Məhkəmə qərarları › İş №2-1(120)-31/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-31/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-31/2025 27.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçılar X1, İddiaçı5 və İddiaçı7 iştirakı ilə, İddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lerik rayonu Axunahiran kəndinin əvvəlki sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 27 yanvar 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh Lerik Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Axunahiran kəndinin əvvəlki sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Lerik Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Lerik rayonu Veri bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Lerik Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 64 nömrəli qərarı ilə qanunsuz olaraq yaşadıqları Axunahiran kəndinə məxsus torpaq sahələrinin qonşu Veri kənd sakinlərinə verilməsindən narazı olduqlarından, xəritəyə əsasən Axunahiran kəndinin sahələrininin müəyyənləşdirilməsindən ötrü komissiyanın yaradılması və Milli Məclis qarşısında vəsatət qaldırılmasını xahiş etmişlər. Lerik Rayon İcra Hakimiyyət başçısının aparatından verilmiş xx.xx.2021-ci il tarixli, 2/1343 saylı məktubu ilə müraciətlərindən imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, 1997-1998-ci illərdə keçmiş Veri heyvandarlıq sovxozunda (Veri, Axunahiran və Babakücə kəndləri daxildir) torpaq islahatı hər bir kəndin sərhədləri nəzərə alınmaqla püşkatma yolu ilə aparılmış, dövlər aktları hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. Veri kəndində bir qrup vətəndaşlara əkinə yararsız torpaq sahələri düşdüyü üçün həmin torpaq sahələrinin əkinə yararlı torpaq sahələri ilə əvəz olunması barədə keçmiş Veri X10 Komissiyasının qərarı nəzərə alınmaqla rayon aqrar islahat komissiyası tərəfindən xx.xx.2000-ci il tarixdə 64 nömrəli qərar qəbul olunmuş, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları yenidən hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. Müraciətdə Veri kənd sakinlərinə verildiyi qeyd olunan torpaq sahəsi Veri kəndinin ərazisinə daxildir və Axunahiran kəndinin torpaq sahələri ilə həmsərhəddir. Kəndlər arasında sərhədlərinin müəyyənləşdirilməsindən ötrü komissiyanın yaradılması rayon icra hakimiyyətinin səlahiyyətindən xaricdədir. Həmin imtina əsassız olduğundan Lerik rayonu, Axunahiran kəndinə məxsus torpaq sahələrinin sərhədlərinin yenidən müəyyən edilməsi öhdəliyinin cavabdeh inzibati orqan-Lerik rayon İcra Hakimiyyətinə həvalə edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə ilk cavabdeh Lerik rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı etirazında aşağıdakılar bildirilmişdir: iddiaçılar İddiaçı2, İddiaçı3,İddiaçı4, İddiaçı5 və digərlərinin “Lerik rayonu Axunahiran kəndinin əvvəlki sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişlər. Aşağıdakılara əsasən hesab edirik ki, iddiaçıların tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının aqraq sektorunda islahatlar həyata keçirilənədək torpaq dövlətin müstəsna mülkiyyətində olmuşdur. “Aqrar islahatın əsasları haqqında” 12 fevral 1995-ci il tarixli və “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunları qəbul edilənədək torpaqlar kolxoz, sovxoz və digər təşkilatların daimi istifadəsində olmuş və təyinatı üzrə istifadə edilmişdir. Torpaq islahatı aparılanadək dövlət orqanlarının - Rayon (şəhər) X7 Rəyasət Həyətinin qərarı ilə kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin daimi istifadəsi üçün torpaq sahələri ayrılmışdır. Torpaqların uçotu torpaqların mövcudluğu, vəziyyəti və istifadəsi haqqında məlumatların ayrı-ayrı rayonlar, yaşayış məntəqələri və torpaqdan istifadəçilər üzrə toplanması və sistemləşdirilməsi həmin dövrdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə müvafıq olaraq rayon, şəhər X7 icraiyyə komitəsi tərəfındən aparılmış, kolxoz, sovxozlara torpaqdan istifadə hüququna dair Dövlət Aktı həmin orqanın qərarı ilə verilmişdir. Məlumat üçün bildirirlər ki, 1960-cı ilədək Lerik rayonunda Axunahiran adlı ərazi vahidi-kənd yaşayış məntəqəsi mövcud olmamışdır. Həmin torpaqlar Veri və Babakücə kəndlərinin ərazi hüdudlarında fəaliyyət göstərən Veri heyvandarlıq kolxozunun daimi və əvəzsiz istifadəsində olmuşdur. 1960-cı illərdə Axunahiran kəndi ərazi vahidi kimi qeydiyyata alınmış, lakin həmin kəndin ərazi sərhədlərində ayrı kənd təsərrüfatı müəssisisi təşkil edilməmiş və Veri heyvandarlıq kolxozunun tərkibində olmuşdur. 1970-ci illərdə Veri kolxozunun bazasında Veri heyvandarlıq sovxozu təşkil edilmiş və 1997-2000-ci ilədək-aqrar islahatlar həyata keçirilənədək Veri, Babakücə və Axunahiran kəndlərinin ərazi sərhədlərində fəaliyyət göstərmişdir. “Aqrar islahatın əsasları haqqında” 12 fevral 1995-ci il tarixli Qanun Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edir. Qanunun müddəaları aqrar islahat sahəsində digər normativ aktlar üçün əsasdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlif növlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən torpaq islahatı torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutmuşdur. Aqrar islahatların həyata keçirilməsini təmin etmək məqsədilə bir sıra normativ aktlar, o cümlədən “Sovxoz və kolxozların islahatı haqqında” 12 fevral 1995-ci il tarixli Azərbaycan Respublikasının Qanunu, “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu sovxozların, kolxozların, təsərrüfatlararası və digər-kənd təsərrüfatı istehsalı müəssisələrinin istifadəsindəki (balansındakı) torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın (müəssisənin) hər hansı təşkilati- hüquqi formasının könüllü seçilməsinə və yaradılmasına təminat vermiş, “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən etmişdir. “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli qaydasını müəyyən edir. Həmin maddənin tələblərinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X10 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Qeyd edildiyi kimi, 1997-ci ilədək rayonun Veri, Axunahiran və Babakücə kəndlərinin ərazi hüdudlarında bir dövlət kənd təsərrüfatı müəssisəsi - Veri heyvandarlıq sovxozu fəaliyyət göstərmişdir. “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununa və “Sovxoz və kolxozların islahatı haqqında” 12 fevral 1995-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 1997-2000-ci illərdə keçmiş Veri heyvandarlıq sovxozunda torpaq islahatı aparılarkən sovxozun 3 kəndin ərazisində fəaliyyət göstərməsi faktı nəzərə alınmış və torpaq islahatı sovxoza daxil olan Veri, Axunahiran və Babakücə kəndlərinin sərhədləri əsas götürülməklə “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamənin 1-ci maddəsinin tələblərinə müvafiq olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib olunmuş və Lerik Rayon Aqrar İslahatı Komissiyası tərəfindən təsdiq edilmiş kompleks yerquruluşu layihəsinə əsasən aparılmış, hər bir kənd üzrə ayrılıqda olmaqla torpaq payı alacaq şəxslərin siyahısı müəyyən edilmiş, Veri kəndi üzrə adambaşına 0,17 hektar olmaqla, Axunahiran kəndi üzrə adambaşına 0,28 hektar olmaqla torpaq payları vətəndaşların mülkiyyətinə verilmiş, Veri kəndi üzrə 144 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, Axunahiran kəndi üzrə 35 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanaraq vətəndaşlara təqdim olunmuş və torpaq sahələri naturada vətəndaşlara təhkim edilmişdir. Əlavə olaraq Veri sovxozunun dövlət mülkiyyətində saxlanılmayan digər kənd təsərrüfatı üçün az yararlı və yararsız torpaq sahələri bələdiyyələrin ehtiyat fonduna daxil edilmişdir. Mülkiyyətə verilmiş torpaq sahələri naturada vətəndaşlara təhkim edilərkən müəyyən edilmişdir ki, Veri heyvandarlıq sovxozunda torpaq islahatına dair yerquruluşu layihəsi tərtib olunarkən uyğunsuzluğa yol verilmiş 198, 170, 170b, 175, 135 və 155 saylı konturlarda yerləşən əkinə yararsız 20 hektara yaxın torpaq sahəsi bölgüyə daxil edilərək Veri kənd sakinlərinin mülkiyyətinə verilmiş və onların adına Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmış, 126, 128, 144, 164, 186, 192, 195, 203 və 248 saylı konturlarda yerləşən əkinə yararlı torpaq sahələri işə bölgüdən kənarda saxlanılmaqla bələdiyyənin ehtiyat fonduna daxil edilmişdir. Təsərrüfatın baş sxemdə Veri kəndi üzrə 35 ailəyə əkinə yararsız torpaq sahələri düşdüyü üçün həmin torpaq sahələrinin bələdiyyənin ehtiyat fondunda saxlanılan eyni ölçüdə olan əkinə yararlı torpaq sahələri ilə əvəz olunması barədə Veri X10 komissiyasının 15 iyun 1999-cu il tarixli 04 nömrəli iclas qərarı nəzərə alınmaqla Lerik rayon aqrar islahatı komissiyası tərəfindən 19 aprel 2000-ci il tarixli 64 nömrəli qərar qəbul olunmuş, Veri kəndi üzrə 35 ailə üçün Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları yenidən hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. Veri kəndinin 144, Axunahiran kəndinin 35 ailə təsərrüfatı, o cümlədən iddiaçılar torpaq mülkiyyətçisi olmaqla mülkiyyətlərində olan torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst şəkildə bu günədək həyata keçirirlər. Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən rayon ərazisində aqrar islahatlar 2005-ci ildə başa çatmış, aqrar islahatı komissiyayarı öz missiyalarını başa çatdırmış və fəaliyyətlərinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 206 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu i l 1 0 fevral tarixli, 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Lerik rayonunun Veri kənd inzibati ərazi dairəsinin və onun tərkibinə daxil olan kəndlərin, o cümlədən Veri və Axunahiran kənd ərazi vahidlərinin xəritə və şəhatədnamələri təsdiq edilmişdir. 2015-ci ildə ərazi vahidlərinin xəritə və şəhatədnamələrində Veri kənd ərazi vahidinin ümumi sahəsi 10,05 kv.km (1005 hektar), Axunahiran kənd ərazi vahidinin ümumi sahəsi 2,03 kv.km (203 hektar) müəyyən edilmişdir. Əlavə olaraq məlum olmuşdur ki, Veri X10 komissiyasının 15 iyun 1999-cu il tarixli 04 nömrəli iclas qərarı və Lerik rayon aqrar islahatı komissiyasının 19 aprel 2000-ci il tarixli, 64 nömrəli qərarı ilə Veri heyvandarlıq sovxozunun istifadəsində olan 126, 128, 144, 164, 186, 192, 195, 203 və 248 saylı konturlarda yerləşən və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ilə Veri kənd sakinlərinin mülkiyyətinə verilən 12,92 hektar torpaq sahəsi texniki diqqətsizlik nəticəsində Axunahiran kənd ərazi vahidinin sərhədləri (xəritəsi) daxilində yerləşir. Lakin 2000-ci ildən hal-hazıradək həmin torpaq sahələri Veri kənd sakinlərinin mülkiyyətindədir və 20 ildən artıqdır ki, onlar tərəfindən istifadə olunur. Bu fakt Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən tikinti-texniki ekspertizası nəticəsində də təsdiq olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 27 noyabr 2023-cü il tarixli, 3-21-3-43/2- 3330/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planı əsasında aparılmış tikinti-texniki ekspertizası nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - Mövcud baza məlumatlarına əsasən aparılan araşdırma zamanı sözügedən mübahisəli torpaq sahəsinin 12,92 ha hissəsinin torpaq islahatı zamanı Veri kənd sakinlərinin xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahələridir və həmin torpaq sahələri faktiki vəziyyətdə də Veri kənd sakinlərinin istifadəsindədir. - Axunahiran və Veri kəndlərinin keçmiş kolxoz və sovxoz, eləcə də torpaq islahatı aparılan vaxt bir təsərrüfat daxilində olmuşlar. İddiaçılar İddiaçı2, İddiaçı3,İddiaçı4, İddiaçı5 və digərlərinin Lerik rayonu Axunahiran kəndinin əvvəlki sərhədlərinin müəyyən edilməsi ilə bağlı iddia tələbi ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinin tələblərinə əsasən ekspertiza rəyi ilə müəyyən olunduğu kimi, 12,92 ha torpaq sahəsi 2000-ci ildən Veri kənd sakinlərinin mülkiyyətindədir. 2020-ci ilədək həmin torpaq sahəsinin mənsubiyyəti və istifadəsi ilə bağlı etiraz olmamışdır. Buna görə də Veri kənd sakinləri olan torpaq mülkiyyətçiləri Axunahiran kəndinin ərazi hüdudlarında yerləşməsinə baxmayaraq həmin 12,92 ha torpaq sahələrinin mülkiyyətçiləri sayılır. İddiaçıların iddia etdiyi digər 20 ha-dan artıq torpaq sahəsi Veri bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aiddir. 20 ha torpaq sahəsinin mülkiyyətçisi Veri bələdiyyəsidir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə hallarının araşdırılması, inzibati və ya məhkəmə qaydasında asudələşdirilməsinin təmin edilməsi, həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyənin müstəsna səlahiyyətinə aiddir. Bu məsələlərdə rayon icra hakimiyyəti cavabdeh qismində çıxış edə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar X5, İddiaçı5 və İddiaçı7 gəlmiş, digər iddiaçılar, cavabdehin və üçüncü şəxslərin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə digər iddiaçıların, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçılar X5, İddiaçı5 və İddiaçı7 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Veri kənd X10 Komissiyasının 15 iyun 1999-cu il tarixli, 04 nömrəli iclas protokolunun və həmin protokolun müzakirəsi haqqında sənədin surətlərindən görünür ki, bölgüyə düşən əkinə və biçinə yararsız sahələrdən torpaq sahəsi ayrılmış payçıların yararlı torpaq sahələrinə köçürülməsi məqsədəuyğun hesab edilmiş, bölgüyə düşən yararsız sahələrinin bölgüyə düşməmiş sahələrlə əvəz edilməsi, bu məqsədlə “Alçalıq” adlı sahədəki sərhəddin bərpa olunmasının Lerik Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. İş materiallarında olan Lerik Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 2000-ci il tarixli, 64 nömrəli iclas protokolunun surətindən görünür ki, Veri kənd X10 Komissiyasının 15 iyun 1999-cu il tarixli, 04 nömrəli iclas protokolunun qərarı nəzərə alınmış, yararsız torpaq sahələrinin yararlı sahələrlə əvəz olunması barədə baş sxemdə düzəlişlərin edilməsi və dəyişikliklər edilmiş dövlət aktlarının faktiki aparılmış torpaq bölgüsünə uyğun yenidən hazırlanmasına razılıq verilməsi Dövlət Torpaq Komitəsindən xahiş edilmişdir. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyətinin iddiaçı X4 ünvanlanladığı 05 oktyabr 2021-ci il tarixli, 2/1343 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: 1997-1998ci illərdə keçmiş Veri heyvandarlıq sovxozunda (Veri, Axunahiran və Babakücə kəndləri daxildir) torpaq islahatı hər bir kəndin sərhədləri nəzərə alınmaqla püşkatma yolu ilə aparılmış, dövlər aktları hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. Veri kəndində bir qrup vətəndaşlara əkinə yararsız torpaq sahələri düşdüyü üçün həmin torpaq sahələrinin əkinə yararlı torpaq sahələri ilə əvəz olunması barədə keçmiş Veri X10 Komissiyasının qərarı nəzərə alınmaqla rayon aqrar islahat komissiyası tərəfindən xx.xx.2000-ci il tarixdə 64 nömrəli qərar qəbul olunmuş, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları yenidən hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. Müraciətdə Veri kənd sakinlərinə verildiyi qeyd olunan torpaq sahəsi Veri kəndinin ərazisinə daxildir və Axunahiran kəndinin torpaq sahələri ilə həmsərhəddir. Kəndlər arasında sərhədlərinin müəyyənləşdirilməsindən ötrü komissiyanın yaradılması rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 ünvanlanladığı xx.xx.2022-ci il tarixli, **********02 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli, 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun olaraq 2015-ci ildə Lerik rayonu, Veri kənd inzibati dairəsinin və onun tərkibinə daxil olan Veri, Axunahiran, Babaküçə, Küsəkəran, Qələbin, Veri Əliabad kənd ərazi vahidlərinin xəritələri hazırlanmış, Lerik Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə üünvanladığı 29 sentyabr 2022-ci il tarixli, **********26 nömrəli və 27 fevral 2023-cü il tarixli, 3-21-3-43/2-506/2023 nömrəli məktublarında bildirilmişdir ki, birinci halda idarənin mütəxəssisləri tərəfindən iddiaçılarla birlikdə tədqiqat obyektinə baxış keçirilmiş, ölçü işləri görülən zaman Veri kənd sakinləri iddia olunan torpaq sahəsinin onlara məxsus olduğunu və faktiki olaraq onlar tərəfindən istifadə olunduğunu bildirərək, ərazidə müvafiq ölçü işlərinin aparılmasına imkan verməmiş, nəticədə ərazi vahidi xəritəsinə əsasən Axunahiran kəndi ilə Veri kəndinin sərhəd xəttinin koordinatlarının müəyyənləşdirilməsi mümkün olmamış, ikinci halda hava şəraiti (tədqiqat obyekti çətin relyefli dağlıq ərazidə yerləşdiyindən) ilə əlaqədar tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Lerik rayonu Axunahiran kəndi ilə Veri kəndinin inzibati ərazi vahidlərinin xəritəsinə əsasən koordinatları müəyyən edilsin. - Lerik rayonu Axunahiran kəndi ilə Veri kəndinin sərhədləri Lerik rayonu Axunahiran və Veri kənd ərazi vahidlərinin xəritəsinə əsasən düzgün müəyyən olunmuşdurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/544 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci və ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3330/2023 saylı mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: - Lerik rayonu Axunahiran kəndi ilə Veri kəndinin inzibati ərazi vahidlərinin xəritəsinə əsasən koordinatları müəyyən edilmişdir. - İddiaçılar X5 və qeyriləri tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları yerində müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı sözügedən mübahisəli torpaq sahəsinin 12.92 ha hissəsinin torpaq islahatı zamanı Veri kənd sakinlərinin xüsusi mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri olması və faktiki vəziyyətdə də həmin torpaq sahələrinin Veri kənd sakinlərinin istifadələrində olması müəyyən olunmuşdur. - Araşdırma zamanı Axunahiran və Veri kəndlərinin keçmiş kolxoz və sovxoz, eləcə də torpaq islahatı vaxtlarında bir təsərrüfat daxilində olması müəyyən olunmuşdur. - Lerik rayonu Axunahiran kəndi və Veri kəndlərinin ərazi vahidlərinin xəritələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanmış, Lerik Rayon İcra Hakimiyyəti, eləcə də Veri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik ilə razılaşdırılaraq ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi üçün Milli Məclisə təhvil verilmişdir. - Araşdırma zamanı Veri kənd sakinlərinin xüsusi mülkiyyətlərində və faktiki istifadələrində olan sözügedən kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin ərazi vahidlərinin xəritələrinə əsasən Veri kəndinin deyil, Axunahiran kəndinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qeyd olunduğu kimi, iddiaçılar “Lerik rayonu Axunahiran kəndinin əvvəlki sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb edirlər. İstər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/544 nömrəli ekspert rəyindən, istərsə də iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3330/2023 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, mövcud baza məlumatlarına əsasən torpaq islahatı zamanı Veri kənd sakinlərinin xüsusi mülkiyyətlərinə verilmiş və faktiki vəziyyətdə də Veri kənd sakinlərinin istifadələrində olan 12.92 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ərazi vahidlərinin xəritələrinə əsasən Veri kəndinin deyil, Axunahiran kəndinin sərhəd hüdudları daxilində yerləşir. Beləliklə, Axunahiran kəndinin ərazi torpaqlarına aid olan 12.92 ha torpaq sahəsinin torpaq islahatı zamanı Veri kənd sakinlərinin xüsusi mülkiyyətlərinə verilməsinə baxmayaraq, bununla əlaqədar Axunahiran kəndinin sərhəd hüdudları dəyişdirilməmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********02 nömrəli məktubundan və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/544 nömrəli ekspert rəyindən görünür ki, Lerik rayonu Axunahiran kəndi və Veri kəndlərinin ərazi vahidlərinin xəritələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanmış, Lerik Rayon İcra Hakimiyyəti, eləcə də Veri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik ilə razılaşdırılaraq ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi üçün Milli Məclisə təhvil verilmiş, lakin həmin xəritələrin təsdiqi barədə hal-hazırki vaxtadək qərar qəbul edilməmişdir. Digər tərəfdən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına və iddiaçıların məhkəmə iclaslarında verdikləri izahatlara əsasən onların əsas məqsədi torpaq islahatı zamanı Veri kənd sakinlərinin xüsusi mülkiyyətlərinə verilmiş Axunahiran kəndinin ərazi torpaqlarına aid olan torpaq sahələrinin kənd sakinlərinə qaytarılmasına, habelə həmin torpaq sahələrinin Veri kəndinin ərazi torpaqlarına birləşdirilməsinin qarşısının alınmasına nail olmaqdır. Lakin məhkəməyə təqdim olunmuş sənədlərə əsasən Veri kənd sakinləri Axunahiran kəndinin ərazi torpaqlarına aid olan 12.92 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını Lerik Rayon Aqrar İslahat Komissiyasının hal-hazıradək qüvvədə olan və mübahisələndirilməyən 19 aprel 2000-ci il tarixli 64 nömrəli qərarı ilə qanuni əsaslarla əldə etmişlər. Məhkəmə iclasında iddiaçılara adı çəkilən qərarı mübahisələndirmək hüquqları izah olunmuş, lakin iddiaçılar bu hüquqlarından istifadə etməmişlər. Bundan başqa, “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli qaydasını müəyyən edir. Həmin maddənin tələblərinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X10 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. İş materiallarından, o cümlədən işdə olan Lerik rayonu Axunahiran kənd sakinlərinə məxsus Dövlət Aktlarından görünür ki, iddiaçılar nə torpaq islahatı zamanı onlara və ailə üzvlərinə ayrılması nəzərdə tutulmuş torpaq sahələri ilə bağlı X9 Komissiyaları tərəfindən qəbul olunmuş qərarı, nə də həmin qərarın təsdiq olunması barədə Lerik Rayon Aqrar İslahat Komissiyasının hal-hazıradək qüvvədə olan 21 oktyabr 1998-ci il tarixli, 44 nömrəli qərarını mübahisələndirməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Lerik rayonu Axunahiran kəndinin əvvəlki sərhəd hüdudları hazırki vaxtadək dəyişdirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Lerik rayonu Axunahiran kəndinin əvvəlki sərhədlərinin müəyyən edilməsinə heç bir səbəb mövcud deyil və iddiaçıların tələbinin hüquqi əsası yoxdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları müəyyən edilərək 11-ci maddəsinin 1-ci bəndi ilə müəyyən edilmişdir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X10 komissiyaları aparır. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lerik rayonu Axunahiran kəndinin əvvəlki sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçılara aid edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lerik rayonu Axunahiran kəndinin əvvəlki sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar