Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3141/2023 21.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Sabirabad rayon Quruzma kənd İN-yi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 248 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003cü il tarixli, 248 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3141/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, “Sabirabad rayon Quruzma kənd İN-yi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 248 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 03 aprel 1992-ci ildə Sabirabad rayonunun Nizamikənd kənd sakini X11 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onun birgə nikahından 20 dekabr 2006-cı ildə Aysel adlı bir qızı anadan olub. X4 14 yanvar 2023-cü ildə infarkdan vəfat edib. O 01 may 2023-cü ildə qızı X12 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmək üçün Sabirabad regional “ASAN xidmət” mərkəzində müraciət etmişdir. Orada qızı X7 barəsində iki doğum haqqında şəhadətnamə mövcud olduğundan ona bundan imtina edilmişdir. Sonra o Cavabdehnə müraciət etmiş və orada məlum olmuşdur ki, qızı X7 06 mart 2007-ci ildə Sabirabad RİHB-nın Quruzma KİN-yi tərəfindən 25 saylı doğum haqqında akt qeydi əsasında doğumu qeydə alınaraq ona AZ-1 seriyalı 895929 nömrəli doğum haqqında şəhadətnamə verilsə də, yenidən Sabirabad RİHB-nın Quruzma KİN-yi tərəfindən xx.xx.2003-cü il tarixli 248 saylı doğum haqqında akt qeydi əsasında doğumun qeydə alınmasına dair AZ-111 seriyalı 225238 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. O, ikinci dəfə tərtib edilmiş aktın ləğvi üçün qeydiyyat şöbəsinə müraciət etsə də, aktın ləğv edilməsinin onların səlahiyyətlərində olmaması bildirilərək ona imtina edilmişdir. Ona görə də, Sabirabad RİHB-nın Quruzma KİN-də xx.xx.2003-cü il tarixdə tərtib edilmiş 248 saylı doğum haqqında akt qeydinin ləğv edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -İşdə olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 05/xx-xx-2023 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsindən imtina etmək barədə rəydə göstərilmişdir ki, Vətəndaş İddiaçı 01 may 2023-cü ildə Cavabdehnə müraciət edərək qızı X14 barəsində 18 noyabr 2013-cü il tarixdə Sabirabad RİHB-nm Quruzma KİN-yi tərəfindən 248 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydinin ləğv edilməsini xahiş etmişdir.İddiaçı vəsatətini onunla əsaslandırmışdır ki, qızı X14, 20 dekabr 2006-cı ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olaraq 06 mart 2007-ci ildə Sabirabad RİHB-nm Quruzma KİN- yi tərəfindən barəsində 25 saylı doğum haqqında akt qeydi əsasında doğumu qeydə alınaraq ona AZ-1 seriyalı 895929 nömrəli doğum haqqında şəhadətnamə verilmiş, sonradan həmin şəhadətnamə itirildiyi üçün şəhadətnamənin təkrar əldə edilməsindən ötrü Sabirabad RİHB-nm Quruzma KİN-nə müraciət edərkən ona xx.xx.2003-cü il tarixli 248 saylı doğum haqqında akt qeydi əsasında doğumun qeydə alınmasına dair AZ-111 seriyalı 225238 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda Sabirabad regional “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmək üçün müraciət etdikdə qızı X7 barəsində iki doğum haqqında şəhadətnamə mövcud olduğundan ona bundan imtina edildiyindən Sabirabad RİHB-nın Quruzma KİNdə xx.xx.2003-cü il tarixdə 248 saylı doğum haqqında akt qeydinin ləğv edilməsinə zərurət yaranmışdır.Təqdim edilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, X7 doğum tarixi 20 dekabr 2006-cı il göstəriməklə xx.xx.2007-ci il tarixdə Sabirabad RİHB-nın Quruzma KİN-yi tərəfindən 25 nömrə ilə doğum haqqında akt qeydi tərtib edilərək AZ-1 seriyalı 895929 nömrəli doğum haqqında şəhadətnamə verilsə də, doğum təkrarən Sabirabad RİHB-nın Quruzma KİN-də xx.xx.2013-cü ildə 248 saylı doğum haqqında akt qeydi əsasında qeydə alınaraq X12 AZ-111 seriyalı 225238 nömrəli doğum haqqında şəhadətnamə yazılaraq təhvil verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 163.1 maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.Bu səbəbdən də 18 noyabr 2013-cü il tarixdə Sabirabad RİHB-nın Quruzma KİN-yi tərəfindən 248 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydinin ləğv edilməsindən imtina etmişdir. -İşdə olan Cavabdeh AZ-İİİ №225238 nömrəli 28 aprel 2023-cü il tarixli arayışından görünür ki, X14 xx.xx.2006-cı il tarixdə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Bu barədə Sabirabad rayon Quruzma kənd İN-yi xx.xx.2013-cü il tarixdə 248 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. -İşdə olan Cavabdeh AZ-İİİ №225238 nömrəli 28 aprel 2023-cü il tarixli arayışından görünür ki, X14 xx.xx.2006-cı il tarixdə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Bu barədə Sabirabad rayon Quruzma kənd İN-yi xx.xx.2007-ci il tarixdə 25 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. -İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/6- 448/2023 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdehnə 06 sentyabr 2023-cü ildə daxil olmuş İddiaçı Cavabdehnə qarşı “xx.xx.2003-cü il tarixli 248 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi” tələbi barədə 2-1(120)-3141 /2023 saylı 21 noyabr 2023-cü il tarixli məhkəmə bildirişi ilə bağlı xx.xx.2006-cı il təvəllüdlü X7 doğumuna dair Sabirabad RİHB-nın Ulacalı KİN-yi tərəfindən xx.xx.2007-ci ildə tərtib edilmiş 25 saylı və xx.xx.2013cü ildə tərtib edilmiş 248 saylı doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surətləri göndərilmişdir. -İşdə olan Sabirabad RİHB-nın Ulacalı KİN-yi tərəfindən xx.xx.2007-ci ildə tərtib edilmiş 25 saylı doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2006-cı il tarixdə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. -İşdə olan Sabirabad RİHB-nın Ulacalı KİN-yi tərəfindən xx.xx.2013-cü ildə tərtib edilmiş 248 saylı doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2006-cı il tarixdə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. -İşdə olan Sabirabad rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-103/2-27172/2023 nömrəli məktubunda göstərilmişdir ki, Sabirabad rayonu Quruzma kənd sakini 2006-cı il təvəllüdlü X14 barəsində hər hansı bir təqsırləndirici material olması yoxlama zamanı müəyyən olunmamışdır. - İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/6- 455/2023 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdehnə 14 sentyabr 2023-cü ildə daxil olmuş İddiaçı Cavabdehnə qarşı “Sabirabad RİHB-nın Quruzma KİN-yi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 25 nömrəli doğum haqqında akt qeydinin loşv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə 2-1(120)-3141/2023 saylı 31 avqust 2023-cü il tarixli sorğunuzla bağlı bildilir ki, X14 barəsində Sabirabad RİHB-nın Quruzma KİN-yi tərəfindən 06 mart 2007-ci il tarixli 25 saylı və 13 noyabr 2013-cü il tarixli 248 saylı doğum haqqında akt qeydlərinin təsdiq olunmuş qaydada surətləri təkrarən Sizə göndərilərək 21 noyabr 2023-cü il tarixə saat 11:45-ə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndəmizin iştirakını təmin edə bilməyəcik. Eyni zamanda bildirilir ki, X7 doğum tarixi 20 dekabr 2006-cı il, doğum yeri Sabirabad rayonu Ulacalı kəndi, atası xx.xx.1969-cu il təvəllüdlü milliyəti azərbaycanlı X11, anası xx.xx.1971-ci il təvəllüdlü milliyəti azərbaycanlı İddiaçı göstoriməklə xx.xx.2007-ci il tarixdə Sabirabad RİHB-nın Quruzma KİN-yi tərəfindən 25 nömrə ilə doğum haqqında akt qeydi tərtib edilərək AZ-1 seriyalı 895929 nömrəli doğum haqqında şəhadətnamə verilsə də, sonradan eyni məlumatlar göstərilməklə doğum təkrarən Sabirabad RİHB-nın Quruzma KİN-də xx.xx.2013-cü ildə 248 saylı doğum haqqında akt qeydi əsasında qeydə alınaraq X12 AZ-111 seriyalı 225238 nömrəli doğum haqqında şəhadətnamə yazılaraq təhvil verildiyindən, 18 noyabr 2013-cü il tarixli 248 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi zərurəti yaranmışdır.İddia tələbi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır və tələb təmin ediləcəyi təqdirdə Cavabdeh üzərinə düşən öhdəlik icra ediləcəkdir. - İşdə olan Sabirabad rayon İcra Hakimiyyəti Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-70-27/2-45/2023 nömrəli məktubunda göstərilmişdir ki, Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik sizin N:2-1(129- 3141)2023 saylı məktubunuza cavab olaraq bildirir ki, X14 xx.xx.2006-ci il tarixdə Sabirabad rayonunun Quruzma kəndində doğulub, doğulduqdan 6(altı) ay sonra ailəvi Sumqayıt şəhərinə köçüblər və hal-hazırda Sumqayıt şəhərində bizə məlum olmayan ünvanda kirayədə yaşayır. Nümayəndəliyin ərazisində təhsil almayıb. Aşağıdakı tərkibdə ailə üvzləri var.X2 14.01,2023-cü il tarixdə Kəpəz hospitalında vəfat edib. Anası- İddiaçı-xx.xx.1971. X9 qızı-xx.xx.1992. X10 qızı-xx.xx.1995. X6 qızıxx.xx.2000. İddiaçı ilə telefon əlaqəsi saxlaya bilmədilər, telefona cavab vermir. Halhazırda Sumqayıt şəhərində məlum olmayan ünvanda yaşayır. -İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsinin “Sabirabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 18-1-70/2-1018/2023 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Sabirabad Rayon Mərkəzi X3 Mərkəzində və X25 məntəqəsində doğuş etməsi barədə məlumat aşkarlanmamışdır. - İşdə olan Sabirabad rayon İcra Hakimiyyəti Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-70-27/2-1401/2023 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.2006-ci il təvəllüdlü X1 rayonunun Quruzma kəndində doğulub, doğulduqdan 6(altı) ay sonra ailəvi Sumqayıt şəhərinə köçüblər və hal-hazırda Sumqayıt şəhərində məlum olmayan ünvanda kirayədə yaşayır. Nümayəndəliyin ərazisində təhsil almayıb. - İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan regional Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 3-29-41/2-1231/2023 nömrəli 05 oktyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan inzibati işə baxılması ilə əlaqədar Sabirabad rayon Quruzma kəndində anadan olmuş X7 Quruzma kənd tam orta məktəbində orta təhsil alması barədə məlumatları təsdiqləyən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi barədə Mil-Muğan Regional Təhsil İdarəsinə ünvanladığı müraciətə aidiyyəti üzrə baxılmışdır. ünvan 6 və Sabirabad rayonu Quruzma kənd tam orta məktəbinin direktoru tərəfindən Regional Təhsil İdarəsinə təqdim olunmuş arayışa əsasən xx.xx.2006-cı il təvəllüdlü X7 Sabirabad rayon Quruzma kəndində anadan olduğu və 6 ay sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə məskunlaşdığı, Sabirabad rayonu Quruzma kənd tam orta məktəbində təhsil almadığı müəyyən edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sabirabad rayon Təhsil şöbəsi Zaur Əliyev adına Quruzma kənd tam orta məktəb tərəfindən verilmiş 660 nömrəli 03 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2006-ci il təvəllüdlü X5 Əliyev adına Quruzma kənd tam orta məktəbində təhsil almayıb. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 26-cı bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 28-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X14 xx.xx.2006-ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuşdur, onun barəsində Sabirabad RİHB-nın Ulacalı KİN-yi tərəfindən xx.xx.2007-ci ildə tərtib edilmiş 25 saylı doğum haqqında akt qeydi tərtib edilərək doğum haqqında şəhadətnamə qeydə alınmışdır. Bundan sonra X7 xx.xx.2006-ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində anadan olması barədə Sabirabad RİHB-nın Ulacalı KİN-yi tərəfindən xx.xx.2013-cü ildə tərtib edilmiş 248 saylı doğum haqqında akt qeydi Cavabdehndə qeydə alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 xx.xx.2006-ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində anadan olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı A.Əlizadənin doğumu barəsində iki fərqli vaxtlarda, yəni xx.xx.2007-ci ildə tərtib edilmiş 25 saylı doğum haqqında akt qeydi və Sabirabad RİHB-nın Ulacalı KİN-yi tərəfindən xx.xx.2013-cü ildə tərtib edilmiş 248 saylı doğum haqqında akt qeydinin tərtib edilməsidir. Bu ziddiyyətli halın aradan qaldırılması üçün İddiaçı qızı Aysel Əlizadə barəsində Sabirabad rayon Quruzma kənd İN-yi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 248 nömrəli doğum haqqında akt qeydinin üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sabirabad rayon Quruzma kənd İN-yi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 248 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-3141/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3141/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver