Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3124/2024 27.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı, xx.xx.2020-ci tarixdə ( Vətən müharibəsi başladığı vaxt) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində Çilingər kimi döyüş bölgəsinə qrup ilə birlikdə ezam olunmuşdur. Vətən müharibəsində Cəbrayıl rayonu, Daşkəsən Dağ-Tumas, Daş Veysəlli, Havisli kəndi, Qubadlı rayonu Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndində, Füzuli rayonunun Kənd Horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı şəhərinin Çanqçı, Daşaltı Sığmaq kəndlərində Xocavənd rayonunu Tuğ Tağlar kəndlərində və Şuşa şəhərində, sıradan çıxmış texnikanın bərpa olunmasında iştirak etmişdir. Bu hal N №-li hərbi hissənin komandirinin və Qərərgah Rəisinin verdikləri arayışla təsdiqini tapmışdır. Əlavə olaraq N №-li hərbi hissənin N avqust 2022-ci il tarixdə 17/1204 №-li arayışından göründüyü kimi Vətən müharibəsi zamanı döyüş bölgəsinə cəlb olunmuşlar, həmin ərazilərdə mühəndis texnikalarını yerində təmirini bərpasını icra etmişdirlər. Texnikanın döyüş hazırlığı vəziyətində saxlanılmasını təmin ediblər. N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 13 yanvar 2023-cü il tarixli, 25 nömrəli arayışında öz əksini tapmışdır. 27 sentyabr 2020-ci il tarixdən, 10 noyabr 2020-ci il tarixədək gedən döyüş əməliyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının çağrışına əsasən Vətən müharibəsinə getmişdir. Vətəninin azadlığı canından əziz hesab etmişdir. Bununla yanaşı döyüş getdiyi ərəfədə hansı texnika vurulurdusa və ya minaya düşürdüsə onu döyüş gedən ərazidə elə döyüş vaxtıda çıxardıb təmir etmiş və yenidən döyüşə qayıtmasını təmin etmişdirlər. Buda o deməkdir ki, döyüş vaxtı texnikanı döyüşdən çıxardıb (və ya mühəndis qurğuların) döyüş gedən ərəfədə təmir edib döyüşə qaytarmaq çətin və məsuliyyətli işdir. Erməni atıcı texnikalarının və ya atıcı silahlarının atəşi zamanı texnikaların çıxarılması yenidən döyüşə qaytarılması ağır bir işdir. Yuxarıda qeyd etdiklərinin nəzərə alınaraq, ona “Müharibə Veteranı” ststusunun verilməsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 2/2-1780 nömrəli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Məlumat üçün bildirirəm ki, təqdim edilmiş arayışlardan görünür ki, “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarının aparıldığı dövrdə N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. N nömrəli hərbi hissənin N avqust 2022-ci il tarixli, 17/1204 nömrəli arayışdan görünür ki, “Vətən müharibəsi” zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanmasını təmin etmiş, N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş 13 yanvar 2023-cü il tarixli 22 nömrəli arayışdan görünür ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “Vətən müharibəsi”ndə Cəbrayıl rayonunun Daşkəsən, Dağ-tumas, Dağ veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı Mollu kəndlərində, Füzuli rayonunun Kənd Horadiz, Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı rayonunun Çanaqçı, Daşaltı, Sığnaq kəndlərində, Xocavənd rayonunun Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmisinizdir. N və N nömrəli hərbi hissələrə ezamiyyətə gəlmələri və ezamiyyətdən qayıtmaları barədə müvafiq əmrlərdən çıxarışlar təqdim edilməmişdir. Sadalananlar nəzərə alaraq, habelə təqdim edilmiş sənədlərdə həmin şəxslərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə və döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirməsində iştirakınız müvafiq əmrlərlə (əmrlərdən çıxarışlar) təsdiqlənməmişdir. Bu Əsasnamənin tələblərinə uyğun olaraq, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İş materiallarında olan İddiaçı məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 25 nömrəli arayışında qeyd edilmişdir ki; İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən” müharibəsində Cəbrayıl rayonu, Daşkəsən Dağ-Tumas, Daş Veysəlli, Havisli kəndi, Qubadlı rayonu Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndində, Füzuli rayonunun Kənd Horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı şəhərinin Çanqçı, Daşaltı Sığmaq kəndlərində Xocavənd rayonunu Tuğ Tağlar kəndlərində və Şuşa şəhərində, sıradan çıxmış mühəndis texnikaların təmir və bərpa olunmasında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 654 nömrəli arayışından görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman 14.10-xx.xx.2020-ci il tarixlərdə döyüş gedən bölgələrə, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilana ezam olunmuş, döyüş tapşırıqlarını yerinə yetirən mühəndis texnikalarında təmir işlərinin aparılmasında və daima saz vəziyyətdə saxlanılmasının təmin edilməsində iştirak etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc-hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son-hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən” müharibəsində Cəbrayıl rayonu, Daşkəsən Dağ- Tumas, Daş Veysəlli, Havisli kəndi, Qubadlı rayonu Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndində, Füzuli rayonunun Kənd Horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı şəhərinin Çanqçı, Daşaltı Sığmaq kəndlərində Xocavənd rayonunu Tuğ Tağlar kəndlərində və Şuşa şəhərində, sıradan çıxmış mühəndis texnikaların təmir və bərpa olunmasında iştirak etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da iddiaçının N və N nömrəli hərbi hissələrə ezamiyyətə gəlmələri və ezamiyyətdən qayıtmaları barədə müvafiq əmrlərdən çıxarışlar təqdim edilmədiyi qeyd olunsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 654 nömrəli və xx.xx.2023-cü il tarixli, 25 nömrəli arayışlarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən” müharibəsində Cəbrayıl rayonu, Daşkəsən Dağ-Tumas, Daş Veysəlli, Havisli kəndi, Qubadlı rayonu Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndində, Füzuli rayonunun Kənd Horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı şəhərinin Çanqçı, Daşaltı Sığmaq kəndlərində Xocavənd rayonunu Tuğ Tağlar kəndlərində və Şuşa şəhərində, sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmişdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçı döyüş bölgəsində olmuş və əməliyyatlarda iştirak etmişdir. Əmirlərin mövcudluğu ilə bağlı inzibati icraat zamanı cavabdeh inzibati orqan tərəfindən hansısa prosessual hərəkət hayata keçirilməmiş, iddiaçının müharibədə iştirak etdiyini təsdiq edən kifayət qədər sübut olduğu halda inzibati icraat onun ziyanına yekunlaşmışdır. Yəni cavabdeh inzibati orqan iddiaçının ümumiyyətlə döyüş bölgəsində olmamasını və ya onun qanunsuz yolla getməsini sübut edə bilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-3124/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3124/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver