Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-316/2024 21.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil1, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X5 adına verilmiş xx.xx.2008ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya MH ******* saylı çıxarışın ləğv edilməsi” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X5 adına verilmiş xx.xx.2008ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya MH ******* saylı çıxarışın ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X15, X29, X30 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdurlar. Sonradan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X28 şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, islahat zamanı Masallı şəhərində yerləşən 0,11 ha torpaq sahəsi onunla yanaşı atası Sakit Cəfərov, anası İddiaçı2, nənəsi Gülsədəf Cəfərova, bacısı Vəfa Cəfərova və qardaşı Kənan Cəfərlinin mülkiyyətinə verilmişdir. X37 (hazırkı Səfəralı Məmmədov) küçəsində yerləşən həmin torpaqdakı evə 18 nömrə verilmişdir. Bütün ailəsi də həmin evdə qeydiyyatdadırlar. Atası 08 sentyabr 2014-cii il tarixdə, nənəsi isə 26 mart 2021-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda isə məlum olmuşdur ki, qeyd olunan evə dair təkcə nənəsinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına həmin evə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05 mart 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********65- 10301 reyestr nömrəli Seriya MH №0003992 savlı çıxarış verilmişdir. Halbuki islahat vaxtı torpaq sahəsi nənəsi ilə yanaşı atasının, anasının, bacısının, qardaşının və onun da mülkiyyətinə verilməsinə baxmayaraq sonradan bütün daşınmaz əmlaka yalnız nənəsinin adına mülkiyyət hüququ qeydiyyata alınmaqla həmin daşınmaz əmlak üzərində hüquqları pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı mərhum nənəsi X5 hüquqlarının qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və bununla bağlı onun adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05 mart 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli Seriya MH №0003992 saylı çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh qrum bu barədə müraciətini təmin etməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq X5 adına verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya MH ******* saylı çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə JN-621F saylı şəhadətnamə əsasında X5 adına Masallı şəhəri C.Cabbarlı küçəsində 0.11 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 05 mart 2008- ci il tarixli **********65-10301 reyestr nömrəli çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X15, X29, X30 və X28 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan JN-621F KOD 80501004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Masallı şəhər sakini X4 və ailə üzvləri X22, İddiaçı2, X23, X24 və X25 Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 nömrəli qərarına əsasən 0.11 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin xx.xx.2008-ci il tarixli, 65 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, Masallı şəhər sakini Cəfərova Gülsədəf (Dürsədəf) Balaş qızının adına tərtib edilmiş JN-621F saylı (kod-********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona və ailə üzvlərinin mülkiyyətinə cəmi 0,11 hektar torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə adı 1-ci sırada olan X6 adı texniki səhv nəticəsində düzgün yazılmamışdır. Odur ki, X7 - X1 oxunmalıdır. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X9 Masallı şəhəri, C.Cabbarlı küçəsində mülkiyyətində olan 0.11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 91.02 kv.m yaşayış, 123.07 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, AZ-İİ 172470 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 04 ayının 07 günündə 375 nömrə ilə qeyd edilmişdir. İşdə olan Masallı regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, **********571 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan X15 (AZE 13723475, 08,10.2013 - Masallı, FİN;3G8E6HK, d/t:xx.xx.1959) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-də DƏDRX-in Cəlilabad ərazi idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə X9 verilmiş **********65-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 214.09 kv/m, yaşayış sahəsi 91.02 kv/m, yardımçı sahəsi 123.07 kv/m, 5 otaqlı olan fərdi yaşayış evidən ƏMDKY-də DƏDRX-in Cəlilabad ərazi idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə X9 verilmiş **********65- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.11 ha torpaq sahəsindən ibarətdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanı X10 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli kitabın 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 652 nömrəli arayışın surətindən görünür ki, X31 və X26 nikah haqqında xx.xx.1988-ci il tarixdə 49 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 568/ nömrəli arayışın surətindən görünür ki, X31 08 sentyabr 2014-cü ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2014-cü il tarixli 110 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2789/2022 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 cavabdehlər X13, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)- 2789/2022 saylı qətnaməsindən cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 887/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən sözügedən fərdi yaşayış evi Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X27 təsdiqlədiyi xx.xx.2021 tarixli 2V-571 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X10 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 3795/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı şəhəri.C.Cabbarlı küçəsində 0.11 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi xx.xx.2021 tarxli, 2V-571 qeydiyyat nömrəsi ilə Masallı regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X35 tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəsi ilə X12 adına hüquqi qeydiyyata alınmışdır. Sözü gedən fərdi yaşayış evinin yerləşdiyi 0.11 ha (JN-621F, Kod: ********) torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 6 nəfər ailə üzvləri ilə ümumibirgə X3, X16, İddiaçı2, X17, X18, X19 adlarına qeydə alınmışdır. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-66-7/2-80/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında X10 adına qeyd edilmişdir və nümayəndəlikdə həmin torpaq sahəsinə dair heç bir sənəd mövcud deyildir. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-66-7/2-164/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında hal-hazırda X10 adına qeyd edilmişdir və ev təsərrüfatlarının uçotu kitabında olan həmin səhifənin təsdiq olunmuş surətini əlavə etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 887/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən sözügedən fərdi yaşayış evi Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X27 təsdiqlədiyi xx.xx.2021 tarixli 2V-571 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X10 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 3795/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı şəhəri.C.Cabbarlı küçəsində 0.11 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi xx.xx.2021 tarxli, 2V-571 qeydiyyat nömrəsi ilə Masallı regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X35 tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəsi ilə X12 adına hüquqi qeydiyyata alınmışdır. Sözü gedən fərdi yaşayış evinin yerləşdiyi 0.11 ha (JN-621F, Kod: ********) torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 6 nəfər ailə üzvləri ilə ümumibirgə X3, X16, İddiaçı2, X17, X18, X19 adlarına qeydə alınmışdır. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-66-7/2-80/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında X10 adına qeyd edilmişdir və nümayəndəlikdə həmin torpaq sahəsinə dair heç bir sənəd mövcud deyildir. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-66-7/2-164/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında hal-hazırda X10 adına qeyd edilmişdir və ev təsərrüfatlarının uçotu kitabında olan həmin səhifənin təsdiq olunmuş surətini əlavə etmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sənədlərə əsasən Masallı regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, **********571 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan X15 (AZE 13723475, 08,10.2013 - Masallı, FİN;3G8E6HK, d/t:xx.xx.1959) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKYdə DƏDRX-in Cəlilabad ərazi idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə X9 verilmiş **********65-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 214.09 kv/m, yaşayış sahəsi 91.02 kv/m, yardımçı sahəsi 123.07 kv/m, 5 otaqlı olan fərdi yaşayış evidən ƏMDKY-də DƏDRX-in Cəlilabad ərazi idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə X9 verilmiş **********65-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.11 ha torpaq sahəsindən ibarətdir. Göründüyü kimi, Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 nömrəli qərarı əsasında Masallı şəhər sakini X4 və ailə üzvləri X22, İddiaçı2, X23, X24 və X25 0.11 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Beləliklə Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 nömrəli qərarı əsasında Masallı şəhər sakini X4 və ailə üzvləri X22, İddiaçı2, X23, X24 və X25 0.11 hektar torpaq sahəsi ilə bağlı ailə üzvlərinin payları müəyyənləşdirilmədiyindən həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.7-ci maddəsinin tələbinə görə ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 223.2-ci madəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda sadalanan maddi hüquq normaları ümumi birgə mülkiyyətdə olan əşyaya (hazırki mübahisədə torpaq sahəsinə) dair sərəncam vermək hüqunun bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli, habelə ümumi birgə mülkiyyətdə olan əşyanın digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyulmalı və ya başqa şəkildə yüklü edilməli olduğunu tələb edir. Halbuki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinin tələbinə görə bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi cavabdeh inzibati orqanın vəzifə səlahiyyətlərinə daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 2.2). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (maddə 2.3). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (maddə 2.4). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 adına tərtib edilmiş 0.11 hektar torpaq sahəsi hissəsində xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya MH ******* saylı çıxarışın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mübahisəyə qiymət verərkən qanunvericiliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri sayır: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 adına tərtib edilmiş hissəsində xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya MH ******* saylı çıxarışın tam ləğv edilməsini xahiş etmişdir ki, həmin çıxarışa nəzər yetirilən zaman mübahisənin yalnız .11 hektar torpaq sahəsi ilə bağlı deyil, torpaq sahəsində yerləşən fərdi yaşayış evinində mübahisə predmeti olduğu müəyyən edilir. İş üzrə mübahisəli fərdi yaşayış evi üzrə müvafiq araşdırılma aparılmış və müəyyən edilmişdir ki, Masallı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-cı il tarixlli, 12 nömrəli iclası zamanı qeyd edilən fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə qəbul edilmiş qərarla şəhər sovetinin xx.xx.1980-cı il tarixli komissiya aktı təsdiq edilmişdir. Masallı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X2 ayrıldığı müəyyən edilir. 1982-ci ildə həmin daşınmaz əmlakın texniki pasportu və smetası tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin xx.xx.2008-ci il tarixli, 65 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, Masallı şəhər sakini Cəfərova Gülsədəf (Dürsədəf) Balaş qızının adına tərtib edilmiş JN-621F saylı (kod-********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona və ailə üzvlərinin mülkiyyətinə cəmi 0,11 hektar torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə adı 1-ci sırada olan X6 adı texniki səhv nəticəsində düzgün yazılmamışdır. Odur ki, X7 - X1 oxunması qeyd edilmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində olan daşınmaz əmlak olmuşdur. Eləcə də, nəzərə alınmalıdır ki, X14 iddiaçıların atası olan xx.xx.2014-cü ildə vəfat etmiş X31 ilə 09 aprel 1988-ci il tarixində nikaha girmişdir ki, həmin dövrdə artıq qeyd edilən fərdi yaşayış evi X5 mülkiyyətində idi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 adına tərtib edilmiş hissəsində xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya MH ******* saylı çıxarışın fərdi yaşayış evi olan hissəsində iddiaçıların tələbi əsassız olmuşdur. Həmin hissə də iddia tələbi təmin olunmamalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 adına tərtib edilmiş 0.11 hektar torpaq sahəsi hissəsində xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya MH ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci. 62-ci, 68 – 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 adına tərtib edilmiş 0.11 hektar torpaq sahəsi hissəsində xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya MH ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-316/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-316/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver