Məhkəmə qərarları › İş №2-1(120)-3161/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3161/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3161/2024 27.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx N974-cü ildə Saatlı rayonu Musalı kəndində anadan olmuşdur. Saatlı rayon Hərbi Komisarlığı tərəfindən 30 iyun N2-ci ildə hərbi xidmətə göndərilmişdir. Bundan bir ay sonra Füzuli rayonuna göndərilmişdir. Orada bir müddət qaldıqdan sonra döyüş bölgəsinə, yəni ön xəttə göndərilmişdir. N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətini davam etdirmişdir. N2-ci ilin oktyabr ayının NN-də döyüş zonasında xidmət keçərkən güllə yarası almışdır. Aldığı güllə yarası ilə bağlı Bakı şəhərinə X3 və Ortopediya İnistitutuna müalicəyə göndərilmişdir. N2-ci ilin dekabr ayında N45 nömrəli poliklinikaya ambulator müalicəyə göndərilmişdir. Oradan da ona iki ay məzuniyyət verilmişdir. İki aydan sonra yarası sağalmadığına görə, yəni osmilit diaqnozu ilə yenidən Travmatalogiya İnistitutuna əməliyyata göndərilmişdir. Xəstəxanada yer olmadığı üçün onu qəbul etməmişlər. Yenidən N45 nömrəli poliklinikaya müraciət etmişdir. Oradan da ona hərbi komissarlığa getməyini bildirmişlər. Hərbi komissarlığda da bildirilib ki, çağıranda gələrsən. N3-cü ilin sentyabr ayında ayağı büdrədiyinə görə yenidən sınmışdır. Saatlı mərkəzi xəstəxanasından Travmatologiya inistitutuna göndərilmişdir. Əməliyyat olunaraq Yelezarov aparatı qoyulmuşdur. Ondan sonra da dəfələrlə müraciət etsə də onu heç kim qəbul etməmişdir. 2000-ci ildə də onu Füzuli hərbi prokurorluğuna göndəriblər. Oradan da onu əfv fərmanı ilə tərxis ediblər və hərbi komissarlığa göndəriblər. Orada da onu hərbiyə yararsız hesab ediblər. Bundan sonra hərbi həkim komissiyası qərar vermişdir ki, aldığı xəsarət hərbi travmadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda alınmışdır. Bunları təsdiq edən müvafiq sənədləri cavabdeh təşkilata ünvanlayaraq ona “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsinə köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi vəzifəsini müvəqqəti icra edən cənab Rasim İsmayılov tərəfindən ona ünvanlanmış 22 fevral 2024-cü il tarixli 2/2 2353 saylı məktubda göstərilmişdir ki, ”xx.xx.202N-ci il tarixli, 4/2-2556 nömrəli arayışına əsasən xx.xx.N3-cü il tarixədək sonrakı hərbi xidmətiniz və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur”. Bununla da cavabdeh təşkilat tərəfindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan seriya AZE0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə anadan olmuş, Saatlı rayonu, Nərimankənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 2/2-2353 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 4/2-2556 nömrəli arayışına əsasən xx.xx.N3-cü il tarixədən sonrakı hərbi xidmətiniz və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2000-ci il tarixli, 373 nömrəli qərarında göstərilmişdir ki, N2-ci ildə Saatlı RHK tərəfindən hərbi xidmətə çağırılmış, N2-ci ildən fərarilik etdiyi üçün 2000-ci ildə Fizuli Qarnizonu hərbi prokurorluğu tərəfindən amnistiya qərarı tətbiq edilmiş, vətəndaş İddiaçı döyüş zonasında xidmət keçərkən xx.xx.N2-ci ildə aldığı yaralanma diaqnoz: «Sol baldırın orta N/3-nin dəlib-keçən və qamış sümüyünün sınığı ilə fəsadlaşmış güllə yaralanmasından sonrakı dəri çapıqlan və sümük döyənəyi, funksiyanın pozulmaması ilə» nə səbəbə ki, xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə kimi Bakı şəhər ETTOİ-da müayinə və müalicə olunmuşdur (Bakı ETTOİ N2.N0.-xx.xx.N2-ci il tarixli çıxarış epikrizi, MHP-nin xx.xx.N2-ci il tarixli məzuniyyət haqqında qərarı, Saatlı RJHK 5.09.2000-ci il tarixli N60 saylı, MN Arxivinin 26/2-6447 saylı xx.xx.N9-cu il tarixli arayışları, Fizuli qarnizonu hərbi prokurorluğunun xx.xx.2000-ci il tarixli amnistiya haqqında qərarı), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivi tərəfindən iddiaçıya verilmiş xx.xx.202N-ci il tarixli 4/2-2556 nömrəli arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 87 №-li əmrilə X4 (əsas: səh NN, əmrdə soyadı Mamedov yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) çağırışçı kimi qəbul edilmişdir. N №-li hərbi hissə komandirinin N avqust N2-ci il tarixli N70 №-li əmrilə X4 (əsas: səh 25, əmrdə soyadı Mamedov yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi hissədən azad edilərək bütün növ təminatlardan çıxarılmışdır. 72N №-li hərbi hissədən xidməti davam etdirmək üçün gəlmiş, Saatlı RHKnın çağırışçısı İddiaçı N №-li hərbi hissə komandirinin 0N avqust N2-ci ii tarixli N4N/N-№-li əmrilə (əsas: sıra-4N, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. Saatlı RHK-dan çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin 0N avqust N2-ci il tarixli 59 №-li əmrilə (əsas: § N, sıra NN, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə snayper vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli 82 №-li əmrilə atıcı, sıravi İddiaçı (əsas: § N, sıra 63, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin N noyabr N2-ci il tarixli NNN №-li əmrilə atıcı, sıravi İddiaçı (əsas: § N, sıra 35, qarşısında “hospital” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin 0N yanvar N3-cü il tarixli N20 №-li əmrilə atıcı, sıravi İddiaçı (əsas: § N, səh 202, qarşısında “hospital” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin N fevral N3-cü il tarixli N39 №-li əmrilə pulemyotçu, sıravi İddiaçı (əsas: § N, sıra 28, qarşısında “hospital” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin N mart N3-cü il tarixli N60 №-li əmrilə pulemyotçu, sıravi İddiaçı (əsas: § T bənd 7, sıra 34, qarşısında “hospital” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilmişdir.Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin sentyabr-oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, 72N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı barədə xx.xx.20N6-cı il tarixli 9/2-6754 №-li məktubla vətəndaşın ünvanına və xx.xx.20N6-cı il tarixli 9/2-N4460 №-li, xx.xx.2020-ci il tarixli 9/2-N048 №-li məktublarla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinə cavab göndərilmişdir. İş materiallarında olan İddiaçı məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N2-ci ildən hərbi xidmətə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Saatlı rayon Hərbi Komissarlığına ünvanladığı xx.xx.N9-cu il tarixli 695 nömrəli məktubunda göstərilmişdir ki, Saatlı rayon Nərimanov adına kənd sakini vətəndaş İddiaçı Silahlı Qüvvələrin Hərbi Tibb xidməti rəisinin ünvanına göndərdiyi 23/322 saylı, xx.xx.N9-cu il tarixli şikayət ərizəsi ilə əlaqədar olaraq, rayon hərbi Komissarından İddiaçı hansı vaxtdan hansı vaxtadək, hansı hərbi hissədə qulluq etməsi və hal-hazırda hərbi qeydiyyatda olması haqda Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına arayış təqdim edəsiniz. Hərbi qeydiyyatda deyilsə, onun prokurorluqdan amnistiya haqda qərarı təqdim olunmalıdır. Ancaq ondan sonra onun məsələsi həll oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Saatlı rayon Hərbi Komissarlığına ünvanladığı xx.xx.2000-ci il tarixli 534 nömrəli məktubunda göstərilmişdir ki, Saatlı rayon Nərimanov adına kənd sakini vətəndaş İddiaçı Silahlı Qüvvələrin Hərbi Tibb xidməti rəisinin ünvanına göndərdiyi 23/322 saylı, xx.xx.N9-cu il tarixli şikayət ərizəsi ilə əlaqədar, MN MHHK-nin sizin ünvanınıza göndərdiyi xx.xx.N9-cu il tarixli 695 nömrəli müraciətinə aid Məmmədov İddiaçı sənədləri hazır olduqdan sonra MN MHHK-na təqdim edilməsi haqqında cavab məktubunuza baxmayaraq, hal hazıra kimi sənədlər MN MHHK-na daxil olmamışdır. Təkrarən, Sizdən onun hansı vaxtdan hansı vaxtadək hərbi hissədə qulluq etməsi və Silahlı Qüvvələrdən tərxis olunması haqqında arayışı və ya hərbi prokurorluğun amnistiya haqqında qərarının MN MHHK-na göndərilməsini xahiş edir. İş materiallarında olan Saatlı rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2000-ci il tarixli, N60 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə qədər N saylı hərbi hissədə xidmət etmiş, xx.xx.2000-ci ildə Füzuli Qarnizonu Hərbi Prokurorluğu tərəfindən haqqında amnistiya tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına ünvanladığı xx.xx.N9-cu il tarixli, 26/2-6447 nömrəli məktubunda göstərilmişdir ki, N saylı h/h-nin şəxsi heyətinin qayıtmaz itkilər və yaralıların siyahısına əsasən bildirirk ki, 720 saylı h/h-də xidmətdə olmuş X5 xx.xx.N2-ci il tarixdə yaralanaraq N saylı h/h-nin tibb bölüyünə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2000-ci ildə Füzuli Qarnizonu Hərbi Prokurorluğunun xx.xx.2000-ci il tarixli qərarından görünür ki, X5 haqqında amnistiya tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin Saatlı rayon şöbəsinin məhkəməyə göndərdiyi 22 aprel 2024-cü il tarixli, 3- 43-49/2-597/24 nömrəli məktubunda göstərilmişdir ki, N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N2-ci il tarixdə keçmiş Saatlı rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, N2-ci ilin oktyabr ayınadək hərbi xidmət keçmiş, fərariliyi olduğu üçün xx.xx.2000-ci il tarixdə Füzuli Hərbi Prokurorluğu tərəfindən barəsində amnitsiya qərarı qəbul edilmişdir. Hərbi xidmət müddəti natamam olduğu üçün 2000-ci ilin iyul ayında yenidən çağırışa cəlb edilmiş, xx.xx.2000-ci il tarixdə Saatlı rayon Hərbi komissarlığının Hərbi-həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin 82b maddəsinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. İşdə olan Saatlı rayonu Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N02/2-7074 nömrəli məktubunda göstərilmişdir ki, Saatlı rayonu Nərimankənd kənd sakini İddiaçı məktubda göstərdiyiniz məzmunda Saatlı RPŞ-yə müraciəti olmamış və onun özü barəsində Saatlı RPŞ-də heç bir araşdırma aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-25-4/2-25N6/24 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, xx.xx.N2-ci il tarixdə hərbi xidmətə çağrılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.N2-ci il tarixdə yaralanaraq müalicəyə göndərilmiş, sonradan iki aylıq məzuniyyətə buaxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq və mənafelərinin məhkəmədə müdafiə olunması, iddia ərizəsinə münasibət bildirilməsi məqsədi ilə İddiaçı xx.xx.N2-ci il tarixdə hərbi xidmətə çağrılması və qanuni əsaslarla ehtiyata buraxılması yoxlanılmaqla barəsində aşkarlanmış məlumatlara (əlifba qeydiyyatı kitabları və nizami hissə üzrə əmrləri, yaralanmasına dair sənədləri) dair tərtib edilmiş arayış, müsbət halda müvafiq əmrdən çıxarışların Hüquq İdarəsinə göndərilməsinə göstəriş verməyiniz Sizdən xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N3N3 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin xx.xx.2024-cü il tarixli 2-N(N20)-3N6N/2024 №-li məktubunuza (Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2024-cü il tarixdə daxil olmuş) cavab olaraq bildiririk ki, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 87 №-li əmrilə (əsas: səh-NN, əmrdə soyadı “Mamedov” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) X4 çağırışçı kimi qəbul olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N70 №-li əmrilə (əsas: səh-25, əmrdə soyadı “Mamedov” yazılmışdır, hərbi rütbəsi, vəzifəsi və hərbi hissədən azad edilmə səbəbi göstərilməmişdir) X4 hərbi hissədən azad edilərək bütün növ təminatlardan çıxarılmışdır. 72N №-li hərbi hissədən xidməti davam etdirmək üçün gəlmiş, Saatlı RHK-nın çağırışçısı İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N4N/N №-li əmrilə (əsas: səh-95, sıra-4N, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınaraq N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. Saatlı RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 59 №-li əmrilə (əsas: §-N, sıra-NN, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınaraq “sıravi” hərbi rütbəsi verilməklə snayper vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 82 №-li əmrində (əsas: §- N, səh-N7N, sıra-63, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək döyüş tapşırığını yerinə yetirən 2-ci MAB-in hərbi qulluqçularının siyahısında, atıcı vəzifəsində, sıravi İddiaçı (xx.xx.N2xx.xx.N2) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin 30.NN,N2-ci il tarixli NNN №-li əmrində (əsas: §-N, səh-35, sıra 35, əmrdə adının qarşısında “xx.xx.N2 hospital Bakı” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır). Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək döyüş tapşırığını yerinə yetirən 2-ci MAB-in hərbi qulluqçularının siyahısında, atıcı vəzifəsində, sıravi İddiaçı (“xx.xx.N2 hospital Bakı”) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N20 №-li əmrində (əsas: §-N, səh-702, əmrdə adının qarşısında “hospital Bakı” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək döyüş tapşırığını yerinə yetirən 2-ci MAB-in hərbi qulluqçularının siyahısında, atıcı vəzifəsində, sıravi İddiaçı (“hospital Bakı”) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N39 №-li əmrində (əsas: §-N, səh-228, sıra-28, əmrdə adının qarşısında “hospital Bakı” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək döyüş tapşırığını yerinə yetirən 2-ci MAB-in hərbi qulluqçularının siyahısında, pulemyotçu vəzifəsində, sıravi İddiaçı (“hospital Bakı”) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N60 №-li əmrində (əsas: §-N, səh-C04, bənd-7, sıra-34, əmrdə adının qarşısında “hospital Bakı” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır, Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək döyüş tapşırığını yerinə yetirən 2-ci MAB-in hərbi qulluqçularının siyahısında, pulemyotçu vəzifəsində, sıravi İddiaçı (“hospital Bakı”) adı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissənin “Qayıtmaz itginlərin, itgin düşmüşlərinin və yaralananların adbaad siyahıları” qovluğunda (əsas: xx.xx.N3-xx.xx.N3, səh-N8, sıra-7N5) qeyd olunmuş “0N,06.N2-ci il tarixdən tibb rotasına daxil olan yaralıların siyahısında” N №-li hərbi hissənin əsgəri İddiaçı adı yazılmışdır. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 720(702) №-li hərbi hissə komandirinin aprel-dekabr N3-cü il, N №-li hərbi hissə komandirinin may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciət əsasında aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi 02 avqust 2024-cü il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, icraatınızda, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. İddiaçı, ərizəsində 30 iyun N2-ci ildə hərbi xidmətə çağrılaraq Füzuli rayonuna göndərildiyini, orada döyüşlərdə iştirak etdiyi, xx.xx.N2-ci ildə döyüş bölgəsində güllə yarası aldığını bildirərərk ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli N306 nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 87 nömrəli əmrilə çağırışçı kimi xidmətə qəbul edilmiş, komandirin xx.xx.N2-ci il tarixli N70 nömrəli əmrilə hərbi hissədən azad edilərək bütün növ təminatlardan çıxarılmış 72N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, N4N/N nömrəli əmrilə N nömrəli hərbi hissənin sərəncamına göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 59 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınmış, bundan başqa hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli NNN nömrəli, xx.xx.N3-cü il tarixli N20 nömrəli, xx.xx.N3cü il tarixli N39 nömrəli, xx.xx.N3-cü il tarixli N60 nömrəli əmrləri ilə hospitaldan Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilmişdir. N nömrəli hərbi hissənin “Qayıtmaz itginlərin, itgin düşmüşlərin və yaralananların adbaad siyahıları” qovluğunda qeyd olunmuş “xx.xx.N2-ci il tarixdən tibb rotasına daxil olan yaralıların siyahısında N nömrəli hərbi hissənin əsgəri İddiaçı adı qeyd olunmuş, N () nömrəli hərbi hissə komandirinin aprel-dekabr N3-cü il, N nömrəli hərbi hissə komandirinin may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli 2/2-2353 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.N3-cü il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 3-25-4/2-25N5/24 nömrəli məktubundan görünür ki, İddiaçı fərariliyi olduğu üçün xx.xx.2000-ci il tarixdə Füzuli Hərbi Prokurorluğu tərəfindən barəsində amnitsiya qərarı qəbul edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamış və fərariliyi olduğu üçün amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd hissəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi- Sosial Ekspertiza Komissiyası tərəfindən İddiaçı adına tərtib edilmiş 030903AAPMG nömrəli Forma 88 vərəqindən görünür ki, iddiaçının xəsarətində əlillik əlamətləri müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPM-nin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli N306 nömrəli məktubunda göstərilmişdir ki, Sizin xx.xx.2024-cü il tarixli 3-25-4/2-25N6/2024 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 87 №-li əmrilə (əsas: səh-NN, əmrdə soyadı “Mamedov” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) X4 çağırışçı kimi qəbul olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N70 №-li əmrilə (əsas: səh-25, əmrdə soyadı “Mamedov” yazılmışdır, hərbi rütbəsi, vəzifəsi və hərbi hissədən azad edilmə səbəbi göstərilməmişdir) X4 hərbi hissədən azad edilərək bütün növ təminatlardan çıxarılmışdır. 72N №-li hərbi hissədən xidməti davam etdirmək üçün gəlmiş, Saatlı RHK-nın çağırışçısı İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N4N/N №-li əmrilə (əsas: səh-95, sıra-4N, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınaraq N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. Saatlı RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 59 №-li əmrilə (əsas: §-N, sıra-NN, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınaraq “sıravi” hərbi rütbəsi verilməklə snayper vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 82 №-li əmrində (əsas: §- N, səh-N7N, sıra-63, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək döyüş tapşırığını yerinə yetirən 2-ci MAB-in hərbi qulluqçularının siyahısında, atıcı vəzifəsində, sıravi İddiaçı (xx.xx.N2xx.xx.N2) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli NNN №-li əmrində (əsas: §-N, səh-35, sıra 35, əmrdə adının qarşısında “xx.xx.N2 hospital Bakı” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək döyüş tapşırığını yerinə yetirən 2-ci MAB-in hərbi qulluqçularının siyahısında, atıcı vəzifəsində, sıravi İddiaçı (“xx.xx.N2 hospital Bakı”) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N20 №-ii əmrində (əsas: §-N, səh-202, əmrdə adının qarşısında “hospital Bakı” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək döyüş tapşırığını yerinə yetirən 2-ci MAB-in hərbi qulluqçularının siyahısında, atıcı vəzifəsində, sıravi İddiaçı (“hospital Bakı”) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N39 №-li əmrində (əsas: §-N, səh-228, sıra-28, əmrdə adının qarşısında “hospital Bakı” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək döyüş tapşırığını yerinə yetirən 2-ci MAB-in hərbi qulluqçularının siyahısında, pulemyotçu vəzifəsində, sıravi İddiaçı (“hospital Bakı”) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N60 №-li əmrində (əsas: §-N, səh-304, bənd-7, sıra-34, əmrdə adının qarşısında “hospital Bakı” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır Fizuli şəhəri döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək döyüş tapşırığını yerinə yetirən 2-ci MAB-in hərbi qulluqçularının siyahısında, pulemyotçu vəzifəsində, sıravi İddiaçı (“hospital Bakı”) adı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissənin “Qayıtmaz itginlərin, itgin düşmüşlərinin və yaralananların adbaad siyahıları” qovluğunda (əsas: xx.xx.N3-xx.xx.N3, səh-N8, sıra-7N5, məlumat olduğu kimi köçürülmüşdür) qeyd olunmuş “xx.xx.N2-ci il tarixdən tibb rotasına daxil olan yaralıların siyahısında” N №-li hərbi nissənin əsgəri İddiaçı adı yazılmışdır. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N () №-li hərbi hissə komandirinin aprel-dekabr N3-cü il, N №-li hərbi hissə komandirinin may-dekabr N3cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədaröz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz İddiaçı İddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamış və fərariliyi olduğu üçün amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.N6cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar