Məhkəmə qərarları › İş №2-1(120)-309/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-309/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-309/2024 14.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində ana qrafasında “X21” adının “X26” adı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində ana qrafasında “X21” adının “X26” adı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05 avqust 1959-cu ildə Lənkəran şəhərində anadan olmuş, atası X44 oglu, anası isə X26 olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının soyadı Rzayeva, adı Leyla, ata adı isə Həsən kimi göstərilmişdir. Həmin hallarla bağlı olaraq bildirir ki, atası Əziz Fərəcovun birinci arvadı Əminə Rzayeva olmuşdur. Anası Əminə ilə Əziz Fərəcovun qeyri-rəsmi münasibətlərindən 14 iyun 1957-ci il tarixdə bacısı X15 və 05 avqust 1959-cu il tarixdə o, anadan olmuşlar. X43 psixi xəstə olduğu üçün atası Əziz Fərəcov həbsdə olarkən bibiləri, yəni anasının baldızları və qaynanası tərəfindən evdən qovulmuş, 2 il sonra atası həbsdən çıxmış və həmin vaxta kimi mənə və bacısına bibiləri və nənəsi baxmışlar. Atası həbsdən qayıtdıqdan sonra başqa qadınla yəni, Masallı rayonu, Qızılağac kənd sakini övladı olmayan X12 ilə rəsmi olaraq ailə qurmuşdur. Leylanın atasından əvvəlki nikahından və atası ilə olan nikahlarından uşaqları olmamış, onun və bacısının doğum haqqında şəhadətnamələrini də atası Leyla ilə nikahda olduğu vaxt götürməklə onun və bacısının Kifayətin doğum haqqında şəhadətnamələrində ana qrafasında X8 adı yazılmışdır. Bunun təsdiqi olaraq qeyd etmək istəyir ki, onların doğum haqqında şəhadətnamələri müvafiq olaraq doğulduqları 1957 və 1959-cu illərdə deyil, bacısı Kifayətə 11 dekabr 1971-ci il tarixdə, ona isə 14 dekabr 1971-cı il tarixdə Lənkəran rayon VVADQ orqanında qeydiyyata alınmışdır. Onu da qeyd edir ki, sonradan mərhum bacısı Kifayət analarının Əminə Rzayeva olduğunu araşdırıb bilmiş, hətta anası ilə xəbərsiz görüşmüş və bütün bunları ikinci qrup əlil olaraq ürək xəstəsi olmaqla tez-tez qıcolma halları ilə üzləşdiyindən pis təsir edər deyə ondan gizlətmişdir. X27 da xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X3 olmasını o, sonradan, yalnız 18 mart 2020-ci ildə həyat yoldaşı vəfat etdikdə onun yas mərasiminə gələn qohumları ilə söhbət zamanı xalası oğlu İbrahim Axundovdan öyrənmişdir. Bu məsələni araşdırandan sonra anasının Leyla deyil, həqiqətən də Əminə Rzayeva olduğu ona məlum olmuşdur. X43 xx.xx.2020-ci ıl tarixdə vəfat etmiş və Lənkəran şəhər Kiçik Bazar qəbirstanlığında dəfn edilmişdir. X2 olması anasını şəxsən tanımış xx.xx.1939-cu il təvəllüdlü hazırda Lənkəran şəhərində yaşayan X16, xx.xx.1952-ci il tarixdə anadan olmuş X9, xx.xx.1946-cı il tarixdə anadan olmuş X17 da təsdiq edərək bu barədə 25 fevral 2013cü il tarixdə tərtib etdikləri aktda göstərmişlər. Həmin akt hətta 26 fevral 2013-cü il tarixdə Lənkəran rayon notariat kontorunda təsdiq edilmişdir. Onlar həmin aktı mərhum bacısı Kifayətə vermişlər. Həmin aktda adları qeyd edilən Yəhya Nəsirov və Marifə Axundova vəfat etmişlər. Onların ölüm haqqında şəhadətnamələrinin surətini iddia sənədlərinə əlavə etmişdir. Hazırda da anasının X26 olmasını Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 aprel 2022-ci il tarixli 12/18/37 nömrəli arayışı da təsdiq edir. Bundan başqa anasının X26 olmasını onun mərhum qardaşı, yəni dayısı Məhərrəmin arvadı hansı ki, hazırda da anasının yaşadığı evdə yaşayır, xalası oğlanları Zakir və İbrahim Axundovlar, Lənkəran şəhər Mənzil İstehsalat Təmir İstismar Müəssisəsəsinin sabiq rəisi vəzifəsində işləmiş Yadigar Qazıyev, əmisi oğlu Natiq Tağıyev və yuxarıdakı aktda adları qeyd edilən şəxslər də təsdiq edə bilərlər. O, sənədində ana adının düzgün yazılmaması və həmin səhvin düzəliş edilərək ona verilən doğum haqqında şəhadətnamənin ana qrafasında X4 əvəzinə X13 adının yazılması barədə Cavabdehnə rəsmi qaydada müraciət etmiş və həmin qeydiyyat şöbəsi onun müraciətinə özünün 10 iyun 2022-ci il tarixli 654 nömrəli cavab məktubu ilə imtina vermiş və həmin müraciəti ilə əlaqədar olaraq məhkəməyə müraciət etməyi ilə bağlı qeyd edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasına gəlmiş, Cavabdeh nümayəndəsi isə məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. İddianın mümkünlüyü : Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı “X21” adınınn “X26” adı ilə dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 654 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmə qətnaməsi əsasmda apanlır.Belə halda məhkəməyə müraciət etməyiniz tövsiyə edilir. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 12-18/37 nömrəli arayışında qeyd edilmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı ondan ötrü ki, onun anası X26 xx.xx.2000-ci il tarixində vəfat etmişdir.Və o, Lənkəran şəhərində ailə üzvləri ilə birgə yaşamışdır. Həyat yoldaşı-X38, qızı-X22, kürəkəni-X5, nəvəsi-X10, qızı-İddiaçı. Yaşayış sahəsinin kirayə müqaviləsinin dəyişdirilməsi barədə X20 filialının xx.xx.2013-cü il tarixli, s/233 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 28 avqust 2000-ci il tarixli, 75 №-li sərəncamından çıxarışa əsasən Lənkəran şəhərinin H.Abdullayev küçəsi 11 №-li binanın 62 №-li bir otaqlı mənzilinin kirayəçisi X26 vəfat etdiyi üçün həmin mənzilin kirayə müqaviləsi mərhumun himayəçisi, göstərilən mənzildə tək yaşayan X6 ilə bağlanılsın. Şəhər mənzil təsərrüfatının istehsalat istismar-təmir müəssisəsi (N.Bağırov) sərəncamı icra etsin. Vətəndaşlara kommunal mənzili verilməsi barədə X20 filialının xx.xx.2013-cü il tarixli, s/233 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Lənkəran şəhər ZDS İcraiyyə Komitəsinin 27 noyabr 1974-ci il tarixli, 22 №-li iclas protokolundan çıxarışa əsasən, Şəhərdə boşalan kommunal mənzil aşağdakı vətəndaşa verilsin. Mikrorayonda inşaatçılar küçəsi 11 №-li binanın 5-ci blokun birinci mərtəbəsindəki 63 №-li 1 otaqlı mənzil ağır mənzil şəraitində yaşayan Rzayeva Əminəyə verilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 750 nömrəli arayışnıda qeyd edilmişdir ki, X15 xx.xx.1957-ci il tarixdə anadan olmuş, bu barədə xx.xx.1971-ci il tarixdə Cavabdehndə 136 saylı akt qeydi tərtib edilmiş, atası X38, anası X14r. Cavabdeh xx.xx.2022-ci il tarixli, 2600 nömrəli arayışnda qeyd edilmişdir ki, X26 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Ölüm haqqında xx.xx.2000-ci il tarixli 16 nömrəli akt qeydi tərtib olunmuşdur. xx.xx.1971-ci il tarixli, АЗБ № 124049 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Lənkəran şəhərində anadan olmuş, atası X38, anası X14r. AZ-İ№ 849784 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2017-ci il tarixdə ölmüşdür. xx.xx.1971-ci il tarixli, 137 nömrəli doğum qeydlərinin bərpa aktından görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Lənkəran şəhərində anadan olmuş, atası X31r, anası X14r.Və akt qeydində məlumat verən şəxs kimi qeyd edilmiş və Fərəcova Leyla şəxsən imza etmişdir. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi Lənkəran Rayon 1 Sayli Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 136 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş, mərhum X18 aid «Elektron notariat» X1 müvafiq araşdırma aparıldı, vərəsəlik işinin açılması və «Vərəsəlik hüququ haqqında» şəhadətnamənin verilməsi faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Lənkəran Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 324 nömrəli məktubunda qeyd edilmişdir ki, elektron notariat informasiya sistemində baxış keçirildiyi zaman xx.xx.2000-ci ildə vəfat etmiş X13 adına açılmış vərəsəlik işi aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, 2012-ci ilədək arxiv sənədləri qeydiyyat notariat baş idarəsinin arxiv idarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia tələbinə dair fikir və mülahizələrimizdə dəyişiklik olmadığı üçün və şöbədə iş yükünün çox olmasını nəzərə alaraq işə iştirakımız olmadan baxmanızı xahiş edirik. İddiaçı verilmiş xx.xx.1971-ci il tarixli 137 saylı doğum haqqında bərpa akt qeydinin aparılmasına əsas olan sənədlər Cavabdeh arxivində saxlanılmır. Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunan məlumata əsasən X38 ilə X4 nikahı xx.xx.1960-cı il tarixdə Masallı rayonu,Qızılağac kənd icra nümayəndəliyində 27 saylı aktla qeyd edilmişdir.X38 ilə X13 nikahı haqqında məlumat aşkar olunmadı. Lənkəran rayon notariat kontoru tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş akda qeyd edilmişdir ki, ünvan 5 ünvanında yaşayan (şəxsiyyət vəsiqəsi Seriya AZE № ********), 15 yanvar 1939-cı ildə anadan olmuş X16; ünvan 6 ünvanında yaşayan (şəxsiyyət vəsiqəsi Seriya AZE № ********), 16 iyul 1952-ci ildə anadan olmuş X11; ünvan 7 ünvanında yaşayan (şəxsiyyət vəsiqəsi Seriya AZE № ********), 15 aprel 1946-cı ildə anadan olmuş X19; tərtib etdik həmin aktı ondan ötrü ki, həqiqətən İddiaçı və X22 bizim qonşularımız olub və 2000-ci ildə rəhmətə getmiş mərhum X13 doğma qızlarıdır. Tətbiq edilən hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqnları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın Preambulasına əsasən, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: - 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. 2.8. Doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar Yuxarıda sadalanan qanunvericilik normalarına istinadən məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki ana qrafasında “X21” adının “X26” adı ilə dəyişdirilməsinə dair nə heç bir mötəbər sübut, təqdim edilməmiş, nə də ki, həmin akt qeydində dəyişiklik etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 3-cü bəndində qeyd olunan əsaslar müəyyən edilmədiyindən cavabdehin imtinası qanuni hesab edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ilə ümumi məhkəməyə (rayon və ya şəhər) müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından müəyyən edilir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 137 nömrəli doğum akt qeydindən və xx.xx.1971-ci il tarixli, АЗБ № 124049 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Lənkəran şəhərində anadan olmuş, atası X31r, anası X14r.Və akt qeydində məlumat verən şəxs kimi qeyd edilmiş və Fərəcova Leyla şəxsən imza etmişdir. Sonradan bu qeyd nə iddiaçının anası, nə atası, nə də ki, Rzayeva Əminə tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində və şifahi izahatlarında da bildirmişdir ki, o, anasının Leyla yox, Rzayeva Əminə olmasını yalnız yoldaşının yas mərasimi zamanı, yəni 2020-ci ildə qohumları ilə söhbət zamanı öyrənmişdir.Lakin Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 12-18/37 nömrəli arayışında qeyd edilmişdir ki,verilir, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı ondan ötrü ki, onun anası X26 xx.xx.2000-ci il tarixində vəfat etmişdir.Və o, Lənkəran şəhərində ailə üzvləri ilə birgə yaşamışdır. Həyat yoldaşı-X38, qızı-X22, kürəkəni-X5, nəvəsi-X10, qızı-İddiaçı. Məhkəmə ziddiyyətli hallara münasibətdə qeyd edir ki, Rzayeva Əminənin 2000-ci ildə vəfat etdiyini və iddiaçının Əminənin anası olması barədə məlumatdan 2020-ci il tarixdə xəbərdar olduğunu nəzərə alaraq arayışda qeyd olunan müddətlərdə iddiaçının Rzayeva Əminə ilə bir evdə yaşaması, birgə təsərrüfat idarə etməsi ağlabatan deyildir və həmin arayış məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə müəyyən edir ki, iş materiallarında olan sənəd və sübutlardan iddiaçının X33 olması və Rzayeva Əminənin iddiaçının atası Fərəcov Əziz ilə nikah münasibətlərində olması faktı mötəbər sübutlarla öz təsqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində qeyd olunur ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin ana qrafasında “X21” adının “X26” adı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin ana qrafasında “X21” adının “X26” adı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar