Məhkəmə qərarları › İş №2-1(120)-3077/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3077/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3077/2025 14.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mövcud vəziyyətin nəzərə alınaraq, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qərarının dəyişdirərək, qızı X4 ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının ünvanının Neftçala rayonu olduğunu, Neftçala rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2025-ci il tarixli, 2-1(112)-6315/2025 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X2 anası və qanuni nümayəndəsi kimi ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X1 Nigar Cəlal qızı üçün, atası-Hüseynov Cəlal Asif oğlunun ölümü səbəbilə ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. xx.xx.2024-cü il tarixli, 03-17-l/2-A-222462/2024 nömrəli cavab məktubuna əsasən qızı-X4 ailə başçısım itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Təyin edilməmə səbəbi kimi X13 Asif oğlunun əmək kitabçasında qeyd edilmiş xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək “Artika” fırması və 2000-2002-ci illərə “Mars-96” fırmasında dair hesabat məlumatlarının iş qovluğunda aşkarlanmadığını və 2002-2004-cü illər üzrə müəssisə tərəfındən məcburi sosial sığorta haqları (9 ay) Hüseynov Cəlal Asif oğlunun sığorta stajına daxil edildiyi qeyd edilmişdir. Həmçinin məktubda təqdim edilən sənədlərə əsasən ümumi staj müddətinin 10 il 7 ay olduğu və qanunvericiliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasınm təyin olunması üçün 10 il 8 ay staj tələbinin olduğu, buna görə də pensiyanın təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Müvafıq ilkin cavab məktubunda mərhumun 10 il 8 ay sığorta stajına sahib olmasının qanunvericiliyə əsasən olduğu qeyd edilsə də, konkret olaraq hansı qanunvericilik norması olduğu əks olunmamışdır. Bənzər səbəblər xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A- 241003/2024 nömrəli təkrar mtiraciətə cavab məktubunda əks etdirilmişdir. Həmin cavab məktubundan inzibati qaydada yuxarı orqana-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıə Nazirliyinə xx.xx.2024-cü il tarixində ünvanladığı inzibati şikayətə cavab olaraq təqdim olunan xx.xx.2024-cü il tarixli, 03-17-l/2-A-302227/2024 nömrəli məktubda bənzər səbəblər əks olunmuş, əlavə olaraq “Artika” və “Mars-96” fırmalarının arxiv sənədlərinin Dövlət Arxivinin Sumqayıt Filialına təhvil verilmədiyi qeyd edilmişdir. Həmçinin cavab məktubunda qızına-X4, xx.xx.2024-cü il tarixindən 120 manat ailə başçısmı itirməyə görə sosial müavinat təyin edildiyi qeyd edilmişdir. Bildirir ki, ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfındən göndərilmiş bütün cavab məktublarında mərhum-Hüseynov Cəlal Asif oğlunun çalışdığı müəssisə kimi “Artika” fırması qeyd edilmişdir. Halbuki, mərhumun əmək kitabçasında qeyd edilmiş müəssisənin adı “Arktika”dır. Bundan əlavə xx.xx.2024-cü il tarixli, 03-17-1/2- A-302227/2024 nömrəli cavab məktubunda xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək və xx.xx.2000-ci il tarixinədən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin mötəbərliyinə əsaslı şübhələr olduğu qeyd edilsə də, 2002-2004-cü illərdə müəssisənin məcburi dövlət sosial sığorta haqları ödədiyi dövr (9 ay) mərhumun sığorta stajına daxil edilib. Hər hansı müəssisə və dövlət qurumu tərəfındən edilən texniki səhvin nəticəsini vətəndaş olaraq onlar ödəməməlidir. Əlavə olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nəsimi Rayon İdarəsindən X13 Asif oğlunun xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsini təsdiq edən arayış əldə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı qızı X4 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı V.X5 daxil olmuş ərizəsinə və ona olavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılaraq, xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-302227/2024 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərin surətlərinə əsasən mərhum Cəlal Hüseynovun sığorta stajı qanunla nəzərdə tutulandan (10 il 8 ay) az olduğu üçün övladı X4 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Bundan sonra-Qanun) 14.1.1-ci maddəsinə görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 22-1.2.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə (əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır) uyğun olaraq hesablanır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən Hüseynov Cəlal Asif oğlunun tələb olunan sığorta stajının qanunla nəzərdə tutulan müddətdən az olduğu (10 il 7 ay) müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilən X13 Asif oğluna məxsus əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2004cü il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işcinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasınm Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmus sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli arayışına əsasən bildirirlər ki, “Arktika” və “Mars-96” firmalarının arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir. Eyni zamanda Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının müvafiq xidməti məktubuna əsasən xx.xx.1999-cu il tarixdən xx.xx.2000ci il tarixədək “Artika” firmasının və “Mars-96” firmasının 2000-2002-ci illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. C.Hüseynova əməkhaqqı hesablanması barədə heç bir məlumatın olmaması səbəbindən həmin dövrlər iddiaçınm əmək stajına daxil edilməmişdir. Qeyd etmək lazımdır ki, işlədiyi dövrlər üzrə müəssisə tərəfindən əməkhaqqı verilmədiyi halda, həmin dövrlərin iş stajına daxil edilərək iddiaçıya Fond tərəfindən əmək pensiyasınm təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Həmçinin bildiririrlər ki, 2002-2004-cü illərdə isə müəsissənin məcburi dövlət sosial sığorta haqları ödədiyi dövr (9 ay) Cəlal Hüseynovun sığorta stajına daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvehciliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Bildirirlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən Nigar Hüseynovaya xx.xx.2024-cü il tarixdən 120 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlara əsasən bildirirlər ki, Cəlal Hüseynovun cəmi sığorta stajı 10 il 7 ay olmaqla qanunla nəzərdə tutulandan (10 il 8 ay) az olduğu üçün övladı X4 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X10 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi və vəkili X7 qızı ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Neftçala Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, hazırki iş üzrə İddiaçı xx.xx.1980-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 27 aprel 2011-ci il tarixli, AZ-İİ 649108 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 yanvar 2011-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Hüseynov Cəlal Asif oğlu, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 aprel 2011-ci il tarixli, AZ-İ 170753 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, Hüseynov Cəlal Asif oğlu X2 atası hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 71 nömrəli arayışdan görünür ki, Hüseynov Cəlal Asif oğlu xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 2 il 11 ay 11 gün Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 01 oktyabr 1999-cu il tarixdə 26 dekabr 1976-cı il tarixdə doğulmuş Hüseynov Cəlal Asif oğlunun adına tərtib edilən AТ-Vİİİ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Hüseynov Cəlal Asif oğlu müvafiq əmrlərlə xx.xx.1999cu il tarixdən xx.xx.2000-ci il tarixədək “Arktika” istehsal-kommersiya firmasında minik maşınının sürücüsü vəzifəsində işləmiş və 11 ay, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Mars-96” firmasında minik maşınının sürücüsü vəzifəsində işləmiş və 3 il 6 ay 26 gün, ümumilikdə isə 4 il 5 ay 26 gün iş stajı toplamışdır. İş materiallarında olan 03 aprel 2024-cü il tarixli, AZ-İİ 422274 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Hüseynov Cəlal Asif oğlu beyin odemi səbəbindən xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Beləliklə, iş materiallarına əsasən X13 Asif oğlu hərbi xidmət illəri nəzərə alınmaqla ümumilikdə 7 il 5 ay 7 gün sosial sığorta stajına malik olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 10 iyul 2024-cü il tarixli, 3-17-1/2-A-159373/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-A-222462 /2024 nömrəli, 04 oktyabr 2024cü il tarixli, 3-17-1/2-A-241003/2024 nömrəli və 09 dekabr 2024-cü il tarixli, 3-17-1/2-A- 302227/2024 nömrəli məktublarından müəyyn olunur ki, iddiaçı övladı X4 ailə başçısını itirməyə görə sosial müavinət və pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu həmin pensiya təyinatından imtina edərək bildirmişdir ki, X13 Asif oğluna məxsus əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1999-cu il tarixindən 01,09.2000-ci il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının müvafiq xıdməti məktubuna əsasən xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək “Artika” firmasının və 2000-2002-ci illər üzrə “Mars-96” firmasının hesabat məlumatları iş qovluğunda aşkarlanmamış, eyni zamanda 2002-2004-cü illərdə müəsissənin məcburi dövlət sosial sığorta haqları ödədiyi dövr (9 ay) Cəlal Hüseynovun sığorta stajına daxil edilmişdir. Cəmi sığorta stajı 10 il 7 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (10 il 8 aydan) azdır. Göründüyü kimi, cavadeh inzibati orqan X13 Asif oğlunun adına tərtib olunmuş 01 oktyabr 1999-cu il tarixli AТ-Vİİİ ******* nömrəli əmək kitabçasında əksini tapmış, müvafiq imza və möhürlərlə təsdiq edilmiş xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi (11 ay) “Arktika” firmasının və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi (3 il 6 ay 26 gün) “Mars-96” firmasının arxiv sənədlərinin Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməməsini, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək “Artika” firmasının və “Mars-96” firmasının 2000-2002-ci illərə dair hesabat məlumatlarının iş qovluğunda aşkarlanmamasını, C.Hüseynova əmək haqqı hesablanması barədə heç bir məlumatın olmamasını əsas gətirərək həmin müddətlərin, həmçinin 2002-2004-cü illərdə “Mars-96” firmasının məcburi dövlət sosial sığorta haqları ödədiyi dövr (9 ay) istisna olmaqla, qalan müddətin, yəni ümumilikdə həmin müəssisələrdə işlədiyi 4 il 5 ay 26 gün sığorta stajından 9 ay istisna olmaqla, qalan 3 il 8 ay 26 gün müddətini Cəlal Hüseynovun sığorta stajına daxil etməmiş, nəticədə İddiaçı övladı X4 ailə başçısının itirməyə görə pensiya təyinatından atasının sığorta stajının qanunvericiliklə tələb olunan müddətdən (10 il 8 ay) az (10 il 7 ay) olması səbəbi ilə imtina etmişdir. Məhkəmə İddiaçı övladı X4 ailə başçısını itirməyə görə pensiya təyinatından imtina edilməsi üçün cavabdeh inzibati orqanın gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, X13 Asif oğlunun hərbi xidmət illəri (2 il 11 ay 11 gün) və əmək fəaliyyəti dövrü (4 il 5 ay 26 gün) nəzərə alınmaqla ümumilikdə 7 il 5 ay 7 gün sosial sığorta stajına malik olduğu həmin sənədlərdə olan müvafiq imza və əmrlərlə təsdiq edilmişdir. X13 Asif oğlunun xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi (11 ay) “Arktika” firmasının və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi (3 il 6 ay 26 gün) “Mars-96” firmasının arxiv sənədlərinin Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməməsinin, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək “Artika” firmasının və “Mars-96” firmasının 2000-2002-ci illərə dair hesabat məlumatlarının iş qovluğunda aşkarlanmamasının, C.Hüseynova əmək haqqı hesablanması barədə heç bir məlumatın olmamasının məsuliyyətinin iddiaçının və ya onun mərhum həyat yoldaşının üzərinə qoyulmasını məhkəmə yolverilməz hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmçinin, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə hesab edir ki, X13 Asif oğlunun xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi (11 ay) “Arktika” firmasının və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi (3 il 6 ay 26 gün) “Mars-96” firmasının arxiv sənədlərinin Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməməsi, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək “Artika” firmasının və “Mars-96” firmasının 2000-2002-ci illərə dair hesabat məlumatlarının iş qovluğunda aşkarlanmaması, C.Hüseynova əməkhaqqı hesablanması barədə heç bir məlumatın olmaması iddiaçının, mərhum həyat yoldaşının və onların övladının təqsiri ilə bağlı hal kimi qiymətləndirilə bilməz və bunun məsuliyyətinin onların üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Hüseynov Cəlal Asif oğlunun yuxarıda adları çəkilən müəssisələrdə əmək kitabçasında qeyd olunan dövrlərdə işləməsi faktını onun adına tərtib olunmuş əmək kitabçasında həmin müəssisə rəhbərləri müvafiq imza və möhürləri ilə təsdiq etmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, İddiaçı övladı X4 ailə başçısını itirməyə görə pensiya təyinatının aparılması tələbi isə əsaslı olduğundan iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir Həmin Qanunun 22-1.2.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə (əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır) uyğun olaraq hesablanır. Qeyd olunduğu kimi, xx.xx.1976-cı ildə doğulmuş X13 Asif oğlunun xx.xx.2006-cı il tarixədək sığorta stajı əmək kitabçasına (4 il 5 ay 26 gün) və hərbi biletinə (2 il 11 ay 11 gün) əsasən 7 il 5 ay 7 gün təşkil edir ki, bu da hər bir halda onun övladı X2 ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı hüququna əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı övladı X4 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı övladı X4 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar