Məhkəmə qərarları › İş №2-1(120)-3147/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3147/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3147/2025 17.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətsizliyinin qanunsuz sayılması və ona dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətsizliyinin qanunsuz sayılması və ona dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 sentyabr 1986-cı tarixində Füzuli rayonu Əbdürrəhmanlı kənd Sovetinin sədri vəzifəsinə seçilmiş, 04 fevral 1992-ci il tarixində Əbdürrəhmanlı kəndi üzrə nümayəndə vəzifəsinə təyin edilmiş, 04 may 1993-cü il tarixində həmin vəzifədən azad olunmuş, hazırda yaşa görə təqaüdə çıxmışdır. Füzuli rayonu İcra Hakimiyyəti başçısının Əbdürrəhmanlı kəndi üzrə nümayəndəsi vəzifəsi dövlət qulluqçusu təsnifatına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” nın 3-cü maddəsinə əsasən, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur. “Dövlət qulluğu haqqında” Azərbatcan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən, əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları - müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri 5-ci kateqoriya dövlət orqanlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxslərə münasibətdə tətbiq olunur. xx.xx.1986xx.xx.1993-cü il tarixlərində (1986-cı ildə 3 ay 5 gün, 1987-1992-ci illərdə 72 ay və 1993-cü ildə 4 ay 4 gün) cəmi 6 il 7 ay 9 gün dövlət qulluğunda çalışmışdır. Ona görə də dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməlidir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əvvəllər etdiyi müraciətinə verilmiş 05 may 2023-cü il tarixli 3-17-1/2-K- 100708/2023 saylı cavabda bildirilir ki, “Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan onun dövlət qulluğu stajı 5 ildən az (3 il 3 ay 11 gün (xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Zəruri sənədləri toplayaraq yenidən bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2025-ci il tarixində yazılı ərizə ilə müraciət etmiş, ərizəsində ona yaşa görə əmək pensiyası təyin edəilərkən dövlət qulluğunda çalışdığı 6 il 7 ay 9 günün nəzərə alınmadığı cavabdehin nəzərinə çatdırmışdır. Həmin müraciətinə bu günədək cavab verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtda cavab verilməməsini əsassız və qanunsuz sayır. Göründüyü kimi, xx.xx.1986-xx.xx.1993-cü il tarixlərində tutduğu vəzifələr “Dövlət qulluğu haqqında” Azərbatcan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən, 5-ci kateqoriya dövlət orqanlarına aiddir. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş cavab və hərəkətsizlik əsassız və qanunsuzdur. Ona görə də həmin əsaslarla dövlət qulluqçusu sayılmalı, yaşa görə təyin edilmiş pensiya məbləği dəyişdirilməli və ona dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Qeyd edilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətsizliyinin qanunsuz sayılması və ona dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı xx.xx.2023-cü il tarixli və xx.xx.2025-ci il tarixli tarixli ərizələrlə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdeh orqandan xahiş etmişdir. Cavabdehin 5 may 2023-cü il tarixli 317-1/2-K-100708/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərə əsasən iddiaçının dövlət qulluğu stajı 5 ildən az (3 il 3 ay 11 gün (xx.xx.1991xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir və bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Cavabdehin 11 fevral 2025-ci il tarixli, 3-17-1/2-K- 30930/2025 nömrəli məktubunda isə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habeiə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda gösterilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci bəndində Ədbürrəhmanlı kənd X8 və həmin Sovetlikdə mövcud olmuş vəzifələr nəzərdə tutulmadığı və bununla əlaqədar sözügedən Sovetlikdə 18 oktyabr 1991ci il tarixinədək əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının Ədbürrəhmanlı kənd X4 sədri vəzifəsində işlədiyi müddəti qanunvericiliyin yuxarıda göstərilən müddəalarına görə dövlət qulluğu stajına daxil edilmədiyindən onun dövlət qulluğu stajı 5 ildən az (3 il 3 ay 11 gün (xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan X9 filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-3F/2-K-1833/2023 nömrəli arxiv arayışının surətindən görünür ki, Füzuli rayon Əbdürrəhmanlı kənd sakini İddiaçı 1986-cı ildən 1995-ci ilə dək işlədiyi Yuxarı Əbdürrəhmanlı kənd İcra Nümayəndəliyinin 1986-1993-cü ilin iyun ayına qədər olan sənədlər X9 filialına təhvil verməmişdir. 1993-cü ilin iyul avından 1995-ci ilin aprel ayına qədər şəxsi hesab kitablarında ona əmək haqqı yazılması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-K-100708/2023 nömrəli məktubundan görünür ki, dövlət qulluğu stajı 5 ildən az (3 il 3 ay 11 gün (xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.1993xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası X6 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 9-3/2- 1632/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1992-1993cü illərdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının Əbdürrəhmanlı kəndi üzrə nümayəndəsi vəzifəsində iş müddətilə bağlı bildiririk ki, inzibati vəzifələrin təsnifatları və adları Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” ilə müəyyən edilmişdir. Həmin Topluda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və onun müavini dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən 1992- 1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının Əbdürrəhmanlı kəndi üzrə nümayəndəsi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Əlavə olaraq bildiririk ki, vətəndaşların pensiya təminatı ilə bağlı məsələyə dair rəy bildirilməsi Mərkəzin səlahiyyətlərinə daxil deyildir. İşdə olan Azərbaycan Respublikası X6 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 9-3/2- 2485/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1986-1992ci illərdə Əbdürrəhmanlı kənd X4 sədri vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda kənd X5 və həmin Sovetlərdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1986-1992-ci illərdə Əbdürrəhmanlı kənd X4 sədri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-211940/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Republikasının X6 xx.xx.2025-ci il tarixli 9-3/2-2485/2025 nömrəli məktubuna əsasən 1986-1992-ci illərdə Əbdürrəhmanlı kənd X4 sədri vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda kənd X5 və həmin Sovetlərdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1986-1992-ci illərdə Əbdürrəhmanlı kənd X4 sədri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Həmçinin məhkəmə sorcusuna Azərbaycan Republikasının X11 tərəfindən verilmiş xx.xx.2925-ci il tarixli 9-3/2-1632/2025 nömrəli cavab məktubunda 1991-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının Əbdürrəhmanlı kəndi üzrə nümayəndəsi vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, inzibati vəzifələrin təsnifatları və adları Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” ilə müəyyən edilmişdir. Həmin Topluda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və onun müavini dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının Əbdürrəhmanlı kəndi üzrə nümayəndəsi vəzifəsində iş müddəti dövlər qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Qeyd olunan məktuba münasibətdə bildiririk ki, İddiaçı 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının Əbdürrəhmanlı kəndi üzrə nümayəndəsi vəzifəsində iş müddəti Mərkəzi Filialın 5 may 2023-cü il tarixli 317-1/2-K- 100708/2023 nömrəli məktubundan da göründüyü kimi onun dövlət qulluğu stajında nəzərə alınmışdır. Bildiririk ki, Fərmanın 2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Sözügedən Fərmanın erası ilə bağlı Nazirlər Kabinetinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiy vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısf’nm təsdiq edilməsi barədə” Azərbaycar Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bənd ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsniat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə 15 may 2007-ci il tarixli 77 nömrəli Qərarı mövcuddur ki, iddiaçının işlədiyi vəzifə həmin Qərarla təsdiq edilmiş siyahıya daxil olmadığından hazırda mübahisə edilən məsələ ilə bağlı uyğunlaşdırmanın aparılması müvafiq Qərarda dəyişikliyin edilməsi lə mümkün ola bilər ki, bu da Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələdir. Əlavə olaraq bildiririk ki, Nazirlər Kabineti tərəfindən 16 yanvar 2008ci il tarixli 5 nömrəli, 5 sentyabr 2 308-ci il tarixli 203 nömrəli, 24 yanvar 2012-ci il tarixli 14 nömrəli, 04 aprel 2017-ci il tarixli 12 nömrəli, 29 iyul 2019-cu il tarixli 331 nömrəli və 7 iyul 2020-ci il tarixli 241 nömrəli qərarları ilə vəzifələrin uyğunlaşdırılması ilə bağlı 77 nömrəli Qərarla təsdiq edilmiş siyahıya əlavələr edilmişdir. Buradan məlum olduğu kimi iddiaçının hüquqi marağının əsasını təşkil edən vəzifənin silahıya salınması da yalnız Nazirlər Kabineti tərəfindən əlavə edilmə yolu ilə həll edilə bilər. Qeyd olunanları nəzərə alaraq iddiaçının Ədbürrəhmanlı kənd X4 sədri vəzifəsində işlədiyi müddəti qanunvericiliyin yuxarıda göstərilən müddəalarına görə dövlət qulluğu stajına daxil edilmədiyindən onun dövlət qulluğu stajı 5 ildən az (3 il 3 ay 11 gün (xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -20.1.7 Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. -20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsinin 06 mart 2018-ci il tarixədək və ondan sonrakı tələbləri aşağıdakı kimidir: - (dəyişiklikdən əvvəlki redaksiyada) Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. - (dəyişiklikdən sonrakı redaksiyada) Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Bir daha qeyd olunmalıdır ki, hazırda vətəndaşa dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün dövlət qulluğu stajının köhnə qanunvericiliyə əsasən 5 il, hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən 15 il olması zəruridir. Məhkəmə bildirir ki, bu zaman təkcə iş stajının deyil, xüsusi ilə dövlət qulluğunda stajın olması zəruridir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X6 məktubu əsasında mümkündür. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1053/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət qulluqçularının pensiya almaq hüququ müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilir. Həmin Qanun xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş və həmin vaxtdan qüvvədən düşmüşdür. İddiaçının qeyd olunan Qanunun tələbinə əsasən dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün onun xx.xx.2006cı il tarixə 60 yaşının tamam olması tələb olduğu halda, həmin vaxt 50 yaşı tamam olduğundan və həmin vaxtadək pensiya yaşına çatmadığı üçün qeyd edilən qanunun tələbləri ona münasibətdə tətbiq edilə bilməz.” Göründüyü kimi, bu növ iddialar üzrə dövlət qulluğunda iş stajının 5 il müddəti kimi nəzərə alınması üçün vətəndaşın həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında yaş stajı ilə bağlı şərti ödəmiş olsun. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Şərh olunan müddəaların hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən onun dövlət qulluğunda iş stajı kimi 5 ildən az (3 il 3 ay 11 gün (xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.1993xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) mübahisələndirilməyən haldır. İddiaçı və cavabdeh arasında yaranmış mübahisənin əsasının iddiaçının işlədiyi 1986-1992-ci illərdə Əbdürrəhmanlı kənd X4 sədri vəzifəsinin dövlət qulluğu stajı kimi nəzərə alınmasından imtina edilməsidir. Məhkəmə tərəfindən araşdırma nəticəsində X11 tərəfindən sorğuya cavab məktubuna əlavə olunmuş aidiyyəti inzibati orqanların məktublarına əsasən: 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1986-1992-ci illərdə Əbdürrəhmanlı kənd X4 sədri vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda kənd X5 və həmin Sovetlərdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1986-1992-ci illərdə Əbdürrəhmanlı kənd X4 sədri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmadığı müəyyən edilir. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” ölkə Prezidentinin 1991-ci il 18 oktyabr tarixli 372 nömrəli Fərmanın 5ci hissəsinin ikinci abzasında rayonların, şəhərlərin (respublikası tabeli şəhərlərin), şəhərlərdə rayonların X5 icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərmələri qeyd olunsa da, “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”də sözügedən qurumların strukturu ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) Qeyd olunmalıdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan pensiya təyin edən orqan kimi inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu müstəvidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Məhkəmə araşdırma nəticəsində əldə edilən sübutlarla qanunvericiliyin tələblərin birgə təhlil edərək hesab edir ki, İddiaçı işlədiyi 1986-1992-ci illərdə Əbdürrəhmanlı kənd X4 sədri vəzifəsində işlədiyi vəzifə onun dövlət qulluğu stajına əlavə edilməməlidir. İddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən onun dövlət qulluğunda iş stajı kimi 5 ildən az (3 il 3 ay 11 gün (xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.1993xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təçkil etmiş və inzibati orqan həmin dövrləri mübahisəsiz hal kimi qəbul etmişdir. Mübahisə predmeti olan iddiaçının işlədiyi 1986-1992-ci illərdə Əbdürrəhmanlı kənd X4 sədri vəzifəsinin dövlət qulluğu stajı kimi nəzərə alınması halı olmuşdur ki, məhkəmə həmin dövrün dövlət qulluğu stajına əlavə edilməməsi barədə cavabdeh orqanın imtinasını əsaslı hesab edir. Həmin hallar üzrə məhkəmə qeyd edir ki, Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olan vaxtda və yə hal-hazırki qanunvericilik üzrə tələb olunan dövlət qulluğu stajı yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, imtinanın əsasında dayanan hal əsası aradan qalxsa belə qanunvericiliyin tələbləri üzrə iddiaçının hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzrəinə qoyulması barədə tələbi əsaslı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar