Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-308/2020 28.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, X1, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi X5, Üçüncü şəxs X6 iştirakları ilə, X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Hacıqabul rayonu, Navahi kəndində yerləşən 0.0899 ha torpaq sahəsinə dair verilmiş çıxarışda texniki səhv nəticəsində qeyd edilmiş “X34” nun çıxarılması və müvafiq torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə həvalə olunması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu, Navahi kəndində yerləşən 0.0899 ha torpaq sahəsinə dair verilmiş çıxarışda texniki səhv nəticəsində qeyd edilmiş “X34” nun çıxarılması və müvafiq torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-308/2020 saylı qərardadı ilə X6, X10, X11, X22 və X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ona və ailə üzvlərinə paylı mülkiyyət hüququ ilə məxsus Hacıqabul rayonu, Navahi kəndində yerləşən 0.0899 ha torpaq sahəsinə dair verilmiş çıxarışdan X22 adının silinməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi xx xxxxxxx 2019-cu il tarixli məktubla ona bildirilmişdir ki, həmin torpaq sahəsinin bağışlanmasına dair müqavilə və ya məhkəmə qərarı təqdim ediləcəyi təqdirdə ərizəsi təmin oluna bilər. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 izahatında iddia tələbi ilə razı olduğunu qeyd edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X18, X19, X34 və X27 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X30 iddiaçıya ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli, **********48 nömrəli məktubunda qeyd olunmuşdur: “sizin “X22 adının, “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də səhvən qeyd edilməsi səbəbindən Hacıqabul rayonu, Navahi kəndində yerləşən 0.0899 ha torpaq sahəsinə verilmiş çıxarışdan silinməsi” ilə bağlı xx.xx.2019-cu il tarixli müraciətinizə 13 saylı X31 baxılmışdır. Məlumat üçün bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını aparan orqandır. O cümlədən, X22 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən payının sizə və ya digər ailə üzvlərinizə bağışlanmasına dair notarial təsdiq olunmuş müqavilə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edəcəyiniz təqdirdə müraciətinizin icrası istiqamətində mövcud qanunvericiliyə uyğun tədbir görüləcəkdir. Odur ki, X22 adının çıxarışdan silinməsinə dair hüquqmüəyyənedici sənəd təqdim etmədiyiniz üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir”. İş materiallarında olan seriya RX, ******* nömrəli çıxarışdan görünür ki, X22 Hacıqabul rayonu, Navahi kəndində yerləşən torpaq sahəsi üzərində 1/6 hissədə paya mülkiyyət hüququ vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X30 məhkəməyə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, **********98 nömrəli məktubuna əlavə olunmuş JN 170 A, kod 91006027 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və torpaq sahəsinin qaiməsindən görünür ki, Hacıqabul rayon X15 xx xxxxxx 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə 0.09 ha torpaq sahəsi X7, X3, X4, X8, X9 və X22 mülkiyyətinə verilmişmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx xxxxx 2020-ci il tarixli, **********63 nömrəli məktubuna əlavə olunmuş Hacıqabul rayon X26 tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, 0,08 ha həyətyanı torpaq sahəsi X7, X3, X4, X8, X9 və X22 mülkiyyətinə verilmişmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, seriya RX, ******* nömrəli çıxarış Torpağın mülkiyyətə verilməsinə dair JN-170A (kod 91006027) nömrəli şəhadətnamə əsasında, Torpağın mülkiyyətə verilməsinə dair JN-170A (kod 91006027) nömrəli şəhadətnamə isə Hacıqabul rayon X15 xx xxxxxx 1998-ci il tarixli, 03 saylı qərarı və həmin komissiya tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər seriya RX, ******* nömrəli çıxarışın verilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Həmin sənədlərdə (“vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəldə və adlı siyahıda) mülkiyyətçi kimi X22 adı qeyd edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini o vaxt əsaslı və ya bunun əksi olaraq cavabdeh inzibati orqanın hərəkətlərini o zaman qanunsuz hesab edə bilərdi ki, çıxarışın və onun verilməsinə əsas olan şəhadətnamənin tərtib edilməsinə əsas olan sənədlərdə X22 adı qeyd olunmasın. Lakin yuxarıda sadalanan sübutlardan göründüyü kimi seriya RX, ******* nömrəli çıxarışın tərtib edilməsinə əsas olan sənədlərdə mülkiyyətçilər sırasında X22 adı qeyd edilmişdir. Başqa sözlə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, seriya RX, ******* nömrəli çıxarış, JN-170A (kod 91006027) nömrəli şəhadətnaməyə uyğun, şəhadətnamə isə ilkin hüquqmüəyyənedici sənədlərə uyğun düzgün və qanuni şəkildə tərtib edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qeydiyyat aparan orqan kimi cavabdeh inzibati orqan seriya RX, ******* nömrəli çıxarışdan X22 adının çıxarılması tələbi ilə bağlı iddiaçının ilkin müraciətindən imtina edərkən haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət X26, Naxçıvan Muxtar Respublikası X26, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinə əsasən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Həmin Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X15 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X17 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası X17 şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası X26 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası X15 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X17 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X26 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X15 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qeyd edir ki, seriya RX, ******* nömrəli çıxarış,həmin çıxarışın verilməsinə əsas olanTorpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun düzgün tərtib edilmişdir. Həmçinin müəyyən edilmişdir ki,Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə həmin şəhadətnamənin verilməsinə əsas olan Hacıqabul rayon X15 xx xxxxxx 1998-ci il tarixli, 03 saylı qərarı və həmin komissiya tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl”ə uyğun düzgün tərtib edilmişdir (ən azından əksini sübut edən heç bir hal müəyyən olunmamışdır). Məhkəmə onu da qeyd edir ki, iddiaçı razılaşmadığı yerli X15 qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verə bilərdi. Lakin, iddiaçı həmin qərardan şikayət verməmiş və həmin qərar icra olunaraq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və həmin Şəhadətnamə əsasında Çıxarış tərtib edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməməkdə haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Hacıqabul rayonu, Navahi kəndində yerləşən 0.0899 ha torpaq sahəsinə dair verilmiş çıxarışda texniki səhv nəticəsində qeyd edilmiş “X34” nun çıxarılması və müvafiq torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə həvalə olunması” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Hacıqabul rayonu, Navahi kəndində yerləşən 0.0899 ha torpaq sahəsinə dair verilmiş çıxarışda texniki səhv nəticəsində qeyd edilmiş “X34” nun çıxarılması və müvafiq torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə həvalə olunması” barədə iddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-308/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-308/2020
28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver