Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-308/2023 09.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X3, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 09 iyun 2023-cü il tarixdə, Şirvan İnzibati Məhkəməsinin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sosial sığorta hesabından başqa şəxsin adına köçürülmüş sığorta kapitalının fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə iddiaçı və iddia tələbinin olduğu kimi saxlanılmasını, cavabdeh kimi Mil-Muğan Regional Təhsil İdarəsinin tanınmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin üçüncü şəxs qismində cəlb edilmələrini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı və iddia tələbinin olduğu kimi saxlanılması, cavabdeh kimi Mil-Muğan Regional Təhsil İdarəsinin tanınması, digər cavabdehlərin cavabdehlər sırasından çıxarılması, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Bundan əlavə, məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin hazırkı inzibati məhkəmə icraatında üçüncü şəxs kimi prosessual iştirakına xitam verilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 22 aprel 2020-ci il tarixdə 65 yaşının tamam olması ilə əlaqədar pensiyaya çıxmışdır. Pensiyası hesablananda məlum olmuşdur ki, onun 2012, 2013, 2016, 2017 və 2018-ci illərdə yığdığı sığorta kapitalı başqa adamın sığorta kartında toplanlanmışdır. Məsul idarələrin bu səhvlərinə görə onun pensiyası hər ay 59 manat az hesablanmışdır. O, 2 ilə yaxın müddətdə dəfələrlə Təhsil Nazirliyinə, İmişli Rayon Təhsil Şöbəsinə, Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq bu ədalətsizlik həllini tapmamışdır. Halbuki, hər iki dövlət idarəsinin - Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin məlumatlarında onun SSN-i **********492 sosial sığorta hesabından X8 adlı şəxsin SSN-i **********092 hesabına sosial sığorta kapitalı işlənməsi təsdiq olunur. Buna baxmayaraq, ona verilən cavabların hamısında qeyri-müəyyən formada bunun əlavə araşdırılacagı bildirilir. Aiddiyyəti orqanların belə süründürməçiliyi, öz səhvlərini düzəltmək istəməmələri onu çox narazı salır və dövlətçiliyin nüfuzuna xələl gətirir. Cavabdehin təqsirindən o, hər ay əlavə zərərə düşür. Cavabdeh dövlət qurumları öz vəzifələrini yerinə yetirmirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaya qarşı 16 sentyabr 2022-ci il tarixli, **********7 nömrəli etirazı məhkəməyə daxil olmuşdur. Etirazda qeyd olunmuşdur ki, İddiaçı 22 aprel 2020-ci il tarixdə pensiyaya çıxdığını, lakın pensiyasının hesablanmasında onun 2012, 2013, 2016, 2017 və 2018-ci illərdə yığdığı sosial sığorta kapitalının nəzərə alınmadığını və başqa adamın hesabında toplandığını iddia edərək, onun sosial sığorta hesabından başqa şəxsin adına köçürülmüş sığorta kapitalının fərdi şəxs hesabına köçürülməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi asağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, X12 Məhkəməsinə ünvanlanan **********6 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunduğu kimi, sığortaedən “İmişli rayon Təhsil Şöbəsi” (SUN: **********5) tərəfindən təqdim edilmiş 2006-2011, 2014-2015-ci illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lara (Forma B3) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi” (SUN: **********2) tərəfindən təqdim edilmiş 2019-2021-ci illərin İ-İV rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları **********492 nömrəli fərdi şəxsi hesabında öz əksini tapmışdır. Qeyd olunur ki, Nazirliyin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən sığortaedənlər “İmişli rayon Təhsil Şöbəsi” tərəfindən 2012, 2013, 2016-cı illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Məlumat üçün bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsidir. Eyni zamanda X12 Məhkəməsinə ünvanlanan **********6 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2012, 2013, 2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda X4 (FİN: 3CQPH7H) fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında qeyd edilməsi üçün sığortaedən “İmişli rayon Təhsil Şöbəsi” tərəfindən təqdim edilmiş yoxlanılmasına zərurət yaranan sənədlərdə qeyd olunmuş məlumatlar əsasında müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2012, 2013, 2016-cı illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının H.Əhmədovun fərdi şəxsi hesabında qeyd edildiyi öz təsdiqini tapmış və düzəlişlərin olunmasına Fondda müsbət rəy verilmişdir. Həmin illər üzrə uyğunsuzluqlar aradan qaldırılaraq H.Əhmədovun fərdi şəxsi hesabında qeyd olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında əks olunması üçün Nazirliyin aidiyyəti struktur bölməsinə müraciət edilmişdir. “X7 Mərkəzi’’ MMC-dən Fonda ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 nömrəli xidməti məktubda qeyd edilmisdir ki, sığortaedən İmisli rayon Təhsil şöbəsi tərəfindən 2012, 2013. 2016-cı illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığortası üzrə hesabat”lar Nazirliyin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində H.Əhmədovun fərdi şəxsi hesabında əks olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının digər sığortaolunan İddiaçı fərdi şəxsi hesabında əks olunması təmin edilmişdir. Habelə nazirlik tərəfindən iddiacı F.K.Pasayevə ünvanlanmıs xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubda da qeyd olundugu kimi iddıaçının 2017-2018-ci illərin İ-İV rübləri üzrə məlumatlarının fərdi səxsi hesabında əks olunması üçün dəqiqləsdirilmis “Məcburi dövlət sosial sıportası üzrə hesabat”lar sıgortaedən Azərbaycan Respublikası Təhsil Nazirlivinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən müvafiq icra hakimiyyəti orqanına təpdim edilməlidir. Bundan sonra həmin məlumatların iddiacının fərdi səxsi hesabında əks olunması təmin ediləcəkdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 gəlmiş, digər üçüncü şəxs Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğunu və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə İmişli rayonunun Əlipənahlı kəndində doğulmuş, yaşayış yeri İmişli rayonunun Ağamallar kəndidir. İş materiallarında olan İmişli rayon Təhsil Şöbəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı xx.xx.2020ci il tarixli, x-371, xx.xx.2020-ci il tarixli, x-373 və 18 avqust 2021-ci il tarixli, 139 nömrəli məktublarında İmişli rayon 4 saylı tam orta məktəbin müəllimi İddiaçı (SSN **********492) sosial sığorta hesabatı üzrə 2012-ci, 2013-cü, 2016-cı, 2017-ci və 2018-ci ilin 3-cü rübünədək sosial sığorta kapitalının səhvən X4 (SSN **********092) hesabına işləndiyi bildirilmiş, həmin əmək haqlarının yenidən İddiaçı sığorta hesabına köçürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan İmişli rayon Təhsil Şöbəsinin Mərkəzi Sosial Sığorta İdarəsinə ünvanladığı 02 iyul 2020-ci il tarixli, 175 və 18 avqust 2021-ci il tarixli, 138 nömrəli məktublarında İmişli rayon 4 saylı tam orta məktəbin müəllimi İddiaçı (SSN **********492) sosial sığorta kapitalının düzəliş edilərək onun hesabına işlənilməsinə dair tələb olunan bütün sənədlərin göndərildiyi, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və Fərdi uçot üzrə Mərkəzi filialına müraciət edilsə də, İddiaçı sosial sığorta kapitalının düzəliş olunması ilə əlaqədar heç bir tədbir görülmədiyi, bunun vətəndaşın ciddi narazılığına səbəb olduğu bildirilmiş və köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin Mərkəzi Sosial Sığorta İdarəsinə ünvanladığı məktubunda İmişli rayon 4 saylı tam orta məktəbin müəllimi İddiaçı (SSN **********492) sosial sığorta hesabatı üzrə 2012-ci, 2013-cü, 2016-cı, 2017-ci və 2018-ci ilin 3-cü rübünədək sosial sığorta kapitalının səhvən X4 (SSN **********092) hesabına işləndiyi bildirilmiş, həmin əmək haqlarının yenidən İddiaçı sığorta hesabına köçürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin 5 saylı Ərazi Vergilər İdarəsinə ünvanladığı 07 dekabr 2021-ci il tarixli 630 nömrəli məktubunda İmişli rayon 4 saylı tam orta məktəbin müəllimi İddiaçı (SSN **********492) 2017-ci və 2018-ci illər üçün sosial sığorta kapitalının səhvən X4 (SSN **********092) hesabına işləndiyi bildirilmiş, məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin düzəliş olunaraq İddiaçı sığorta hesabına işlənilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı 02 dekabr 2021-ci il tarixli **********2 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sizin Azərbaycan Respublikası X1 və Əhaiinin Sosial Müdafiəsi Nazırliyinin (Bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş müraciətinizə baxılmışdır. Sığortaedən “İmişli rayon təhsil şöbəsi” (SUN: **********5) tərəfindən təqdim edilmiş 2012, 2013, 2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) sığortaolunan X4 fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabınızda qeyd edilməsi üçün sığortaedən İmişli rayon təhsil şöbəsi tərəfindən təqdim edilmiş yoxlanılmasına zərurət yaranan sənədlərdə qeyd olunmuş məlumatlar əsasında müvafiq araşdırma aparılır. Eyni zamanda bildirilmişdir ki, araşdırma zamanı təqdim edilmiş sənədlərə əsasən 2012, 2013, 2016-cı illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinizin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarınızın H.Əhmədovun fərdi şəxsi hesabında qeyd edilməsi öz təsdiqini tapdıqdan sonra həmin il üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabınızda qeyd edilməsi üçün müvafiq işlər aparılacaqdır. İşlər yekunlaşdıqdan sonra bu barədə əlavə məlumat veriləcəkdir. Əlavə olaraq bildirilmişdir ki, 2017-2018-ci illərin İ-İV rübləri üzrə məlumatlarınızın fərdi şəxsi hesabınızda əks olunması üçün dəqiqləşdirilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar sığortaedən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi” (SUN: **********2) tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nazirliyə ötürüldükdən sonra məlumatlarınızın fərdi şəxsi hesabınızda əks olunması təmin ediləcəkdir. Qeyd olunanları nəzərə alaraq, məsələ ilə bağlı sığortaedən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi”nə müraciət etməyiniz məqsədəuyğundur. Məlumat üçün bildirilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı 01 avqust 2022-ci il tarixli, **********6 nömrəli “Sığortaolunanların fərdi şəxsi hesabında yaranmış uyğunsuzluqların aradan qaldırılması haqqında” məktubunda bildirilmişdir ki, sığortaedən “İmişli rayon Təhsil Şöbəsi” (SUN: **********5) tərəfindən təqdim edilmiş 2006-2011, 2014-2015-ci illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lara (Forma B3) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi” (SUN: **********2) tərəfindən təqdim edilmiş 2019-2021-ci illərin İ-İV rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”lara əsasən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları **********492 nömrəli fərdi şəxsi hesabında öz əksini tapmışdır. Nazirliyin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edüən məlumatlara əsasən sığortaedənlər “İmişli rayon Təhsil Şöbəsi” tərəfindən 2012, 2013, 2016-cı illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Məlumat üçün bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsidir. Eyni zamanda bildiririk ki, 2012, 2013, 2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda X4 (FİN: 3CQPH7H) fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında qeyd edilməsi üçün sığortaedən “İmişli rayon Təhsil Şöbəsi” tərəfindən təqdim edilmiş yoxlanılmasına zərurət yaranan sənədlərdə qeyd olunmuş məlumatlar əsasında müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2012, 2013, 2016-cı illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının H.Əhmədovun fərdi şəxsi hesabında qeyd edildiyi öz təsdiqini tapmış və düzəlişlərin olunmasına Fondda müsbət rəy verilmişdir. Həmin illər üzrə uyğunsuzluqlar aradan qaldırılaraq H.Əhmədovun fərdi şəxsi hesabında qeyd olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında əks olunması üçün Nazirliyin aidiyyəti struktur bölməsinə müraciət edilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, hazırki iş üzrə iddiaçı İmişli rayon 4 saylı tam orta məktəbin müəllimi İddiaçı (SSN **********492) sosial sığorta hesabatı üzrə 2012-ci, 2013-cü, 2016cı, 2017-ci və 2018-ci ilin 3-cü rübünədək sosial sığorta kapitalı səhvən X4 (SSN **********092) hesabına işlənmiş, İmişli rayon Təhsil şöbəsi tələb olunan sənədləri təqdim etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək qeyd olunan illər üzrə sosial sığorta kapitalının İddiaçı sığorta hesabına köçürülməsinə köməklik göstərilməsini xahiş etmiş, araşdırma zamanı təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2012, 2013, 2016-cı illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının H.Əhmədovun fərdi şəxsi hesabında qeyd edildiyi öz təsdiqini tapmış və düzəlişlərin olunmasına müsbət rəy verilmiş, həmin illər üzrə uyğunsuzluqların aradan qaldırılaraq H.Əhmədovun fərdi şəxsi hesabında qeyd olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında əks olunması üçün Nazirliyin aidiyyəti struktur bölməsinə müraciət edilmiş, 2017-2018-ci illər üzrə isə məlumatların iddiaçının fərdi şəxsi hesabında əks olunması üçün dəqiqləşdirilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”ların sığortaedən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi” tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli olduğu, dəqiqləşdirilmiş hesabatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nazirliyə ötürüldükdən sonra məlumatların iddiaçının fərdi şəxsi hesabında əks olunmasının təmin ediləcəyi bildirilmişdir. Göründüyü kimi, nəticə etibarı ilə iddiaçının 2017-2018-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabında əks olunması təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). Həmin Qanunun 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçı İddiaçı 2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabına işlənməsinin təmin edilməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına işlənməsi öhdəliyi cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 2017 və 2018-ci illərdə İmişli rayon 4 saylı tam orta məktəbində işlədiyi müddətdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına işlənməsi öhdəliyi cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-308/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-308/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver