində (xx.xx.2002) sol əlin tam dağılmasına görə saidin aşağı 1/3 səviyyəsində amputasiyasından sonrakı güdülülü, sağ saidin aşağı 1/3-nin yumşaq toxumalarının kor qələ yaralanmasına görə yaranın birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» “Xəstəliklər cədvəli”nin 70b maddəsinin İİ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” sayılmısınız. Travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün əsas yoxdur. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddia, etiraz ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdırıb və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarında olan sənədlərdən müəyyən edir ki, xx.xx.2002-ci il tarixli Xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmiş və “DSK gülləsinin partlaması nəticəsində (xx.xx.2002) sol əlin tam dağılmasına görə saidin aşağı 1/3 səviyyəsində amputasiyasından sonrakı güdülülü, sağ saidin aşağı 1/3-nin yumşaq toxumalarının kor qələ yaralanmasına görə yaranın birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» “Xəstəliklər cədvəli”nin 70b maddəsinin İİ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” sayılmışdır. Travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi düzgün müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını birgə təhlil edərək bülə nəticəyə gəlir ki, iddiaçı mübahisə üzrə qanunvericinin müəyyən etdiyi prosessual müddət ötürüldükdən sonra, yəni kifayət qədər uzun müddət keçdikdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmənin xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubu ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuşdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar