Məhkəmə qərarları › İş №2-1(120)-3100/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3100/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3100/2024 20.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “ona dair xx.xx.2017-ci il tarixli, 1296 “Xəstəlik haqqında şəhadətnamədə” “insanın immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “ona dair xx.xx.2017-ci il tarixli, 1296 “Xəstəlik haqqında şəhadətnamədə” “insanın immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırmışdır ki, o, 28 avqust 2003-cü ildə Lənkəran rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağrılmış və həkim komissiyasından keçirilərək hərbi xidmətə yararlı sayılmışdır. Xidmətini 877, N və N saylı hərbi hissələrdə müxtəlif vəzifələdə zabit kimi xidmət etmişdir. 2016-cı ilin dekabr ayında N nömrəli hərbi hissədə müayinə zamanı qanında QİÇS olmasına şübhə yaranmış, bununla əlaqədar xx.xx.2016-cı il tarixdə QİÇS-lə Mübarizə Mərkəzindən verilmiş HİV müayinəsinin nəticəsi pozitiv çıxmışdır. Bununla əlaqədar xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək SQ Baş Klinik Hospitalında "insanın immun çatışmazlığı virusu ilə yoluxma. Hepatit “B" virusunun daşıyıçısı” diaqnozu ilə stasionar müalicə almışdır. 22 dekabr 2017-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirimiş və ona “insanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu qoyularaq "sülh dövründə hərbi xidmətə yararsız, X6 yararlı" sayılmış və həmin xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “ümumi xəstəlikdir” kimi göstərilmişdir (əsas:xx.xx.2017-ci il tarixli, 1296 nömrəli xəstəlik haqqında şəhadətnamə") Hesab edir ki, onda aşkar olunan xəstəliyin (insanın immun çatışmazlığı virusu) səbəb əlaqəsi dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməlidir. Belə ki, Hərbi Həkim Ekspertizası Haqqında Əsasnamədə yazılıb: Maddə 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: e) “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağrılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; Ona verilmiş xx.xx.2017-ci il tarixli, 1296 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, o, 28 avqust 2003-cü il tarixində hərbi xidmətə çağrılmış, xəstəlik isə onda 2016-cı ilin dekabr ayının 15-ində, yəni xidmət etdiyi dövrdə aşkar edilmişdir. 2003-cü ilin 28 avqust tarixində o hərbi xidmətə göndərilərkən həkim komissiyasında hərtərəfli müayinədən keçmiş və adı çəkilən xəstəliyin əlamətləri onda aşkar olunmamışdır. Bundan başqa o, hər il dispanser müayinələrindən keçmiş və hərbi xidmətə yararlı sayıldığına görə 2016-cı ilə qədər xidmətini davam etdirmişdir. Buradan da aydın görünür ki, bu xəstəlik onda hərbi xidmət dövründə qazanılmışdır. Xəstəliyə nə zaman və hansı şəraitdə yoluxduğunu bilmir. Buna görə də xx.xx.2017-ci il tarixli, 1296 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” də “insanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə göstərilən xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə o, 2024-cü ilin 31 yanvar tarixində cavabdehə ərizə ilə müraciət etsə də müraciətinə xx.xx.2024-cü il tarixli 274 nömrəli məktubla imtina cavabı verilmişdir. Lakin o, cavabdehin həmin imtinasını tam əsassız hesab edir. Çünki imtina məktubunda heç bir əsaslı səbəb göstərilməmişdir. Odur ki, göstərilənlərə və "Hərbi Həkim Ekspertizası Haqqında Əsasnamənin” 7.1 -ci və 7.2,-ci maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası MN Mərkəzi Hərbi həkim komissiyası tərəfindən ona verilmiş xx.xx.2017-ci il tarixli, 1296 “Xəstəlik haqqında şəhadətnamə” də göstərilən “insanın immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəb əlaqəsi dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respubılikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 535 nömrəli məktubunda qeyd edilmişdir ki, SHXÇDX-nın Lənkəran rayon şöbəsi tərəfindən 2003-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.2017-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 5“b” maddəsinin İİİ qrafasına əsasən “Sülh Dövründə Hərbi Xidmətə Yararsız, X6 Yararlıdır” sayılmış və ya xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin e)yarımbəndinə əsasən “Ümumi Xəstəlikdir” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 1.8. bəndinə əsasən, “şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır". Xəstəlik ilk dəfə 2016cı ilin dekabr ayında İddiaçı N nömrəli hərbi hissədə, müayinə zamanı aşkar edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2016-cı il tarixdə o, Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinədə olmuş və diaqnoz təsdiq olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli 2830 nömrəli göndərişi ilə MN MHP-da tibbi şəhadətləndirilmiş, SQ BKH-da infeksionist tərəfindən konsultasiya olunmuşdur. İddiaçı aid tibbi sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həkimmütəxəssisi-terapevt tərəfindən araşdırılmış və İddiaçı yoluxma olduğu nəzərə alınmış və MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyasının qərarı MN MHHK-sı tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır və işə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilməsini xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddiаçı İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə etdiyini və qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən, Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Lənkəran rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 1296 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, N nömrəli hərbi hissənin komandirinin xx.xx.2017ci il tarixli, 2830 nömrəli göndərişi ilə İddiaçı Mərkəzi Həkim Komissiyasının qərarı ilə insanın immun çatışmazlığı virusu ilə yoluxma- ümumi xəstəlikdir, Hepatit B virus daşıyıcısı- Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır kimi qeyd edilməklə “sülh dövründə hərbi xidmətə yararsız, X6 yararlıdır” kimi şəhadətləndirilmişdir. Azərbaycan Respubılikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 274 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2017-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmisiniz, sizdə təyin edilmiş “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. bəndinin e) yarımbəndinə əsasən “Ümumi xəstəlikdir” kimi düzgün təyin edilmişdir. Hərbi Həkim Komissiyasının hərbi xidmətə yararlılıq haqqında qərarı: xəstəliklər cədvəli”nin 5 “b”, maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, X6 yararlıdır” sayılmış və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2. bəndinin e) yarımbəndinə əsasən “Ümumi Xəstəlikdir” kimi düzgün təyin edilmiş və dəyişdirilməsi üçün əsas yoxdur. Silahlı Qüvvələrin baş klinik hospitalı Yoluxucu xəstəliklər bölməsinin 1791 nömrəli çıxarış epikrizindən görünür ki, xx.xx.2016-cı il tarixdə daxil olumuş N nömrəli hərbi hissənin kapitanı İddiaçı diaqnozu İnsanın immun Çatışmazlığı Virusu ilə yoluxma.Hepatit B virus daşıyıcısı. Daxil olarkən şikayətləri: ümumi halsızlıq, yüksək hərarət,baş ağrısı,dəri səpgiləri olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, T.Suleymanov, “İİV-infeksiyası, İV klinik mərhələ. Oroezofagial kandidoz. Anqulyar xeylit. Viruslu hepatit B” diaqnozları, İİV-16- 526 kodu ilə xx.xx.2016-cı il tarixdən Respublika QİÇS-lə Mübarizə Mərkəzində daimi dispanser qeydiyyatındadır. Xəstəyə xx.xx.2017-ci il tarixdən TDF/FTC/EFV sxemi üzrə antiretrovirus terapiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyəti Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 0140003AABDJ nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə 5 il müddətinə (xx.xx.2023-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin U00089555LEJ nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respubılikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1171 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2003-cü il tarixdə hərbi xidmətə daxil olarkən hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılmış, onda hər hansı bir xəstəlik, o cümlədən “İnsanın İmmun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə olan xəstəlik aşkar edilməmişdir. Bundan başqa İddiaçı 2003-cü ildən 2016-cı ilədək ildə ən azı bir dəfə hərbi həkim komissiyaları tərəfindən dispanser müayinələrindən keçirilmiş və onda qeyd olunan xəstəlik aşkar edilməmişdir. Bu xəstəlik İddiaçı ilk dəfə 2016-cı ilin dekabrında N saylı hərbi hissədə (hospitalda) müayinə zamanı aşkar edilmiş, bununla əlaqədar xx.xx.2016-cı il tarixdə o, “QİÇS” lə Mübarizə Mərkəzinə göndərilərək təkrar müayinə edilmiş və onda “İnsanın İmmun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu iə olan xəstəlik olduğu təsdiq olunmuşdur. Bundan sonra İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-cı il tarixədək Silahlı Qüvvəiərin Baş Klinik Hospitalında “İnsanın İmmun çatışmazlığı virusu ilə yoluxma. Hepatit “B” virusunun daşıyıcısı” diaqnozu ilə stasionar müalicə almışdır. İddiaçı 26.01,2017-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının hərbi həkim komissiyasında şəhadətləndirilərək “İnsanın İmmun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə “Xəstəliklər Cədvəli”nin 5 “b” maddəsinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Beləliklə, bu xəstəlik İddiaçı ilk dəfə 2016-cı ilin dekabr ayında, yəni onun hərbi xidmətdə olduğu dövrdə aşkarlanmışdır. xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə zamanı isə ona “İnsanın İmmun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu qoyulmuşdur. Bundan sonra o, daha 1 ilə yaxın hərbi xidmətini davam etdirmiş və xx.xx.2017-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək həmin xəstəliklə əlaqədar “Sülh dövründə hərbi xidmətə yararsız, X6 yararlıdır” qərarı verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş şəxsi işdən müəyyən olunur ki,iddiaçı xx.xx.2018-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır və şəxsi işində əvvəlki dövrlərə münasibətdə xəstəliyin aşkarlanması və ya şəxsin şəhadətləndirilməsi faktı müəyyən edilməmişdir. “Hərbi Qulluqçuların Statusu" haqqında Azərbaycan Respubılikası Qanunun 1-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusuyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqdan azad etsin və ya onların hüquqlarını məhdudlaşdırsın. Buna yalnız Azərbaycan Respublikasının Konstitusuyasına və qanunlarına müvafiq surətdə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra -digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonraorqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra-vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra-xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3-ci bəndinə əsasən, Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra-şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 1.7-ci bəndinə əsasən, Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra -ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. 5.1 -ci bəndinə əsasən, hərbi quluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi Hərbi Həkim Komissiyasına həvalə olunur. 7.1-ci bəndində əsasən, hərbi qulluqçuların orqanlarda xidmət keçən vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olmaqla, Hərbi Həkim Komissiyası onların aldıqları xəsarətlərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. e) “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin qeyd edilən müddəalarından göründüyü kimi, Hərbi Həkim Komissiyasının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağrılmış vətəndaşların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. İşin yuxarıda sadalanan normalarından müəyyən olunur ki, hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir və xəstəliyin səbəbli əlaqəsi ç) “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı əsasən xəstəlik: 1. Hərbi xidmətkeçmə dövründə yarandığı, 2.Hərbi xidmətə daxil olana qədər yaransa da, xəstəlik hərbi xidmət dövründə xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatdığı hallarda, 3. Xəstəliyin başlanğıcının hərbi xidmət dövründə yaranmaqla hərbi xidmət başa çatdıqdan 1 il ərzində təyin edilmiş xəstəlik olduğu halda qəbul edilir. Xəstəliyin səbəbli əlaqəsi e) “Ümumi xəstəlikdir” qərarının təyin edilməsi üçün xəstəlik: 1. Hərbi xidmətə daxil olana qədər yaranmalı, hərbi xidmət dövründə xidmətə yararlılığı dəyişən dərəcəyə çatdırmamalı, 2. Şəxs hərbi xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirməli, 3. Başlanğıcı hərbi xidmət dövrünə aid edilməyən, hərbi xidmət başa çatdıqdan sonra aşkar olunan xəstəlik olmalıdır. Hazırki işin yuxarıda sadalanan faktiki hallarından müəyyən edilir ki, 2003-cü il tarixdən xidmətə yararlı hesab edilərək hərbi xidmətə başlamışdır.Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1171 nömrəli məktubunda da qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2003-cü il tarixdə hərbi xidmətə daxil olarkən hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılmış, onda hər hansı bir xəstəlik, o cümlədən “İnsanın İmmun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə olan xəstəlik aşkar edilməmişdir. Bundan başqa İddiaçı 2003-cü ildən 2016-cı ilədək ildə ən azı bir dəfə hərbi həkim komissiyaları tərəfindən dispanser müayinələrindən keçirilmiş və onda qeyd olunan xəstəlik aşkar edilməmişdir. Bu xəstəlik İddiaçı ilk dəfə 2016-cı ilin dekabrında N saylı hərbi hissədə (hospitalda) müayinə zamanı aşkar edilmiş, bununla əlaqədar xx.xx.2016-cı il tarixdə o, “QİÇS” lə Mübarizə Mərkəzinə göndərilərək təkrar müayinə edilmiş və onda “İnsanın İmmun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu iə olan xəstəlik olduğu təsdiq olunmuşdur. Beləliklə, bu xəstəlik İddiaçı ilk dəfə 2016-cı ilin dekabr ayında, yəni onun hərbi xidmətdə olduğu dövrdə aşkarlanmışdır. Və iddiaçıda xəstəlik aşkarlandığından xx.xx.2016-cı il tarixdən Respublika QİÇS-lə Mübarizə Mərkəzində daimi dispanser qeydiyyatındadır. xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə zamanı isə ona “İnsanın İmmun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu qoyulmuşdur. Bundan sonra o, daha 1 ilə yaxın hərbi xidmətini davam etdirmiş və xx.xx.2017-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək həmin xəstəliklə əlaqədar “Sülh dövründə hərbi xidmətə yararsız, X6 yararlıdır” qərarı verilmişdir. Beləliklə də, iddiaçı xəstəliyə görə, xx.xx.2018-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə işin hüquqi və faktiki hallarını birgə təhlil edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçıda aşkar olunmuş xəstəlik hərbi xidmət dövründən qabaq və hərbi xidmətə qəbul edilən zaman mövcud olmadığından və xidmət dövründə yarandığından, xəstəliyin səbəbli əlaqəsinin e) “Ümumi xəstəlik” kimi seçilməsinin qanunvericilikdə qeyd olunan əsasları müəyyən olunmur. Belə ki, iddiaçının insanın immun çatışmazlığı virusu ilə yoluxmasının məhz hərbi xidmət dövründə baş verməsinin sübutudur ki, iddiaçı hələ 2003-cü ildə xidmətə başladıqda tibbi müayindən keçmiş və onda qeyd olunan xəstəlik aşkar edilməmiş, iddiaçı tam sağlam şəkildə hərbi xidmətə qəbul edilmişdir.Eyni zamanda təqdim olunmuş tibbi sənədlərdən də müəyyən edilir ki, iddiaçı xidmət etdiyi dövrdə səhhəti ilə bağlı xdidmət etdiyi hərbi hisssənin tibb məntəqəsinə müraciət etməmiş, tibbi şəhadətləndirilməmişdir.Həmçinin hər il həkim komissiyaları tərəfindən dispanser müayinələrindən keçirilən zaman da onda həmin xəstəlik aşkar edilməmişdir. Cavabdehin məhkəməyə ünvanladığı məktublarda da xəstəliyin hərbi qulluqçunun profilaktik müayinəsi zamanı aşkar olunduğu qeyd edilmişdir.İddiaçının qeyd edilən xəstəliyi hərbi xidmətə qəbul edilənədək aldığı öz təsqini tapmamışdır.Eyni zamanda iddiaçıda başlanğıcı hərbi xidmət dövrünə aid edilməyən və hərbi xidmət başa çatdıqdan sonra yaranmış xəstəlik aşkar olunmamışdır. Qeyd edildiyi kimi iddiaçıda xəstəlik bilavasitə hərbi xidmət dövründə aşkar edilmiş, onun hərbi xidmət dövründə xidmətə yararlılıq kateqoriyasını dəyişmiş və bundan sonra iddiaçı xəstəliyə görə ehtiyata buraxılmışdır. Beləliklə, məhkəmənin istinad etdiyi mötəbər sübutlar iddiaçıda aşkar olunan xəstəliyin hərbi xidmət keçmə dövründə yarandığının müəyyən olunmasına, xəstəliyin səbəbli əlaqəsinin ç) “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd olunması nəticəsinə gəlməsinə əsas verir. "İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 13, 52, 68, 69, 75, 85.1 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində verilmiş xx.xx.2017-ci il tarixli, 1296 nömrəli “Xəstəlik haqqında şəhadətnamədə” “insanın immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar