Məhkəmə qərarları › İş №2-1(120)-3136/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3136/2024

05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3136/2024 05.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********175000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********175000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, icraatda olan 2-1(120)-2173/2024 nömrəli iş ilə 2-1(120)-3136/2024 nömrəli işin bir-biri ilə əlaqəli olduğu üçün bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(120)-3136/2024 nömrəli hazırkı iş 2-1(120)-2173/2024 nömrəli inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-2173/2024 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Belə ki, hər iki iş üzrə iddia tələbləri ilə də müəyyən edilir ki, tələblər bir-biri ilə əlaqəlidir və hər iki iddia üzrə müəyyənləşdirilməli, yoxlanılmalı hallar oxşardır və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcələnin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə və İPM-nin 56.1-ci və 56.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-3136/2024 nömrəli və 2- 1(120)- 2173/2024 saylı inzibati işlər 2-1(120)-2173/2024 nömrəli iş üzrə bir icraatda birləşdirilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar