Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-310/2023 20.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 20 iyun 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 0,01144 ha torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, iki otaqlı və mansardlı fərdi yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçının nümayəndəsi və vəkili X2 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Lənkəran şəhəri, X4 ünvanında yerləşən 0,0808 ha torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, iki otaqlı və mansardlı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə iddiaçının nümayəndəsi və vəkili X2 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “İddiaçı Lənkəran şəhəri, X4 ünvanında yerləşən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********35 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətində olan 0.0806 ha həyətyanı torpaq sahəsində Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş lisenziyalı layihə sənədləri əsasında inşa etdirdiyi iki mərtəbəli, mansardlı on otaqlı fərdi yaşayış evinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfındən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsrindən Çıxarışa əsasən Lənkəran şəhəri, X4 ünvanında yerləşən 0,0808 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) onun xüsusi mülkiyyətindədir. O, özünə məxsus torpaq sahəsində iki mərtəbəli, on otaqlı və mansardlı fərdi yaşayış evi inşa etdirmişdir. Qeyd edilən fərdi yaşayış evinin layihəsi "xxxx" MMC tərəfındən hazırlanmış və Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfındən təsdiq edilmişdir. O, xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə Çıxarış almaq üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda tərəfındən inşa edilmiş fərdi yaşayış evinin qeyri-yaşayış binası kimi inşa edildiyindən, faktiki sənədlər arasında uyğunsuzluq olduğundan fərdi yaşayış evinə Çıxarış verilməsindən imtina edilmişdir. Bir daha bildirmək istəyir ki, inşa edilmiş fərdi yaşayış evi ilkin layihəyə uyğun tikilmişdir və layihədən kənar heç bir tikinti aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 0.0806 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq hazırki iş üzrə iddiaçının adına qeydiyyatın aparılması öhdəliyinin cavabdeh olaraq üzərilərinə qoyulması məsələsinə münasibətin (etirazın) bildirilməsinə münasibətdə büdirirlər ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki ssrəncamın aidiyyəti üzrə icrası olaraq tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran şəhəri, X5 ünvanında yerləşən, mülkiyyətdə olan 0.0806 ha həyətyanı torpaq sahəsində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmiş layihə sənədləri əsasında iddiaçı tərəfindən inşa edilmiş ona məxsus fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafıq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2021-ci il 18 oktyabr tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəflərindən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Faktiki yerində aparılan müayinənin (çöl ölçmə işlərinin) nəticəsi olaraq məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş layihə üzrə inşa edilmiş fərdi yaşayış evi naturada qeyriyaşayış binası kimi inşa edildiyindən, ilkin sənədlərin qeyri-yaşayış binasına dair heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən təqdim olunmuş layihə ilə faktiki yerində olan vəziyyət arasında uyğunsuzluq yaranmışdır. Belə ki, təsdiqlənmiş layihə üzrə fərdi yaşayış evinin inşa edilməsi barədə qeyd olunmasına baxmayaraq, faktiki yerində inşa edilmiş tikili qeyriyaşayış binası kimi tikilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Xidmət orqanı olaraq bildirirlər ki, həmin fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə (istismara icazə sənədi tələb olunan tikili olduğundan) iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 26 oktyabr 2021-ci il tarixli, **********34 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi və vəkili X2 ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 18 oktyabr tarixli ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bıldiririk ki, Lənkəran şəhəri, X4 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətinizdə olan 0.0806 ha həyətyanı torpaq sahəsində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmiş lisenziyalı layihə sənədləri əsasında tərəfınizdən inşa edilmiş birinci mərtəbəsi qeyri-yaşayış obyekti, ikinci mərtəbəsi isə fərdi yaşayış evi kimi nəzərdə tutulmuş tikiliyə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Təqdin olunan sənədlərin ekspertizası nəticəsində məlum olmuşdur ki, sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim olunmuş mühüm əhəmiyyətli sənədlərdən sayılan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsi tərəfındən təsdiqlənmiş lisenziyalı layihə sənədləri ilə faktıki yerində aparılan tikililər arasında uyğunsuzluq vardır. Yəni tərəfinizdən inşa edilmiş üç mərtəbəli qeyri-yaşayış binası kimi istifadə edilən tikili layihəyə uyğun inşa edilməmişdir. Belə ki, faktiki olaraq tərəfinizdən inşa edilmiş tikili tikintisinə icazə tələb olunan tikililər kateqorıyasına aid olan obyektdir. Yuxarıda barəsində qeyd olunan mülkiyyətinizdə olan 0.0806 ha həyətyanı torpaq sahəsındə inşa etdiyiniz qeyrı-yaşayış bınasına dair sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında yaranmış uyğunsuzluq baxımından, vahid daşınmaz əmlak obyekti olaraq həmin əmlak üzərində mulkiyyət huquqlarınızın qeydiyyatı ilə əlaqədar hazırkı müraciətinizin icrası təmin olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycar Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verılməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı uçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu baxımdan bıldiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqməyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində vahid daşınmaz əmlak obyekti olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafıq hesab edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********35 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, X4 ünvanında yerləşən 0,0806 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 238 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Lənkəran sakini İddiaçı şəhərin Qala Xiyabanı küçəsində tikəcəyi birinci mərtəbəsində qeyri-yaşayış obyekti olmaqla, iki mərtəbəli, mansardlı on otaqlı fərdi yaşayış evinin Eskiz layihəsi "xxxx" MMC tərəfındən hazırlanmış və Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfındən təsdiq edilmişdir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, X4 ünvanında yerləşən 0,0808 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - İddiaçı tərəfindən Lənkəran şəhəri, X4 ünvanında inşa edilmiş fərdi yaşayış evi İddiaçı mülkiyyətində olan 0,0808 ha torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirmi? - Lənkəran şəhəri, X4 ünvanında inşa edilmiş və İddiaçı mülkiyyətində olan 0,0808 ha torpaq sahəsində həmin şəxs tərəfindən inşa edilmiş fərdi yaşayış evi “Memarlıq və şəhərsalma şöbəsi” tərəfindən verilmiş layihəyə uyğun inşa edilmişdirmi və fərdi yaşayış evinin layihəsi tikinti və şəhərsalma normalarına uyğundurmu? - İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi başqa şəxslərin hüquqlarını pozurmu və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaradırmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/2016 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Qərardadın birinci və ikinci sualları üzrə: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 fevral 2023-cü il tarixli, 3-21-3-43/2-345/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********35 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, X4 ünvanında yerləşən 0,0806 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. İddiaçı tərəfindən Lənkəran şəhəri, X4 ünvanında inşa edilmiş əsas tikilinin İddiaçı mülkiyyətində olan 0,0806 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Lənkəran şəhəri, X4 ünvanıında İddiaçı mülkiyyətində olan 0,0806 ha torpaq sahəsində inşa edilmiş tikilinin Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş “Eskiz- Layihəsi”nə uyğun inşa edildiyi və həmin tikilinin texniki parametrlərinin (mərtəbəliliyi, hündürlüyü, aşırımları arasındakı məsafəsi) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində göstərilən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Lənkəran şəhəri, X4 ünvanıında İddiaçı mülkiyyətində olan 0,0806 ha torpaq sahəsində inşa edilmiş tikilinin digər tikililərdən təcrid şəkildə ayrı olmasını, giriş-çıxışının ayrıca olmasını nəzərə alaraq, həmin tikilinin başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə hər hansı məhdudiyyət yaratması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə görə (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilən tikililərə dair) tikintisnə icazə tələb olunan tikinti obyekti üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib ediklməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı Lənkəran şəhəri, X4 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********35 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 0,0806 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş iki mərtəbəli, mansardlı on otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasında bildirmişdir ki, Lənkəran şəhəri, X4 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətinizdə olan 0.0806 ha həyətyanı torpaq sahəsində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmiş lisenziyalı layihə sənədləri əsasında tərəfınizdən inşa edilmiş birinci mərtəbəsi qeyri-yaşayış obyekti, ikinci mərtəbəsi isə fərdi yaşayış evi kimi nəzərdə tutulmuş tikiliyə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Təqdin olunan sənədlərin ekspertizası nəticəsində məlum olmuşdur ki, sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim olunmuş mühüm əhəmiyyətli sənədlərdən sayılan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsi tərəfındən təsdiqlənmiş lisenziyalı layihə sənədləri ilə faktiki yerındə aparılan tikililər arasında uyğunsuzluq vardır. Yəni tərəfinizdən inşa edilmiş üç mərtəbəli qeyri-yaşayış binası kimi istifadə edilən tikili layihəyə uyğun inşa edilməmişdir. Belə ki, faktiki olaraq tərəfinizdən inşa edilmiş tikili tikintisinə icazə tələb olunan tikililər kateqorıyasına aid olan obyektdir. Yuxarıda barəsində qeyd olunan mülkiyyətinizdə olan 0.0806 ha həyətyanı torpaq sahəsındə inşa etdiyiniz qeyrı-yaşayış bınasına dair sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında yaranmış uyğunsuzluq baxımından, vahid daşınmaz əmlak obyekti olaraq həmin əmlak üzərində mulkiyyət huquqlarınızın qeydiyyatı ilə əlaqədar hazırkı müraciətinizin icrası təmin olunmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilənlər, məhkəmə qərardadı ilə keçirilmiş ekspertiza ilə təsdiqini tapmamışdır. Belə ki, iş üzrə məhkəmə qərardadı ilə keçirilmiş ekspertiza rəyindən göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********35 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,0806 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş, həmin torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, iddiaçıya məxsus fərdi yaşayış evinin həmin torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi, İddiaçı tərəfindən Lənkəran şəhəri, X4 ünvanında inşa edilmiş fərdi yaşayış evinin iş materiallarında olan eskiz layihəyə uyğun inşa edildiyi, eskiz layihəsi ilə faktiki vəziyyət arasında hər-hansı uyğunsuzluğun olmadığı, eləcə də iddiaçıya məxsus fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli, **********35 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa iddiaçının mülkiyyətində olan 0,0806 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsini nəzərə alaraq, həmin fərdi yaşayış evinin başqa şəxslərin mülkiyyətindən istifadəyə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı məxsus Lənkəran şəhəri, X4 ünvanında yerləşən mülkiyyətində olan 0.0806 ha həyətyanı torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, mansardlı on otaqlı fərdi yaşayış evinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslar mövcuddur və bununla bağlı imtina üzrə qeydiyyatı aparan orqan kimi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mövqeyi əsaslı sayıla bilməz. Odur ki, İddiaçı Lənkəran şəhəri, X4 ünvanında inşa edilmiş iki mərtəbəli, mansardlı on otaqlı fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Lənkəran şəhəri, X4 ünvanında yerləşən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********35 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətində olan 0.0806 ha həyətyanı torpaq sahəsində Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş lisenziyalı layihə sənədləri əsasında inşa etdirdiyi iki mərtəbəli, mansardlı on otaqlı fərdi yaşayış evinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Lənkəran şəhəri, X4 ünvanında yerləşən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********35 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətində olan 0.0806 ha həyətyanı torpaq sahəsində Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş lisenziyalı layihə sənədləri əsasında inşa etdirdiyi iki mərtəbəli, mansardlı on otaqlı fərdi yaşayış evinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-310/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-310/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver