Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-315/2023 21.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Xanbulan kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli torpaqların alqı-satqısına dair akt əsasında ona satılmış 0,06 ha həyətyanı torpaq sahəsinin hüquqların dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “Lənkəran rayon Xanbulan kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli torpaqların alqı-satqısına dair akt əsasında ona satılmış 0,06 ha həyətyanı torpaq sahəsinin hüquqların dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-1075/2022 saylı qərardadı ilə Lənkəran rayon Xanbulan bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü ilin yanvar ayında həyətyanı torpaq sahəsi alınmasından ötrü Lənkəran rayon Xanbulan kənd bələdiyyəsinə müraciət edib, ona 600 kv.m həyətyanı torpaq sahəsinin satılmasını xahiş etmişdir. Həmin müraciətinə bələdiyyə tərəfindən müsbət cavab verilərək Lənkəran rayon Xanbulan kənd bələdiyyəsi tərəfindən Xanbulan bələdiyyəsinin torpaqlarından alqı-satqı əsasında ayrılmasına dair 16 sentyabr 2003-cü il tarixli 09 saylı qərar qəbul edilmiş və 04 sentyabr 2003-cü il tarixdə adıçəkilən torpaq sahəsinin alqı-satqısı aparılaraq bu barədə müvafiq akt tərtib edilməklə həmin akt tərərflərin imza və möhürlə təsdiq edilməklə Lənkəran rayon, şəhər Torpaq və Xəritəçəkmə şöbəsində eyni tarixdə 387 nömrə ilə qeydə alınmışdır. Bundan sonra həmin torpaq sahəsinin sənədləri topladıqdan sonra mülkiyyətində olan daşınmaz əmlakı dövlət qeydiyyatına alınmasından ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə müraciət edərək müvafiq ödəmələr edilmiş, sənədlərin ilkin ekspertizası zamanı idarənin əməkdaşları tərəfindən müsbət rəy verilərək müvafiq qaydada Hüquqların dövlət qeydiyyatına alınmasına dair Dövlət Reyestrindən Çıxarışla təmin ediləcəyi bildirilmişdir. Müraciətinə 10 yanvar 2022-ci il tarixdə rədd cavabı verilərək əmlakının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinə, üçüncü şəxs Lənkəran rayon Xanbulan Bələdiyyəsinə icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin, üçüncü şəxs X1 nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə anadan olmuş, Lənkəran rayonu, Xanbulan kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********46 saylı məktubunda göstərilmişdir ki, Lənkəran rayonu, Xanbulan kəndi ərazisində yerləşən, Xanbulan bələdiyyəsinin 16 sentyabr 2003-cü il tarixli, 09 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış həmin 0.06 ha həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyi sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, Ərazi İdarəsinə təqdim edilmiş sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, alqı-satqı aktı aidiyyəti qurum tərəfindən tam şəkildə doldurulmamış, həmçinin alqı-satqı aktı bələdiyyə qərarından öncə tərtib edilmiş və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin rəyi bələdiyyə qərarından sonra verilmişdir. Bu baxımdan "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Ərazi İdarəsinə təqdim etdiyi torpaq sahəsinə dair yaranmış uyğunsuzluğun araşdırılması ilə əlaqədar müvafiq məlumatlar təqdim edilənədək hüquqların dövlət qeydiyyatı tərəfimizdən müvəqqəti 1 ay müddətinə dayandırılmışdır.Həmin torpaq sahəsi ilə əlaqədar hüquqmüəyyənedici sənədlər üzrə yaranmış uyğunsuzluqların araşdırılması məqsədilə tərəfimizdən aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət X6na müvafiq sorğu ünvanlanmışdır. Lakin halhazıradək həmin qurumdan müvafiq cavab məktubu daxil olmamışdır. Ərazi idarəsi olaraq bildirilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Bu baxımdan bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, təqdim olunmuş sənədlər üzrə yaranmış hüquqlara dair həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan Lənkəran rayonu Xanbulan bələdiyyəsinin torpağından alqısatqı əsasında istifadəyə verilməsinə dair 16 sentyabr 2003-cü il tarixli 09 saylı qərarından görünür ki, Lənkəran rayonu Xanbulan kənd sakini İddiaçı Xanbulan bələdiyyəsinin mülkiyyətində olan kəndin perspektiv inkişaf fondundan həyətyanı sahə üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 04 sentyabr 2003-cü il tarixli 387 nömrəli aktdan görünür ki, Lənkəran rayonu Xanbulan bələdiyyəsi İddiaçı Xanbulan bələdiyyəsinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsini 620.000 manat qarşılığında satmışdır. İşdə olan Lənkəran rayonu Xanbulan bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 66 saylı məktubuna əsasən, İddiaçı üçün Xanbulan kəndi ərazisindən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə Xanbulan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə ayrılmışdır. Xanbulan bələdiyyəsinin qeyd olunan həmin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı hal-hazırda qüvvədədir, ayrılmış torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. Odur ki, sözügedən 0.06 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması qanuna müvafiqdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş 332 saylı, xx.xx.2003-cü il tarixli arxiv çıxarışa əsasən, İddiaçı satılması müəyyənləşdirilmiş torpaq sahəsinin qanunvericlikdə nəzərdə tutulan qaydalara uyğun olduğunu nəzərə alıb, torpaqların alqı-satqısı qaydasına əsasən, pul əvvəlcədən bələdiyyə hesabına köçürülməklə yuxarıda adı qeyd olunan vətəndaşa torpaq sahəsi satıla bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********43 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 15 fevral tarixli, 2-1 (120)-1075/2022 saylı inzibati iş üzrə sorğunun icrası olaraq zərurət yarandığından, Lənkəran rayonu, Xanbulan kəndi ərazisində yerləşən, Xanbulan bələdiyyəsinin 16 sentyabr 2003-cü il tarixli, 09 saylı qərarı əsasında İddiaçı fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar iddiaçı tərəfindən Ərazi İdarəsinə edilən müraciətin, habelə həmin müraciət əsasında aparılmış inzibati icraat materiallarının təqdim olunmasına münasibətdə bildirilir ki, həmin şəxsin 18 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunmuş sənədlər icraata qəbul edilmişdir. Təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlərin əsaslılığı və qanuniliyi baxımından araşdırılması zərurəti ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət X6na 07 dekabr 2021 -ci il tarixli, **********30 qeydiyyat nömrəli müvafiq sorğu ünvanlanmışdır. Dayandırma dövründə həmin qurumdan tərəfimizdən verilmiş sorğuya cavab verilmədiyindən icraatda olan sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticələrinə uyğun olaraq həmin müraciətdən imtina edilmişdir. Hazırki sorğunun icrası olaraq icraatda olan sənədlərin əsaslılığı və qanuniliyi baxımından araşdırılmasına dair aidiyyəti sənədlər təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X6 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, b/75 saylı məktubunda göstərilmişdir ki, Lənkəran rayon Xanbulan kənd bələdiyyəsinin sənədləri Dövlət X6na təhvil verilməmişdir. Ona görə də sorğuda qeyd olunan Lənkəran rayon Xanbulan kənd bələdiyyəsinin xx.xx.2003- cü il tarixli 09 saylı qərarı ilə İmanov M ahir Abdulağa oğluna 600 kv. m həyətyanı torpaq sahəsinin ayrılması barədə məlumatın verilməsi mümkün olmadı. İş materiallarında olan Lənkəran rayonu Xanbulan bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 02 nömrəli məktubunda göstərilmişdir ki,o, X3 2010-cu ildən Xanbulan bələdiyyəsində sədr işləyirəm. Ondan əvvəl Xanbulan bələdiyyəsinin sədri X4 olmuşdur.Torpaq sənədi ilə bağlı olan şikayətçi İddiaçı məhs onun işlədiyi dövrdə xx.xx.2003-cü il qeydiyyat №387 olmaqla alqı-satqı müqaviləsi bağlanmışdır. Hal-hazırda həmin vətəndaşın sənədləri ilə bağlı heç bir məlumat yoxdur. Çünki köhnə bələdiyyə sədri Məmmədov.Ə.B heç bir alqı-satqı haqqında torpaq sənədi verməmişdir. Yeganə sənəd İddiaçı əlində olan sənəddir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli 09/3-116 nömrəli məktubunda göstərilmişdir ki, Xanbulan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 02/154 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı Lənkəran rayon Xanbulan kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli torpaqların alqı-satqısına dair akt əsasında ona satılmış 0.06 ha həyətyanı torpaq sahəsinin hüquqların dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Lənkəran rayon Xanbulan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarının təqdim olunması barədə sorğunuza baxılmışdır. Regional Ədliyyə Şöbələri (hazırda idarələr) Azərbaycan Respublikası Ədliyyə nazirinin xx.xx.2007-ci il tarixli 29-T nömrəli əmri ilə yaradılmışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”ın 2.5-ci bəndinə əsasən bələdiyyə aktları Bakı şəhəri üzrə Mərkəzə, regionlar üzrə isə İdarəyə təqdim edilir. Lənkəran Regional Ədliyyə İdarəsi tərəfindən bələdiyyə aktları üzrə inzibati nəzarət xx.xx.2011 -ci ildən həyata keçirildiyi üçün qeyd olunan sənədlərin təqdim edilməsi idarənin imkanı xaricindədir (‘‘Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”a əlavə və dəyişikliklər edilməsi barədə Ədliyyə Nazirliyinin 14 iyun 2010-cu il tarixli 9-T nömrəli əmrinin 4-cü bəndinə əsasən həmin düzəlişlərlə müəyyən olunmuş vəzifələrin icra edilməsi imkanları nəzərə alınmaqla bu təlimatın İİ fəslinin yeni müddəaları Göyçay, Lənkəran, Şirvan Regional Ədliyyə İdarələrinə münasibətdə 2011-ci il yanvar ayının 1-dən tətbiq edilmişdir). Həmin sənədlərin əldə edilməsi üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə müraciət olunması məqsədəmüvafiqdir. İşdə olan 2003-cü il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı İmanov X5 rayonu Xanbulan bələdiyyəsindən 600,0 (altı yüz) kv.m torpaq sahəsinin alınması məqsədilə 620.000 manat pul məbləğini Xanbulan Bələbiyyəsinin hesabına köçürmüşdür. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1075/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə yerquruluşu və tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1830/2023 saylı məktubu ilə mütəxəssis rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli 10/5470 nömrəli məktubu ilə 11 sentyabr 2023-cü il tarixli 10/5470 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 11 sentyabr 2023-cü il tarixli 10/5470 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1830/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Xanbulan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinin yerdə (naturada) döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün 0,0648 ha olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarında Lənkəran rayon Xanbulan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinin xx.xx.2003-cü ildə (torpaqların alqı-satqısı barədə aktın qəbul olunduğu vaxt) və hazırda bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlara) aid olması müəyyən olunmuşdur. Həmin 0,06 ha torpaq sahəsi yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlardan ayrıldığından, həmin torpaq sahəsinin təyinatına görə alqı-satqı predmeti ola bilməsi (yəni özəlləşdirilməsi) müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 43/2-1830/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Xanbulan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması, təyinatı üzrə istifadə edilməsi, torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarında üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Eyni zamanda Lənkəran rayon Xanbulan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə xx.xx.2003-cü il tarixli akt əsasında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayon Xanbulan bələdiyyəsi ilə İddiaçı arasında Lənkəran rayonu Xanbulan bələdiyyəsi tərəfindən İddiaçı Xanbulan bələdiyyəsinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 620.000 manat qarşılığında satılması barədə torpaqların alqı-satqısına dair 04 sentyabr 2003-cü il tarixli 387 nömrəli akt qəbul edilmişdir. Bundan sonra Lənkəran rayon Xanbulan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə bələdiyyənin mülkiyyətində olan kəndin perspektiv inkişaf fondundan həyatyanı sahə üçün 600 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətinə satılması qərara alınmış, 600.0 kv.m torpaq sahəsi 620000 manat (keçmiş məzənnə ilə) pul məbləğinə bələdiyyə tərəfindən İddiaçı satılmışdır, bu barədə məhkəməyə qəbz təqdim etmişdir. Həmçinin Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri və Xanbulan bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş bələdiyyənin mülkiyyətində olan kəndin perspektiv inkişaf fondundan həyatyanı sahə üçün ayrılmış torpaq sahəsinin plan sxemi, Lənkəran rayonu Xanbulan bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 66 saylı məktubu və İddiaçı satılması müəyyənləşdirilmiş torpaq sahəsinin qanunvericlikdə nəzərdə tutulan qaydalara uyğun olduğunu nəzərə alıb, torpaqların alqısatqısı qaydasına əsasən, pul əvvəlcədən bələdiyyə hesabına köçürülməklə yuxarıda adı qeyd olunan vətəndaşa torpaq sahəsi satıla bilməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş 332 saylı, xx.xx.2003-cü il tarixli arxiv çıxarışı təqdim edilmişdir. Hal-hazırda İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 0.06 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən məhkəməyə məlumat verilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlərin əsaslılığı və qanuniliyi baxımından araşdırılması zərurəti ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət X6na 07 dekabr 2021 -ci il tarixli, **********30 qeydiyyat nömrəli müvafiq sorğu ünvanlanmışdır. Dayandırma dövründə həmin qurumdan verilmiş sorğuya cavab verilmədiyindən icraatda olan sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticələrinə uyğun olaraq həmin müraciətdən imtina edilmişdir. Hazırki sorğunun icrası olaraq icraatda olan sənədlərin əsaslılığı və qanuniliyi baxımından araşdırılmasına dair aidiyyəti sənədlər təqdim olunur. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Dövlət X6na 07 dekabr 2021 -ci il tarixli, **********30 qeydiyyat nömrəli müvafiq sorğu ünvanlanması barədə məktub məhkəməyə göndərilsə də, həmin məktubun müvafiq orqana çatdırılması barədə məhkəməyə sübut təqdim edilməmişdir və 2021-ci il tarixdən hal-hazırki dövrə qədər müraciətə cavab dayandırıldıqdan sonra cavabdeh orqan tərəfindən müraciətin təzələnməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh orqan tərəfindən imtina məktubunda bildirilmişdir ki, fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış həmin 0.06 ha həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyi sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, Ərazi İdarəsinə təqdim edilmiş sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, alqı-satqı aktı aidiyyəti qurum tərəfindən tam şəkildə doldurulmamış, həmçinin alqı-satqı aktı bələdiyyə qərarından öncə tərtib edilmiş və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin rəyi bələdiyyə qərarından sonra verilmişdir. Lakin məhkəməyə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqların məhz nədən ibarət olması barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi və cavabdeh orqan tərəfindən təqdim edilən mütəxəssis rəyi üzrə təqdim edilən sənədlər əsasında məlumatlarla faktiki vəziyyət arasında heç bir uyğunsuzluq müəyyən edilməmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Lənkəran rayonu Xanbulan bələdiyyəsinin torpağından alqı-satqı əsasında istifadəyə verilməsinə dair 16 sentyabr 2003-cü il tarixli 09 saylı qərarı, Lənkəran rayonu Xanbulan bələdiyyəsi tərəfindən İddiaçı Xanbulan bələdiyyəsinin mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 620.000 manat qarşılığında satılması barədə torpaqların alqı-satqısına dair 04 sentyabr 2003-cü il tarixli 387 nömrəli akt, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş 332 saylı, xx.xx.2003-cü il tarixli arxiv çıxarışı mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçıya 600 kv.m ayrılmış torpaq sahəsi üçün Bələdiyyənin 16 sentyabr 2003-cü il tarixli 09 saylı qərarının torpaqların alqı-satqısına dair 04 sentyabr 2003-cü il tarixli 387 nömrəli aktından sonra tərtib edilməsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş 332 saylı, xx.xx.2003-cü il tarixli arxiv çıxarışın (rəyin) bələdiyyə qərarından sonra verilməsi Lənkəran rayonu Xanbulan bələdiyyəsi ilə İddiaçı arasında mübahisəli torpaq sahəsinin alqı-satqısının baş verməməsi və hal-hazıradək İddiaçı tərəfindən həmin torpaq sahəsindən istifadə və sahiblik edildiyi halda, torpaqların alqı-satqısına dair 04 sentyabr 2003-cü il tarixli 387 nömrəli aktının öncə tərtib edilməsi idiaçıya 0.06 ha torpaq sahəsinin ayrılaraq satılmaması anlamı vermir. Belə ki, iddiaçı tərəfindən Bələdiyyənin hesqabına ödənilmiş pul məbləği, 16 sentyabr 2003-cü il tarixli 09 saylı qərarı ilə 0.06 ha torpaq sahəsinin ayrılması, plan sxem, torpaqların alqı-satqısına dair 04 sentyabr 2003-cü il tarixli 387 nömrəli aktı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş 332 saylı, xx.xx.2003-cü il tarixli arxiv çıxarışının (rəyin) tərtib edilməsi mübahisəli torpaqla bağlı iddiaçı və Bələdiyyə arasında münasibətlərin həqiqətən olduğuna əsas verir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı torpaq sahəsini almış və dəyərini ödəmişdir, əgər İddiaçı ilə Lənkəran rayonu Xanbulan bələdiyyəsi arasında mübahisəli torpaq sahəsi üçün alqı-satqı həyata keçirilməsəydi, pulun ödənilməsi də mümkün olmazdı. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alqı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Belə ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparılmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, müvafiq orqanların rəyləri alınır, kollegial qərar qəbul olunur. Alqı-satqı müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlik və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mövcud baza məlumatlarında Lənkəran rayon Xanbulan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinin xx.xx.2003-cü ildə (torpaqların alqı-satqısı barədə aktın qəbul olunduğu vaxt) və hazırda bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlara) aid olması müəyyən olunmuşdur. Həmin 0,06 ha torpaq sahəsi yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlardan ayrıldığından, həmin torpaq sahəsinin təyinatına görə alqı-satqı predmeti ola bilməsi (yəni özəlləşdirilməsi) müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1830/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Xanbulan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması, təyinatı üzrə istifadə edilməsi, torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarında üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Eyni zamanda Lənkəran rayon Xanbulan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09 saylı qərarı ilə xx.xx.2003-cü il tarixli akt əsasında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən Lənkəran rayonu Xanbulan bələdiyyəsinin 16 sentyabr 2003-cü il tarixli 09 saylı qərarı ilə 0.06 ha torpaq sahəsinin ayrılması, plan sxem, torpaqların alqısatqısına dair 04 sentyabr 2003-cü il tarixli 387 nömrəli aktı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş 332 saylı, xx.xx.2003-cü il tarixli arxiv çıxarışı (rəyi) həmçinin 2003-cü il tarixli ödəniş qəbzi ilə mübahisəli torpaq sahəsinin İddiaçı satılması və onun mülkiyyətinə verilməsi barədə sənədlər mötəbər sübut kimi qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarına əlavə edilmiş sənədlərlə (Lənkəran rayonu Xanbulan bələdiyyəsinin 16 sentyabr 2003-cü il tarixli 09 saylı qərarı ilə 0.06 ha torpaq sahəsinin ayrılması, plan sxem, torpaqların alqı-satqısına dair 04 sentyabr 2003-cü il tarixli 387 nömrəli aktı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş 332 saylı, xx.xx.2003-cü il tarixli arxiv çıxarışı (rəyi) həmçinin 2003-cü il tarixli ödəniş qəbzi) Lənkəran rayonu Xanbulan bələdiyyə ərazisində yerləşən 0.06 ha (600 kv.m) torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X8 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki,”Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zamAan tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” təlimatın: 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Lənkəran rayonu Xanbulan bələdiyyə ərazisində (Xanbulan kəndi) yerləşən 0.06 ha (600 kv.m) (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) həyətyanı torpaq sahəsi üzrə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ
22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova