Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-316/2025 08.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 28 iyul 2022-ci il tarixli məktubla iddiaçının yaşa görə tələb olunan sosial sığorta stajı 25 il olmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməlidir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-780/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır, lakin əsaslı deyildir. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Astara rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında iddiaçının hərbi bileti, əmək kitabçası və digər iş materialları ilə müəyyən edildi ki, yaşa görə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan ümumi iş stajı olmadığı üçün, onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Belə ki, iş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və xx.xx.1992-ci il tarixdə işdən azad olunması barədə qeydlər vardır. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.1974-cü il tarixli, 5466 nömrəli atestatdan görünür ki, İddiaçı xx.xx.1973-xx.xx.1974-cü illərdə təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-191969/2023 nömrəli məkubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş 11,05.2023-cü il tarixli 2-1(120)- 3041/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 20 il 8 ay 17 gün, xx.xx.2006-cı il tarixindən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan 1 il 9 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 22 il 5 ay 17 gün təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın 16125,09 manat (xx.xx.2006-cı il tarixinədək olan 20 il 8 ay 17 gün sığorta stajına uyğun olaraq 15785,31 manat (2021-ci il tarixinə indeksləşdirilmiş məbləğ), xx.xx.2019-cu il tarixindən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixindək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 339,78 manat) pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində 94,51 manat qeydə alınmışdır. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1971-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü vətəndaşın 15 yaşı tamam olmadığı dövrə təsadüf etdiyi üçün sığorta stajına daxil etmək mümkün olmamışdır. İddiaçı ümumi sığorta stajı 25 ildən az olduğundan və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin bildiririk ki, mübahisələndirilən dövr (xx.xx.1971-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək) sığorta stajına daxil edilsə də yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı tamamlanmır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-272652/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/2-3976/2024 nömrəli məktublarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 göndərilmiş, İddiaçı tərəfindən 2006-2018-ci illərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə 3-17-1/1-282520/2023 nömrə ilə qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli **********864600 nömrəli sorğunuza Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. Məlumat üçün bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı 2 (iki) fərqli uçot nömrəsi ilə sığortaedən kimi (a) “Torpaq mülkiyyətçisi” - **********0 saylı SUN-la xx.xx.2016-cı il tarixində (fəaliyyət statusu “Ləğv olunmuş”); b) “Fiziki şəxs”-**********5 saylı SUN-la və ********** saylı VÖEN-lə xx.xx.2019-cu il tarixində (fəaliyyət statusu “Dondurulmuş”)) qeydiyyata alınmışdır. Əlavə olaraq qeyd etmək istəyirik ki, MEİS-də 2006-2018-ci illər üzrə İddiaçı dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-110399/2023 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, icraatınızda olan 2- 1(120)-3041/2023 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktub ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi bildirilmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 22-1.1-ci maddəsinə uyqun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina məktubunda bildirilmişdir ki, İddiaçı M.X5 təqdim edilən sənədlərinə əsasən (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-ci il tarixdən hərbi xidmət dövrü nəzərə alınmaqla) əsasən sosial sığorta stajı 22 il 5 ay 17 gün təşkil edir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 8 ay 17 gün sosial sığorta stajına uyğun olaraq 16843,08 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 463,40 manat olmaqla, ümumilikdə 17306,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermədiyi qeyd olunmuşdur. Bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının pensiya yaşına çatdığı tarixdə iddiaçıya münasibətdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından az olduğundan İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual 47.2-ci maddəsini nəzərə alaraq, Sizdən 2-1(120)-3041/2023 nömrəli iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-60761/2024 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, icraatınızda olan 2- 1(120)-780/2024 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktub ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi bildirilmişdir. İddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində bildirmişdir ki, 1999-cu il tarixdən halhazıradək ona verilmiş pay torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olduğuna görə dövlətə vergi ödəmişdir. Lakin İddiaçı cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2022-ci il tarixdə həmin qəbzləri inzibati orqana təqdim etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçı M.X5 təqdim edilən sənədlərinə əsasən (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-ci il tarixdən hərbi xidmət dövrü nəzərə alınmaqla) əsasən sosial sığorta stajı 22 il 5 ay 17 gün təşkil edir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 8 ay 17 gün sosial sığorta stajına uyğun olaraq 16843,08 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 463,40 manat olmaqla, ümumilikdə 17306,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermədiyi qeyd olunmuşdur. Bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli 3-17- 1/2-191969 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək olan əmək fəaliyyəti dövrü onun 15 yaşı tamam olmadığı dövrə təsadüf etdiyi üçün onun sosial sığorta stajına daxil etmək mümkün hesab edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-272652/2023 nömrəli və xx.xx.2024- cü il tarixli 3-17-1/2-3976/2024 nömrəli məktublarda qeyd olunmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı 2 (iki) fərqli uçot nömrəsi ilə sığortaedən kimi (a) “Torpaq mülkiyyətçisi” - **********0 saylı SUN-la xx.xx.2016-cı il tarixində (fəaliyyət statusu “Ləğv olunmuş”); b) “Fiziki şəxs” - **********5 saylı SUN-la və ********** saylı VÖEN-lə xx.xx.2019-cu il tarixində (fəaliyyət statusu “Dondurulmuş”)) qeydiyyata alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, MEİS-də 2006 - 2018-ci illər üzrə İddiaçı dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Məhkəmə icraatı zamanı məhkəməyə təqdim olunmuş mədaxil qəbzlərinə dair bildiririk ki, həmin ödənişlərin təyinatı Şahağac bələdiyyəsinə ödənilmiş “əhalidən vergilərin qəbulu üçün” vergilərə aiddir. Yəni həmin ödənişlər məcburi dövlət sosial sığorta haqqına aid olmayan digər vergi öhdəlikləri üzrə dövlət orqanlarına ödənilmiş vergilər hesab edildiyindən İddiaçı pensiya təminatı hüququ yaratmır. Belə ki, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanına deyil, Şahağac bələdiyyəsinə daxil olmuşdur. Bu iş materiallarında olan Azərbaycan Respublikası Astara rayonu Şahağac Bələdiyyəsi tərəfindən verilmiş 01 nömrəli xx.xx.2024-cü il tarixli arayışda da sübuta yetirilmişdir. Belə ki, arayışda qeyd olunmuşdur ki, İddiaçı 2020-ci il tarixədək vergini tam ödəmiş və sistemdə onun vergi borcu görünməmişdir. Əlavə olaraq iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********871200 nömrəli məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, İddiaçı vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2006-cı il tarixdən 2019-cu il tarixədək vergilər üzrə ödənişləri olmamış və 175 manat borc məbləği mövcud olmuşdur. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göründüyü kimi, İddiaçı məxsus mədaxil qəbzlərinin təyinatı məcburi dövlət sosial sığorta haqqına aid olmayan digər vergi öhdəlikləri üzrə dövlət orqanlarına ödənilmiş vergilərə (“əhalidən vergilərin qəbulu üçün”) aid olduğundan qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmamış və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının pensiya yaşına çatdığı tarixdə iddiaçıya münasibətdə qanunvericiliklə tələb olunan pensiya kapitalından az olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual 47.2-ci maddəsini nəzərə alaraq, Sizdən 2-1(120)- 780/2024 nömrəli iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edəsiniz. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından və iş materiallarından da göründüyü kimi, xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 20 il 8 ay 17 gün, xx.xx.2006-cı il tarixindən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan 1 il 9 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 22 il 5 ay 17 gün təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın 16125,09 manat (xx.xx.2006-cı il tarixinədək olan 20 il 8 ay 17 gün sığorta stajına uyğun olaraq 15785,31 manat (2021-ci il tarixinə indeksləşdirilmiş məbləğ), xx.xx.2019cu il tarixindən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixindək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 339,78 manat) pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində 94,51 manat qeydə alınmışdır. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1971-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü vətəndaşın 15 yaşı tamam olmadığı dövrə təsadüf etdiyi üçün sığorta stajına daxil etmək mümkün olmamışdır. Beləliklə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il iş stajı olmadığı və qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından az olduğu üçün yaşa görə əmək pensiyası almaq hüquq yaranmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi mədaxil qəbzlərinin təyinatı məcburi dövlət sosial sığorta haqqına aid olmayan Astara rayon, Şahağac bələdiyyəsinə torpaqdan istifadəyə görə ödəmiş olduğu torpaq vergisinə aid olmuşdur. Həmin məbləğlər Şahağac bələdiyyəsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, İddiaçı vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2006-cı il tarixdən 2019-cu il tarixədək vergilər üzrə ödənişləri olmamış və 175 manat borc məbləği mövcud olmuşdur. İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən 2019-cu il tarixədək məcburi dövlət sosial sığorta haqqı ödəməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmiş, məhkəmə sorğuları əsasında iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsini təsdiq edən hər hansı sübut əldə edilməmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə görə yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-316/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-316/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver