Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3158/2025 17.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Tərtər rayonu Evoğlu kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1963-cü il tarixdə tərtib olunmuş 08 nömrəli ölüm haqqında akt qeydində adının “Ceyran-dan “Tərlan”-a, həmçinin barəsində tərtib edilmiş xx.xx.1962-ci il tarixli 200 nömrəli doğum haqqında akt qeydində soyadının “Mamedova-dan “Məmmədova”-ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “barəsində Tərtər rayonu Evoğlu kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1963-cü il tarixdə tərtib olunmuş 08 nömrəli ölüm haqqında akt qeydində adının “Ceyran-dan “Tərlan”-a, həmçinin barəsində tərtib edilmiş xx.xx.1962-ci il tarixli 200 nömrəli doğum haqqında akt qeydində soyadının “Mamedova-dan “Məmmədova”-ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydə düzəliş edilməsi öhdəliyinin cavabdehə üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Ağcabədi “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/Q-23/69 nömrəli arayışda göstərilmişdir ki, X3 xx.xx.1963-cü ildə ölmüşdür. Ölüm haqqında xx.xx.1963-cü ildə 08 №-li akt qeydi tərtib edilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/Q-24/69 nömrəli arayışda göstərilmişdir ki, X4 xx.xx.1962-ci ildə Tərtər rayon, Mamırlı kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1962-ci il tarixdə Tərtər rayon Evoğlu icra nümayəndəliyində 199 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. - 07.12.1962-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. - Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 204/2025 nömrəli imtina məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina edilmişdir. - xx.xx.1991-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşdur. - Tərtər rayonu Evoğlu kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 200 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Tərtər rayonu Evoğlu kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən X1 xx.xx.1962-ci ildə doğulması barədə qeydiyyat aparılmışdır. - Tərtər rayonu Evoğlu kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 199 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Tərtər rayonu Evoğlu kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən X2 xx.xx.1962-ci ildə doğulması barədə qeydiyyat aparılmışdır. - Tərtər rayonu Evoğlu kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1963-cü il tarixdə tərtib olunmuş 08 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, Tərtər rayonu Evoğlu kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən X1 xx.xx.1963-cü ildə ölməsi barədə qeydiyyat aparılmışdır Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə eyni gündə yəni xx.xx.1962-ci il tarixdə əkiz bacısı X4 anadan olmuşdur. Lakin əkiz bacısı olan X4 xx.xx.1963-cü ildə vəfat etmişdir. xx.xx.1963-cü il tarixdə tərtib olunmuş 08 nömrəli ölüm haqqında akt qeydində “Tərlan” əvəzinə sağ olan bacının yəni “Ceyran”ın adı qeyd edilmişdir. İddiaçı X3 xx.xx.1991-ci il tarixdə X5 nikaha daxil olmuş, AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının digər sənədlərində soy adı Məmmədova qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.1963-cü il tarixdə tərtib olunmuş 08 nömrəli ölüm haqqında akt qeydində vəfat edən şəxsin “Tərlan” olduğa halda “Ceyran” adı qeyd edilməsi, inzibati orqanın səhvi nəticəsində əmələ gəlmiş, doğum haqqında akt qeydində soy adının “Mamedovadan”dan “Məmmədovaya”ya düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Tərtər rayonu Evoğlu kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1963-cü il tarixdə tərtib olunmuş 08 nömrəli ölüm haqqında akt qeydində adının “Ceyran-dan “Tərlan”-a, həmçinin barəsində tərtib edilmiş xx.xx.1962-ci il tarixli 200 nömrəli doğum haqqında akt qeydində soyadının “Mamedova-dan “Məmmədova”-ya düzəliş edilməsi öhdəliyi cavabdeh Ağcabədi “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-3158/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3158/2025
17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver