Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-308/2025 20.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Əlişa oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “JN 853A kod 80212018 şəhadətnamə üzrə iddiaçıya ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı Əlişa oğlunun adına dövlət qeydiyyatına alınmasını və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəyininin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı Əlişa oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına hüquqların Dövlət qeydiyyatına alınmasına dair Dövlət reyestrindən çıxarış verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-308/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək, iddia tələbinə “JN 853A kod 80212018 şəhadətnamə üzrə iddiaçıya ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı Əlişa oğlunun adına dövlət qeydiyyatına alınmasını və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəyininin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 012 saylı qərarı ilə Lənkəran raynunun Kərgəlan kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi mülkiyyətimə verilmiş və bu barədə ona JN- 853A KOD 80212018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi hazırda da onun istifadəsində olmaqla torpaq ayrılan vaxt ölçülüb təqdim edilmiş hissədə yerləşir. Qanunvericilikdə olan dəyişiklikdən sonra həmin torpaq üzərində hüquqmüəyyənedici sənədin, yəni daşınmaz əmlak üzərində hüquqların Dövlət qeydiyyatından Çıxarışın alınması zərurəti yaranmışdır. İlkin hüququmüəyyənedici sənəd olaraq JN-853A KOD 80212018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və digər sənədləri dəfələrlə DƏDRX-nin Lənkəran şəhəri üzrə Dövlət xidmətinə gedib evin sənədləşdirilməsini xahiş etsə də bu barədə müraciətləri cavabsız qalmışdır. Nəhayət xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsilə həmin torpaq sahəsinin sənədləşdirilməsi və DƏDRX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə rəsmi qaydada müraciət etmiş və oradan onun müraciətinə imtina cavabı verilmişdir. DƏDRX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı ərazi idarəsi nümayəndəsinə 17 aprel 2023-cü il tarixli 3- 21-3-43/2-1022/2023 saylı bildiriş göndərməklə imtinanın əsası kimi guya sözügedən torpaq sahəsinə ilkin hüquqmüəyyənedici sənədlərə ekspeıtiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, islahatın müvafiq qərarı əsasında tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair həmin JN-853A nömrəli şəhadətnamə barədə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında aidiyyəti hissədə əsaslılığı və qanuniliyi baxımından hər hansı bir qeyd aparılmaması, lakin onun adına JN-646A nömrəli şəhadətnamənin tərtib olunduğu aşkarlanması qeyd edilmişdir. JN-646A nömrəli şəhadətnamə üzrə torpaq sahəsi tamamilə ayrı torpaq sahəsidir və həmin torpaq sahəsi ilə bağlı olaraq hər hansı bir çatışmazlıq yoxdur. Lakin cavabdehə bu barədə müraciət edilməsinə baxmayaraq onun mülkiyyətinə hüquqmüəyyənedici sənədin verilməsi təmin edilməmiş və hazırda həmin torpaq sahəsinə Hüquqların Dövlət Reyestrindən çıxarışın verilməsi təmin edilməmişdir. Həmin sənədi yalnız cavabdeh qurum verdiyindən və hazrda həmin qurum sənədləşməni aparmaqdan imtina etdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2023-cü il 02 may tarixli, 2-1(120)- 3002/2023 saylı inzibati iş üzrə “islahatın müvafiq qərarı əsasında tərtib olunmuş JN-853A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə ayrılmış 1200 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh olaraq ərazi idarəsinin üzərinə qoyulması” iddia tələbinə dair sərəncama münasibətin (etirazın) bildirilməsinə münasibətdə, arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə sərəncamda, habelə Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində göstərilən şəxsin adına 1200 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin üzərinə qoyulması məsələsinə münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildirilir ki, ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla faktiki vəziyyət, habelə arxiv və baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcuddur.İş üzrə sərəncamın icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cı il tarixli, 012 saylı müvafiq qərarı əsasında JN- 853 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında fərdi yaşayış evinin tikintisindən ötrü iddiaçıya ayrılmış 1200 kv.m həyətyanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən plan və ölçü sənədinin, habelə müvafiq çıxarışın verilməsi ilə əlaqədar həmin şəxsin etibarlı nümayəndəsinin (X8) təqdim etdiyi hüquqmüəyyənedici sənədlər onun 2023-cü il 13 aprel tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, hazırki iş üzrə İddiaçı məxsus həmin 1200 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması xahiş edilmişdir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə sözü gedən 1200 kv.m həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim edilmiş sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Həmin ərəfədə hazırki iş üzrə iddiaçının etibarlı nümayəndəsi tərəfindən təqdim olunmuş sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, islahatın müvafiq qərarı əsasında tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair həmin JN-853A nömrəli şəhadətnamə barədə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında aidiyyəti hissədə əsaslılığı və qanuniliyi baxımından hər-hansı bir qeyd aparılmamış, lakin iddiaçının adına JN-646A nömrəli şəhadətnamənin tərtib olunduğu aşkarlanmışdır. Belə ki, hər iki şəhadətnamənin arxiv nüsxəsi mövcuddur, lakin JN-853A nömrəli şəhadətnamə barədə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında aidiyyəti hissədə əsaslılığı və qanuniliyi baxımından hər-hansı bir qeyd aparılmamış, yalnız JN- 646A nömrəli şəhadətnamə barədə aidiyyəti qeydlər aparılmaqla iddiaçının və onun ailə üzvlərinin ümumbirgə mülkiyyət hüququları tanınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs sözü gedən əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Yuxarıda qeyd olunan səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində hazırki iş üzrə iddiaçının adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmiş və onun ünvanına 17 aprel 2023-cü il tarixli, **********22 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən sərəncamın 2-ci bəndində qoyulan tələbin yerinə yetirilməsinə (həmin torpaq sahəsinə dair iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) münasibətdə bildiririk ki, həmin torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla arxiv və elektron xəritə baza məlumatları arasında yaranmış uyğunsuzluqlar baxımından hazırki iddia tələbinin təmin olunmasına tam etiraz edirik və iddianın mümkün sayılmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştrak edən İddiaçı Əlişa oğlunun nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Əlişa oğlu xx.xx.1969-cu il tarixdə anadan olmuş, Lənkəran rayonu, Şürük kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən İddiaçı Əlişa oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1022/2023 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2023-ci il 13 aprel tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 012 saylı müvafiq qərarı əsasında JN-853A nömrəli “Şəhadətnamə” üzrə fərdi yaşayış evinin tikintisindən ötrü etibarlı nümayəndəsi olduğunuz şəxsin (İddiaçı) tam mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin 0.12 ha həyətyanı torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla faktiki vəziyyət, habelə elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Təqdim olunmuş sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, islahatın müvafiq qərarı əsasında tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair həmin JN-853A nömrəli şəhadətnamə barədə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında aidiyyəti hissədə əsaslılığı və qanuniliyi baxımından hər- hansı bir qeyd aparılmamış, lakin etibarlı nümayəndəsi olduğu şəxsin adına JN-646A nömrəli şəhadətnamənin tərtib olunduğu aşkarlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5,-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs sözü gedən əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Xidmət orqanı olaraq bildirilir ki, həmin torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması üçün sənəd üzrə məlumatlarla faktiki vəziyyət, habelə elektron baza məlumatları arasında yaranmış uyğunsuzluqlar səbəbindən, icraatda olan hazırki ərizənizin icrası təmin olunmamışdır.Bu səbəbdən "Daşınmaz əmlakm dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində etibarlı nümayəndəsi olduğu şəxsin adına əvvəllər yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan JN-853A nömrəli (kod ********) şəhadətnamənin surətindən görünür ki, İddiaçı Əlişa oğluna Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 012 saylı müvafiq qərarı əsasında Lənkəran rayonu, Kərgəlan kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 5-2-8/2-832/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 012 saylı qərarı ilə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair İddiaçı verilmiş JN-853A KOD 80212018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı adına rəsmləşdirməklə Hüquqların Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işlə bağlı JN 853A Kod 80212018 nömrəli şəhadətnamənin və həmin şəhadətnamənin verilməsinə əsas olan sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərin Şirvan İnzibati Məhkəməsinə təqdim olunması ilə bağlı bildirilir ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədlərin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi üçün məlumatların təqdim edilməsi imkan xaricindədir. Sözü gedən sənədlərin əldə edilməsi üçün X5 Filialına sorğu göndərməyiniz məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X2 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-4-DA-7F/1-121/2023 nömrəli məktubunda göstərilmişdir ki, həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamələr X6 filialına təhvil verilməmişdir. Ona görə də sorğunuzda qeyd olunan İddiaçı verilmiş JN- 853 A, KOD 80212018 nömrəli şəhadətnamənin və həmin şəhadətnamənin verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2027/2023 saylı məktubunda göstərilmişdir ki, icraatda olan 2-1(120)-3002/2023 saylı inzibati iş üzrə sorğunun “İddiaçı Ərazi İdarəsinə müraciətinin (ərizəsinin), müraciət olunduğu təqdirdə, həmin müraciətlə bağlı inzibati icraat materiallarının təsdiqlənmiş surətinin təqdim olunmasına münasibətdə” aidiyyəti hissədə icrası barədə hazırki müraciətinə baxılmışdır. Mübahisələndirilən əmlaka dair (Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 012 saylı müvafiq qərarı əsasında JN-853A nömrəli “Şəhadətnamə” üzrə fərdi yaşayış evinin tikintisindən ötrü iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsinə dair yaranmış mülkiyyət hüquqlarına dair qeydiyyatın aparılması proseduru ilə əlaqədar) hazırki iş üzrə iddiaçının etibarlı nümayəndəsinin (X8) bir halda olmaqla 10 saylı Lənkəran Ərazi idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinin və həmin müraciətə (imtinaya tam əsas olduğundan inzibati icraat aparılmamışdır) verilmiş “İmtina” bildirişinin təsdiqlənmiş surəti baxılmasından ötrü təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2167/2023 saylı məktubunda göstərilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş JN-646A və JN-853A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrin və onun verlməsinə əsas olmuş sənədlərin arxiv nüsxələrinin təsdiq olunmuş ksero surətlərini təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığı 05 iyul 2023-cü il tarixli, 2-1(120)-3002/2023 qeydiyyat nömrəli məktuba baxılmışdır. Həmin məktuba müvafiq olaraq, İddiaçı adına tərtib edilmiş JN- 646A və JN-853A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrin və DBF- adlı siyahının arxiv nüsxəsinin təsdiq edilmiş ksero surətlərini təqdim edir. JN-853A nömrəli şəhadətnamənin DBF-adlı siyahısı mövcud deyil və həmin "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrin verilməsinə əsas olmuş sənədlər idarənin arxivində aşkarlanmamışdır. İş materiallarında olan JN-646A nömrəli (kod ********) şəhadətnamənin surətindən görünür ki, İddiaçı Əlişa oğlu, X10 və X4 Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 012 saylı müvafiq qərarı əsasında Lənkəran rayonu, Kərgəlan kəndi ərazisindən 0.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X2 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-4-DA-7F/1-149/2023 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran rayon Kərgəlan kəndi üzdə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr və həmin şəhadətnamələrin tərtib edilməsinə əsas olan sənədlər X11 filialına təhvil verilməmişdir. Ona dörə də İddiaçı şəhadətnamələrin verilməsi barədə məlumat vermək imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2- 9765/2023 saylı məktubunda göstərilmişdir ki, Yaranmış zərurətlə əlaqədar İddiaçı adına verilmiş JN-853A və JN-646A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin və onların verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi barədə məktubuna aidiyyəti üzrə baxılmışdır. "xxxx" MMC-nin arxivində JN-853A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivlərində aşkar edilmiş JN-853A və JN-646A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin, həmçinin JN-646A saylı şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin surəti təqdim edilir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3002/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/5697 nömrəli məktubu ilə 30 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/5697 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 30 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/5697 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2225/2024 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda məlumatların aşkar olunmaması müəyyən olunmuş və buna görə də həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin naturada sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsai kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin JN-853A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətində olan sözügedən 0,12 ha həyətyanı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2225/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hüquqi statusunun-xüsusi mülkiyyətdə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaq sahəsi olması müəyyən edilmişdir.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2225/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Sözügedən həyətyanı torpaq sahəsinin faktiki vəziyyətinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına uyğun olması müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2225/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi (Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən) ilə JN-646A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və qeyrilərinin mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşməməsi, ayrı-ayrı torpaq sahələri olması müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2225/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin (iddia olunan vəziyyətə və Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən) faktiki olaraq İddiaçı istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2225/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına uyğun olması müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2225/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci ii tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci ii tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə əsasən, Lənkəran Rayonu Kərgəlan kənd sakini İddiaçı Əlişa oğluna Şürük Bələdiyyəsinin mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin vaxtdan etibarən mübahisəli torpaq sahəsinə sahiblik edir, istifadə edir, bu günə kimi hər hansı mübahisə yaranmamışdır. Hal-hazırda İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbi ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən,2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçı tərəfindən edilən müraciətdən imtina edərək, Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 012 saylı müvafiq qərarı əsasında JN-853A nömrəli “Şəhadətnamə” üzrə fərdi yaşayış evinin tikintisindən ötrü etibarlı nümayəndəsi olduğu şəxsin (İddiaçı) tam mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin 0.12 ha həyətyanı torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla faktiki vəziyyət, habelə elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Təqdim olunmuş sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, islahatın müvafiq qərarı əsasında tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair həmin JN-853A nömrəli şəhadətnamə barədə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında aidiyyəti hissədə əsaslılığı və qanuniliyi baxımından hər- hansı bir qeyd aparılmamış, lakin etibarlı nümayəndəsi olduğu şəxsin adına JN-646A nömrəli şəhadətnamənin tərtib olunduğu aşkarlanmışdır. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı və onun əsasında JN-853A seriyalı, KOD 80212018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməmübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2225/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda məlumatların aşkar olunmaması müəyyən olunmuş və buna görə də həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin naturada sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. JN-853A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətində olan sözügedən 0,12 ha həyətyanı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hüquqi statusunun-xüsusi mülkiyyətdə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaq sahəsi olması müəyyən edilmişdir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi (Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən) ilə JN-646A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və qeyrilərinin mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşməməsi, ayrı-ayrı torpaq sahələri olması müəyyən olunmuşdur, Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına uyğun olması müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci ii tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən ekspert rəyi əsasında Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi (Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən) ilə JN-646A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və qeyrilərinin mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşməməsi, ayrı-ayrı torpaq sahələri olması müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarına əlavə edilmiş sənədlərlə (iddiaçının adına tərtib edilmiş Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı və onun əsasında JN-853A seriyalı, KOD 80212018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə) Lənkəran Rayonu, Kərgəlan kəndində yerləşən 1200 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi.
23. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinə əsasən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Həmin Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qeyd edir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə həmin şəhadətnamənin verilməsinə əsas olan Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı və həmin komissiya tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl”ə uyğun düzgün tərtib edilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X7 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-853A seriyalı, KOD 80212018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ayrılmış Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha (1200 kv.m) (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) həyətyanı torpaq sahəsi üzrə mülkiyyət hüququnun İddiaçı Əlişa oğlunun adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22.Hesab №AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova