Məhkəmə qərarları › İş №2-1(120)-3155/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3155/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3155/2023 05.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1994-cü il tarixli, Vİ-ЖГ 299009 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Abdullayeva (Əhmədova) Rəna Əhmədağa qızı arasında nikahın bağlanmış hesab edilməsi, bununla bağlı olan müvafiq məlumatların Cavabdeh elektron sisteminə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1994-cü il tarixli, Vİ-ЖГ 299009 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Abdullayeva (Əhmədova) Rəna Əhmədağa qızı arasında nikahın bağlanmış hesab edilməsi, bununla bağlı olan müvafiq məlumatların Cavabdeh elektron sisteminə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X4 ilə 1993-cü ildə ailə həyatı qurmuş, nikahları 08 yanvar 1994-cü ildə Lənkəran şəhər nikah evində 2 nömrəli akt əsasında qeydə alınaraq rəsmiləşdirilmişdir. Nikahları rəsmiləşəndən sonra yoldaşı onun soyadı, Abdullayevə soyadını daşımağa başlamışdır. Şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi ilə əlaqədar olaraq Lənkəran ŞRPŞ-yə müraciət etmiş, lakin Lənkəran ŞRPŞ-dən nikah akt qeydinin Cavabdeh sisteminə yerləşdirilməmişdir. Bununla bağlı Cavabdehnə müraciət etdikdə ona ünvanlanmış Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda 08 yanvar 1994-cü ildə Lənkəran şəhər nikah evində 02 saylı nikah akt qeydində məlumatlarının qeyd olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə əsasən akt qeydində düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Məhz bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsində göstərilmişdir ki, Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci madddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü madddəsinə əsasən Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Məcəllənin 162.1 -ci madddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci madddəsinə əsasən İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitutsiyasının 26-cımaddəsinin 1-ci hissəsinə əsasən hərkəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitutsiyanın 60-cımaddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, hərkəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsində göstərilir;«Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.» Azərbaycan Respublikasının İnzibati Prosessual məcəlləsinin 2.1 maddəsinin tələbinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. HəminMəcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatıqaydasında baxılır. Qeyd olunan Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəməicraatı qaydasında baxılır. Lənkəran şəhər nikah evi tərəfindən verilmiş 08 yanvar 1994-cü iltarixli, 02 saylı, Vİ-ЖГ 299009 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Abdullayeva(Əhmədova) Rəna Əhmədağa qızı arasında bağlanmış nikahın bağlanmış hesab edilməsi, bununla bağlı olan müvafiq məlumatların Cavabdeh elektron sisteminə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X2 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri, X10 küçəsi ev 54 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1974-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri, X10 küçəsi ev 54 ünvanda qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1994-cü il tarixli, Vİ-ЖГ 299009 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X4 xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 138 nömrəli arayışından görünür ki, İddiaçı barəsində Cavabdehndə xx.xx.1994-cü il tarixli, 02 nömrəli nikah akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-16-8- 10-821/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.3 maddəsinə əsasən (aidiyyəti şəxslər arasında mübahisə olduqda) akt qeydində düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2023-cü il tarixli, 477 nömrəli arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı həqiqətən hal-hazırda Lənkəran şəhəri, Ak.Z.Əliyeva küçəsi, ev 78/9, mənzil 57 ümvanında yaşayır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-1210/2023 nömrəli məktubdan görünür ki, İddiaçı ilə Abdullayeva (Əhmədova) Rəna Əhmədağa qızının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində nikahları barədə məlumat aşkar edilməmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-1286/2023 nömrəli məktuba əlavə edilmiş xx.xx.1995-ci il tarixli, 219 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1995-ci il tarixdə anadan olmuş, xx.xx.2004-cü il tarixli, 510 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə anadan olmuş, ata haqqında məlumatda İddiaçı, ana haqqında məlumatda Abdullayeva (Əhmədova) Rəna Əhmədağa qızı kimi qeyd edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi xx.xx.1994-cü il tarixli, Vİ-ЖГ 299009 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Abdullayeva (Əhmədova) Rəna Əhmədağa qızı arasında nikahın bağlanmış hesab edilməsi, bununla bağlı olan müvafiq məlumatların Cavabdeh elektron sisteminə yerləşdirilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 163.2. Bu Məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı qeydin ləğv olunması nikahı pozmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 171.1. Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir.

174. Nikahın qeydə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olan şəxslərin iştirakı ilə aparılır.

175. Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında Qanunun:

3. Nikahın qeydə alınması; 3.1. Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir. 3.12. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 3.13. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. 3.22. Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. 3.23. Ər-arvadın hüquq və vəzifələri Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. İnzibati icraat haqqında Qanunun: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

66. Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ilə X4 xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. xx.xx.1995-ci il tarixli, 219 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1995-ci il tarixdə anadan olmuş, xx.xx.2004-cü il tarixli, 510 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə anadan olmuş, ata haqqında məlumatda İddiaçı, ana haqqında məlumatda Abdullayeva (Əhmədova) Rəna Əhmədağa qızı kimi qeyd edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 138 nömrəli arayışında İddiaçı barəsində Cavabdehndə xx.xx.1994-cü il tarixli, 02 nömrəli nikah akt qeydi aşkar olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-10-1210/2023 nömrəli məktubunda İddiaçı ilə Abdullayeva (Əhmədova) Rəna Əhmədağa qızının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində nikahları barədə məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən aparılan zaman nikahın qeydiyyatı ilə bağlı tərəflər arasında mübahisə olmadığı müəyyən edilir. Qeyd edilən nikahın elektronn sistemdə yerləşdirilməməsi və şəxslər barəsində məlumatların qeyd edilməməsi tərəflərin səhvi ucbatından baş verməmişdir və hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Belə ki, nikahın qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında nikahın qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının konstitusion hüquqlarını məhdudlaşdırdığından xx.xx.1994-cü il tarixli, Vİ-ЖГ 299009 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Abdullayeva (Əhmədova) Rəna Əhmədağa qızı arasında nikahın bağlanmış hesab edilməsi, bununla bağlı olan müvafiq məlumatların Cavabdeh elektron sisteminə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “xx.xx.1994-cü il tarixli, Vİ- ЖГ 299009 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Abdullayeva (Əhmədova) Rəna Əhmədağa qızı arasında nikahın bağlanmış hesab edilməsi, bununla bağlı olan müvafiq məlumatların Cavabdeh elektron sisteminə yerləşdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. “xx.xx.1994-cü il tarixli, Vİ-ЖГ 299009 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Abdullayeva (Əhmədova) Rəna Əhmədağa qızı arasında nikahın bağlanmış hesab edilməsi, bununla bağlı olan müvafiq məlumatların Cavabdeh elektron sisteminə yerləşdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar