Məhkəmə qərarları › İş №2-1(120)-3155/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3155/2025

27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3155/2025 27.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2025-ci il tarixli, 5-71/3-2- 18/2025 saylı sərəncamının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh başçısına 2013-cü ildə rəsmi ərizə ilə müraciət edərək, rayonun Sarvan dövlət fondunda yerləşən 10 saylı qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədi ilə 45 hektar X9 ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Onun ərizəsi əsasında Cavabdeh başçısının tapşırığı ilə komissiya yaradılmış, mütəxəssislər tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmişdir. Nəticədə qoyunçuluğun inkişafi məqsədi ilə 45 hektar X9 ayrılması məqsədəmüvafiq hesab edilmiş və bu haqda xx.xx.2013-cü il tarixli akt tərtib edilmişdir. Bundan qoyunçuluğun işkişafı məqsədi ilə sözügedən X9 ayrılmasının məqsədəuyğun olduğu qeyd olunmuş və xx.xx.2013-cü il tarixində Cavabdeh Başçısının 194-s saylı sərəncamı ilə Sarvan dövlət fondunda yerləşən 10 saylı qış otlaq sahəsindən 45 hektar torpaq sahəsi icarəyə ayrılmış və bu torpaq sahəsinin icarəsi ilə bağlı olaraq onunla Cavabdeh arasında müddəti “15 il” olmaqla rəsmi icarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsinin istifadəsində qanunvericiliyin tələblərinə tam əməl edilmiş torpaq sahəsinin mümbitliyinin artırılması və qoyunçuluğun inkişafı istiqamətində tədbirlər görülmüşdür. Lakin 2024-cü ilin oktyabr-dekabr aylarında icra hakimiyyətinin nümayəndələri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş, nəticədə Cavabdeh Başçısının xx.xx.2025-ci il tarixli, 5-71/3-2-18/2025 saylı sərəncamı ilə torpaq sahəsinin müqavilə şərtlərinə əməl olunmaması və məqsədli təyinatına uyğun istifadə edilməməsi əsas göstərilərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən dövlət fonduna geri qaytarılması, Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi və sözügedən sərəncam əsasında bağlanmış icarə müqaviləsinə xitam verilməsinə dair məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Lakin qeyd edilməlidir ki, bu sərəncam qanunsuzdur və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkiaşafı və sahibkarların maraqlarını qorumaq istiqamətində apardığı islahatlara ziddir. Dövlət rəhbərliyinin strateji xəttinə uyğun olaraq, sahibkarların torpaq resurslarından istifadəsinin qanunsuz maneələrlə qarşılaşmaması təmin edilməlidir və məmurların sübutsuz hərəkətləri nəticəsində sahibkarların hüquqları pozulmamalıdır. İcarəsində olan 45 ha torpaq sahəsindən hər zaman təyinatı üzrə istifadə etmişdir. Lakin pambıqçılığın inkişaf etdirilməsinə dair dövlət proqramı çərçivəsində Cavabdeh şifahi göstərişi əsasında 2023-cü ildə pambıq əkmiş və buna görə də İXM-in 247.2-ci maddəsinə əsasən torpaq sahəsindən təyinatına görə istifadə etmədiyi üçün cərimə edilmişdir. O, torpağı 2023-cü ildə, yəni hazırki Rayon İcra Hakimiyyəti başçısının vaxtında əkməmiş və həmin vaxtdan da hal-hazıra kimi də torpaqdan təyinatı üzrə istifadə edir. İcra hakimiyyəti bildirir ki, guya o, hal-hazırda da torpaq sahəsindən təyinatı üzrə istifadə etmir X17 müəyyən hissəsində əkin əkir. Bildirir ki, 2023-cü ildə torpaqdan təyinatı üzrə istifadə etmədiyi üçün ona xəbərdarlıq edilmiş və inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Bundan başqa təyinatdan kənar əkin aparmamış və edilmiş xəbərdarlıqdan sonra torpaq sahəsindən təyinatı üzrə istifadə edir, hər hansı bir əkin aparmır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı İddiaçı dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış 45.0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsinin bütövlükdə dövlət fonduna geri qaytarılması, bununla əlaqədar Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamının qüvvədən düşməsi və həmin sərəncama əsasən bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün Məhkəməyə müraciət edilməsi barədə “Cavabdeh başçısının xx.xx.2025-ci il tarixli, 5-71/3-2-18/2025 saylı sərəncamının ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı bildirilir ki, iddiaçının iddiası tamamilə əsassızdır və rədd olunmalıdır. Məsələ ilə bağlı bildirir ki, Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamı ilə rayonun Sarvan kənd sakini İddiaçı dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən 45,0 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış, bu barədə müvafiq icarə müqaviləsi bağlanmışdır. Aparılmış monitorinqlər nəticəsində məlum olmuşdur ki, İddiaçı tərəfindən həmin torpaq sahəsində xırda buynuzlu heyvanlar saxlanılmır, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayaraq əkin sahəsi kimi istifadə olunmaqla müxtəlif kənd təsərrüfatı məhsulları əkilir. Belə ki, 23 iyun 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin əməkdaşları, Cavabdeh başçısının Sarvan kənd inzibati ərazi X6 və cavabdehin iştirakı ilə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti haqqında”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamələrə uyğun olaraq torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə Salyan rayonunun 10 və 29-30-31 saylı qış otlaqlarından ayrı-ayrı şəxslərin icarələrinə ayrılan örüş təyinatlı torpaq sahələrinin istifadə vəziyyətinə nəzarəti qaydasında baxış zamanı Salyan rayonu Sarvan kənd sakini İddiaçı tərəfindən Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamı ilə rayonun dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılan 45.0 ha torpaq sahəsinin 40.0 hektarında yonca, taxıl və pambıq əkini aparılması faktı aşkar edilmiş və müvafiq akt tərtib olunmuşdur. Vətəndaş İddiaçı kənd təsəttüfatı təyinatlı torpaqlar kateqoriyasına aid dövlət fondu qış otlaq sahəsindən qoyunçuluq məqsədi ilə ayrılan 45.0 ha torpaq sahəsinin 40.0 hektarında yonca, taxıl və pambıq əkini aparmaqla torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2 (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsinə əsasən barəsində protokol tərtib edilərək 500 manat məbləğində cərimə edilmişdir. Bildirmək istəyir ki, əvvəlki illərdə də icarəçi İddiaçı örüş təyinatlı torpaq sahəsində əkin işləri aparmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinq zamanı İddiaçı tərəfindən icarəsində olan 45.0 ha dövlət fondu qış otlaq sahəsindən 27.0 hektarında əkin aparmaqla torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadəyə görə İXM-in 247.2-ci maddəsinə əsasən protokol tərtib edilərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən rayon İcra Hakimiyyətinə daxil olmuş məktublarda Salyan rayonunda dövlət və bələdiyyə fondu torpaq sahələrindən təyinatı üzrə istifadə edilmədiyi, təyinatdankənar əkin aparıldığı, süni nohurların yaradıldığı, bəzi hallarda isə adı çəkilən torpaq sahələrində tikinti işlərinin aparıldığı bildirilmiş, bununla əlaqədar müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Müraciətlə əlaqədar Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 5-71/3-2-144/2024 saylı Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan təyinatı üzrə istifadə edilməsi vəziyyətinin öyrənilməsi” məqsədilə Komissiya yaradılmışdır. Komissiya rayon ərazisində yerləşən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrində monitorinq apardığı vaxtda rayonun Sarvan kənd sakini İddiaçı icarəsinə qoyunçuluğun inkişafı məqəsədi ilə ayrılmış 45.0 ha torpaq sahəsinə baxış keçirilən zaman əvvəlki illərdə dəfələrlə edilmiş xəbərdarlıq və cərimələrə baxmayaraq torpağın məqsədli təyinatına uyğun olmayaraq və icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozmaqla 45.0 ha pambıq və yonca əkini aparıldığı və torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmadığı aşkar edilmişdir. Göründüyü kimi İddiaçı dəfələrlə və müxtəlif vaxtlarda ona xəbərdarlıq edilməsinə baxmayaraq onunla bağlanılmış X9 verilməsinə dair müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də Cavabdeh tərəfindən İddiaçı 29 dekabr 2024-cü il tarixdə məktub göndərilərək icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən icarəsinə ayrılmış torpaq sahəsinin dövlət fonduna geri qaytarılması ilə əlaqədar qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 17 yanvar 2025-ci ildə İddiaçı rəsmi məktub göndərilərək qanunvericiliyə müvafiq olaraq onunla bağlanılmış icarə müqaviləsinin ləğv ediləcəyi bildirilmiş və 22 yanvar 2025-ci il saat 15:00-a rayon İcra Hakimiyyətinə dəvət olunmuşdur. İddiaçı görüşə gələrək icarə müqaviləsinin ləğvinə etiraz etmişdir. Vətəndaşa icarəsinə verilmiş torpaq sahəsində tərəfindən torpaq qanunvericiliyinin tələblərinin və icarə müqaviləsinin şərtlərinin kobud şəkildə pozulduğu üçün icarə müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh başçısının xx.xx.2025-ci il tarixli, 5-71/3-2-18/2025 saylı sərəncamı ilə İddiaçı dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış 45.0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsinin bütövlükdə dövlət fonduna geri qaytarılması, bununla əlaqədar Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli,194-s saylı sərəncamının qüvvədən düşməsi və həmin sərəncama əsasən bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün Məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı İddiaçı dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış 45.0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsinin bütövlükdə dövlət fonduna geri qaytarılması, bununla əlaqədar Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamının qüvvədən düşməsi və həmin sərəncama əsasən bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün Məhkəməyə müraciət edilməsi barədə “Cavabdeh başçısının xx.xx.2025-ci il tarixli, 5- 71/3-2-18/2025 saylı sərəncamının ləğv edilməsi” barədə tələbinə dair iddiasının əsassız sayılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinin təmin edilməməsini xahiş edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçı İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehə qarşı hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunmasını xahiş edir. Belə iddialar isə mübahisələndirmə haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Salyan rayonu ərazisində yerləşir. Həmçinin cavabdeh inzibati orqanın ünvanı da Salyan rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Xüsusi mümkünlük şərti kimi iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Salyan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli sərəncamında qeyd edilmişdir ki, Salyan rayonu Sarvan kənd sakini İddiaçı Dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 45 ha torpaq sahəsi icarəyə ayrılmışdır. X9 Verilməsi haqqında xx.xx.2013-cü il tarixli, 194 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında on beş il müddətinə qoyunçuluğun inkişafı məqsədi ilə 45 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Cavabdeh başçısının 5-71/3-2-18/2025 saylı xx.xx.2025-ci il tarixli Sərəncamından çıxarışda qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamı ilə rayonun dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə Salyan rayonu Sarvan kənd sakini İddiaçı icarəsinə ayrılmış 45,0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyi üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən 45,0 hektar torpaq sahəsi bütövlükdə dövlət fonduna geri qaytarılsın. Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamı qüvvədən düşmüş hesab edilsin. Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamına əsasən bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün məhkəməyə müraciət edilsin. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə komissiyanın yaradılması” ilə əlaqədar xx.xx.2024-cü il tarixli, 5-71/3-2-144/2024 saylı sərəncamın icrası məqsədilə Sarvan dövlət fondu qış otlaq sahələrinin istifadə vəziyyətinə komissiya tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamı ilə qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılan 45,0 ha torpaq sahəsində normadan artıq pambıq və yonca əkini (45,0 ha) aparıldığı və torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmadığı müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əməl olunmadan torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli “örüş otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları haqqında” 42 saylı qərarının və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələbləri tərəfinizdən pozulmuşdur. Torpaq sahəsindən təyinatı üzrə istifadə olunmaması ilə bağlı sizə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq tərəfinizdən torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi halları davam etdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73cü maddəsinin tələblərinə əsasən qoyunçuluğun inkişafi məqsədilə icarənizə ayrılan 45,0 ha torpaq sahəsi bütövlükdə dövlət fonduna geri qaytarılacaqdır. xx.xx.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, Cavabdeh başçısının “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə komissiyanın yaradılması” ilə əlaqədar xx.xx.2024-cü il tarixli, 5-71/3-2- 144/2024 saylı sərəncamın icrası ilə bağlı Sarvan dövlət fondu qış otlaq sahələrinin istifadə vəziyyətinə komissiya tərəfindən yerində nəzarəti qaydada icarəçi İddiaçı iştirakı ilə baxış keçirildi. Baxış zamanı Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamı ilə Sarvan kənd sakini İddiaçı qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılan 45,0 ha torpaq sahəsində pambıq və yonca əkini (45,0 ha) aparıldığı və torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmadığı aşkar olundu. Müqavilə şərtlərinə əməl edilmədiyi, torpaq sahəsindən təyinatı üzrə istifadə olunmadığı, bununla da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli “Örüş otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları haqqında” 42 saylı qərarının və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələblərini pozduğu icarədarın nəzərinə çatdırılmışdır. xx.xx.2024-cü il tarixli imtina aktında qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 5-71/3-2-144/2024 saylı “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan təyinatı üzrə istifadə edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə komissiyanın yaradılması barədə” sərəncamı ilə yaradılmış komissiyanın rayonun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxışı zamanı Sarvan dövlət fondu qış otlaq sahəsində fiziki şəxs İddiaçı icarəsində olan torpaq sahəsində aşkar edilmiş təyinatdankənar istifadə halları ilə bağlı tərtib edilmiş aktla icarədar tanış edildi. İcarədar aktda göstərilən nöqsanları şifahi olaraq iştirakımızla təsdiq etsə də, aktı imzalamaqdan imtina etdi. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin mütəxəssisləri tərəfindən rayon İcra hakimiyyəti başçısının xx.xx.2013-cü ii tarixli 194-s saylı sərəncamı ilə dövlət mülkiyyətinə məxsus 10 nömrəli qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə icarənizə ayrılmış 45,0 ha torpaq sahəsində torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə 23 iyun 2023-cü il tarixdə monitorinq aparılmış və tərəfinizdən təyinatdan kənar əkin aparıldığı aşkar edilmişdir. Bununla da inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnən qayda pozuntularına görə müvafiq qaydada cərimə edilmişsiniz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış 15 sentyabr 2023-cü il tarixli 3-21-3/2-13530/2023 saylı məktubla Torpaq Məcəlləsinin 65-ci və 73-cü maddələrinin tələblərinə müvafiq olaraq yuxarıda qeyd edilən sərəncama, eləcə də icarə müqaviləsinə yenidən baxılması və nəticəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. Bununla əlaqədar Siz rayon İcra hakimiyyətinə dəvət edilərək yol verdiyiniz nöqsanlar diqqətinizə çatdırılmış, tərəfinizdən yazılı izahat verərək nöqsanlarınızı təsdiq etmiş, təyinatdan kənar əkinlər aparmayacağınız barədə öhdəlik götürmüşsünüz. Rayon icra hakimiyyəti başçısının “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə komissiyanın yaradılması barədə” xx.xx.2024cü il tarixli, 5-71/3-2-144/2024 saylı sərəncamının icrası məqsədilə Sarvan dövlət fondu qış otlaq sahələrinin istifadə vəziyyətinə komissiya tərəfindən 14 oktyabr 2024-cü il tarixdə yerində nəzarəti qaydada baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamı ilə qoyunçuluğun inkişafı məqsədilə icarənizə ayrılan 45,0 ha torpaq sahəsində əkin (45,0 ha) aparıldığı və torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmadığı müəyyən olunmuşdur. 14 oktyabr 2024-cü il tarixdə komissiya tərəfindən müvafiq akt tərtib edilmiş, aktda göstərilən nöqsanları şifahi olaraq təsdiq etsəniz də, imzalamaqdan imtina etdiyiniz üçün komissiya tərəfindən müvafiq qaydada imtina aktı tərtib edilmişdir. Yol verdiyiniz nöqsanlar barədə tərəfimizdən 29 dekabr 2024-cü i! tarixdə 5-71/2-G-39- 11/2024 saylı məktubla Sizə xəbərdarlıq göndərilmişdir. Yazılı izahatla öhdəlik götürməyinizə baxmayaraq təkrar təyinatdan kənar istifadəyə (əkin və xırda buynuzlu heyvanların saxlanılmadığı) yol verdiyiniz üçün xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncam və sərəncam əsasında bağlanmış icarə müqaviləsi bir tərəfli qaydada qanunvericiliyə müvafiq olaraq ləğv ediləcəkdir. Bununla əlaqədar 22 yanvar 2025-ci il saat 15°°-da rayon icra hakimiyyətinə dəvət edilirsiniz. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin mütəxəssisləri tərəfindən monitorinq aparılan zaman Salyan rayonunun 10 və 29-30-31 saylı qış otlaqlarından ayrı-ayrı şəxslərin icarələrinə ayrılan örüş təyinatlı torpaq sahələrində təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə (əkin) faktları aşkar edilmişdir. Vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş uqodiyalı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2 maddəsinin tələblərini pozmuş, bununla əlaqədar vətəndaşlara protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46 və 51-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.3.4-cü bəndinə əsasən müvafiq ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsi yerli icra hakimiyyətinin vəzifələrinə aid edilmişdir. Odur ki, Torpaq Məcəlləsinin 65-ci və 73-cü maddələrinin tələblərinə müvafiq olaraq sözügüedən sərəncama, eləcə də icarə müqaviləsinə səlahiyyətləriniz daxilində yenidən baxılmasını və nəticə barədə məlumat verilməsini xahiş edirik. İddiaçı tərəfindən tərtib edilmiş izahatda qeyd edilmişdir ki, icarəmdə olan 45.0 ha dövlət fond torpağında qanunvericiliyi bilmədiyim üçün 40 ha-da yonca, taxıl və pambıq əkmişəm. Söz verirəm ki, məhsulu biçdikdən sonra torpağı əvvəlki vəziyyətinə qaytaracağam. Torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin dövlət fonduna geri qaytarılması və icarə müqaviləsinə xitam verilməsi barədə Pretenziyada qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamı ilə Salyan rayon Sarvan kənd sakini İddiaçı rayonun dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən 45,0 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılmış, bu barədə müvafiq icarə müqaviləsi bağlanmışdır. Lakin sonradan məlum olmuşdur ki, Sizin tərəfinizdən həmin torpaq sahəsində məqsədli təyinatına uyğun olmayaraq əkin sahəsi kimi istifadə olunmaqla müxtəlif kənd təsərrüfatı məhsulları əkilmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən Sizə torpaq sahəsindən təyinatdan kənar istifadə hallarının dayandırılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, tərəfinizdən yazılı izahat verilərək belə halların bir daha təkrarlanmayacağı öhdəliyi götürülmüşdür. Lakin aparılmış monitorinqlər nəticəsində tərəfinizdən eyni halların təkrarlandığı aşkarlanmış və aidiyyatı şəxslərin iştirakı ilə bu barədə akt tərtib edilmişdir. Cavabdeh tərəfindən Sizə yazılı bildiriş göndərilməklə və Cavabdehnə dəvət edilməklə icarə müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyiniz üçün icarə müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyi barədə məlumat verilmişdir. Daha sonra isə Cavabdeh başçısının xx.xx.2025-ci il tarixli, 5- 71/3-2-18/2025 saylı sərəncamı ilə Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamının qüvvədən düşməsi və həmin sərəncama əsasən İddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş 45,0 ha torpaq sahəsinin dövlət fonduna geri qaytarılması barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq icarəyə götürdüyünüz 45,0 hektar torpaq sahəsini 5 (beş gün) müddətində dövlət torpaq fonduna qaytarmağınızı, həmin torpaq sahəsində əkinçilik fəaliyyəti ilə əlaqədar mövcud olan ləvazimatları, qurğuları və sair əşyaları götürməyinizi və icarənizə verilmiş 45,0 hektar torpaq sahəsini öz hesabınıza icarəyə götürüldüyü anda mövcud olan vəziyyətə gətirməyinizi xahiş edirik. Əks təqdirdə mübahisə ilə bağlı tərəfimizdən Məhkəmə orqanlarına müraciət olunacaqdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı İddiaçı dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış 45.0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsinin bütövlükdə dövlət fonduna geri qaytarılması, bununla əlaqədar Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamının qüvvədən düşməsi və həmin sərəncama əsasən bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün Məhkəməyə müraciət edilməsi barədə “Cavabdeh başçısının xx.xx.2025-ci il tarixli, 5-71/3-2-18/2025 saylı sərəncamının ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı bildiririk ki, iddiaçının iddiası tamamilə əsassızdır və rədd olunmalıdır. Məsələ ilə bağlı bildirir ki, Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamı ilə rayonun Sarvan kənd sakini İddiaçı dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən 45,0 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış, bu barədə müvafiq icarə müqaviləsi bağlanmışdır. Aparılmış monitorinqlər nəticəsində məlum olmuşdur ki, İddiaçı tərəfindən həmin torpaq sahəsində xırda buynuzlu heyvanlar saxlanılmır, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayaraq əkin sahəsi kimi istifadə olunmaqla müxtəlif kənd təsərrüfatı məhsulları əkilir. Belə ki, 23 iyun 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin əməkdaşları, Cavabdeh başçısının Sarvan kənd inzibati ərazi X6 və cavabdehin iştirakı ilə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti haqqında”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamələrə uyğun olaraq torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə Salyan rayonunun 10 və 29-30-31 saylı qış otlaqlarından ayrı-ayrı şəxslərin icarələrinə ayrılan örüş təyinatlı torpaq sahələrinin istifadə vəziyyətinə nəzarəti qaydasında baxış zamanı Salyan rayonu Sarvan kənd sakini İddiaçı tərəfindən Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamı ilə rayonun dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılan 45.0 ha torpaq sahəsinin 40.0 hektarında yonca, taxıl və pambıq əkini aparılması faktı aşkar edilmiş və müvafiq akt tərtib olunmuşdur. Vətəndaş İddiaçı kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid dövlət fondu qış otlaq sahəsindən qoyunçuluq məqsədi ilə ayrılan 45.0 ha torpaq sahəsinin 40.0 hektarında yonca, taxıl və pambıq əkini aparmaqla torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2 (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsinə əsasən barəsində protokol tərtib edilərək 500 manat məbləğində cərimə edilmişdir. Bildirmək istəyir ki, əvvəlki illərdə də icarəçi İddiaçı örüş təyinatlı torpaq sahəsində əkin işləri aparmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinq zamanı İddiaçı tərəfindən icarəsində olan 45.0 ha dövlət fondu qış-otlaq sahəsindən 27.0 hektarında əkin aparmaqla torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadəyə görə İXM-in 247.2-ci maddəsinə əsasən protokol tərtib edilərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən rayon İcra Hakimiyyətinə daxil olmuş məktublarda Salyan rayonunda dövlət və bələdiyyə fondu torpaq sahələrindən təyinatı üzrə istifadə edilmədiyi, təyinatdankənar əkin aparıldığı, süni nohurların yaradıldığı, bəzi hallarda isə adı çəkilən torpaq sahələrində tikinti işlərinin aparıldığı bildirilmiş, bununla əlaqədar müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Müraciətlə əlaqədar Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 5-71/3-2-144/2024 saylı Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan təyinatı üzrə istifadə edilməsi vəziyyətinin öyrənilməsi” məqsədilə Komissiya yaradılmışdır. Komissiya rayon ərazisində yerləşən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrində monitorinq apardığı vaxtda rayonun Sarvan kənd sakini İddiaçı icarəsinə qoyunçuluğun inkişafı məqəsədi ilə ayrılmış 45.0 ha torpaq sahəsinə baxış keçirilən zaman əvvəlki illərdə dəfələrlə edilmiş xəbərdarlıq və cərimələrə baxmayaraq torpağın məqsədli təyinatına uyğun olmayaraq və icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozmaqla 45.0 ha pambıq və yonca əkini aparıldığı və torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmadığı aşkar edilmişdir. Göründüyü kimi İddiaçı dəfələrlə və müxtəlif vaxtlarda ona xəbərdarlıq edilməsinə baxmayaraq onunla bağlanılmış X9 verilməsinə dair müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də Cavabdeh tərəfindən İddiaçı 29 dekabr 2024-cü il tarixdə məktub göndərilərək icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən icarəsinə ayrılmış torpaq sahəsinin dövlət fonduna geri qaytarılması ilə əlaqədar qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 17 yanvar 2025-ci ildə İddiaçı rəsmi məktub göndərilərək qanunvericiliyə müvafiq olaraq onunla bağlanılmış icarə müqaviləsinin ləğv ediləcəyi bildirilmiş və 22 yanvar 2025-ci il saat 15:00-a rayon İcra Hakimiyyətinə dəvət olunmuşdur. İddiaçı görüşə gələrək icarə müqaviləsinin ləğvinə etiraz etmişdir. Vətəndaşa icarəsinə verilmiş torpaq sahəsində tərəfindən torpaq qanunvericiliyinin tələblərinin və icarə müqaviləsinin şərtlərinin kobud şəkildə pozulduğu üçün icarə müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh başçısının xx.xx.2025-ci il tarixli, 5-71/3-2-18/2025 saylı sərəncamı ilə İddiaçı dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış 45.0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsinin bütövlükdə dövlət fonduna geri qaytarılması, bununla əlaqədar Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli,194-s saylı sərəncamının qüvvədən düşməsi və həmin sərəncama əsasən bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün Məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı İddiaçı dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış 45.0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsinin bütövlükdə dövlət fonduna geri qaytarılması, bununla əlaqədar Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamının qüvvədən düşməsi və həmin sərəncama əsasən bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün Məhkəməyə müraciət edilməsi barədə “Cavabdeh başçısının xx.xx.2025-ci il tarixli, 5- 71/3-2-18/2025 saylı sərəncamının ləğv edilməsi” barədə tələbinə dair iddiasının əsassız sayılması barədə qərar qəbul edilməsini xahiş edirlər. MN № ******* nömrəli, xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Gözəlov X1 Xətalar Məcəlləsinin 247.2-ci və 114-cü maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. Salyan Rayonu İcra Hakimiyyəti Başçısının Sarvan Kənd İnzibati Ərazi X6 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Başçısının xx.xx.2013-ci il tarixli, 194-s saylı sərəncamı ilə Sarvan kənd sakini İddiaçı rayonun dövlət mülkiyyətinə məxsus 10 saylı qış otlaq sahəsindən 45 ha torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılmışdır. İcarəsinə ayrılan torpaq sahəsində İddiaçı mütəmadi olaraq təyinatdan kənar kənd təsərrüfatı məhsulları əkdiyinə və torpaq sahəsini təyinatına uyğun istifadə etmədiyinə görə Cavabdeh başçısının xx.xx.2025-ci ii tarixli, 5-71/3-2-18/2025 saylı sərəncamı ilə torpaq sahəsinin dövlət fonduna geri qaytarılması qərara alınmışdır. Sorğunuzla əlaqədar həmən əraziyə tərəfimizdən xx.xx.2025-ci il tarixdə baxış keçirilərkən İddiaçı tərəfindən həmən torpaq sahəsində xırdabuynuzlu heyvanların saxlanılmadığı, çooan evi və tövlə tikintilərin olmadığı aşkarlanmış, icarəçi İddiaçı tərəfindən həmin torpaq sahəsinin 17 hektarında çoxillik bitki olan yonca bitkisinin əkildiyi müəyyən edilmişdir. Torpaq sahəsinin icarəsinə ayrıldığı 2013-cü üdən X4 həmən torpaq sahəsində müxtəlif növ kənd təsərrüfatı bitkiləri, o cümlədən taxıl və yonca əkinləri aparmışdır. Salyan Rayonu İcra Hakimiyyəti Başçısının Sarvan Kənd İnzibati Ərazi X6 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Başçısının xx.xx.2013-ci il tarixli 194-s saylı sərəncamı ilə Sarvan kənd sakini İddiaçı rayonun dövlət mülkiyyətinə məxsus 10 saylı qış otlaq sahəsindən 45 ha torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılmışdır. İcarəsinə ayrılan torpaq sahəsində İddiaçı miitəmadi olaraq təyinatdan kənar kənd təsərrüfatı məhsulları əkildiyinə görə Cavabdeh Başçısının xx.xx.2025-ci il tarixli 5-71/3-2-18/2025 saylı sərəncamı ilə torpaq sahəsinin geri alınması qərara alınmışdır. Sorğunuzla bağlı həmən əraziyə baxış keçirilərkən İddiaçı tərəfindən həmən torpaq sahəsində xırdabuynuzlu heyvanların saxlanılmadığı, çoban evi və tövlə tikintilərin olmadığı müəyyən edilmişdir. Bundan əlavə həmən torpaq sahəsinin 17 ha çoxillik bitki olan yonca bitkisi aşkar edilmişdir. 2013-cü il tarixdən icarəsinə ayrıldığı vaxtdan bugünə kimi X5 həmən torpaq sahəsində müxtəlif növ bitkilər pambıq, taxıl və yonca əkinlərini aparmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının 26 sentyabr 2013-cü il tarixli 194 saylı sərəncamına əsasən İddiaçı (VÖEN **********) rayon ərazisində yerləşən dövlət ehtiyat fondundan ayrılmış 45 ha tarpaq sahəsi üçün illik icarə haqqı 90,00 manat olmaqla xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 1104,00 manat torpaq icarəsi haqqı hesablanmışdır. Həmçinin vergi ödəyicisi İddiaçı tərəfindən 1120,00 manat torpaq icarəsi haqqı ödənilmiş və hal-hazırda borcu yoxdur. Əlavə olaraq bildirir ki, vergi orqanının baza məlumatlarına əsasən aparılmış araşdırılma zamanı X10 (VÖEN **********) oğluna rayon İcra hakimiyyəti tərəfindən X9 verilməsi müəyyən olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada aşab) düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada aşab) düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda zisşirevlə) inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (nadralquqüh) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (nadralquqüh) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X13rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Torpaq Məcəlləsi: Maddə 3. Torpaq münasibətləri

1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri

1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.

2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəniməişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Maddə 51.Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

5. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər.

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər.

7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir.

8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 i ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.

2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).

4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.

4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər.

5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar.

6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq icarəsi haqqında” Qanun: Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsivə xitamı AzərbaycanRespublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Maddə 31. Mübahisələrin həlli Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qərəzsiz şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə işin araşdırılması nəticəsində müəyyən edir ki, Salyan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli sərəncamı ilə Salyan rayonu Sarvan kənd sakini İddiaçı Dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 45 ha torpaq sahəsi icarəyə ayrılmışdır. Və X9 Verilməsi haqqında xx.xx.2013-cü il tarixli, 194 nömrəli müqavilə ilə İddiaçı ilə Cavabdeh arasında on beş il müddətinə qoyunçuluğun inkişafı məqsədi ilə 45 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh başçısının 5-71/3-2-18/2025 saylı xx.xx.2025-ci il tarixli Sərəncamı ilə Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamı ilə rayonun dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə Salyan rayonu Sarvan kənd sakini İddiaçı icarəsinə ayrılmış 45,0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyi üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən 45,0 hektar torpaq sahəsi bütövlükdə dövlət fonduna geri qaytarılaraq Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamı qüvvədən düşmüş hesab edilmiş və Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamına əsasən bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Hal-hazırda iddiaçı tərəfindən həmin inzibati akt (sərəncam) mübahisələndirilərək Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-71/3-2-18/2025 saylı sərəncamının ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən ləğv edilmişdir. Bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi hallarla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Əgər inzibati orqan torpağın iddiaçının icarəsinə verilməsinə dair sərəncamın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi nəzərə alınmaqla həll olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki inzibati aktının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan sərəncamı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verməklə icraatı təzələməklə, şəxsin inzibati icraatda iştirakını və onun dinlənilmə hüququnu təmin etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, əvvəlki aktın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə əvvəlki aktın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm aktın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz torpağın icarəyə verilməsi ilə bağlı əvvəlki aktın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Qanuni əlverişli inzibati aktın ləğvi məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu halda, inzibati orqan əvvəlki aktının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə aktın ləğv edilməli olduğunu bildirir. Məsələn, torpaq sahəsindən təyinatı üzrə istifadə edilməmə əsası ilə əvvəlki qanuni aktı ləğv edir. Bu zaman, inzibati orqan özünün əvvəlki aktının qanuni olduğunu qəbul etmiş, lakin mülkiyyətçinin artıq sonradan torpaqdan təyinatı üzrə istifadə etməməsi nəticəsinə gəlmişdir. Bu halda mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (torpaq sahəsindən təyinatı ürə istifadə edilməmə) istinadla onun ləğv edilməli olduğunu hesab etmişdir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsi tətbiq edilməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan X9 verilməsi haqqında əvvəlki sərəncamının qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret mülkiyyətçi ilə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati akt ləğv edilə bilər. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin aktdan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya münasibətdə torpaqdan icarə hüququna xitam verilərkən cavabdeh tərəfindən Sərəncamın ləğv olunma əsası kimi rayonun dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə Salyan rayonu Sarvan kənd sakini İddiaçı icarəsinə ayrılmış 45,0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyi üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən 45,0 hektar torpaq sahəsi bütövlükdə dövlət fonduna geri qaytarılaraq Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamı qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Məhkəmə prosesi zamanı tərəflərin izahatlarına əsasən, məhkəmə müəyyən edir ki, iddiaçıya və onunla yanaşı bir sıra torpaq icarədarlarına icarələrinə verilmiş torpaq sahəsində pambıqçılığın inkişaf etdirilməsi məqsədilə Cavabdeh əvvəlki rəhbərliyi tərəfindən şifahi göstəriş verilməklə pambıq əkilməsi tapşırılmışdır. Həmin faktı cavabdehin nümayəndəsi də təsdiq etmişdir. İcra Hakimiyyətinin rəhbərliyi dəyişildikdən sonra iddiaçıya əkin işlərinin dayandırılması ilə bağlı xəbərdarlıq edilmiş, inzibati qaydada tənbeh tədbiri tətbiq olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən əkin işləri dayandırılmış və torpaq sahəsindən təyinatı üzrə istifadə edilməyə davam etdirilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi torpaq sahəsində çəkilmiş foto şəkillər də torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanıldığını sübut etməkdədir. Beləliklə də, məhkəmə müəyyən edir ki, torpaq sahəsində əkin işlərinin aparılması və həmin dövrdə təyinatı üzrə istifadə edilməmə halının yaranamasının səbəbi iddiaçının iradəsindən asılı olan hal deyildir və onun ziyanına təfsir olunmaqla məsuliyyət sferasına aid edilməməli və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməməlidir. Həmin Sərəncam qəbul edilərkən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri tətbiq olunmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının 26 sentyabr 2013-cÜ il tarixli 194 saylı sərəncamına əsasən İddiaçı (VÖEN **********) rayon ərazisində yerləşən dövlət ehtiyat fondundan ayrılmış 45 ha tarpaq sahəsi üçün illik icarə haqqı 90,00 manat olmaqla xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 1104,00 manat torpaq icarəsi haqqı hesablanmışdır. Həmçinin vergi ödəyicisi İddiaçı tərəfindən 1120,00 manat torpaq icarəsi haqqı ödənilmiş və hal-hazırda borcu yoxdur. Belə olan halda məhkəmə müəyyən edir ki, mübahisəli sərəncamın ləğv edilməsinə əsas olmuş hallar cavabdeh inzibati orqana kifayət qədər uzun müddət ərzində məlum olsa da, iddiaçıya münasibətdə “gözlənti hüququ” yaranmaqlq icarə münasibətlərinə xitam verilməsi və X9 verilməsinə dair sərəncamın qüvvədən düşmüş hesab edilməsi inzibati orqan tərəfindən yalnız xx.xx.2025-ci il tarixli sərəncamla həyata keçirilmişdir. Beləliklə də, cavabdeh iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı tələblərini pozmuşdur. Belə olan halda yuxarıda qeyd olunan iş üzrə faktiki və hüququ əsaslar nəzərə alınmaqla iddiaçının qanunla nəzərdə tutulmuş etimad və qanuni gözlənti hüququ yaranmışdır. Etimad hüququnun qorunması Konstitusiyadan və X16 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmin Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X16 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” Qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. İş üzrə bütün faktiki və hüquqi hallara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi inzibati akt qanunsuz olmuş və iddiaçının hüquq və mənafelərinin pozulması ilə nəticələnmişdir. Belə olan halda məhkəmə tərəfindən iddiaçıya münasibətdə cavabdehin xx.xx.2025-ci il tarixli, 5-71/3-2-18/2025 saylı Sərəncamı qanunsuz və əsassız hesab edilir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Başçısının xx.xx.2025-ci il tarixli, 5-71/3-2-18/2025 saylı sərəncamı ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Başçısının xx.xx.2025-ci il tarixli, 5-71/3-2-18/2025 saylı sərəncamı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar