Məhkəmə qərarları › İş №2-1(120)-31/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-31/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-31/2023 14.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 avqust 2020ci il tarixli, **********139547 saylı qərarın ləğv edilməsi və həmin qərarla hesablanmış borcun və maliyyə sanksiyasının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 avqust 2020-ci il tarixli, **********139547 saylı qərarın ləğv edilməsi və həmin qərarla hesablanmış borcun və maliyyə sanksiyasının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 avqust 2020-ci il tarixli, **********139547 saylı qərarına əsasən ona əlavə hesablanmış vergilər 1.681.513,52 manat və maliyyə sanksiyalarına görə 845.548,69 manat olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilərək, hesablanmış vergi və maliyyə sanksiyasının ləğv edilməsi (silinməsi) barədə qərar qəbul edilməlidir. Təyin edilmiş vergi yoxlaması nəticələrinə dair 20 iyul 2020-ci il tarixli, **********196247 saylı Akt tərtib edilmişdir. Akta əsasən guya onun vergilərə görə 1.681.513,52 manat kənarlaşması aşkar edilmişdir. Həmin aktın əsasında cavbabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 avqust 2020ci il tarixli qərarla ona əlavə hesablanmış vergilər 1.681.513,52 manat və maliyyə sanksiyalarına görə 845.548,69 manat olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. Qeyd edilən qərarla maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bununla bağlı geniş dəlilləri, faktları və sübutları məhkəməyə təqdim edəcəkdir. Belə ki, o orada fəaliyyət göstərdiyi müddətdə heç bir halda bu qədər dövriyyəsi olmamışdır. Bundan başqa, vergi orqanı tərəfindən vergilər gəlirə görə və hətta maya dəyərinə görə deyil, satış qiyməti ilə hesablanmışdır ki, bu hissədə ekspertiza təyin edilməklə bütün məsələni aydınlaşdırmaq mümkündür. Bu barədə bütün sübutlar məhkəməyə təqdim olunacaq. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, aparılmış səyyar vergi yoxlaması ilə İddiaçı (VÖEN **********) tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə büdcəyə çatası vergilərin ümumilkdə 1.681.513,52 manat, o cümlədən ƏDV-nin 1.144.252,48 manat, gəlir vergisinin 537.261,04 manat azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama dövrü üzrə ümumilkdə azaldılmış 1.681.513,52 manat vergi məbləğlərinə görə 840.756,76 manat (1.681.513,52x50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa vergi ödəyicisi tərəfindən xx.xx.2017ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun tələblərinin pozulmasına, yəni yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən işçilərə ümumilikdə ödənilmiş 47.919,20 manat əmək haqqı məbləğinin nağd qaydada ödənilməsinə görə Vergi Məcəlləsinin 58.7-1.1 maddəsinə əsasən 4.791,92 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı (VÖEN **********) tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə büdcəyə çatası ƏDV-nin 1.144.252,48 manat azaldılması ilə əlaqədar bildiririk ki, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən ƏDV-nə 18%-ilə vergi tutulan əməliyyatların dəyəri 27.455.924,49 manat, ƏDV-nə “0” dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri 1.410,00 manat olmuş, ƏDV-dən azad olan əməliyyatlar aparılmamışdır. Beləlilklə, yoxlanılan dövrdə həmin əməliyyatlar üzrə büdcəyə hesablanmış ƏDV-nin məbləği 4.942.066,41 manat (27.455.924,49x18%) manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən əvəzləşdirilən dövriyyə 26.681.449,82 manat, əvəzləşdirilməli ƏDV-nin məbləği 4.802.660,95 manat (26.681.449,82x18%), büdcəyə ödəniləsi 139.405,46 ƏDV-nin məbləği (4.942.066,41-4.802.660,95) manattəşkil etmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, ƏDV-nə 18%-ilə vergi tutulan əməliyyatların dəyəri 33.792.447,18 manat olmuş, ƏDV-yə 0 dərəcə ilə tutulan və ƏDV-dən azad olan əməliyyatlar aparılmamış, beləliklə, vergi tutulan əməliyyatlar üzrə büdcəyə hesablanmalı ƏDV məbləği 6.082.640,49 manat, əvəzləşdirilən dövriyyə 26.661.014,29 manat, əvəzləşdirilməli ƏDVnin məbləği 4.798.982,46 manat (26.661.014,29x18%), beləliklə, büdcəyə ödəniləsi ƏDVnin məbləği 1.283.658,03 manat (6.082.640,49 - 4.798.982,46) təşkil etmişdir. Göründüyü kimi, yoxlama ilə büdcəyə çatası ƏDV məbləğinin 1.144.252,57 manat (1.283.658,03- 139.405,46) azaldılması müyyən edilmişdir (ƏDV-nin yoxlanılması cədvəli əlavə olunur). Vergi ödəyicisi tərəfindən büdcəyə çatası ƏDV məbləğinin 1.144.252,57 manat azaldılması aşağıdakı səbəblərdən olmuşdur: Səyyar vergi yoxlaması ilə əhatə olunan dövrün əvvəlinə, yəni xx.xx.2017-ci il tarixə mal qalığı barədə mühasibat uçotu məlumatlarının təqdim olunmaması səbəbindən vergi ödəyicisinin izahatına və vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı il Gəlir vergisi bəyannaməsinin əlavələrində göstərilmiş məlumatlara əsasən xx.xx.2017-ci il tarixə mal qalığının 338.104,74 (yol vergisi daxil olmaqla ƏDV-siz) manat olması müəyyən edilmişdir. Vergi ödəyicisinin yanacaq növləri üzrə ayrı-ayrılıqda mal qalığı barədə mühasibat uçotu məlumatlarının təqdim olunmaması səbəbindən bu tərkib vergi ödəyicisinin izahatına əsasən Benzin Aİ 92 üzrə 287,503 ton olmaqla yol vergisi nəzərə alınmaqla 200.208,02 manat dəyərində (o cümlədən malın ƏDV-siz dəyəri 192.675,45 manat, yol vergisi 7.532,57 manat), Dizel yanacağı üzrə 263,177 ton olmaqla yol vergisi nəzərə alınmaqla 137.896,72 manat dəyərində (o cümlədən malın ƏDV-siz dəyəri 131.633,11 manat, yol vergisi 6.263,61 manat), maye qaz üzrə isə qalıq 0 (sıfır) ton qəbul edilmişdi. Benzin Af 92 yanacağının satışı zamanı ticarət əlavəsinin dizel yanacağı və maye qaza nisbətdə daha az olması səbəbindən araşdırma zamanı xx.xx.2017-ci il tarixə qalığın əsas hissəsi benzin Aİ 92 götürülmüşdür. Dizel yanacağı üzrə 263,177 ton mal qalığının müəyyən edilməsi zamanı xx.xx.2017-ci il tarixdən xx.xx.2017- ci il tarixədək sənədli faktiki olaraq alış və satışın həcmi və qeyd olunan dövrün sonuna dizel yanacağı qalığının olmadığı nəzərə alınmışdır. Yoxlanılan dövrün sonuna xx.xx.2019-cu il tarixə yanacaq məhsullarının qalığı çənlərin tutumu nəzərə alınmaqla müəyyən edilmişdir: Benzin Aİ 92 üzrə 108,0 ton, Dizel yanacağı 65 ton, maye qaz 50 ton. Benzin Aİ 92 - Dövrün əvvəlinə qalıq 287,503 ton olmaqla Yol vergisi və ƏDV istisna olmaqla 192.675,45 manat dəyərində olmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 11860,127 ton 10.392.589,12 manat (yol vergisiz və ƏDV-siz) dəyərində Benzin Aİ 92 alındığı müəyyən edilmişdir. Benzin Aİ 92 üzrə yoxlama dövrünün sonuna mal qalığının 108,0 ton 96.357,97 manat (yol vergisiz və ƏDV-siz) dəyərində olması nəzərə alınmaqla dövr ərzində 12039,630 ton Benzin Aİ 92 satılmışdır. Yoxlanılan dövr ərzində xx.xx.2017-ci il tarixədək 1 ton Aİ 92 markalı benzin yanacağının ƏDV və yol vergisi nəzərə alınmaqla alış qiyməti 817,0 manat (ƏDV-siz və yol vergisi istisna olmaqla dəyəri 670,17 manat, ƏDV məbləği 120,63 manat, yol vergisi 26,2 manat), 1 tonun ƏDV və yol vergisi nəzərə alınmaqla satış qiyməti 917,0 manat (ƏDV-siz və yol vergisi istisna olmaqla dəyəri 754,92 manat, ƏDV məbləği 135,88 manat, yol vergisi 26,2 manat) olmuşdur. Tarif Şurasının xx.xx.2017-ci il tarixli Neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri barədə qərarına əsasən xx.xx.2017-ci il tarixdən etibarən 1 ton Aİ 92 markalı benzin yanacağının ƏDV və yol vergisi nəzərə alınmaqla alış qiyməti 1079,0 manat (ƏDV-siz və yol vergisi istisna olmaqla dəyəri 892,20 manat, ƏDV məbləği 160,60 manat, yol vergisi 26,2 manat), 1 tonunun ƏDV və yol vergisi nəzərə alınmaqla satış qiyməti 1179,0 manat (ƏDV-siz və yol vergisi istisna olmaqla dəyəri 976,95 manat, ƏDV məbləği 175,85 manat, yol vergisi 26,2 manat) olmuşdur. Tarif Şurasının Aİ 92 markalı benzin yanacağının pərakəndə satışı üzrə müəyyən etdiyi tənzimlənən qiymətlər nəzərə alınmaqla satılmış 12039,630 ton Aİ 92 markalı benzin üzrə satış dövriyyəsi 11.510.053,37 manat (yol vergi istisna olmaqla, ƏDV-siz) təşkil edir. Dizel yanacağı - Dövrün əvvəlinə qalıq 263,177 ton olmaqla yol vergisi və ƏDV istisna olmaqla 131.633,11 manat dəyərində olmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 22533,446 ton 11.270.551,06 manat (yol vergisiz və ƏDV-siz) dəyərində Dizel yanacağı alındığı müəyyən edilmişdir (19262,56 ton olmaqla 9.634.551,04 manat dəyərində dizel yanacağı e-VHF əsasında, sənədlə alınmışdır. 2017 və 2018-ci illər ərzində dizel yanacağının satışı e-VHF əsasında alış həcmindən 3270,891 ton artıq olduğu üçün, 3270,861 ton olmaqla 1.636.000,02 manat (yol vergisiz və ƏDV-siz) dəyərində sənədsiz alış kimi qəbul edilmişdir. Dizel yanacağı üzrə yoxlama dövrünün sonuna mal qalığının 65,0 ton 32.511,03 manat (yol vergisiz və ƏDV-siz) dəyərində olması nəzərə alınmaqla dövr ərzində 22731,62 ton dizel yanacağı satılmışdır. Araşdırılan dövr ərzində xx.xx.2017ci il tarixdən xx.xx.2019-cu il tarixədək 1 ton Dizel yanacağının ƏDV və yol vergisi nəzərə alınmaqla alış qiyməti 614,0 manat (ƏDV-siz və yol vergisi istisna olmaqla dəyəri 500,17 manat, ƏDV məbləği 90,03 manat, yol vergisi 23,80 manat), 1 tonun ƏDV və yol vergisi nəzərə alınmaqla satış qiyməti 714,0 manat (ƏDV-siz və yol vergisi istisna olmaqla dəyəri 584,92 manat, ƏDV məbləği 105,28 manat, yol vergisi 23,8 manat) olmuşdur. X6 yanacağının pərakəndə satışı üzrə müəyyən etdiyi tənzimlənən qiymətlər nəzərə alınmaqla satılmış 22731,62 ton Dizel yanacağı üzrə satış dövriyyəsi 13.296,074,19 manat (yol vergi istisna olmaqla, ƏDV-siz) təşkil etmişdir. Maye qaz - Dövrün əvvəlinə 0 ton olmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 20145,712 ton 7.124.515,387 manat (yol vergisiz və ƏDV-siz) dəyərində Maye qaz alındığı müəyyən edilmişdir. Maye qaz üzrə yoxlama dövrünün sonuna mal qalığının 50,0 ton 38.711,83 manat (yol vergisiz və ƏDV-siz) dəyərində olması nəzərə alınmaqla dövr ərzində 20095,71 ton Maye qaz satılmışdır. Ekspert tərəfindən verilmiş rəyə əsasən 1 ton maye qazın litr-lə ifadəsi orta sıxlığı 0,59 q/sm3 və ya 590 kq/m3 təşkil edir (1 ton maye qaz 1694,9 litrə bərabərdir). Ekspert tərəfindən verilmiş rəyə əsasən araşdırılan dövr ərzində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il il tarixədək 1 ton Maye qazın ƏDV və yol vergisi nəzərə alınmaqla pərakəndə satış qiyməti 508,5 manat (ƏDV-siz və yol vergisi istisna olmaqla dəyəri 400,06 manat, ƏDV məbləği 72,0 manat, yol vergisi 36,40 manat), 1 litr Maye qazın qiyməti ƏDV və yol vergisi nəzərə alınmaqla 0,30 manat olmuşdur. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1 ton Maye qazın ƏDV və yol vergisi nəzərə alınmaqla pərakəndə satış qiyməti 593,20 manat (ƏDV-siz və yol vergisi istisna olmaqla dəyəri 471,88 manat, ƏDV məbləği 84,9 manat, yol vergisi 36,40 manat), 1 litr Maye qazın qiyməti ƏDV və yol vergisi nəzərə alınmaqla 0,35 manat olmuşdur. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 1 ton Maye qazın ƏDV və yol vergisi nəzərə alınmaqla pərakəndə satış qiyməti 678,0 manat (ƏDV-siz və yol vergisi istisna olmaqla dəyəri 543,70 manat, ƏDV məbləği 97,9 manat, yol vergisi 36,40 manat), 1 litr Maye qazın qiyməti ƏDV və yol vergisi nəzərə alınmaqla 0,40 manat olmuşdur. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 1 ton Maye qazın ƏDV və yol vergisi nəzərə alınmaqla pərakəndə satış qiyməti 762,70 manat (ƏDV-siz və yol vergisi istisna olmaqla dəyəri 615,52 manat, ƏDV məbləği 110,8 manat, yol vergisi 36,40 manat), 1 litr Maye qazın qiyməti ƏDV və yol vergisi nəzərə alınmaqla 0,45 manat olmuşdur. xx.xx.2019-cu il tarixdən hal-hazırki tarixədək 1 ton Maye qazın ƏDV və yol vergisi nəzərə alınmaqla pərakəndə satış qiyməti 1101,70 manat (ƏDV-siz və yol vergisi istisna olmaqla dəyəri 902,79 manat, ƏDV məbləği 162,50 manat, yol vergisi 36,40 manat), 1 litr Maye qazın qiyməti ƏDV və yol vergisi nəzərə alınmaqla 0,65 manat olmuşdur. Maye qazın pərakəndə satışı üzrə ekspert tərəfindən müəyyən edilən qiymətlər nəzərə alınmaqla satılmış 20.095,71 ton Maye qaz üzrə satış dövriyyəsi 9.843.439,98 manat (yol vergi istisna olmaqla, ƏDV-siz) təşkil etmişdir. Beləliklə, səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, Aİ 92 markalı benzin üzrə satış 11.510.053,37 manat, Dizel yanacağı üzrə satış 13.296.074,19 manat və Maye qaz üzrə satış 9.843.439,98 manat olmaqla ümumilikdə 34.649.567,54 manat (yol vergi istisna olmaqla, ƏDV-siz) satış olmuşdur. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına əsasən 24.123,75 manat daşıma xidməti və 1.410,0 manat ƏDV-yə 0 dərəcə tətbiq olunan əməliyat istisna olmaqla vergiyə cəlb olunan dövriyyə 28.313.044,85 manat (ƏDVsiz) göstərilmişdir. Dövriyyə fərqi 6.336.522,69 manat yoxlanılan dövrün sonuncu ayına (2019-cu ilin noyabr ayına) əlavə edilmişdir. Göründüyü kimi yoxlama ilə vergi ödəyicisi tərəfindən büdcəyə çatası ƏDV məbləği 1.140.574,08 (6.336.522,69 x18%) azaldılmışdır. Bundan əlavə vergi ödəyicisi tərəfındən təqdim olunmuş bəyannamələrdə əvəzləşdirilən dövriyyənin 20.435,53 manat artıq göstərilməsi nəticəsində büdcəyə çatası ƏDV məbləği 3.678,49 manat (20.435.53x18%) azaldılmışdır. İddiaçı (VÖEN **********) tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə büdcəyə çatası gəlir vergisinin 537.261,04 manat azaldılması ilə əlaqədar bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il gəlir vergisi bəyannaməsində ümumi gəlirləri 3.337.016,26 manat, xərclər 3.293.515,96 manat, o cümlədən, əmək haqqı xərcləri 12.865,00 manat, DSMF-yə ayırma 2.830,00 manat, malların dəyəri 3.274.825,93 manat, bank xidmət haqqı 2.995,03 manat, beləliklə, vergiyə cəlb ediləsi gəlir 43.500,30 manat göstərilməklə büdcəyə 8.700,10 manat gəlir vergisi hesablanmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, 2017-ci il üzrə sahibkarın ümumi gəlirləri 3.478.296,16 manat, xərclər 2.977.503,20 manat, o cümlədən, əmək haqqı xərcləri 12.865,00 manat, DSMF-yə ayırma 2.830,00 manat, malların dəyəri 2.958.813,20 manat, bank xidmət haqqı 2.995.00 manat, beləliklə, vergiyə cəlb ediləsi gəlir 500.792,90 manat olmaqla büdcəyə çatası gəlir vergisi 100.158,60 manat təşkil etmişdir. Göründüyü kimi, 2017-ci il üzrə büdcəyə çatası gəlir vergisi məbləği 91458.53 manat azaldılmışdlır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci il gəlir vergisi bəyannaməsində ümumi gəlirləri 15.569.886,95 manat, xərclər 15.242.616,73 manat, o cümlədən, əmək haqqı xərcləri 12.300,0 manat, DSMF-yə ayırma 2.706,0 manat, malların dəyəri 15.220.997,63 manat, bank xidmət haqqı 6.613,10 manat, beləliklə, vergiyə cəlb ediləsi gəlir 327.270,22 manat göstərilməklə büdcəyə 65.454,04 manat gəlir vergisi hesablanmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, 2018-ci il üzrə sahibkarın ümumi gəlirləri 16.171.439,90 manat, xərclər 13.615.156,20 manat, o cümlədən, əmək haqqı xərcləri 12.300,0 manat, DSMF-yə ayırma 2.706,00 manat, malların dəyəri 13.593.537,10 manat, bank xidmət haqqı 6.613,10 manat, beləliklə, vergiyə cəlb ediləsi gəlir 2.556.283,70 manat olmaqla büdcəyə çatası gəlir vergisi 511.256,70 manat təşkil etmişdir. Beləliklə, 2018-ci il üzrə büdcəyə çatası gəlir vergisi məbləği 445.802,51 manat (5112xx.xx-65454.04) azaldılmışdlır. Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, sonrakı (təkrar) satış qiyməti və dəyərin toplanması üsullarından istifadə edilir. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi vergi orqanı tərəfindən İddiaçı barəsində keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X4 gəlmiş, İddiaçı isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 21-ci madəsinə görə vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları təşkil edir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək (maddə 23.1.5) vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə görə vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcələnin 44-cü maddəsinə görə zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir (maddə 44.1). Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir (maddə 44.3). Həmin Məcəllənin 45.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; - əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlamaları ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İş materiallarından, o cümlədən işdə olan xx.xx.2018-ci il tarixli AZE 188035 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə Əli Bayramlı (Şirvan) şəhərində doğulmuş İddiaçı ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İş materiallarında olan “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********196116 nömrəli qərarın surətindən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı Vergi Məcələsinin 38.3.5-ci maddəsinə əsasən iyul 2017noyabr 2019-cu il vergi dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan 25 oktyabr 2020-ci il tarixli, KY201427778 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan “Vergi yoxlamasının həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********196142 nömrəli, xx.xx.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq “Səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin təqdim olunması”nı İddiaçı tələb etmişdir. İş materiallarında olan 27.012020-ci il tarixli, 001 nömrəli protokolun surətindən müəyyən olunur ki, İddiaçı məxsus Salyan rayonunun Çadırlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə baxış keçirilmiş, baxışın keçirilməsi zamanı ərazidə vergi ödəyicisinə məxsus aptek, yağdəyişmə, təkər təmiri sexi, kafe üçün nəzərdə tutulan ümumi sahəsi 120 kv.m olan yarımçıq tikili, ümumi tutumu 12 ton olan su hovuzu, tutumu 53 və 55 ton olan 2 ədəd Aİ-92 benzin çənləri, tutumu 65 ton olan dizel yanacağı çəni, mağaza, ofis, sanitar otağı, elektrik otağı üçün nəzərdə tutulan ümumi sahəsi 140 kv.m olan yarımçıq tikili, həmçinin ümumi sahəsi 96 kv.m olan çardaq, elektrik generatoru, hər birinin tutumu 25 ton olan 2 ədəd maye qaz çəni və qazın vurulması üçün avadanlıqlar, 1 ədəd maye qaz və 1 ədəd Aİ-92 benzin kolonkaları aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktın surətindən göünür ki, İddiaçı mülkiyyətində və ya istifadəsində olan əmlakın (mal materialların) faktiki mövcudluğu ilə bağlı inventarizasiya işləri aparılmışdır. İş materiallarında olan 31 may 2020-ci il tarixli rəyin surətindən müəyyən olunur ki. cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********900 nömrəli məktubu və xx.xx.2020-ci il tarixli, **********197263 nömrəli qərarına əsasən İddiaçı fəaliyyət göstərdiyi sahibkarlıq subyektində alqı-satqı predmeti olan malların qiymətini müəyyən etmək üçün ekspertiza keçirilmiş və bu barədə müvafiq rəy tərtib olunmuşdur. İş materiallarında olan “Səyyar vergi yoxlaması” haqqında xx.xx.2020-ci il tarixli, **********196247 nömrəli aktdan görünür ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********196116 saylı qərarına əsasən 5 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi, vergi xidməti müşaviri X1, 5 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş X3 tərəfindən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə Vergi Məcəlləsinin 38.3.5-ci və 38.3.6-cı maddələrinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlamaya xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2020-ci il tarixli, **********196247 nömrəli “Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmişdir. Həmin aktda İddiaçı yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə 1.681.611,23 manat (ƏDV üzrə cəmi 1.144.350,19 manat, 2017- 2018-ci illər üzrə cəmi 537.261,04 manat), yəni xüsusilə külli miqdarda vergi ödəməkdən yayındığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən yoxlama materiallarının Vergilər nazirinin xx.xx.2016-cı il tarixli, **********058500 saylı əmri ilə təsdiq olunmuş “Vergi və hüquq-mühafizə orqanları arasında əlaqələndirmə fəaliyyətinin təşkili Qaydaları”na müvafiq olaraq Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə təqdim olunması təklif edilmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********139547 nömrəli mübahisələndirilən Qərardan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********196247 nömrəli “Səyyar vergi yoxlaması” Aktına əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinə (iddiaçıya) ümumilikdə 1.681.513,52 manat, o cümlədən 2019-cu il üzrə ƏDV-nin 1.144.252,48 manat, 2017-ci il üzrə gəlir vergisinin 91.458,53 manat, 2018-ci il üzrə gəlir vergisinin 445802,51 manat azaldılmış vergilərin hesablanması və ümumilikdə 845.548,69 manat, o cümlədən 2019-cu il üzrə ƏDV-nin 1.144.252,48 manat azaldılmasına görə 572.126,24 manat, 2017-ci il üzrə gəlir vergisinin 91.458,53 manat azaldılmasına görə 45.729,27 manat və 2018-ci il üzrə gəlir vergisinin 445802,51 manat azaldılmasına görə 222.901,26 manat, həmçinin yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən işçilərə ümumilikdə ödənilmiş 47.919,20 manat əmək haqqı məbləğinin nağd qaydada ödənilməsinə görə Vergi Məcəlləsinin 58.7-1.1 maddəsinə əsasən 4.791,92 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə vergi orqanının xx.xx.2020-ci il tarixli, **********139547 nömrəli Qərarını qanunsuz hesab edərək mübahisələndirmiş, cavabdeh inzibati orqan isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında - cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı (VÖEN: **********) haqqında qeyd edilən səyyar vergi yoxlaması aktına və 31 avqust 2020-ci il tarixli, **********139547 saylı qərarına əsasən müəyyən edilmiş vergilər (Əlavə dəyər vergisi, gəlir vergisi) və maliyyə sanksiyası düzgün hesablanmışdırmı? Əgər düzgün hesablanmamışdırsa yoxlamanın əhatə etdiyi dövr üzrə əlavə dəyər vergisi, gəlir vergisi və maliyyə sanksiyası nə qədər müəyyən olunur? - Dizel və benzinə yoxlanılan dövr üçün tətbiq edilmiş qiymət Tarif Şurasının qiymətləri ilə eynidirmi? - Əgər dizel və benzinə yoxlanılan dövr üçün tətbiq edilmiş qiymət Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə eyni deyildirsə, həmin dövr üçün Tarif Şurasının tətbiq etdiyi qiymət nəzərə alınmaqla əlavə dəyər vergisi, gəlir vergisi nə qədər müəyyən olunur? - Yoxlanılan dövr üzrə İddiaçı (VÖEN: **********) tərəfindən əlavə dəyər vergisinin azaldılması müəyyən olunurmu (müəyyən olunursa, səbəbi və məbləği nə qədərdir)? - Yoxlanılan dövr üzrə İddiaçı (VÖEN: **********) tərəfindən gəlir vergisinin azaldılması müəyyən olunurmu (müəyyən olunursa, səbəbi və məbləği nə qədərdir)?” məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında verilmiş 18 yanvar 2022-ci il tarixli, 9/7262 saylı rəydə ekspert “Rəyin tədqiqi hissəsində qeyd olunan səbəblərdən xx.xx.2020-ci il tarixli, **********196247 nömrəli səyyar vergi yoxlaması aktında və 31 avqust 2020-ci il tarixli, **********139547 saylı qərarda göstərilənlər əsaslı hesab olunduğu təqdirdə yoxlamanın əhatə etdiyi dövrdə fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 1144252,48 manat məbləğində ƏDV-nin, 537261,04 manat məbləğində gəlir vergisinin az hesablanması müəyyən olunur. Yəni cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı (VÖEN: **********) haqqında qeyd edilən səyyar vergi yoxlaması aktına və 31 avqust 2020-ci il tarixli, **********139547 saylı qərarına əsasən müəyyən edilmiş vergilərin (ƏDV, gəlir vergisi) və maliyyə snaksiyasının düzgün hesablandığının müəyyən olunduğunu” vurğulamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında - cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı (VÖEN: **********) haqqında qeyd edilən səyyar vergi yoxlaması aktına və 31 avqust 2020-ci il tarixli, **********139547 saylı qərarına əsasən müəyyən edilmiş vergilər (Əlavə dəyər vergisi, gəlir vergisi) və maliyyə sanksiyası düzgün hesablanmışdırmı? Əgər düzgün hesablanmamışdırsa yoxlamanın əhatə etdiyi dövr üzrə əlavə dəyər vergisi, gəlir vergisi və maliyyə sanksiyası nə qədər müəyyən olunur? - Dizel və benzinə yoxlanılan dövr üçün tətbiq edilmiş qiymət Tarif Şurasının qiymətləri ilə eynidirmi? - Əgər dizel və benzinə yoxlanılan dövr üçün tətbiq edilmiş qiymət Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə eyni deyildirsə, həmin dövr üçün Tarif Şurasının tətbiq etdiyi qiymət nəzərə alınmaqla əlavə dəyər vergisi, gəlir vergisi nə qədər müəyyən olunur? - Yoxlanılan dövr üzrə İddiaçı (VÖEN: **********) tərəfindən əlavə dəyər vergisinin azaldılması müəyyən olunurmu (müəyyən olunursa, səbəbi və məbləği nə qədərdir)? -Yoxlanılan dövr üzrə İddiaçı (VÖEN: **********) tərəfindən gəlir vergisinin azaldılması müəyyən olunurmu (müəyyən olunursa, səbəbi və məbləği nə qədərdir)? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 12 iyul 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət (“İddiaçı fəaliyyəti üzrə ilkin mühasibat sənədləri (alış və satışa dair VHF, qaimə faktura, ödəniş sənədləri və s) kassa məxaric və mədaxil orderləri, bəyannamələr) göndərilmiş, lakin vəsatət təmin edilmədiyindən, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə aşağıdakılar vergi ödəyicisinin vəzifələridir: - (maddə 16.1.1) qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; - (maddə 16.1.3) qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; - (maddə 16.1.6) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək. Bundan başqa iddianın hüquqi əsasına qiymət verən məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilir. İddiaçı iddia ərizəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********139547 nömrəli Qərarın qanunsuz olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki mübahisədə cavabdeh inzibati orqan mübahisələndirilən qərarının qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə, yuxarıda şərh olunanları qanunvericiliyin tələbi baxımından təhlil edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 avqust 2020-ci il tarixli, **********139547 saylı qərarının qanunazidd olduğunu sübut edə və bunu təsdiq edən sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 avqust 2020ci il tarixli, **********139547 saylı qərarın ləğv edilməsi və həmin qərarla hesablanmış borcun və maliyyə sanksiyasının ləğv edilməsi (silinməsi)” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar