Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3057/2025 27.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 Şəxsi Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ilkin müraciət vaxtından 3 il əvvələ ödənilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 Şəxsi Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ilkin müraciət vaxtından 3 il əvvələ ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 Şəxsi Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasını ilkin müraciət etdiyi xx.xx.2021-ci il tarixdən 3 il əvvələ, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq öna ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, AA seriyalı, ******* nömrəli (Fin: xxxxxxx) şəxsiyyət vəsiqəsinin surətinin məlumatlarına əsasən, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. H3 seriyalı, ******* nömrəli hərbi biletin və 072148 nömrəli Veteran vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətlərinin və SHXÇDX-nin Neftçala rayon şöbəsinin 255 nömrəli, xx.xx.2024-cü il tarixli arayışının əslinin məlumatlarına əsasən iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçdi. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Əfqanıstan Demokratik Respublikasında (ƏDR) iştirak etdi. Azərbaycan Respublikasının Müharibə (ƏDR) veteranıdır (xx.xx.1979-xx.xx.1980=3 ay 28 gün. xx.xx.1980- xx.xx.1981=1 il 8 ay 6 gün ƏDR-da olan müddəti * 3 qata=5 il 18 gün. xx.xx.1981-xx.xx.1981=10 gün. (5 il 4 ay 26 gün)). HT-İ seriyalı, ******* nömrəli, xx.xx.1983-cü il tarixli əmək kitabçasının iş yerindən və notariat qaydasında tərcümə və təsdiq olunmuş surətinin məlumatlarına əsasən, iddiaçı: xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azəriqazın Neftçala idarəsində işlədi (6 ay 20 gün). xx.xx.1983cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Termoizolyasiya” Bakı Montaj İdarəsinin 2-ci dərəcəli izoliyası peşəsində işlədi (11 ay 15 gün). xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Metallurstroy” Tikinti İdarəsində bənna peşəsində işlədi (2 ay 10 gün). xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneft” Lenin ordenli istehsalat birliyinin Neftçala TRİ-də neft və qaz quyularının istismar və kəşfiyyat qazılması üzrə 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsində işlədi (3 ay 16 gün). xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Neftçala rayon tikinti briqadasında bənna peşəsində işlədi (3 ay 29 gün). xx.xx.1985-ci il tarixdən xx.xx.1988-cü il tarixədək “Termoizolyasiya” Bakı Montaj İdarəsinin Əli-Bayramlı işlər idarəsində 2-ci, 3-cü və 4-cü dərəcəli izoliyası peşəsində işlədi (3 il 4 ay 21 gün). xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək “Yinost” TTİ - də bənna peşəsində işlədi (2 ay 18 gün). xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Qlobus Montaj tikinti mərkəzində suvaqçı- bənna peşəsində işlədi (7 ay 17 gün). xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Neftçala təsərrüfat hesablı təmir tikinti sahəsində 3-cü dərəcəli traktorçu peşəsində işlədi (1 il 3 ay 22 gün). xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Əli-Bayramlı Vişqaquraşdırma İdarəsində 3-cü dərəcəli vişqaquraşdırıcı peşəsində işlədi (3 il 8 ay 23 gün). xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X4 idarəsində 4-cü dərəcəli vişqaquraşdırıcı peşəsində işlədi (26 gün). xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X7 İdarəsində 4-cü dərəcəli vişqaquraşdırıcı fəhlə və vişqaquraşdırıcı peşəsində işlədi (9 il 11 ay 12 gün). xx.xx.2005ci il tarixdən xx.xx.2006-cı il tarixədək X8 İdarəsində 5-ci və 6- cı dərəcəli vişqaquraşdırıcı peşəsində işlədi (7 ay). İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan şox təşkil edir. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan oldu, xx.xx.2018-ci il tarixdə 57 yaşma çatdı. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2021-ci il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət etdi. Cavabdeh inzibati orqan iddiaçıya 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etdi. İddiaçı (Etibarnamə üzrə nümayəndəsi X1 vasitəsilə) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə cavabdehə ikinci dəfə müraciət etdi. Cavabdeh inzibati orqan xx.xx.2024-cii il tarixli məktubla, iddiaçıya 57 yaşdan pensiya təyin etməkdən imtina etdi. İmtinaya səbəb kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (20 il 5 ay 23 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1985- ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il. xx.xx.1991-xx.xx.2001-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) olması göstərildi. İddiaçı (Etibarnamə üzrə nümayəndəsi X1 vasitəsilə) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2025ci il tarixdə rəsmi ərizə ilə cavabdehə üçüncü dəfə müraciət etdi. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli məktubla iş stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərildiyini, araşdırma yekunlaşdıqdan sonra müraciətə baxılacağını bildirdi. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla, iddiaçıya 57 yaşdan pensiya təyin etməkdən imtina etdi. İmtinaya səbəb kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (24 il 3 ay 17 gün (xx.xx.1979-xx.xx.1981 -ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991 -ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) olması göstərildi. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb oldu. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. İddiaçı, cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixinədək qəbul edilən 24 il 3 ay 17 gün stajla razılaşır, lakin hesab edir ki, Əfqanıstanda döyüş əməliyyatlarında xidmət keçdiyi müddət üç qat ölçüdə hesablanmalıdır. Bu zaman iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən çox olur. Bu da, iddiaçıya 57 yaşdan pensiya təyin olunması üçün əsasdır. Hazırki inzibati mübahisə ƏDR-də döyüş əməliyyatlarında iştirak dövrünün 3 qat hesablanması üzərindədir, qalan ümumi və güzəştli iş stajı ilə bağlı mübahisə yoxdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixində Mərkəzi Filiala müraciət etmiş, daxil olan müraciət əsasında ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla belə iddiaçıya ünvanlanmış 11,02.2025-ci il tarixli imtina məktubunda Qanunun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edildiyi qeyd edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin ona dair xx.xx.2024-cü il tarixli 255 nömrəli arayışında adıçəkilən şəxsin xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi xidmət keçdiyi, xx.xx.1980-xx.xx.1981 -ci il tarixləri arasındakı dövr ərzində isə Əfqanıstan Demoktratik Respublikasında beynəlmiləlçi borcunu yerinə yetirdiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda İddiaçı döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etməsi barədə hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövrün ikiqat ölçüdə hesablanmaqla iş stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 25 ildən az (24 il 3 ay 17 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982- xx.xx.1982ci il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il arasındakı dövrlər)) təşkil etmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixində yenidən cavabdehə müraciət etmiş və müraciət ərizəsinin məzmunundan aydın olduğu kimi yuxarıda qeyd olunan Müdafiə Nazirliyinin arayışını əvvəlki müraciətdə təqdim etmədiyindən imtina aldığı hazırda qoşma hissəyə əlavə etdiyini və müraciətinə yenidən baxılmasını xahiş etmişdir. Daxil olan müraciət əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2025-ci il tarixindən təyinat aparılmış və sonuncu lazımi sənədlərin əlavə edildiyi müraciətdən 3 il əvvələ hesablanaraq ödəniş həyata keçirilmişdir. Lakin iddiaçı təyinat ilə tam olaraq razılaşmamış və ona ilkin müraciət etdiyi xx.xx.2021-ci il tarixdən 3 il əvvələ ödəniş edilməli olduğunu iddia etmişdir. Bununla bağlı bildirilir ki, iddiaçının 2021-ci ildə olan müraciəti ona 57 yaşdan deyildə 60 yaşdan pensiya təyini ilə bağlı olmuş və təyinat aparılmışdır. İddiaçının 57 yaşdan pensiya təyini ilə bağlı ilkin müraciəti xx.xx.2025-ci il tarixdə natamam şəkildə olmuş daha sonra sənədlər tam şəkildə yalnız xx.xx.2025-ci il tarixli müraciətdə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı 2021-ci ildə müraciətdən sonra ona aparılmış təyinatla tam olaraq razılaşmış və 2025-ci ilədək bu barədə hər hansı müraciəti olmamışdır. Bundan başqa iddiaçının 2021-ci ildəki müraciəti 57 yaşdan olsa idi belə müraciətə Müdafiə Nazirliyinin arayışı əlavə olunmamışdır. Eyni zamanda 2021-ci il tarixində olunan müraciətə imtina cavabı verilməmiş birbaşa təyinat aparılmışdır. Əlavə olaraq qeyd edirik ki, iddiaçının hətta xx.xx.2025-ci il tarixində 57 yaşdan ilk müraciətinin olmasına baxmayaraq həmin tarixdən belə əvvəlki 3 il üzrə ona ödəniş həyata keçirilməsi qanunvericiliklə mümkün deyildir. Ona qörəki cavabdehin bu müraciətə verdiyi imtina cavabı tam qanuni olmuş lazım olan sənədlər tamlıqla təqdim edilməmişdir. Bunu halı iddiaçı özüdə xx.xx.2025-ci il tarixli müraciətində qeyd edərək və lazım olan arayışı təqdim etməklə ona təyinat aparılmasına nail olmuşdur. Qanunun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Ne-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdehin etiraza əlavəsi: Etiraza əlavədə qeyd olunmuşdur ki, İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixində Mərkəzi Filiala müraciət etmiş, daxil olan müraciət əsasında ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Daxil olan müraciət əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2025-ci il tarixindən təyinat aparılmış və sonuncu lazımi sənədlərin əlavə edildiyi müraciətdən 3 il əvvələ hesablanaraq ödəniş həyata keçirilmişdir. Lakin iddiaçı təyinat ilə tam olaraq razılaşmamış və ona ilkin müraciət etdiyi xx.xx.2021-ci il tarixdən 3 il əvvələ ödəniş edilməli olduğunu və Əfqanıstanda xidmətdə olduğu müddətin 3 qat ölçüdə nəzərə alınmalı olduğunu iddia etmişdir. Bununla bağlı bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən: Sığorta stajının hesablanmasında güzəştlər 24.0 Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; 24.0.2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri - ikiqat ölçüdə; 24.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; 24.0.4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti - üçqat ölçüdə. Göründüyü kimi qanunvericilikdə yanlız əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti üçün 3 qat hesablanma qaydası nəzərdə tutulmuşdur. Digər bütün hallarda 2 qat hesablanma müəyyən edilmişdir. Bundan başqa qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Qərarına əsasən: Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Əlavə olaraq həmin qərara əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu verinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti, əgər əsirlik könüllü olmamışdısa və hərbi qulluqçu əsirlikdə olarkən respublikaya qarşı cinayət törətməmişdisə uzun müddət xidmətə daxil edilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 13 sentyabr 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına (a) xidmətin bir ayı üç ay sayılması ilə bağlı hissəsinin hazırkı münasibətlərə tətbiq edilməsi yolverilməzdir. Belə ki, həmin norma yanlız 2005-ci il tarixədək qüvvədə olmuş və edilmiş dəyişiklikdən sonra yeni redaksiya yuxarıda göstərilən qaydada olmuşdur. İddiaçıya əmək pensiyası təyin edildiyi tarix başqa sözlə pensiya hüququ yaranan tarixdə qüvvədə olan qanunvericilikdə 3 qat hesablama ilə bağlı hər hansı müddəa mövcud olmamışdır. Bununla belə 2018-ci ildə pensiya hüququ yaranmış şəxsin sosial sığorta stajının hesablanması zamanı 2005-ci il tarixdə qüvvədən düşmüş hər hansı normanın tətbiq edilməsi qanunvericiliklə mümkün hesab edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, İddiaçı isə gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə imtinanın əsaslı olduğunu bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Masallı rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Əfqanıstan Demokratik Respublikasında beynəlmiləlçi borcunu yerinə yetirmişdir. Azərbaycan Respublikasının Müharibə veteranıdır. xx.xx.2024-cü il tarixli Sorğunun araşdırılmasının nəticəsi haqqında məktubda qeyd edilmişdir ki, Baş ofisin Mərkəzi Arxivi tərəfindən “Kompleks qazma işləri” trestinə ünvanlanmış 14- 2/3-6-3665/2024 saylı, xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq bildiririk, ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixi:, 320 saylı qərarına əsasən Sizin işlədiyiniz dövrdə xx.xx.1995-ci ildən xx.xx.2005-ci ilədək. 2130100a-11587 kodu ilə qülləquraşdırıcı peşəsinə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. SOCAR Kompleks qazma işləri trestinin xx.xx.2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Əli-Bayramlı Vışqaquraşdırma İdarəsində, X4 İdarəsində, X8 İdarəsində, Qazmaservis və Logistika İdarəsində işləmişdir. Hal-hazirda Qazmaservis istehsalat bölümündə 6-cı dərəcəli vışqaquraşdırıcı peşəsində işləyir. “Azneft” İstehsalat Birliyinin xx.xx.1995-ci il tarixli, 116 saylı əmrinə əsasən Əli-Bayramlı Vışqaquraşdırma İdarəsi qazma sexi kimi X4 İdarəsinin tərkibinə verilmişdir. “Azneft“ İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli, 244 saylı əmrinə əsasən Əli- X6 İdarəsi, qazma sexi kimi X5 İşləri İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır, X5 İşləri İdarəsi, X8 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X5 İşləri İdarəsi qazma sexi kimi xx.xx.2012-ci il tarixdən X8 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X8 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri’ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR**********00040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, "Qaradağ-Qalmaz”, Abşeron İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi fəaliyyət göstərirlər. No Tarix Vəzifələrin, peşələrin adı
1. xx.xx.1991-ci ildən Əli-Bayramlı Vışqaquraşdırma İdarəsinə 3-cü dərəcəli xx.xx.1995-ci ilədək vışqaquraşdırıcı peşəsinə işə qəbul edilib. Əmr Nq 117-k, xx.xx.1991-ci il.
Əli-Bayramlı Vışqaquraşdırma İdarəsinə 4-cü dərəcəli vışqaquraşdırıcı peşəsinə keçirilib.
2. Əmr Nq 73-k, xx.xx.1995-ci il. 25.05.1995- ci ildən 20.06.1995- ci ilədək
3. xx.xx.1995-ci ildə X4 İdarəsindən köçürülmə yolu ilə X7 İdarəsinə getdiyi üçün işdən azad edilib. Əmr Nq 54-i, xx.xx.1995-ci il.
4. xx.xx.2005-ci ildən X8 İdarəsinin Vışqaquraşdırma Sexinə 5- ci dərəcəli xx.xx.2013-cü ilədək vışqaquraşdırıcı peşəsinə işə qəbul edilib. Əmr Nq 78-k, 01,06.2005-ci il.
xx.xx.2013-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə ƏM-si bağladığı üçün olunla bağlanmış ƏM-si ləğv edilib. 5. Əmr Nq 48-k, xx.xx.2013-cü il.
6. 08.02.2013- cü ildən Qazmaservis və Logistika İdarəsinin Vışqaquraşdırma 03.02.2014- cü ilədək Sexinə 6-cı dərəcəli vışqaquraşdırıcı peşəsinə işə qəbul edilib. Əmr Nq 03-k, xx.xx.2013-cü il.
7. xx.xx.2014-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə ƏM-si bağladığı üçün olunla bağlanmış ƏM-si ləğv edilib. Əmr Nq 55-k, xx.xx.2014-cü il.
Ümumi iş stajı: 12 il, 05 ay, 20 gün, Güzəştli iş stajı: 12 il, 05 ay, 20 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2130100a-11587 qülləquraşdırıcı peşəsi, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısfnm təsdiq edilməsi barədə 23.01,2007-ci il tarixli 12 saylı qərarına əsasən 10.1 a) qüllə quraşdırıcılar peşəsi, 12 il, 05 ay, 20 gün güzəştli iş stajı təşkil edir. Neftçala Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon Qaz İstismar sahəsinin 1982-ci ilinə aid olan əmək haqqı cədvəllərində İddiaçı iş fəaliyyəti aşağıdakı kimidir:
Aylar 1982
İş günü əmək haqqı iyun 19 64.41 iyul 11 78.20 avqust 22 74.58 sentyabr 22 82.04 oktyabr 20 78.97 noyabr 19 71.19 dekabr 17 83.28 Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon Qaz İstismar sahəsinin xx.xx.1982-ci il tarixli, 61nömrəli əmrə əsasən İddiaçı 1-ci dərəcəli fəhlə işinə qəbul edilsin. Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon Qaz İstismar sahəsinin xx.xx.1982-ci il 78N-li əmrə əsasən İddiaçı 19-20 iyul 1982-ci il tarixdə işə çıxmadığı üçün sonuncu xəbərdarlıq edilib. Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Neftçala rayon Qaz İstismar sahəsinin xx.xx.1982-ci il tarixli 116 nömrəli əmrə əsasən İddiaçı əmək nizamnaməsini pozduğu üçün son xəbərdarlıqla töhmət olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün (xx.xx.1979-xx.xx.1981 -ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2001-ci il, xx.xx.2005-xx.xx.2005-ci il arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (4 il 4 ay 18 gün (xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.18-ci yarımbəndinin 1-ci hissəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olma müddəti - həmin Nazirliyin arayışına əsasən müəyyən edilir. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin İddiaçı dair xx.xx.2024-cü il tarixli 255 nömrəli arayışında xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində Əfqanıstan Demoktratik Respublikasında iştirak etdiyi qeyd olunmuşdur. Lakin Müdafiə Nazirliyinin sözügedən arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrü İddiaçı iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İddiaçıya məxsus əmək kitabçasının təstiq edilmiş surətindən görünür ki, X3 əmək stajı aşağıdakı kimidir;
Tarix İşə qəbul, işdə yerdəyişmə və işdən azad Qeydin aparılma Gün Ay İl olunma haqqında (səbəblər göstərilməklə) əsasları (sənəd, onun tarixi və nömrəsi) N “Termoizolyasiya” Bakı Montaj İdarəsi “Termoizolyasiya” Bakı Montaj İdarəsinə qəbul olana qədər xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixə qədə işləmişdir. 19 1983 Bakı şəhəri 4 saylı sahəyə 2 (ikinci) dərəcəli xx.xx.1983-cü il 1 01 İaolyasiyaçı olaraq işə qəbul edilmişdir tarixli 6/k saylı əmr 2 03 01 1984 SSRİ ƏQM 36-cı maddəsinin 1-ci bəndinə xx.xx.1984-cü il əsasən (tərəflərin razılığı ilə) işdən azad tarixli 3/k saylı əmr edilmişdir. KŞ baş müfəttişi (imza var) Möhür var TMİ N°26 Tİ “Metallurstroy” 3 1984 3 (üçüncü) dərəcəli bənna olaraq işə qəbul xx.xx.1984-cü il 01 02 edilmişdir. tarixli 76 saylı əmr 4 11 04 1984 RSFSR ƏQM 36-cı maddəsinin 1-ci bəndinə xx.xx.1984-cü il əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. tarixli 206 saylı əmr KŞ baş müfəttişi (imza var) Möhür var
Neftçala TRİ Lenin ordenli istehsalat birliyi “AZNEFT”
5 17 09 1984 Neft və qaz quyularının istismar və kəşf xx.xx.1984-cü il 6 qazılması üzrə 3 (üçüncü) dərəcəli qazması tarixli 134 /k saylı köməkçisi olaraq işə qəbul edilmişdir. əmr 02 01 1985 Azərbaycan SSR ƏQM 37-ci maddəsinə xx.xx.1985-ci il əsasən öz xahişi ilə işdən azad edilmişdir. tarixli 61/k saylı Rəis (imza var) əmr KŞ baş müfəttişi (imza var) Möhür var
Neftçala rayon İB 7 14 02 1985 Rayon tikinti briqadasına bənna olaraq işə xx.xx.1985-cü il qəbul edilmişdir. tarixli 23 saylı sərəncam 8 12 06 1985 Azərbaycan SSR ƏQM 37-ci maddəsinə 12.06.85-ci il tarixli əsasən öz xahişi ilə işdən azad edilmişdir. 95 saylı sərəncam KŞ baş müfəttişi (imza var) Möhür var “Termoizolyasiya” Bakı Montaj İdarəsi
9 09 07 1985 Əli bayramlı işlər idarəsinə 2 (ikinci) dərəcəli xx.xx.1985-ci il İaolyasiyaçı olaraq işə qəbul edilmişdir. tarixli 05 saylı əmr
10 01 11 1985 3 (üçüncü) dərəcəli İaolyasiyaçı olaraq xx.xx.1985-ci il köçürülmüşdür. tarixli 117 saylı əmr
11 01 01 1987 4 (dördüncü) dərəcəli İaolyasiyaçı olaraq xx.xx.1986-cı il köçürülmüşdür. tarixli 138 saylı əmr
12 01 11 1987 Əməyin ödənilməsinin yeni tarif şərtlərinin xx.xx.1987-ci il daxil edilməsi ilə əlaqədar 3 (dərəcəli tarixli 130 saylı əmr iaolyaiyaçı dərəcəsi verilmişdir. 13 30 11 1988 Bakı şəhərindən köçməsi ilə əlaqədar xx.xx.1988-ci il Azərbaycan SSR ƏQM 37-ci maddəsinə tarixli 111 saylı əmr əsasən işdən azad edilmişdir. 14 05 01 1989 KŞ baş müfəttişi “Yinost” (imzaüzrə TTİ müqavilə var)bənna olaraq işə 1988-ci il müqavilə qəbul edilmişdir (möhür var) M> 109
15 23 03 1989 RSFSR ƏQM 31-cı maddəsinə əsasən öz xx.xx.1989-cu il xahişi ilə işdən azad edilmişdir. tarixli 15 saylı əmr Direktor (imza var) 16 24 Möhür var Montaj tikinti mərkəzinə 4 03 1989 “QlobusQ xx.xx.1989-cu il (dördüncü) dərəcəli suvaqçı - bənna olaraq tarixli 3 § 5 saylı işə qəbul edilmişdir (möhür var). əmr 17 10 11 1989 RSFSR ƏQM 31-cı maddəsinə əsasən öz xx.xx.1989-cu il xahişi ilə işdən azad edilmişdir. tarixli 24 § 5 saylı Rəis (imza var) əmr Möhür Əli var BMİ bayramlı
20 02 09 1991 3-cü dərəcəli qüllə montaj çısı olaraq işə xx.xx.1991-ci il qəbul edilmişdir. tarixli 117 saylı əmr
21 25 05 1995 Azərbaycan SSR ƏQM 38-ci maddəsinin 1-ci xx.xx.1995-ci il bəndinə əsasən (müəssisənin ləğv olunması tarixli 27 p saylı ilə əlaqədar) işdən azad edilmişdir. əmr Əli Bayramlı NMİ rəisi (imza var) İddiaçıya məxsus H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixindən tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (isiehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilikdə müəyyən edilmiş tələblərə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N°- li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Mərkəzi Filiala xx.xx.2025-ci il tarixli müraciətinizə əsasən Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyanız 57 yaşınızın tamamlandığı xx.xx.2018-ci il tarixindən yenidən hesablanaraq pensiya məbləğiniz 224,03 manat (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2024-cü il tarixinə 416,53 manat) məbləğində müəyyən edilib. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti ayiarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2024-cü il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Həmçinin, sizə pensiya təyin olunduqdan sonra 6 il işləməyinizlə əlaqədar işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 24965,76 manat pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsininin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 96 aya (65 yaş - 63 yaş) = 24 ay + (144 ay - 72 ay) bölünməklə 260,06 (24965,76/96) manat əmək pensiyanızın (416,53 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz xx.xx.2024-cü il tarixindən 676,59 (416,53 + 260,06) manata (indeksləşdirilməklə xx.xx.2025-ci il tarixinə 731,39 manat) artırılıb. Qanunun 32.1-1 -ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş üç il üçün sizə ödənilməli olan 2259,64 manat pul vəsaiti hesablanıb. Həmin vəsait cari aydan etibarən hissə-hissə (hər ay 112,98 manat) əmək pensiyanızın üzərinə əlavə müvafiq kart hesabınıza köçürülür.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... “Əmək pensiyaları haqqında” Qanun: Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 24. Sığorta stajının hesablanmasında güzəştlər 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; 24.0.2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə; 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; 24.0.4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti - üçqat ölçüdə. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1ci maddəsinə uyğun ödənilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfi dinləyərək, iddia və etiraz ərizəsini, işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, pensiyasını ilkin müraciət etdiyi xx.xx.2021-ci il tarixdən 3 il əvvələ, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq öna ödənilməsindən ibarətdir ki, o, həmin tələblə cavabdeh inzibati orqana müraciət etmiş və müraciətinin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədlərdən müəyyən edir ki, İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixində cavabdeh inzibati orqana müraciət etmiş və həmin müraciət əsasında ona 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdeh inzibati orqandan xahiş etmişdir. Müraciət əsasında iddiaçıya ünvanlanmış 11,02.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müvafiq Qanunun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin ona dair xx.xx.2024-cü il tarixli 255 nömrəli arayışında onun xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi xidmət keçdiyi, xx.xx.1980-xx.xx.1981 ci il tarixləri arasındakı dövr ərzində isə Əfqanıstan Demoktratik Respublikasında beynəlmiləlçi borcunu yerinə yetirdiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda İddiaçı döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etməsi barədə hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövrün ikiqat ölçüdə hesablanmaqla iş stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 25 ildən az (24 il 3 ay 17 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982xx.xx.1982ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.2005-ci il arasındakı dövrlər)) təşkil etmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixində yenidən cavabdehə müraciət etmiş və müraciət ərizəsinin məzmunundan aydın olduğu kimi yuxarıda qeyd olunan Müdafiə Nazirliyinin arayışını əvvəlki müraciətdə təqdim etmədiyindən imtina aldığı hazırda qoşma hissəyə əlavə etdiyini və müraciətinə yenidən baxılmasını xahiş etmişdir. Daxil olan müraciət əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2025-ci il tarixindən təyinat aparılmış və sonuncu lazımi sənədlərin əlavə edildiyi müraciətdən 3 il əvvələ hesablanaraq ödəniş həyata keçirilmişdir. Beləliklə də, məhkəmə qeyd edir ki, iddiaçının 2021-ci ildə olan ilkin müraciəti ona 57 yaşdan deyil, 60 yaşdan pensiya təyini ilə bağlı olmuş və təyinat aparılmışdır. İddiaçı da həmin təyinatla razı olmuş və şikayəti daxil olmamışdır. Bundan sonra isə iddiaçının 57 yaşdan pensiya təyini ilə bağlı ilkin müraciəti xx.xx.2025-ci il tarixdə natamam şəkildə olmuş, daha sonra sənədlər tam şəkildə yalnız xx.xx.2025-ci il tarixli müraciətdə təqdim edilmiş və təyinat olmuşdur. Belə olan halda məhkəmə işin hüquqi və faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları pozulmamış və imtina qanuni və əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 Şəxsi Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasını ilkin müraciət etdiyi xx.xx.2021-ci il tarixdən 3 il əvvələ, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq öna ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68-ci , 69cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova