Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3098/2024 19.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibаti Məhkəməsinin 05 noyabr 2024-cü il tаriхli, 2-1(120)-3098/2024 nömrəli qərardadı ilə iddia tələbinə “İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibаti Məhkəməsinin 19 dekabr 2024-cü il tаriхli, 2-1(120)-3098/2024 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980xx.xx.1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan NT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək işləyir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 100/05-471 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı (FİN- 12YZ9XN) ondan ötrü ki, o həqiqətən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (halhazırda Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli 16 dekabr 2005-ci il tarixli Fərmanına əsasən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır) Material təchizatı şöbəsinə 114K saylı xx.xx.1982-ci il tarixli əmrlə 3-cü dərəcəli fəhlə işinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində mexaniki yığma sexində elektrik montyoru (Əmr № 185 xx.xx.1983-xx.xx.1985), Alətlər sexində elektrik montyoru (Əmr No 185 xx.xx.1985-xx.xx.1986) peşəsində işləmişdir. Arxiv sənədlərinə əsasən İddiaçı Azərbaycan SSR-nin ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (köçürmə yolu ilə) xx.xx.1986-cı il tarixli 220 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı yenidən Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı sexində xx.xx.2010cu il tarixli 49K saylı əmrlə sazlayıcı peşəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində xx.xx.2011-ci il tarixli 04K saylı əmrlə hal-hazırki tarixədək 1 saylı sexdə rəngsaz peşəsində işləyir. İşlədiyi peşələr üzrə ümumi iş stajı 17 il 06 aydır. Güzəştli iş stajı 12 il 06 ay təşkil edir. İşlədiyi peşələrdən güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: “Partlayıcı, tezpartlayan maddələr barıt və döyüş sursatlarının istehsalı sahəsi”ndə sənaye partlayıcı maddələrini də daxil etməklə, partlayıcı maddələrin hazırlanması və işlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 9-cu bölmə və ya 9.7-ci bəndi üzrə - tərkibində bu qərarın 2-ci və 3-cü bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və döyüş hissələrinin rənglənməsi ilə məşğul olan fəhlə (kateqoriyasına) aiddir. Bu da öz növbəsində mövcud qanunvericiliyin tələblərinə əsasən İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təyin edilməsi istiqamətində hüquqi müstəvidə zəmin yaradır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-196967/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 3 avqust 2023-cü il tarixində daxil olmuş müraciətinizə və əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan " vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı (9) bölməsində tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri ilə məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr (9.7) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin sizə dair xx.xx.2023-cü il tarixli 100/05-471 nömrəli arayışında xx.xx.2011-ci il tarixindən hazırki tarixədək sözügedən müəssisənin 1 saylı sexində rəngsaz peşəsində işlədiyiniz qeyd edilmişdir. İşlədiyiniz peşə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Göstərilən səbəbdən də, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təıqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-246497/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 29 avqust 2023-cü il tarixli 3-17-1/2 M-196967/2023 nömrəli məktubla cavablandırılmış 27 sentyabr 2023-cü il tarixində daxil olmuş eyniməzmunlu müraciətinizə və əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı (9) bölməsində tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri ilə məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr (9.7) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin sizə dair xx.xx.2023-cü il tarixli 100/05-471 nömrəli arayışında xx.xx.2011-ci il tarixindən hazırki tarixədək sözügedən müəssisənin 1 saylı sexində rəngsaz peşəsində işlədiyiniz qeyd edilmişdir. Sözügedən arayışda qeyd olunan məlumatlardan göründüyü kimi, rəngsaz peşəsində işlədiyiniz müddətdə pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri ilə deyil, döyüş sursatlarının qablaşdırılması üçün hazırlanan taraların (yeşiklərin) rənglənməsi, taraların (yeşiklərin) daxili səthlərinin laklanması, tozlandırma üsulu ilə səthlərə boya vurulduqdan sonra rənglənməsi ilə məşğul olduğunuz qeyd olunub. Bu səbəbdən də, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 100/02-609 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı (FİN-12YZ9XN) ondan ötrü ki, o həqiqətən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (Qeyd: Əli Bayramlı şəhər “Cihazlai zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli 16 dekabr 2005-ci il tarixli Fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilmiş, onun yerində Müdafiə Sənayesi Nazirliyi yaranmışdır. Bundan sonra həmin tarixdən Əli Bayramlı şəhər "Cihazlar” zavodunun adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və Müdafiə Sənayesi Nazirliyinin balansına verilmişdir). Material təchizatı şöbəsinə 114K saylı xx.xx.1982-ci il tarixli əmrlə 3-cü dərəcəli fəhlə işinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində mexaniki yığma sexində elektrik montyoru (Əmr № 185 xx.xx.1983-xx.xx.1985), Alətlər sexində elektrik montyoru (Əmr Nq 185 xx.xx.1985-xx.xx.1986) peşəsində işləmişdir. Arxiv sənədlərinə əsasən İddiaçı Azərbaycan SSR-nin ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (köçürmə yolu ilə) xx.xx.1986-cı il tarixil 220 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı yenidən Əmək pensiyaları haqqında Azərbayca:. Respublikası Qanununa uyğun olaraq Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı sexində xx.xx.2010-cu il tarixli 49K saylı əmrlə sazlayıcı peşəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində xx.xx.2011 -ci il tarixli 04K saylı əmrlə hal-hazırki tarixədək 1 saylı sexdə (patronların yığılması və qablaşdırılması sahəsi) rəngsaz peşəsində işləyir. İşlədiyi peşələr üzrə ümumi iş stajı 17 il 06 aydır. Güzəştli iş stajı 12 il 06 ay təşkil edir. İşlədiyi peşələrdən güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: “Partlayıcı, tezpartlayan maddələr barıt və döyüş sursatlarının istehsalı sahəsində sənaye partlayıcı maddələrini də daxil etməklə, partlayıcı maddələrin hazırlanması və işlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 9-cu bölmə və ya 9.7-ci bəndi üzrə - tərkibində bu qərarın 2-ci və 3-cü bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının döyüş hissələrinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və döyüş sursatlarının qablaşdırılması üçün hazırlanan taraların (yeşiklərin) rənglənməsi ilə məşğul olan fəhlə (kateqoriyasına) aiddir, işlədiyi “rəngsaz” peşəsinin xüsusiyyətləri barədə boya maddələrinin tətbiqi zamanı döyüş sursatlarının qablaşdırılması üçün hazırlanan taralarır, (yeşiklərin) rənglənməsi, taraların (yeşiklərin) daxili səthlərinin laklanması, tozlandırma üsulu ilə səthlərə (Dukes sprey boya qırmızı Q/12P/12, Dukes sprey boya mat ağ Q/12P/12, Dukes sprey boya mat qara Q/12P/12) vurulduqdan sonra rənglənməsindən ibarətdir. Bundan əlavə olaraq bu işlərin görülməsində işçi İddiaçı zərərli işə görə 8% miqdarında əlavə əmək haqqı ödənilmiş, Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən 6 təqvim günü müddətinə əlavə məzuniyyət günləri verilmiş və həmçinin tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri (respirator, xüsusi eynək və əlcək) ilə təmin edilmişdir. Bu da öz növbəsində mövcud qanunvericiliyin tələblərinə əsasən İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təyin edilməsi istiqamətində hüquqi müstəvidə zəmin yaradır. Arayış Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün verilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-99248/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2 aprel 2024-cü il tarixində daxil olmuş 2-1(120)-3098/2024 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı ümumi iş stajı 31 il 8 ay 5 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 11 ay 5 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il (hərbi xidmət), xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 13 il 9 ay) təşkil edir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 43956,72 manat təşkil edir. İşdə olan “Azərsilah” X8” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyəti “Telemexanika” zavodunun xx.xx.2024-cü il tarixli, 100/02-439 nömrəli arayışında qeyd edilmişdir ki, sizin iş № 2-1(120)-3098/2024 nömrəli məktubunuzun icrası ilə əlaqədar olaraq verilir İddiaçı (FİN-12YZ9XN) ondan ötrü ki, o həqiqətən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (Qeyd: Əli Bayramlı şəhər “Cihazlar” zavodu X4 və Konversiya Komitəsinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli 16 dekabr 2005-ci il tarixli Fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilmiş, onun yerində Müdafiə Sənayesi Nazirliyi yaranmışdır. Bundan sonra həmin tarixdən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və Müdafiə Sənayesi Nazirliyinin balansına verilmişdir) Material təchizatı şöbəsinə 114K saylı xx.xx.1982-ci il tarixli əmrlə 3-cü dərəcəli fəhlə işinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində mexaniki yığma sexində elektrik montyoru (Əmr Nq 185 xx.xx.1983-xx.xx.1985), Alətlər sexində elektrik montyoru (Əmr Nq 185 xx.xx.1985-xx.xx.1986) peşəsində işləmişdir. Arxiv sənədlərinə əsasən İddiaçı Azərbaycan SSR-nin ƏQM- nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (köçürmə yolu ilə) xx.xx.1986-cı il tarixli 220 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı yenidən Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı sexində xx.xx.2010-cu il tarixli 49K saylı əmrlə sazlayıcı peşəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində xx.xx.2011-ci il tarixli 04K saylı əmrlə hal-hazırki tarixədək 1 saylı sexdə (patronların yığılması və qablaşdırılması sahəsi) rəngsaz peşəsində işləyir. İşlədiyi peşələr üzrə ümumi iş stajı 17 il 06 aydır. Güzəştli iş stajı 12 il 06 ay təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35. Ümumi peşələr: - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar. İşlədiyi “rəngsaz” peşəsinin xüsusiyyətləri barədə boya maddələrinin tətbiqi zamanı döyüş sursatlarının qablaşdırılması üçün hazırlanan taraların (yeşiklərin) rənglənməsi (sintetik parlaq boya “impuls”), taraların (yeşiklərin) daxili səthlərinin laklanması (selulosik dolay lak P-5, 646 markalı rostvoritellər), tozlandırma üsulu ilə səthlərə (Dukes sprey boya qırmızı Q/12P/12, Dukes sprey boya mat ağ Q/12P/12, Dukes sprey boya mat qara Q/12P/12) vurulduqdan sonra rənglənməsindən ibarətdir. Bundan əlavə olaraq bu işlərin görülməsində işçi İddiaçı zərərli işə görə 8% miqdarında əlavə əmək haqqı ödənilmiş, Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən 6 təqvim günü müddətinə əlavə məzuniyyət günləri verilmiş və həmçinin tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri (respirator, xüsusi eynək və əlcək) ilə təmin edilmişdir. Bu da öz növbəsində mövcud qanunvericiliyin tələblərinə əsasən İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təyin edilməsi istiqamətində hüquqi müstəvidə zəmin yaradır. İşlədiyi peşənin güzəştli pensiya hüququna malik olan xüsusiyyətləri aşağıdakılardır: Yüksək səviyyədə partlayış təhlükəli obyektdə əmək fəaliyəti göstərmək. İşdə olan “Azərsilah” X8” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X6 Telemexanika İdarəetmə şöbəsinin xx.xx.2024-cü il tarixli, 100/02-528 nömrəli arayışında qeyd edilmişdir ki, icraatınızda olan 2-1(120)-3098/2024 saylı iş üzrə müəssisəyə ünvanladığınız 20 avqust 2024-cü il tarixli sorğunuza cavab olaraq İddiaçı müəssisədə olan əmək stajı, o cümlədən güzəştli şərtlərlə pensiya hüququ verən stajı tam təfərrüatı ilə dəqiq və dolğun formatda aşağıdakı kimi qeyd edilir. Belə ki, İddiaçı xx.xx.1982-ci il tarixdə 114K nömrəli əmrə əsasən Əli Bayramlı “Cihazlar” zavodunda (hal-hazırda Azərsilah” X8” QSC "xxxx" EİM-nin Telemexanika İdarəetmə şöbəsi) Material təchizatı şöbəsinə İİİ dərəcəli fəhlə işinə qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdə 185 nömrəli əmrə əsasən mexaniki yığma sexində elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1985-ci il tarixdə 185 nömrəli əmrə əsasən Alətlər sexində elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə 220 nömrəli əmrə əsasən əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İddiaçı bu dövrlərdə (xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilədək) müəssisədə topladığı əmək stajı mövcud qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına aid deyil. İddiaçı yenidən xx.xx.2010-cu il tarixdə 49K nömrəli əmrə əsasən müəssisədə 2 saylı sexə İV dərəcəli sazlayıcı peşəsinə işə qəbul edilərək əmək fəaliyyətinə başlamışdır. xx.xx.2011-ci il tarixdə 04K nömrəli əmrə əsasən 1 saylı sexdə (patronların yığılması və qablaşdırılması sahəsi) İV dərəcəli rəngsaz peşəsinə keçirilmişdir. Həmin tarixdən etibarən (xx.xx.2011-ci il) bugünədək eyni sexdə və Vİ dərəcə üzrə eyni peşədə çalışır. İddiaçı müəssisədə ümumi əmək staji 18 il 10 ay təşkil edir (xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilədək, eləcə də xx.xx.2010-ci il tarixdən bügünədək olan müddət hesablanaraq) və həmçinin 13 il 09 ay güzəştli şərtlərlə pensiya hüququ verən stajdır. Belə ki, İddiaçı xx.xx.2011-ci il tarixdən bügünədək müəssisədə işlədiyi peşə (rəngsaz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 9-cu bəndində nəzərdə tutulan (Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı: - “9.2. Sənaye partlayıcı maddələrini də daxil etməklə, partlayıcı mədələrin hazırlanması və işlənməsi”), eyni zamanda 35-ci bəndində nəzərdə tutulan (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) kateqoriyalara aid edilərək güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına malikdir. İşçi İddiaçı zərərli sahədə işlədiyi müddət ərzində zərərli işə görə əlavə əməkhaqqı ödənilmiş, əmək qanunvericiliyinə uyğun əmək məzuniyyətinə günlər əlavə edilmiş, habelə tələb olunan çeşidlərdə xüsusi geyim və digər fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Bunlarla yanaşı zərərli işə görə süd və ona bərabər tutulan məhsullar verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-123954/2024 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, icraatınızda olan 2-1 (120)-3098/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1,2-ci və 47-ci maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması barədə məlumat verilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı (9) bölməsində tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri ilə məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr (9.7) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin ona dair xx.xx.2023-cü il tarixli 100/05-471 nömrəli arayışda xx.xx.2011-ci il tarixdən hazırki tarixədək müəssisənin 1 saylı sexində rəngsaz peşəsində işlədiyi qeyd edilmişdir. Arayışda qeyd olunan məlumatlardan göründüyü kimi, rəngsaz peşəsində işlədiyi müddətdə pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri ilə deyil, döyüş sursatlarının qablaşdırılması üçün hazırlanan taraların (yeşiklərin) rənglənməsi, taraların (yeşiklərin) daxili səthlərinin laklanması, tozlandırma üsulu ilə səthlərə boya vurulduqdan sonra rənglənməsi ilə məşğul olduğu qeyd olunmuşdur. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı yoxdur. İddiaçı ümumi iş stajı 31 il 8 ay 5 gün (xx.xx.2006-cı il tarixədək 17 il 11 ay 5 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət), xx.xx.1982- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 13 il 9 ay) təşkil edir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 43956,72 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı oğluna güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli iş stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək əmək fəaliyyətində olmuş, həmçinin xx.xx.2011-ci il tarixindən hazırki tarixədək rəngsaz vəzifəsində (cavabdeh tərəfindən qəbul edilməyən güzəştli iş stajı) işləmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı ümumi iş stajı 25 ildən çoxluq təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Belə ki, iş materiallarında olan “Azərsilah” X8” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X6 Telemexanika İdarəetmə şöbəsinin xx.xx.2024-cü il tarixli, 100/02-528 nömrəli arayışından, “Azərsilah” X8” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyəti “Telemexanika” zavodunun xx.xx.2024-cü il tarixli, 100/02-439 nömrəli arayışından, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 100/05-471 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən hal-hazıradək müəssisədə işlədiyi peşə (rəngsaz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 9-cu bəndində nəzərdə tutulan (Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı: - “9.2. Sənaye partlayıcı maddələrini də daxil etməklə, partlayıcı mədələrin hazırlanması və işlənməsi”), eyni zamanda 35-ci bəndində nəzərdə tutulan (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) kateqoriyalara aid edilərək güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına malikdir. İşçi İddiaçı zərərli sahədə işlədiyi müddət ərzində zərərli işə görə əlavə əməkhaqqı ödənilmiş, əmək qanunvericiliyinə uyğun əmək məzuniyyətinə günlər əlavə edilmiş, habelə tələb olunan çeşidlərdə xüsusi geyim və digər fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Bunlarla yanaşı zərərli işə görə süd və ona bərabər tutulan məhsullar verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 9-cu bəndinə, həmçinin 35-ci (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) bəndinə uyğundur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması, həmçinin işlədiyi vəzifəsinin güzəştli iş stajı olması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-3098/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3098/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver