Məhkəmə qərarları › İş №2-1(120)-3070/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3070/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3070/2025 02.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2023-cü ilin mart ayından (müraciət olunan tarixdən) ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2023-cü ilin mart ayından (müraciət olunan tarixdən) ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cəbrayıl rayonunda qeydiyyatındadır, lakin Sumqayıt şəhərində yaşayır, üç övladı var, Cəbrayıl rayonu 6 saylı məktəbin müəllimidir. Həyat yoldaşı olmadığı üçün uşaqlarını təkbaşına böyüdür, heç yerdən əlavə gəliri yoxdur. Lakin bazar və mağazalarda qiymətlərin artımı aldığı maaşla uyğun gəlmədiyindən, məcbur olub qanuna uyğun olaraq Ünvanlı Dövlət Sosial Yardımı almaq üçün aidiyyəti üzrə VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. VEMTAS sisteminə daxil etdiyi məlumatlar üzrə cavabdeh tərəf qanun çərçivəsində yoxlanış aparıb 15 iş günü ərzində ona məlumat verməli olduğu halda təxminən iki ay sonra cavab olaraq imtina vermişdir. Belə ki, VEMTAS sisteminə daxil olmaq üçün Notariusdan rəsmi şəkildə pul verib aldığı sənədin müddəti zaman baxımındın 90 (doxsan) gündür. Qarşı tərəfin müraciətinə gec cavab verməsini həm süründürməçilik kimi qiymətləndirir, həm də bilərəkdən olduğunu düşünür. Çünki, qarşı tərəf vaxtında, 15 iş günü ərzində müraciətinə cavab versəydi, lazımi şəkildə imtinalarda yaradılmış süni probilemləri aradan qaldırmağa çalışardı, lakin müraciətlərinə verilən cavabların gecikməsi birbaşa qanun və hüquq pozuntusu olmaqla yanaşı həm də əlində olan sənədin vaxtının bitməsinə xidmət etmiş. maddi vəziyyətinin ağır olmağı səbəbindən VEMTASA daxil olmaq üçün notariusdan ardarda yeni sənədlər almaq imkanı olmamışdır. Son illərdə bir neçə dəfə olmaqla Dövlət tərəfindən ona və ailəsinə Ünvanlı Dövlət Sosial Yardımı ayrılmış və vaxtlı vaxtında almış, lakin son illərdə (2022) fevral ayından bəri dəfələrlə müraciət etməyinə və ailəsində adambaşına düşən gəlirlərin minumum ehtiyac meyarından aşağı olmasına baxmayaraq, ona və ailəsinə verilməli olan Ünvanlı Dövlət Sosial Yardımı cavabdeh tərəfindən qanunsuz olaraq verilmir. Bu səbəbdən də 2022-ci ildə Sumqayıt İnzibati məhkəməsinə cavabdeh orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət etmiş, müraciətinə baxılıb və iddiası təmin edilmişdir. Lakin məhkəmənin qəbul olunmuş qərarı yalnız bir il fevral 2022-fevral 2023 əhatə etmişdir. Daha sonra cavabdeh tərəf həm Apellyasiya məhkəməsinə həm də Azərbaycan Respublikasının Ali Məhkəməsinə qəbul edilmiş qərardan şikayət etmişdir. Şikayətlərə baxmayaraq həm Sumqayıt Apellyasiya Məhkəməsi həm də Ali Məhkəmə, Sumqayıt İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlamış və onun iddiasını təmin etmişdir. Yəni, onun ailəsi məhkəmə tərəfindən aztəminatlı ailə kimi tanınmışdır. Bununla yanaşı, eyni zamanda həm də Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, mart 2023 cü il tarixindən əlavə bir il üçün almış olduğum imtinaları məhkəmədə mübahisələndirmək istəmiş, həmin məhkəmədə işə baxmış, lakin hüquqi savadsızlığına görə, ona təqdim edilən bəzi sənədlərə imza atdığına görə işə xitam vermişdir. Bu səbəbdən də həmin işi ikinci dəfə məhkəməyə təqdim etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, işin faktiki hallarına əsasən, İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının (bundan sonra-ÜDSY) təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli **********29501 nömrəli ərizə ilə müraciət etmişdir. Həmin müraciətə maddi-məişət şəraitinin müayinəsi zamanı icra probasiya sənədin təqdim edilməməsi-ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina verilmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsində ona hər uşağa görə 100 manat olmaqla aylıq ümumilikdə 300 manat məbləğ aliment təyin edilərək ödənilməsi nəzərdə tutulmuşdur. Sözügedən müraciətlə bağlı xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilən zaman təmsilçi aliment almadığını bildirmiş, lakin bununla bağlı icra-probasiya şöbəsindən hərhansı sənədi(arayış) təqdim etməmişdir. Bu səbəbdən qeyd edilən müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Daha sonra iddiaçı yenidən VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli **********29502 nömrəli ərizə ilə müraciət etmiş və həmin ailənin “ərizə-bəyannamə”də göstərdiyi ünvanın natamam olması səbəbindən imtina verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2023-cü ilin mart ayından (müraciət olunan tarixdən) ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-3070/2025 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi iddiaçının hüquqi marağının təmin edilməsinə yönəlməmişdir. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-160151/2025 nömrəli etiraz məktubundan aydın olur ki, İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli **********29501 nömrəli ərizə ilə müraciət etmişdir. Həmin müraciətə maddi-məişət şəraitinin müayinəsi zamanı icra probasiya sənədin təqdim edilməməsi-ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina verilmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsində ona hər uşağa görə 100 manat olmaqla aylıq ümumilikdə 300 manat məbləğ aliment təyin edilərək ödənilməsi nəzərdə tutulmuşdur. Sözügedən müraciətlə bağlı xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilən zaman təmsilçi aliment almadığını bildirmiş, lakin bununla bağlı icra-probasiya şöbəsindən hər-hansı sənədi(arayış) təqdim etməmişdir. Bu səbəbdən qeyd edilən müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Belə olan təqdirdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əsas hüquqi marağı ünvanlı dövlət sosial yardımın bərpa edilməsi deyil, ona ünvanlı dövlət sosial yardımının təyin edilməsindən ibarətdir. Belə ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarının 3.5-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. İddiaçı bir il fevral 2022-ci il - fevral 2023cü il tarixədək sosial yardım təyin edilmişdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarının 3.4-1-ci bəndinə əsasən Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin qaydaların 3.5-ci bəndinə əsasən Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Həmin qaydaların 4.10-cu bəndinə əsasən Sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər. İş materiallarına baxılan zaman isə İddiaçı son müraciətindən bir ildən çox vaxt keçdiyi müəyyən edilmişdir ki, qeyd edilən dövrdə hər hansı bir mübahisə olmamışdır. Eləcə də, tərəf imtinada qeyd edilən yanlışlıqlara düzəliş edilərək yenidən inzibati orqana müraqciət edə bilərdi ki, qeyd edilənlərdə müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-584/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Qərarda qeyd edilmişdir ki, “iddiaçı cavabdehə dəfələrlə müraciət etsə də, hər dəfə müraciətə mənfi cavab verilmiş, bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır”. Məhkəmə hesab edir ki, İddiaçı inzibati orqan tərəfindən imtinada qeyd edilən hallar barəsində dəqiqləşdirmələr apararaq hüquqi marağı üzrə yenidən müraciət edə bilər. Qeyd edilən imtinalar və ya mənfi cavablar tərəfin növbəti müraciətini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən yardım məktubunda göstərilən hallarla bağlı hər hansı tədbir görülməmişdir. Həmçinin iddiaçının 30 iyul 2025-ci il tarixli məktubunun məzmunundan da iddiaçının təkidlə hazırki iddia tələbi üzrə işə baxılmasını tələb etdiyi aydın olur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2023-cü ilin mart ayından (müraciət olunan tarixdən) ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2023-cü ilin mart ayından (müraciət olunan tarixdən) ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar