Məhkəmə qərarları › İş №2-1(120)-3129/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3129/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3129/2024 03.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1974-cü ildə Neftçala rayonunda anadan olmaqla hazırda da rayonun Qaçaqkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Birinci Qarabağ müharibəsi zamanı N2-ci ildə Neftçala hərbi komissarlığından hərbi xidmətə çağrılmış və onu Bakı şəhərinə Hərbi Dəniz Donanmasına xidmətə göndərmişlər. Sonradan isə o, Ağdam rayonuna döyüş bölgəsinə göndərilmişdir. xx.xx.N3-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlər zamanı baş-beyin nahiyyəsindən xəsarət almışdır. Xeyli müddət Gəncə şəhərindəki 230 saylı Hərbi Hospitalda müalicə olunmuşdur. Səhhətində qismən düzəliş olduğundan xx.xx.N3-cü ildə Hospitaldan buraxılaraq xidmət etdiyi hərbi hissəyə göndərilmişdir. Hərbi hissədə onu yaralı olmağı ilə əlaqədar olaraq 40 günlük məzuniyyətə buraxıblar. Məzuniyyətini başa vurduqdan sonra yenidən onu Bakı şəhərindəki N saylı hərbi hissəyə göndərdilər. (əvvəllər xidmət etdiyi) Hərbi xidmətini başa vurduqdan sonra N6-cı ildə ordudan tərxis ediblər. Bundan sonra yaşadığı ünvana qayıtmış və hazırki vaxta kimi həmin ünvanda yaşayır. O, döyüş əməliyyatlarında iştirak etməyinə və döyüşlər zamanı yaralanmağına baxmayaraq ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. O, həmin adın və vəsiqənin əldə olunması məqsədilə ilkin olaraq Neftçala rayon Hərbi Komissarlığına və Müfafiə Nazirliyinə müraciət etmişdir.İlkin olaraq ona döyüş bölgəsində iştirak etməyi və yaralanmağı barədə sənədlərin toplanması tapşırıldı və o müxtəlif yerlərdən yaralanmağına dair Arxiv sənədlərini əldə edərək Müdafiə Nazirliyinə göndərmişdir. xx.xx.2023 və xx.xx.2023-cü ildə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adının və vəsiqəsinin verilməsi üzrə komissiyadan ona imtina cavabı verilmişdir. Verilmiş cavabda qeyd olunmuşdur ki, xx.xx.N3-cü il tarixdən sonra hərbi xidməti barədə məlumatlar tam təsdiqlənmədiyindən müharibə veteranı adının verilməsi mümkün deyildir. O, Müdafiə Nazirliyinin aidiyyatı əməkdaşlarına başa salmaq istəmiş ki, onun hərbi hissədə xidmət keçməyi barədə dolğun sənədlər yoxdursa bu onun təqsiri deyildir. Faktiki olaraq o, N2-ci ildə Hərbi Dəniz Qüvvələrində xidmətə başlamış və N3-cü ildə Ağdam rayonuna döyüş bölgəsinə göndərilmişdir. Bütün sənədlər hamısı öz təsdiqini tapsa da məlum olmayan səbəbdən ona veteran adı və vəsiqəsi verilmir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N5-ci il tarixli 216 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən N1 -ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N1 -ci il oktyabrın 9dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Hesab edirəm ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 9/2-1216 nömrəli arayışına əsasən döyüş bölgəsində yerləşən N () nömrəli hərbi hissədə xx.xx.N3-cü il tarixdən sonra hərbi xidməti barədə məlumatlar tam təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AA ******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, Neftçala rayonu Qaçaqkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli, 9/2-1216 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, 181(709) nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-56, sıra-657) İddiaçı adı qeyd edilmişdir. Lakin şəxsi heyətin siyahısına daxil edilməsi və çıxarılması barədə qeydiyyat aparılmamışdır. N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 11 №-li əmrilə (əsas: §-1, səh-43, sıra-114) sıravi İddiaçı starşina vəzifəsinə təyin edilmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin oktyabr N3-cü il tarixli və N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bildiririk ki, N və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə əlavə araşdırma apara bilmirik. N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 156 nömrəli əmrindən görünür ki, xx.xx.N4-cü ildən qospitaldan (hərbi xəstəxanadan) gələn matros Cəbrayılov.A.X matros norması üzrə qazanxana təminatına qəbul edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 100 nömrəli əmrindən görünür ki, xx.xx.N4-cü ildən matros Cəbrayılov.A.X qospitala (hərbi xəstəxanaya) getməsi ilə əlaqədar matros norması üzrə qazanxana təminatından xaric edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 105 nömrəli əmrindən görünür ki, xx.xx.N5-ci ildən qospitala (hərbi xəstəxanaya) gedən matros Cəbrayılov.A.X qazanxana təminatından çıxardılmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 136 nömrəli əmrindən görünür ki, xx.xx.N4-cü ildən matros Cəbrayılov.A.X qospitala (hərbi xəstəxanaya) yönəldilməsi ilə əlaqədar matros norması üzrə qazanxana təminatından xaric edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 105 nömrəli əmrindən görünür ki, Matros İddiaçı anbardar, HUİ- 866752 11 iyun N3-cü ildən hissənin siyahısında çıxarılsın, bütün növdə təminat və imtiyazlardan azad edilsin. xx.xx.N3-cü ildən 627 “A" saylı h/h-nin qida təminatından çıxarılsın. N saylı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 288 nömrəli əmrindən görünür ki, Xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gələn aşağıda adı qeyd olunan hərbi qulluqçu hissənin şəxsi heyət siyahısına, bütün növdə təminata qəbul edilsin, 18.11.93-cü ildən vəzifəyə təyin edilsin. İddiaçı. N saylı hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 51 nömrəli əmrindən görünür ki, Matros İddiaçı hospitaldan N saylı h/h-dən "A” qayıtmış sayılsın. 24 dekabr N2-ci ildən qida imtiyazına daxil edilsin. Azərbaycan Respublikası Hərbi- dəniz qüvvələrinin qərargah rəisinin xx.xx.N2-ci il tarixli, 1 nömrəli əmrində qeyd edilmişdir ki, Respublika HK tərəfindən çağırılmış aşağıdakı şəxsi heyət hissənin siyahısına daxil edilsin və aşağıdakı qeyd olunan bütün növ müavinatlara qoyulsun: 198. İddiaçı 17.06.92-ci il Əsas: Azərbaycan Respublikası HDQ komandirinin 31 iyul N6-cı il tarixli 058 saylı əmri Azərbaycan Respublikası Hərbi- dəniz qüvvələrinin qərargah rəisi 1-ci dərəcəli kapitan R.Əskərov. N saylı hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 201 nömrəli əmrindən görünür ki, xx.xx.N5-ci ildən qısa müddətli məzuniyyətdən qayıtmış matros İddiaçıX Qazanxana təminatına götürülsün. Azərbaycan Respublikası Hərbi- dəniz qüvvələrinin komandirinin xx.xx.N2-ci il tarixli, 33 nömrəli Sirkulyar göstərişindən görünür ki, aşağıda adı qeyd olunan şəxsi heyət suüstü gəmilərin briqada komandirinin sərəncamına aşağıda qeyd olunduğu kimi yönləndirilsin: "AK-374" saylı artilleriya katerinə 25 iyul N2-ci ildən 8. İddiaçı minaçıaşbaz- HUİ- 333882-K. N saylı hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 33 nömrəli əmrindən görünür ki, Matros İddiaçı N saylı h/h-dən "A" hospitala getmiş sayılsın. 23 noyabr N3-cü ildən qida imtiyazından azad edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 4 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Hərbi Prokurorunun Neftçala rayon Hərbi Komissarına ünvanlanmış xx.xx.N4-cü il tarixli № 12/1154-94 məktubu əsasında 1-ci dərəcəli starşina X6 matros İddiaçı şəxsi işini və çağırış vərəqəsini Rayon Hərbi Komissarlığına çatdırmaq üçün xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilədək daxil olmaqla iki gün müddətinə Neftçala şəhərinə xidməti ezamiyyətə göndərilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 76 nömrəli əmrindən görünür ki, xx.xx.N4-cü il tarixindən hospitaldan qayıdan matros A.X.Cəbrayilov matros normasına uyğun olaraq qazanxana təminatına yerləşdirilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 132 nömrəli əmrindən görünür ki, 27 may N4-cü ildən matros Cəbrayılov.A.X qospitaldan (hərbi xəstəxanadan) gəlməsi ilə əlaqədar matros norması üzrə qazanxana təminatına qəbul edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 52 (a) nömrəli əmrindən görünür ki, xx.xx.N4-cü il tarixindən matros E.Alməmmədovun və matros İddiaçı hospitala getmələri ilə əlaqədar matros normasına uyğun olaraq qazanxana təminatından xaric edilmişlər. N saylı hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 196 nömrəli əmrindən görünür ki, xx.xx.N5-ci ildən ailə vəziyyətinə görə qısa müddətli məzuniyyətə getmiş matros Cəbrayilov A. X Qazanxana təminatından çıxarılmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 165 nömrəli əmrindən görünür ki, xx.xx.N5-ci ildən Hospitaldan gəlmiş matros Cəbrayilov.A.X Qazanxana təminatına götürülmüşdür. N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 76 nömrəli əmrindən görünür ki, xx.xx.N4-cü il tarixindən hospitaldan qayıdan matros İddiaçı matros normasına uyğun olaraq qazanxana təminatına qəbul edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 286 nömrəli əmrindən görünür ki, Matros A.X.Cəbrayilov hospitala getməsi ilə əlaqədar xx.xx.N3-cü ildən qazanxana təminatından çıxarılmışdır. Silah Və Əmlakın Birgə Anbarının rəisinin xx.xx.N5-ci il tarixli, 236 nömrəli əmrindən görünür ki, xx.xx.N5-ci ildən aşağıdakı kimi Silah və Əmlakın Birgə Anbarının şəxsi heyəti köçürülsün. Mühafizənin ayrı bölük atıcısı, matros İddiaçı-mühafizənin ayrı bölük atıcısı kimi. Hərbi-X3 Silah Və Əmlakin X7 xx.xx.N6-cı il tarixli, 191 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.N6-ci il tarixli 466 №-li Fərmanına və Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N6-ci il tarixli 141 №-li "Çağırış üzrə xidmətin hərbi qulluqçularının ehtiyata qismən tərxis edilməsi haqqında” əmrinə əsasən 1 iyul N6-ci ilədək hərbi xidmətə çağırılmış çavuşları, matrosları, habelə Azərbaycan Respublikasının Prezidentinin 25.07,N2-ci il tarixli 77 №-li Fərmanına əsasən təkrar çağırılmışları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxmaq. xx.xx.N6-ci ildən hissə siyahlarından çıxarılsın, bütün növ təminatlardan çıxarılsın, hərbi uçota alınması üçün göndərilsin: 1. HUİ-100 atıcı matros Cəbrayilov A. X. Azərbaycan Respublikasının Neftçala Rayon Hərbi Komissarlığına. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-3652 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 9/2- 1216 nömrəli arayışına əsasən döyüş bölgəsində yerləşən N () nömrəli hərbi hissədə xx.xx.N3-cü il tarixdən sonra hərbi xidmətiniz barədə məlumatlar tam təsdiqlənmədiyinə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-8016 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 9/2- 1216 nömrəli arayışına əsasən döyüş bölgəsində yerləşən N () nömrəli hərbi hissədə xx.xx.N3-cü il tarixdən sonra hərbi xidmətiniz barədə məlumatlar tam təsdiqlənmədiyinə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. SX № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N2-ci il tarixdən hərbi xidmətdə yararlı olaraq hərbi hissəyə göndərilmiş və xx.xx.N6-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyin xx.xx.N6-cı il tarixli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli, 9/2-1216 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ondan ötrü ki, 181(709) nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh- 56, sıra-657) İddiaçı adı qeyd edilmişdir. Lakin şəxsi heyətin siyahısına daxil edilməsi və çıxarılması barədə qeydiyyat aparılmamışdır. N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 11 №-li əmrilə (əsas: §-1, səh-43, sıra-114) sıravi İddiaçı starşina vəzifəsinə təyin edilmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin oktyabr N3cü il tarixli və N - nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bildiririk ki, N və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə əlavə araşdırma apara bilmirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 1987 nömrəli məktubunda qeyd edilmişdir ki, 181(709) №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: Q,D,J,Z,İ, səh-56, sıra-657) İddiaçı adı qeyd edilmiş, lakin adının qarşısında xidməti barədə müvafiq qeydiyyat aparılmamışdır. Ştat dəyişikliyi ilə əlaqədar olaraq 1-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı 709(181) №li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 11 №-li əmrilə (əsas: §-1, səh-86, sıra-114) tutduğu vəzifədən azad olunaraq xx.xx.N3-cü il tarixdən starşina vəzifəsinə təyin edilmişdir. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 709(181) №-li hərbi hissə komandirinin xx.xx.N3-xx.xx.N3-cü il, xx.xx.N3-xx.xx.N3-cü il və N №-li hərbi hissə komandirini yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bakı Hərbi Dəniz Donanmasının, N və N №-li hərbi hissələrin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olmadığından İddiaçı barəsində əlavə araşdırmalar apara bilmirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 1182 nömrəli məktubunda qeyd edilmişdir ki, 181(709) №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: Q,D,J,Z,İ, səh- 56, sıra-657) İddiaçı adı qeyd edilmiş, lakin adının şəxsi heyətin siyahısına daxil edilməsi və çıxarılması barədə qeydiyyat aparılmamışdır. Ştat dəyişikliyi ilə əlaqədar olaraq 1-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı 709(181) №-li hərbi hissə komandirinin 11,09.N3-cü il tarixli 11 №-li əmrilə (əsas: §-1, səh-86, sıral 14) tutduğu vəzifədən azad olunaraq 01,09.N3-cü il tarixdən starşina vəzifəsinə təyin edilmişdir. Qeyd edirik ki, 709(181) nömrəli hərbi hissə komandirinin iyun N3-cü il tarixdən 10 sentyabr N3-cü il tarixədək, 12 sentyabr N3-cü il tarixdən 31 dekabr N3-cü il tarixedək olan nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N və N №-li hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olmadığından İddiaçı barəsində əlavə araşdırmalar apara bilmirik. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 12253 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N2-N6-cı illərdə N nömrəli hərbi hissədə stasionar müalicədə olması ilə bağlı xəstəlik tarixindən çıxarış epikrizinin surətinin verilməsi haqqında məktubunuza baxılmışdır. Məlumat üçün bildirirəm ki, hərbi hissədə arxiv saxlanılma müddəti başa çatdığı üçün, N nömrəli hərbi hissənin N2-2020-ci illər üçün qeydə alınmış “Stasionar müalicəyə daxil olanların qeydiyyatı kitabı”, “Xəstələrin əlifba qeydiyyatı kitabı” və digər tibbi arxiv sənədləri Müdafiə Nazirliyinin Baş X4 tibbi arxivinə təhvil verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)- 3129/2024 nömrəli məktubu icra edilməsi üçün Müdafiə Nazirliyinin Baş X4 tibbi arxivinə göndərilir. Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 445 nömrəli, məktubunda qeyd edilmişdir ki, İddiaçı N3-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Gəncə hospitalında) müalicədə olub- olmamasına dair məlumat verməyinizi və müalicə olunduğu təqdirdə iddiaçıya aid aşkar olunmuş tibbi sənədlərin verilməsi barədə müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, İddiaçı N3-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Gəncə hospitalında) müayinə və müalicədə olması barədə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində saxlanılan arxiv sənədləri bazasında məlumat aşkar edilmədi. Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 472 nömrəli, məktubunda qeyd edilmişdir ki, İddiaçı N2-N6-cı il tarixlərdə N nömrəli hərbi hissədə (Gəncə hospitalında) müayinə və müalicədə olub- olmamasına dair məlumat verməyinizi və müalicə olunduğu təqdirdə iddiaçıya aid aşkar olunmuş tibbi sənədlərin verilməsi barədə müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, vətəndaş İddiaçı xx.xx.N3-cü il tarixdən cü il tarixədək N №-li N nömrəli hərbi hissədə (Gəncə hospitalında) və xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olması barədə adına tərtib olunmuş xəstəlik tarixindən çıxarılmış “çıxarış epikrizinin” təsdiq olunmuş kserosurəti və arxiv arayışı ünvanınıza göndərilir. Əlavə olaraq məlumat üçün bildiririk ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının tabeliyində olan X9 ştat strukturu ləğv edilmiş və yenidən Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivi yaradıldığı üçün gələcəkdə bu kimi mövzularla bağlı müraciət edərkən Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinə müraciət etməyinizi xahiş edirik. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə veteran adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İş materiallarında olan hərbi biletin surətindən müəyəyn edilir ki, iddiaçı SX № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N2-ci il tarixdən hərbi xidmətdə yararlı olaraq hərbi hissəyə göndərilmiş və xx.xx.N6-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyin xx.xx.N6-cı il tarixli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Həmçinin etiraza əsas olan xx.xx.N3-cü il tarixdən sonra hərbi xidməti barədə məlumatlar tam təsdiqlənməməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin araşdırılması zamanı hərbi hissənin müvafiq əmrləri həmin mübahisələndirilən dövrə münasibətdə iddiaçının xidmətini sübut edir. Göründüyü kimi iddiaçı cavabdeh inzibati orqanın mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra cavabdeh inzibati orqanın yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarını iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar