Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-3054/2023 16.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 16 avqust 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun N92-ci ildən N94-cü ilin aprel ayına kimi Azərbaycan Respublikasımn ərazi bütövlüyü uğrunda Füzuli rayonunda gedən döyüş əməliyyatlarında iştirak etməyini və yaralanmasını əsaslı hesab edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ııçün cavabdeh Azərbaycan Respubİikası Müdafıə Nazirliyinə dəfələrlə müraciət etmişdir. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafıq icra hakimiyyəti orqanı olaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfındən həyata keçirilir. Tərəfındən 2018-2022-ci illər ərzində Müdafıə Nazirliyinə edilmiş çoxsaylı müraciətlərinə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi və Müdafiə Nazirliyinin Katibliyi tərəfındən xx.xx.2018-ci il tarixli, l/Q-1N56 saylı, xx.xx.20N-cu il tarixli, l/Q-18791 saylı, xx.xx.2022-ci il tarixli, 4/3-428 saylı, xx.xx.2022-ci il tarixli, 4/3-2842 saylı, xx.xx.2022-ci il tarixli 4/3-3374 saylı və s. cavab məktubları göndərilmiş və həmin məktublarda ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərdiyi sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2018-ci il tarixli, xx.xx.20N-cu il tarixli və xx.xx.2020-ci il tarixli iclaslarında baxıldığı və barəsində mıısbət rəy qəbul edilmədiyindən sənədlərinin geri qaytarıldıgı bildirilmişdir. Həmin imtinaların əksərində barəsində hansı səbəbdən müsbət rəy qəbul edilmədiyi göstərilməmiş, yalnız xx.xx.20N-cu il tarixli imtinada onun xx.xx.N94cü ildən sonrakı dövrdə hərbi xidmətini təsdiq edən (müalicənizi davam etdirməyiniz barədə) sənəd və ya müvafıq əlillik sənədi təqdim olunarsa həmin məsələyə yenidən baxılaraq müvafıq qərar qəbul ediləcəyi bildirilmişdiir”. Qeyd edir ki, o, xx.xx.N73-cü ildə Ağcabədi rayon Hacıbədəlli kəndində anadan olmuşdur. N92-ci ilin əvvəlində Ağcabədi rayon Hərbi Komissarlığı tərəfındən hərbi xidmətə çağırılmış, N92-ci ilin fevral ayından N94-cü ilin aprel ayına kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əvvəl 161, daha sonra N və N saylı hərbi hissələrinin tərkibində Azərbaycan Respublikaslının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, Füzuli rayonu istıqamətində gedən döyüşlərdə döyüşçu kimi iştirak etmişdir. xx.xx.N94-cü ildə Fiizuli rayonunun aşağı Şeyidəhmədli kəndində döyüş zamanı çoxsaylı qəlpə yarası alaraq yaralanmış, sol saidin orta 1/3-nin və gövdənin arxa səthinin çoxsaylı kor odlu silahla, qəlpə yaraları” diaqnozuna əsasən Müdafiə Nazirliyinin MHHK-nın həkim miitəxəssisi-cərrahın rəyi ilə “Hərbi Travmadır, Azərbaycann Respublikasının müdaiəsi zamanı alınmışdır” təsdiq edilmişdir. Onun hərbi xidmətə çağırılmağı və Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrinin tərkibində xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N-cu il tarixli, 9/2- 6292 saylı arxiv arayışından görünür ki, o, N92-cı ildə Ağcabədi rayon Hərbi Komissarlığı tərəfındən hərbi xidmətə göndərilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N92-ci il tarixli, N №-li (Əsas: səh-171, §-l, sıra -5, əmrdə adı Mikail yazılmışdır) əmri ilə hərbi hissənin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmişdir. xx.xx.N94-cü il tarixli, N №-li əmrlə hərbi hissənin siyahısına daxil edilmişdir. Hospitala göndərildiyi üçün N saylı hərbi hissə komandirinin N aprel N94cü il tarixli, N №-li əmri ilə qazan təminatından çıxarılmışdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHHK-nın xx.xx.2014-cü il tarixli, 35 saylı qərarından da görünür ki, o, xx.xx.N94-cü ildən xx.xx.N94-cü il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuş və hərbi travma aldığına dair epikriz verilmişdir. Müharibədə yaralandıqdan sonra da xəstəlik Epikrizinə əsasən xx.xx.N94-cü ildən etibarən 15 günlük azad edilmiş, 10 may N94-cü ildə atəşkəs elan edilmiş, onun da sağlamlığı uzun müddət bərpa olunmamış və o, Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin razılığı ilə evdə müalicəsini davam etdirmiş və hərbi xidmətdən azad edilmişdir. Lakin ona məlum olmayan səbəbdən onun hərbi xidmətdən azad edilməyi barədə qeydiyyat aparılmamışdır. Bunun nə üçün edilmədiyi ona məlum deyildir. Qeyd edir ki, hazırda onun ağciyərində 3 ədəd qəlpə vardır. Qeyd edir ki, N94-cü ildə Füzuli Hərbi Prokurorluğunda aparılmış araşdırma zamanı onun təqsirsiz olduğu müəyyən edilmiş və xx.xx.2005-ci il tarixli qərara əsasən barəsində cinayət işi başlanılması rədd edilmişdir. Eyni zamanda onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə dair hərbi biletində qeydiyyat aparılmış və Müdafiə Nazirliyinin N saylı HH-nin tərkibində döyüşlərdə iştirakı təsdiq edilmişdir. Eyni zamanda onun xx.xx.N94-cü il tarixdə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində gedən döyüşlərdə qəlpə yarası almağına dair xəstəlik tarixi epikrizi verilmiş və xidməti vəzifəsindən 15 günlük azad edilməyinə dair göstəriş təyin edilmişdir. Onun həqiqətən N92-N94-cü illərdə Azərbaycan Respublikasının ərazi bülövlüyü uğrunda mübarizə zamanı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Füzuli rayonu istiqamətində erməni quldur birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməyinə dair Ağcabədi RHK tərəfındən arayış verilmişdir. Lakin o, hərbi biletini, arxiv arayışını, Müdafiə Nazirliyinin MHHK-nm qərarını və s. sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına təqdim etsə də həmin komissiya əsassız olaraq ona Qarabağ “Müharibəsi Veteranı” adı və vəsiqəsi verilməsi barədə qərar qəbul etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının tələbinin mahiyyəti iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci ilin fevralın 1-dən N94-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən. Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mubahisəyə baxan məhkəmə üçün imperativdir. 1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinirı təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 15 may 20N-cu il tarixli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin fevral N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bununla da Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi ıddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 1/Q-1N56 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır, hospitaldan sonra hərbi hissəyə qayıtmağı və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-3374 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır, 738 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə X3 xx.xx.20N-cu il tarixli, 9/2-6292 saylı arayışından görünür ki, Ağcabədi RHK-dan gəlmiş, N73-cü il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N92-ci il tarixli, N №-li əmrilə (əsas: səh-171, §-1, sıra-5, əmrdə adı “Mikail” yazılmışdır) hərbi hissənin siyahısına salınaraq ümumi qayda üzrə təchizatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-85, §-1, sıra-1006, əmrdə adı “Mikail” yazılmışdır) Ağcabədi RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü, İddiaçı komandirin xx.xx.N94-cü il tarixli, N №-li əmrilə hərbi hissənin siyahısına daxil olması barədə məlumat vardır. Lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Ağcabədi RHK-dan gəlmiş, N73-cü il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N mart N94-cü il tarixli, N №-li əmrilə (əsas: səh-43, §-1, sıra-35, əmrdə adı “Mikail” yazılmışdır) şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunmuşdur. Hospitala göndərildiyi üçün sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli, 109 №-li əmrilə (əsas: səh-99, §-9, sıra-18, əmrdə adı “Mikail” yazılmışdır) qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin aprel N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı müalicə alması barədə məlumat aşkar olunmamışdır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin fevral N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-2762 saylı arayışından görünür ki, Ağcabədi RHK-dan gəlmiş, N73-cü il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, N №-li əmrilə (əsas: §-1, səh-171, sıra-5, əmrdə adı “Mikail” yazılmışdır) hərbi hissənin siyahısına salınaraq ümumi qayda üzrə təchizatla təmin olunmuşdur. Ağcabədi RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 58 №-li əmrilə (əsas: §-2, səh-11, sıra-9) şəxsi heyətin siyahısına daxil edilərək təminat və təchizat ilə təmin olunmuş, 3-cü taborun 3-cü bölüyündə sanitaratıcı vəzifəsinə təyin edilmişdir. Ağcabədi RHK-nın çağırışçısı, 3-cü taborun hərbi xidmətçisi, sıravi İddiaçı döyüş bölgəsini icazəsiz, özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 92 №-li əmrilə (əsas: §-4, səh-72, sıra-18) hərbi hissənin ştatından çıxarılmışdır. Ağcabədi RHK-dan çağırışçısı İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N94-cü il tarixli, 02 №-li Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 110 №-li əmrilə (əsas: §-16, səh-83, sıra-378) xx.xx.N94-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-85, sıra-1006) Ağcabədi RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü X2 hərbi hissə komandirinin 18.03.94-cü il tarixli, N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. X5 Məntəqəsindən həqiqi hərbi xidmətini davam etdirmək üçün göndərilmiş, Ağcabədi RHK-dan çağırışçısı, N73-cü il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, N №-li əmrilə (əsas: §-1, səh-43, sıra-35) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 1-ci MAT-a göndərilmişdir. 1-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı hospitala göndərildiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 109 №-li əmrilə (əsas: §-9, səh-99, sıra-18) xx.xx.N94-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 455 №-li əmrində (əsas: §-3, səh-29, əmrdə adı tam, atasının adı yazılmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu, İddiaçı xəstələrin siyahısına və hospital norması üzrə qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 484 №-li əmrində (əsas: §-3, səh-45, əmrdə adı tam, atasının adı yazılmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu İddiaçı xəstələrin siyahısından və hospital norması üzrə qazan təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin 22.09.xx.xx.N92-ci il, yanvar- dekabr N93-cü il, N №-li hərbi hissə komandirinin xx.xx.N94-xx.xx.N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli, 301 nömrəli arayışından görünür ki, N73-cü il təvəllüdlü N saylı hərbi hissənin əsgəri İddiaçı xx.xx.N94-cü il tarixdən xx.xx.N94-cü il tarixə kimi sol saidin 1/3-nin və bədənin çoxsaylı qəlpə yaraları ilə yaralanmışdır. N saylı hərbi hissənin cərrahiyyə şöbəsində müalicə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-4/2- 430/2023 nömrəli arayışından görünür ki, Ağcabədi rayon Hacıbədəlli kənd sakini xx.xx.N73-cü il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində olan qeydiyat kartasındakı məlumatlara əsasən N saylı hərbi hissədə 10.N92-ci ildə, N saylı hərbi hissədə 03.N94-cü il tarixə kimi hərbi xidmət keçdiyi qeyd edilmişdir. N saylı hərbi hissənin tərkibində 10.N92-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyatlarında iştirak edib. Milli Məclisin xx.xx.N97-ci il tarixli amnistiya aktına əsasən barəsində Füzuli Hərbi Prokurorluğunun xx.xx.2005-ci il tarixli 17/11N saylı qərarı ilə amnistiya tətbiq edilmişdir. xx.xx.2005-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində hərbi qeydiyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.0214-cü il tarixli, 35 saylı Qərarının surətindən görünür ki, Ağcabədi RHK tərəfindən N92-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.2005-ci il tarixli məktubuna əsasən barəsində cinayət işi üzrə istintaq olunmadığı üçün qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N94-cü ildə aldığı və xx.xx.N94-cü ildən xx.xx.N94-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-doaqnoz: “Sol saidin orta 1/3-nin və gövdənin arxa səthinin çoxsaylı kor odlu silahla qəlpə yaraları (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin göndərişi, xx.xx.2013-cü il tarixli, 2015 nönrəli aaryışı, N saylı hərbi hissədən verilmiş xx.xx.N94-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan iddiaçıya məxsus HЗ № ******* nömrəli hərbi biletdə onun N nömrəli hərbi hissənin tərkibində ərazi bütvölüyü uğrunda döyüşlərdə iştirak etdiyi, (Əsas: Füzli hərbi prokurorluğunun 17/11N saylı, xx.xx.2005 tarixli qərarı), həmçinin hərbi biletdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli “Amnistiyasını” rəhbər tutub Füzli hərbi prokurorluğunun 17/11N saylı, xx.xx.2005 tarixli qərarına əsasən iddiaçı barəsində cinayət işinin başlanmasının rədd edildiyi qeyd edilmişdir. İş materiallarında olan Ağcabədi rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-602- 20454/23 nömrəli məktubundan görünür ki, Ağcabədi rayon Hacıbədəlli kənd sakini İddiaçı barəsində cinayət işi istintaq edilmir və təqsirləndirici material yoxdur. Ancaq 18 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci və 69.3-cü maddələri ilə təqsirləndirildiyi üçün Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə 01 ay 26 gün müddətində azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 25 dekabr N91-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilməmişdir. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N88-ci il fevralın 1-dən N91-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı N92-ci ildə Ağcabədi RHK tərəfindən hərbi xidmətə çağırılmış, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, N №-li əmrilə hərbi hissənin siyahısına salınaraq ümumi qayda üzrə təchizatla təmin olunmuş, N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 58 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilərək təminat və təchizat ilə təmin olunmuş, 3-cü taborun 3-cü bölüyündə sanitar-atıcı vəzifəsinə təyin edilmişdir. İddiaçı döyüş bölgəsini icazəsiz, özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 92 №-li əmrilə (əsas: §-4, səh-72, sıra-18) hərbi hissənin ştatından çıxarılmışdır. Eləcə də iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N94-cü il tarixli, 02 №-li Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 110 №-li əmrilə xx.xx.N94-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının hərbi hissə komandirinin 18.03.94-cü il tarixli, N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. X5 Məntəqəsindən həqiqi hərbi xidmətini davam etdirmək üçün göndərilmiş iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 1-ci MAT-a göndərilmişdir. İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N94-cü ildə yaralanmış və xx.xx.N94-cü ildən xx.xx.N94-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuş, Milli Məclisin xx.xx.N97-ci il tarixli amnistiya aktına əsasən barəsində Füzuli Hərbi Prokurorluğunun xx.xx.2005-ci il tarixli, 17/11N saylı qərarı ilə amnistiya tətbiq edilmişdir. xx.xx.2005-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində hərbi qeydiyatdadır. Göründüyü kimi, iddiaçı döyüşlərdə iştirak edərək yaralansa belə, müalicədən sonra hərbi xidmətə geri qayıtmamış və xidmət yerini özbaşına tərk etməklə ordudan qanuni əsalarla təxris edilməmişdir. O, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən o, müharibə veteranı deyildir. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir.. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-3054/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3054/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver