Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3164/2024 28.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətin bərpa edilməsi, əmlaka vurulmuş maddi ziyanın və vəzifəli şəxslər tərəfindən vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 oktyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik şəhəri, H.Əliyev adına meydanda mülkiyyətində olan 0.02 ha torpaq sahəsi üzərində hüquqlarının bərpa edilməsi, eyni kateqoriyalı torpaqla əvəz edilməsi və yaxud kompensasiya ödənilməsi, həmin torpaq üzərində yerləşmiş Xidmət və ticarət obyektinin 4 girişindən, 3 otaqlı, 68.8 kv.m işlək və 77.4 kv.m ümumi sahəsinin mövcud dəyəri 85500 (səksən beş min beş yüz) manatın Cavabdehndən tutularaq ona ödənilməsi və Cavabdeh tərəfindən ona vurulmuş 300000 (üç yüz min) manat mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Lerik şəhəri, H.Əliyev adına meydanda mülkiyyətində olan 0.02 ha torpaq sahəsi üzərində hüquqlarının bərpa edilməsi, həmin torpaq üzərində yerləşmiş Xidmət və ticarət obyektinin 4 girişindən, 3 otaqlı, 68.8 kv.m işlək və 77.4 kv.m ümumi sahəsinin mövcud dəyəri 85500 (səksən beş min beş yüz) manatın Cavabdehndən tutularaq ona ödənilməsi və Cavabdeh tərəfindən ona vurulmuş 300000 (üç yüz min) manat mənəvi ziyanın ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lerik rayonu Lerik Bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli, 56 saylı iclas protokoluna əsasən ticarət obyekti tikilməsi üçün 182 kv.m ona torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanına uyğun olaraq həmin torpaq sahəsi Bələdiyyə tərəfındən ona 213500 AZM manata satılmış, bu barədə onların arasında “Torpaqların alqı-satqısına dair Akt” tərtib olunmuşdur. Həmin torpaq sahəsinə dair ona 08 avqust 2005ci il tarixdə JN seriyalı 0004 nöııırəli, kod 80301004 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Bununla əlaqədar 140277 AZM manat onun tərəfındən dövlət rüsümu ödənilmişdir. Onun mülkiyyətində olan torpaq sahəsi “Heydər Əliyev” adına meydana bitişik, Lerik Rayon Mərkəzi Xəstəxanasının şərq tərəfındə (20, 25 metr aralı) yerləşən hasarın şimal-qərb tərəfindən döngəyə tərəf 3 metr aralı ayrılmışdır. xx.xx.2005-ci il tarixli, JN-0004, kod 80301004 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən torpağın qrunt sahəsi 200 kv.m təşkil edirdi. 2005-ci il ərzində mülkiyyətində olan torpaq sahəsində o, obyekt tikmiş, 10 yanvar 2006-cı il tarixdə Tikintisi başa çatmış, obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyası tərəfındən akt tərtib olunmuşdur. Lerik rayonu, Lerik şəhəri, H.Əliyev adına meydanda mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən Xidmət ticarət obyektinin 4 girişindən 3 otaqlı, 68.8 kv.m ümumi və əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə 11 noyabr 2006-cı il tarixdə Azərbaycan Respııblikası Nazirlər Kabinetinin yanında Daşınmaz Ənılakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən MN seriyalı ******* nömrəli (**********02-Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının 06301-083004 reyester nömrəsi, ********* qeydiyyat nömrəsi) Lənkəran şəhər Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Lənkəran Şəhər Ərazi İdarəsi tərəfındən verilmiş 25 oktyabr 2006-cı il tarixli, 348 saylı qeyri-yaşayış binasının texniki pasportuna əsasən obyektin ümumi sahəsi 68.8 kv.m, tikinti altında 77,4 kv.m təşkil edirdi. Obyekt öz fəaliyyətini göstərdiyi zaman ərzaq, sənaye, parfum malları, texniki avadanlıqlar satışda olmuş və Gözəllik salonu fəaliyyətdə olmuşdur. Bundan başqa “Finca” qeyri-bank kredit təşkilatı hüquqi müqavilə ilə icarədə olmuşdur. 18 iyul 2007-ci il tarixdə Lerik Rayon İH başçısının 1-ci müavini Cəlil Baxşıyev onu çağıraraq bildirmişdir ki, onun mlilkiyyətində olan obyekt dövlət ehtiyacları ilə əlaqədar söküntü altına düşür və yaxın günlərdə sökülməsi qərara alınmışdır. O, hüquqlarını qorumaq məqsədi ilə ona obyektə dair sənədləri (“Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı, obyektin əmlak hüququna dair reyestrdən çıxarış və binanın texniki pasportu) təqdim etmişdir. C.Baxşıyev sənədləri qəbul etmiş və bu barədə rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova məruzə edəcəyini bildirmişdir. Bir neçə gün sonra Cəlil Baxşıyev həyat yoldaşını yanına çağırmış və bildirmişdir ki, Rövşən Bağırovun qərarını sizə izah edirəm sən və sənin ailən təcili o obyekti tərk etməlisiniz, sizə yer ayrılacaq, kompensasiya ödəniləcəkdir. Şübhəsiz ki, biz buna qısa zamanda razılıq verə bilmədik. Obyektdə olan dəyəri 15000 (on beş min) manatdan çox texniki avadanlıqlar və 36000 (otıız altı) min manata yaxın ərzaq və qeyri-ərzaq məhsullan var idi. Dəfələrlə o, və həyat yoldaşı Rövşən Bağırovun qəbulunda olmağa cəhd etsək də, onları qəbul etməmişdir. 21 iyul 2007-ci il tarixində qəsdən həmin ərazidə rayon Kommunal istehsalat birliyinin əməkdaşları və “Kaspian Yıldız” loqosu ilə işləyən texnika cəmləşdirildi və ərazidə söküntü işlərinə start verildi. İcra hakimiyyəti, Şəhər ərazi nümayəndəliyi tərəfindən fəaliyyətlərinə əngəllər yaradıldığından obyektdə fəaliyyət göstərən kredit təşkilatı, gözəllik salonu və ticarət sahəsi fəaliyyətini dayandırmağa məcbur oldu, qapıları açmağa icazə verilmədi. Hətta həmin ərazidə insanların hərəkəti əngəlləndi və xüsusi maneələr yaradıldı. Buna görə o və həyat yoldaşı böyük sarsıntı keçirmiş, rayon İH başçısı Rövşən Bağırov və Cəlil Baxşıyev tərəfındən maddi və mənəvi sarsıntıya məruz qalmışlar. Rayon Qaz istismari idarəsinə dair qaynaq texnikası ilə gözünün qabağında obyektin qapısında olan dəmir barmaqlıqlar kəsilərək yerə töküldü və icra hakimiyyətinin əməkdaşları tərəfindən qapı şüşələri söküldü. Orada olan avadanlıqlar çox hissəsi şüşəli olduğundan sıradan çıxdı, xüsusi tapşırıqla elektrik enerjisinin obyektə verilməsi dayandırıldığından ərzaq məhsullarının çox hissəsi sıradan çıxmışdı. Tərəflərindən bir sıra ərzaqlar dəyərindən aşağı qiymətə nisyə olaraq başqa şəxslərə verildi, geyim, sənaye, parfum malları isə Cəlil Baxşıyevin təşkilatçılığı ilə yaxınlığda olan darısqal bir sahəyə köçürüldü. Obyektin sonrakı taleyi onlara məlum olmadı, eşitdiklərinə görə tikintinin söküntüsündən əldə olunmuş tikinti materialları həmin dövrdə Rövşən Bağırov tərəfındən özünə şəxsi tikdirdiyi iki mərtəbəli binanın tikintisinə sərf edilmişdir. Rayon İH başçısı və onun 1-ci müavininin bu özbaşınalığı ilə üzləşən ailəsi böyük təzyiqlərə məruz qaldığından müəyyən dövrdə rayondan uzaqlaşmışlar. “Accessbank” və Finca kredit təşkilatından götürduyu pul kreditini və ayrı-ayrı firmalardan ərzaq, parfum və sənaye mallarına görə borcunu qaytara bilmirdi. Həyat yoldaşı rayonda məsul vəzifədə çalışırdı, ona qarşı böyük təzyiqlər olduğunu hiss edib hüquqlarını müdafıə etmək üçün məhkəmə və digər hüquqi addımlar atmağa cəhd etsə də maneələrlə qarşılaşır və yoldaşının işinin itirilməsini hiss edirdi deyə qorxurdu. Çoxlu müraciətlərindən sonra Cəlil Baxşıyev onu yanına çağıraraq obyektə aid dövlət sənədlərini özündə saxlayacağı tədqirdə, söküntü zamanı əldə olunmuş materiallara və sıradan çıxmış, xarab olmuş mallara görə ona 15000 (on beş min) ABŞ dolları təklif etmişdir. İH başçısı R.Bağırov tərəfındən onlara yer ayrılması barədə fıkri olduğunu bildirmişdir. Həyat yoldaşı verilən vədlərə inanaraq və xeyli miqdarda kredit və firmalara borclu olduğundan məcburən Cəlil Baxşıyevlə razılaşaraq 15000 (on beş min) ABŞ dolları sadə qeyd kağızında imza edərək qəbul etmişdir. Cavabdeh tərəfındən 2007-ci ilin iyul ayından 2009-cu ilə kimi mülkiyyətlərində olan torpaqda və sökdükləri obyektin yeri tamamilə boş qalmış, heç bir tikinti abadlıq işi aparılmadı. Bu söküntünün qısa bir zamanda aparılması və 2 ildən çox ərazinin boş qalması kimə lazım idi? Ailələrinə dəymiş ziyanla əlaqədar və mülkiyyətlərinin bərpa edilməsi ilə bağlı 25 aprel 2009-cu il tarixində rəsmi ərizə ilə (xəbərnamə 631. xx.xx.2009) Rayon İcra Hakimiyyətinin başçısı R.Bağırova müraciətləri ilə əlaqədar rayonun mərkəzi istixanasını və onun ərazisini ona təklif etmiş və bununla əlaqədar 01 oktyabr 2009-cu il tarixli, 3/370 nömrəli məktubu Azərbaycan Respublikası “Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinin sədri cənab Yaşar Həsənova müraciət edilmişdir. Subyektiv səbəblərdən həmin ərazinin onlara verilməsi işi Cəlil Baxşıyev tərəfındən pozulmuşdur. Digər şəxslər vasitəsi ilə həyat yoldaşından 5000 (beş min) manat pul tələb edilmişdir. Etdiyi çoxsaylı müraciətlərlə əlaqədar Rövşən Bağırov həyat yoldaşını yanına dəvət etmiş, səlahiyyətlərindən istifadə edəcəyi ilə ona qarşı təzyiq edəcəyini bildirmiş və eyni zamanda onlara kömək edəcəyinə söz versə də nəticə olmamışdır. 2012ci ilin fevral ayında Cəlil Baxşıyev həyat yoldaşı X6 yanına çağırmış yaxın qohumu olan Azad Məmmədovun rəhbəri olduğu kiçik müəssisəyə aid əvvəllər Lerik rayon İcrayyə Komitəsinin qərarı ilə ayrılmış 0.02 ha torpaq sahəsinin sənədlərini təqdim etmiş və ona bunun müqabilində 2000 (iki min) manat verməsini təklif etmişdir. Sənədlər tərəflərindən qəbul olunub bunun müqabilində Azad Məmmədova həyat yoldaşı 2000 (iki min) manat pul vermişdir. Lakin həmin sənədlərin lıüquqi quvvəsi olmadığından rəsmiləşdirilməsi mümkün olmamışdır. Həmin ərazinin qanuni yol ilə ona verilməsi üçün Rayon İcra Hakimiyyətinə ınüraciətləri olsa da R.Bağırov bunun müqabilində həyat yoldaşından 6000 (altı min) manat pul tələb etmişdir. Çoxsaylı müraciətləri və etdikləri haqlı tələblərə görə Lerik Rayon İH başçısı Rövşən Bağırov tərəfındən daimi ailələri böyük təzyiqlər altında saxlamağa davam etdiyindən, ailə vəziyyətləri çəlinlikdə idi. Evində 1-ci qrup əlil olan qızının müalicəsi üçün qazancları yetərli deyildi. Keçirtdiyi sarsıntı ilə əlaqədar 2012-ci ildə hər iki gözündən əlil və sonra böyrək çatışmazlığından əziyyət çəkir, 1-ci qrup əlildir. Həyat yoldaşına edilən təzyiqlər və sarsıntılarla əlaqədar 2015-ci ildən o da əlil oldu və onlar Bakı şəhərinə köçməyə məcbur oldular. Faktiki olaraq Cavabdeh sabiq başçısı Rövşən Bağırov və sabiq 1-ci müavin Cəlil Baxşıyev onların konstitusion hüquqlarını tapdalamış və onların rayon rəhbərliyi dövründə təsir mexanizmləri güclü olduğundan müraciətləri faydasız olmuşdıır. 2023-cu ilin yanvar ayında mülkiyyət, əmlak və mənəvi itkilərinin bərpası üçün yuxarı instansiya orqanlara müraciətləri araşdırılması üçün Lerik rayon prokurorluğuna göndərilmişdir. Prokurorluğun stajor müstəntiqi tərəfındən aparılmış araşdırma əsaslara deyil, sadəcə ayrı-ayrı vəzifəli şəxslərin verdikləri əlaqəsiz izahatlarına əsaslanıb cinayət işinin rədd edilməsi ilə əlaqədar qərar çıxarılmışdır. Dövlət ehtiyacların təmin edilməsi adı altında aparılan bu kimi qanun pozmalar onların Azərbaycan Respublikası qanunvericiliyində və onun tərəfdar çıxdığı Beynəlxalq müqavilələrdə müdafıə olunması nəzərdə tutulmuş mülkiyyət hüquqlarının pozulması yolverilməzdir. Əgər ona məxsus obyektin sökülməsi həqiqətən də dövlət ehtiyaclarını təmin edilməsini güdürdüsə, onda bu söküntü qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riyayət edilməklə, yəni AR Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə əsasən həyata keçirilməmişdir? Halbuki, AR Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mıilkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ola bilməz. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. AR Mülki Məcəlləsinin 246.4cü maddəsinə əsasən Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafıq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddəaları dəyişə bilər. Həmin Məcəllənin 246.5-ci maddəsinə uyğun olaraq bıı Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. Bundan əlavə bu Məcəllənin 247.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin satınalınma qiyməti müvaffıq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilir. Göründüyü kimi onlara məxsus obyektə və torpaq sahəsinə cavabdeh tərəfındən bildiriş verilməmiş, qanunvericilik qaydasında deyil, bir neçə gün ərzində mülkiyyətlərindəm məhrum olmuşlar. Cavabdeh onları Konstitusiya və digər qanunla verilmiş hüquqlardan azad etmiş, onlara maddi və mənəvi ziyan vurmuşlar. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müdafıə əhəmiyyətli obyektlərin tikilməsi ıııəqsədilə müvafıq dövlət orqanı tərəfındən yalnız bazar dəyəri miqdarında əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsiniu 152-ci maddəsiııə əsasəıı mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Bir daha bildirir ki, zorakılıqla həyata keçirilmiş bu söküntünün kimin göstərişinə əsasən həyata keçirilməsi, bununla bağlı nə kimi tədbir planlaşdırılması barədə indiyə kimi onlara məlumat verilməmiş, sənəd təqdim edilməmişdir ki, bu da qeyd olunan tədbirin məqsədli olaraq özbaşına keçirilməsi barədə fıkir yürütməklərinə əsas vermişdir. Bildirir ki, mülkiyyətinin az bir hissəsi X7tılmış, əsas hissəsi isə başqa bir iş adamına satılsa da hazırda orada heç bir tikinti işi aparılmamışdır. İnsanların qanunla qorunan hüquq və azadlıqlarını kobud surətdə pozmaqları kimi tədbirləri həyata keçirən məmurlar tərəfındən Azərbaycanda dövlət quruculuğu, insanların hüquq və azadlıqlarının müdafıəsi, onların sosial rifahının yüksəlməsi sahəsində aparılan islahatlara zərbə vuraraq, bilərəkdən vətəndaşların inamını sındıraraq dövlət və hökümətdən narazı salmaq kimi çirkin niyyətlər güdülər. Bundan başqa Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfındən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətləriııin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafıə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafıq dövlət orqanı tərəfındən və yalnız bazar dəyəri miqdarında əvəzi ödənilınəklə özgəninkiləşdirilə bilər. Belə ki, ona məxsus 0.02 ha torpaq sahəsi üzərində hüquqları bərpa edilməli və yaxud həmin kateqoriya toıpaqla əvəz edilməli, qeyri- yaşayış sahəsinin(binanın) orada olan avadanlıqlar və əmlak qiymətləndirilməli və ona ödənilməlidir. Cavabdeh əməkdaşı tərəfındən tərtib edilmiş smetaya görə binanın ilkin dəyəri 85365000 AZM manat olmuşdur ki, bu da 2006-cı il manatın devalizasiyasına uyğun hesabladıqda 17100 (on yeddi min bir yüz) manat təşkil etmişdir ki, həmin dövrdə tikintinin dəyərinin 5 dəfəyə yaxın artdığından ona 85500 (səksən beş min beş yüz) manat ödənilməlidir. Obyekt işləyən zaman içərisində olan avadanlıqlar, soyuducular, şüşəli vitrajlar və mebellərin ümumi dəyəri 12000 (on iki min) manata yaxın olmuşdur. Nəzərə alınmalıdır ki, obyekt biznes profılli olmuş, icarədən, xidmətdən və satışdan ibarət olmaqla həmin dövrdə ailələrinə aylıq ***-**** (beş yüz - min) manat gəlir gətirirdi və eyni zamanda büdcəyə və DSMF-yə ödəniş edilirdi. Qeyri-yaşayış sahəsinin biznes profıli olması, gələcək dövrlər üçün ailəyə gəlir gətirməsi, daşınmaz əmlak bazarında ilbə-il qiymətinin yüksəlməsini nəzərə almaqla yanaşı, 20 iyul 2007-ci il tarixdən, 2024-cu ilin cari dövrünə kimi 200 ay hesablamaqla orta aylıq 750 (yeddi yüz əlli) manat olmaqla 150000 (bir yüz əlli min) manat onlara ziyan vurulmuşdur. Cavabdeh sabiq başçısı, başçının sabiq 1-ci müavini və İcra hakimiyyətinin digər əməkdaşları tərəfındən öz qanunsıız hərəkətləri ilə onlara mənəvi ziyan vurublar. Bu mənəvi ziyan onların tərəfındən çəkilmiş streslərdən ibarətdir. Bununla əlaqədar o, xəstələnmiş, 2012-ci ildə hər iki gözündən və 2018-ci ildən böyrək çatışmazlığında orqanizmin 80/100 faizini itirərək 1-ci qrııp əlildir. Həyat yoldaşı X11 həmin hadisələrdən sonra yüksək təzyiqdən əziyyət çəkmiş və 2015-ci ildə əlillik dərəcəsinə çatmışdır, hazırda işləyə bilmir, daimi müalicəyə ehtiyacı var. Yeniyetməlik dövründən 2-ci qrup əlil olan qızı Ağayeva Hicran Güləmirzə qızının müalicəsinə vəsaitləri olmadığından 2010-cu ildən vəziyyəti ağırlaşmış, 1-ci qrup əlildir və hazırda yataq xəstəsidir. Qeyd olunanları nəzərə alaraq o, mənəvi ziyanı 300000 (üç yüz min) manat dəyərində qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının tələbləri əsassızdır və təmin edilməməlidir. Belə ki, 2004-cü ildə Lerik şəhərinin yenidənqurma işləri ilə əlaqədar Lerik qəsəbəsinin (hal-hazırda Lerik şəhərinin) “Mərkəzi meydanı”na bitişik ərazidə boş olan torpaq sahəsində ticarət obyektlərinin tikintisi üçün iş adamlarına müraciət edilmişdir. Rayonda bir neçə nəfər, o cümlədən Lerik rayon Maliyyə İdarəsinin xəzinədarlıq şöbəsinin sabiq rəisi vəzifəsində işləmiş Güləmirzə Ağayevin həyat yoldaşı İddiaçı ticarət obyekti tikmək üçün Lerik şəhər bələdiyyəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47.3-cü maddəsinə görə ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin maddənin tələblərinə müvafiq olaraq dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar, tədris müəssisələrinin yerləşdiyi torpaqlar istisna olmaqla şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları bələdiyyə torpaqları hesab olunur və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin tələblərinə görə ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə müvafiq olaraq, bələdiyyələr öz ərazilərindən bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 7-ci maddəsinə müvafiq olaraq, ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Həmin Əsasnamənin 24-cü maddəsinə müvafiq olaraq, torpaq sahələrində tikinti işlərinə başlanmazdan əvvəl tikiləcək obyektin layihəsi, habelə mühəndis- kommunikasiya pasportu hazırlanmalı və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu razılaşdırılmadan tikinti işlərinin başlanmasına (aparılmasına) yol verilmir. Qeyd olunan ərazidə yerləşən torpaq sahələri Lerik bələdiyyəsinin mülkiyyətində olduğuna görə İddiaçı torpaq sahəsinin ayrılması məqsədilə Lerik şəhər bələdiyyəsinə müraciət etmişdir. İddiaçı müraciəti bələdiyyənin iclasında müzakirə edilmiş, Cavabdeh Memarlıq şöbəsinin və Rayon Torpaq və xəritəçəkmə şöbəsinin rəyləri əsasında hazırda “Bayraq meydanı” yerləşən ərazisində 130 kv.m torpaq sahəsi ayrılması barədə 30 aprel 2004-cü il tarixli, 56 saylı iclasında qərar qəbul edilmişdir. Sonradan isə həmin torpaq sahəsinin artırılması ilə bağlı İddiaçı müraciəti əsasında əlavə olaraq Lerik bələdiyyəsinin 31 may 2004-cü il tarixli, 57 saylı qərarı ilə 52 kv.m torpaq sahəsi ayrılmışdır. 2000-2012-ci illərdə Lerik şəhərində torpaq bazarı formalaşmadığına görə fərdi yaşayış evlərinin tikintisi, sahibkarlıq fəaliyyəti üçün qeyriyaşayış sahələrinin inşası, həmçinin digər məqsədlərlə bələdiyyə fondundan torpaq sahələrinin satılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 1998-ci il tarixli 158 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”, “Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti” və “Kadastr qiymət rayonlarına və yarımrayonlarına daxil olan inzibati rayonların torpaqlarının normativ qiymətinin hesablanması üçün tətbiq edilən təshih əmsalları”na uyğun minimum qiymətlə dəyəndirilmişdir. İddiaçı 200 kv.metr torpaq sahəsinın alqı-satqısı üçün Lerik bələdiyyəsinə 213500 AZM (42,7 manat) ödəmişdir. Lerik şəhərində bələdiyyə torpaqlarının satış qiyməti 2012-ci ilədək torpaq hərracları təşkil edilənədək Nazirlər Kabinetinin məlum 23 iyun 1998-ci il tarixli, 157 nömrəli qərar ilə müəyyən edilmiş normativ qiymətlərə və Lerik rayonu üzrə 1,19 təshih əmsalına uyğun müəyyən edilmişdir. Cavabdeh Başçısının 18 iyun 2004-cü il tarixli, 48 nömrəli sərəncamı ilə Fərəcova (Ağayeva) İradə Bağış qızına “Heydər Əliyev” meydanının cənub-qərbində yerləşən 130 kv.m torpaq sahəsində xidmət obyektinin tikintisinə razılıq verilmişdir. O, tikinti işlərini 10 yanvar 2006-cı ildə başa çatdırmış və qeyri-yaşayış sahəsi noyabr 2006-cı ildə qəbul komissiyası tərəfindən istismara qəbul edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ona 001185 saylı çıxarış verilmiş və ticarət obyekti kimi fəaliyyətə başlamışdır. 2007-ci ilədək Lerik rayon mərkəzi qəsəbə statusu daşımışdır və qəsəbədə əhalinin, o cümlədən azyaşlı, gənc və yaşlı insanların asudə vaxtının səmərəli təşkili üçün zəruri olan meydan, park və digər infrasturuktur obyektləri olmamışdır. Lerik şəhərində 2007-2009-cu illərdə aparılan əsaslı tikinti-abadlıq işlərinin məqsədi də qəsəbədə həmin infrasurukturun yaradılması olmuşdur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli Qanunu ilə Lerik rayonunun Lerik qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. 2007- 2009-cu illərdə Lerik şəhərində aparılan əsaslı tikinti-abadlıq işləri çərçivəsində şəhər 3 saylı tam orta məktəbi üçün yeni tədris korpusunun əsaslı tikintisi, bu tikinti ilə bağlı tikinti ərazisində yerləşən istismar müddəti başa çatmış kommunal evlərin sökülməsi və həmin evlərdə yaşayan vətəndaşların müvafiq mənzillərlə təmin olunması üçün 18 mənzilli kommunal yaşayış binasının inşası, o cümlədən şəhərin mərkəzi hissəsində “Rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina”, “X21”, “Ulu öndər Heydər Əliyevin abidəsi” və eyni zamanda “Bayraq meydanının” tikintisi, eyni zamanda əhalinin asudə vaxtının daha səmərəli təşkili üçün yaxın ərazilərdə oturacaqların quraşdırılması işləri həyata keçirilmişdir Lerik şəhərində 2007-2009-cu illərdə əsaslı tikinti və yenidənqurma işləri Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində olan “Azərneftyağ” X29 rəhbərliyinin əmri əsasında ayrılmış vəsait hesabına həyata keçirilmişdir. Əlavə olaraq yaxın ərazidə yerləşən bir sıra obyektlərin köçürülməsi və digər yaxın ərazidə fəaliyyətlərinin davam etdirilməsi planlaşdırılmışdır. “Bayraq meydanının” tikintisi zamanı həmin ərazidə və bitişik digər ərazidə yerləşən 8 ticarət obyekti, o cümlədən X1 məxsus çayxana, X8 məxsus dərzi sexi, X10 məxsus bərbərxana və İddiaçı məxsus 3 otaqlı ticarət obyektlərinin və digər 2 sahibkara məxsus obyektin köçürülməsi zərurəti yaranmışdır. Məsələ ilə bağli ticarət obyekti sahibləri ilə söhbət aparılmış, onlara yeni torpaq sahəsinin alınması və ticarət obyektin inşası, eyni zamanda dəymiş ziyanın ödənilməsi ilə bağlı kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə edilmişdir. İddiaçı tez xarab olan ərzaq mallarının satışını yekunlaşdırmaq üçün 2 aylıq möhlət verilmişdir. Bu proses başa çatdıqdan sonra iddiaçı obyektdə olan satılmamış sənaye və digət təyinatlı malları obyektdən daşımış və yalnız bundan sonra ticarət obyektləri sökülmüş, söküntüdən əldə edilən tikinti materialları, mişar daşı, qapı-pəncərələr, taxta və dam örtüyü, həmçinin jalüzlər obyekt sahiblərinin nümayəndəsi Güləmirzə Ağayevə təhvil verilmiş, Güləmirzə Ağayevə torpaq sahəsinin alınması və ticarət obyektin inşası, eyni zamanda dəymiş ziyanın ödənilməsi ilə bağlı 15000 (on beş min) ABŞ dolları miqdarında kompensasiya ödənilmişdir. İddiaçı kompensasiyanın miqdarını iddia ərizəsində etiraf etmişdir. Lerik şəhərinin “Heydər Əliyev” meydanında və yaxın köçürmə ərazisində yerləşən 6 sahibkara, Qasım Nəbiyevə, Xeybər Sadıqova, Vidadi Tağıyevə, şəhərin İsmayıl Yaqubov küçəsindən köçürülən sahibkar X16 bələdiyyəsi ilə şifahi razılıq əsasında şəhərin mərkəzi hissəsinə yaxın və sahibkarlıq fəaliyyəti üçün ərverişli hesab edilən, əhalini gediş-gəlişi intensiv olan ərazidə-köçürmə sahəsindən 120 metr məsafədə-Lerk şəhərinin Cəfər Cabbarlı küçəsində - Mərkəzi Xəstəxananın alt hissəsində, bulağın üst tərəfində bələdiyyə tərəfindən yer göstərilmiş, icazə tələb olunan obyektlərin tikinti işlərinin müvafiq icazə sənədi olmadan apanlması üçün rayon icra hakimiyyəti tərəfindən şərait yaradılmışdır. Lakin 2007-ci ilin iyun ayında Bələdiyyə qanunvericiliyinə torpaq sahəsinin ayrılması şərtlərində dəyişikliklər edilməsi zərurəti ilə bağlı bələdiyyələr tərəfindən vətəndaşlara torpaq ayrılması müvəqqəti olaraq dayandırılmışdır. Bununla bağlı sahibkarlar onlara verilmiş kompensasiya hesabına və söküntü materiallarından istifadə etməklə 2007-ci ilin sonlarında həmin ərazidə ticarət və xidmət obyektləri inşa edərək bu gün də sahibkarlıq fəaliyyətlərini davam etdirirlər. Həmin sahibkarlar inşa etdikləri okyektlərin yerlədiyi torpaq sahələrini 2012-ci ildən başlayaraq Lerik bələdiyəsi ilə alqı-satqı müqaviləsi bağlamaqla və vəsait ödəməklə adlarına keçirmişlər. Həmin proseslərdə İddiaçı adından etibarnamə ilə nümayəndə qismində həyat yoldaşı X11 çıxış edmişdir. İddiaçının nümayəndəsi kimi X18 Cabbarlı küçəsində - Mərkəzi Xəstəxananın alt hissəsində, bulağın üst tərəfində yerləşən 0,02 ha torpaq sahəsini ona ödənilmiş kompensasiya hesabına alınması ilə bağlı həmin torpaq sahəsinin sahibi X17 və qardaşı X13 ilə razılaşmışdır. Razılşmaya görə 2000 (iki min) ABŞ dolları miqdarında pul vəsaitini Azad Məmmədova vermişdir. Azad Məmmədovla olan razılaşma əsasında 0,02 ha torpaqa dair sənədlər hamısı G.Ağayevdə qalmışdır. Həmin torpaq sahəsi şəhərin mərkəzi hissəsində yerləşməklə İddiaçı obyektinin söküntü ərazisindən 120 metr məsafədə yerləmişdir. Həmin 0,02 ha torpaq sahəsinin iddiaçının və ya qanuni nümayəndəsinin adına rəsmiləşdirilməsinin əlavə vaxt və vəsait tələb etdiyi nəzərə alınaraq icazə tələb olunan obyektlərin tikinti işlərinin müvafiq icazə sənədi olmadan apanlması üçün rayon icra hakimiyyəti tərəfindən iddiaçının nümayəndəsi üçün də eyni şərait yaradılmışdır. İddiaçının nümayəndəsi Güləmirzə Ağayev 2007-ci ilin sonu-2008-ci ilin birinci yarsında həmin torpaq sahəsində 8 metr x 9 metr ölçüdə ticarət obyektin tikinti işlərini aparmış, 2,5 metrədək divarları qaldırmışdır. Sonradan həmin torpaq sahəsini və inşa edilmiş yarımçıq tikilini Güləmirzə Ağayev onlara məlum olmayan səbəblərdən Lerik şəhər sakini X2 şifahi razılıq əsasında satmışdır. Nizami Ağayev həmin 0,02 ha torpaq sahəsində yarımçıq tikilini 2012-ci ildə başa çatdırmış və tikinti altında yerləşən həmin 0,02 ha torpaq sahəsini Lerik bələdiyyəsindən müsabiqə yolu ilə almışdır və bu gün də sahibkarlıq fəaliyyətini davam etdirir. İddiaçı ona məxsus Lerik şəhərinin ərazisində yerləşən ticarət mağazasının vəzifəli şəxslər tərəfindən hədə-qorxu gəlməklə qanunsuz olaraq sökülməsi barədə rayon prokurorluğuna 01 fevral 2023-cü il tarixli şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçının müraciəti araşdırılarkən Lerik şəhər sakini X9 izahat verərək bildirmişdir ki, 2012-ci ildə Güləmirzə Ağayevə məxsus Cəfər Cabbarlı küçəsində-Mərkəzi Xəstəxanın alt hissəsində, bulağın üst tərəfındə yerləşən torpaq sahəsini (0.02 ha) almaq istəmişdir. İlk dövrlərdə şərik olmağı düşünmüş, lakin daha sonra Güləmirzə Ağayevin çıxarışının olmadığını görüb şərik olmaq fikrindən daşınmışdır. Güləmirzə Ağayevdə olan sənədlər başqa tanımadığı şəxsə məxsus olmuşdur. Güləmirzə Ağayev ona ilk başlarda sənədləşməni aparıb daha sonra satacağını bildirmişdir. Daha sonra isə Güləmirzə Ağayev sənədləşməni apara bilmədiyi üçün o, ona təklif etmişdir ki, “mən sənə pul vəsaiti verim, bütün sənədləşmə işlərinidə özüm aparım”. Daha sonra 2000 (iki min) ABŞ dolları qarşılığında Güləmirzə Ağayevlə halallaşmış, lakin heç bir sənədi olmamışdır, sadəcə olaraq öz aralarında razılaşmışdırlar ki, həmin ərazini ona verəcək. Həmin torpaq sahəsini Lerik Bələdiyyəsi vasitəsi ilə hərrac yolu ilə almışdır. İddiaçının nümayəndəsi Güləmirzə Ağayev 1997-2015-ci illərdə Lerik rayon Maliyyə idarəsinin müdir müavini-xəzinə şöbəsinin rəisi vəzifəsində işləmiş, Lerik Rayon Məhkəməsi tərəfindən 2005-2014-cü illərdə mülki mübahisərlə bağlı işlərə maliyyə mütəxəssisi olaraq ekspert kimi cəlb olunmuşdur. Onlara məxsus obyekt 2007-ci ildə sökülərkən obyektin yerləşdiyi 0,02 ha torpaq sahəsi Lerik bələdiyyəsinin ümumi istifadədə olan torpaq sahəsinin ərazisinə düşmüşdür. Belə ki, park və meydanların altında olan torpaq sahələri bələdiyyənin ümumi istifadədə olan torpaq sahəsi hesab olunur. İddiaçı mülki və torpaq qanunvericiliyinə uyğun olaraq 2007-2010-cü illərdə Lerik Rayon Məhkəməsində, sonrakı illərdə Şirvan İnzibati-İqtisadi Məhkəməsində (hal hazırda Şirvan İnzibati Məhkəməsində) bələdiyyəyə qarşı iddia qaldırmaqla mülkiyyətində olan torpaq sahəsini şəhərin Cəfər Cabbarlı küçəsində-Mərkəzi xəstəxanın alt hissəsində, bulağın üst tərəfində yerləşən 0,02 ha torpaq sahəsi ilə əvəzləşdirə bilərdi. Çünki həmin torpaq sahəsinin son mülkiyyətçisi Nizami Ağayev də torpağı Lerik bələdiyyəsindən hərrac yolu ilə almışdır. Bundan başqa 2009-cu ildə sahibkar İddiaçı köməklik göstərmək məqsədilə Rayon Mərkəzi istilik Sistemin daxil olan köhnə binanın və onun ərazisinin həyat yoldaşı Güləmirzə Ağayevə verilməsi Rayon icra Hakimiyyəti tərəfindən rəsmi qaydada-məktub vasitəsi ilə ona təklif olunmuşdur. Əlavə olaraq sonrakı illərdə Rayon icra Hakimiyyəti tərəfindən şifahi qaydada iddiaçının nümayəndəsi G.Ağayevə “Lerik” Qəzetinin mətbəəsinin özəlləşdirilməsi təklif edilmişdir. Lakin İddiaçı və qanuni nümayəndəsi Güləmirzə Ağayev bu təklifdən imtina etmişdir. Onu da bildiririk ki, “Lerik” qəzetinin mətbəə binası rayonun digər sahibkarı Əfqan Şərifov tərəfindən sonrakı illərdə özəlləşdirilmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən və özünün etiraf etdiyi faktlardan da göründüyü kimi, iddiaçıya məxsus 68,2 kv.metr olan 3 otaqlı ticarət obyekti (qeyri-yaşayış sahəsi) 2007-ci ilin yay aylarının sonunda sökülmüş söküntüdən əldə edilən bütün tikinti materialları, mişar daşı, qapı-pəncərələr, taxta və dam örtüyü, həmçinin jalüzlər obyekt sahibi iddiaçının nümayəndəsi Güləmirzə Ağayevə təhvil verilmiş, Güləmirzə Ağayevə torpaq sahəsinin alınması və ticarət obyektin inşası, eyni zamanda dəymiş ziyanın ödənilməsi ilə bağlı 2007-ci ilin son aylarında 15000 (on beş min) ABŞ dolları miqdarında kompensasiya ödənilmişdir. iddiaçının nümayəndəsi kimi G.Ağayev şəhərin mərkəzi hissəsində - Cəfər Cabbarlı küçəsində - Mərkəzi xəstəxananın alt hissəsində, bulağın üst tərəfində yerləşən 0,02 ha torpaq sahəsini ona ödənilmiş kompensasiya hesabına digər vətəndaşdan almış, icazə tələb olunan obyektlərin tikinti işlərinin müvafiq icazə sənədi olmadan aparılması üçün rayon icra hakimiyyəti tərəfindən iddiaçının nümayəndəsi üçün şərait yaradılmışdır. İddiaçının nümayəndəsi Güləmirzə Ağayev 2007-ci ilin sonu-2008-ci ilin birinci yarsında həmin torpaq sahəsində 8 metr x 9 metr ölçüdə ticarət obyektin tikinti işlərini aparmış, obyektin divarları 2,5 metrədək qaldırmışdır. Lakin İddiaçı və qanuni nümayəndəsi Güləmirzə Ağayevin 2008-ci və sonrakı illərdəki hərəkətlərindən də göründüyü kimi onlar Lerik şəhəri ərazisində sahibkarlıq fəaliyyətlərini davam etdirmək niyyəti olmamışdır. Çünki, onlar verilmiş kompensasiya hesabına obyektin tikintisini başa çatdırmamışlar və ya Lerik şəhərinin mərkəzi hissələrindən hesab olunan şəhərin Nizami küçəsində satılan obyektlərdən alıb sahibkarlıq fəaliyyətlərini davam etdirməmişlər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu 20 aprel 2010-cu il tarixdə qəbul edilmişdir. Həmin qanun qüvvəyə minənədək torpaqların dövlət ehtiyacı üçün alınması ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 159.7-ci maddəsinin tələblərinə və həmin Məcəllənin 246-249-cü maddələrinin 2008-ci ilədək qüvvədə olan məzmunu ilə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun “Keçid müddəaları” adlı 83-cü maddəsi müəyyən edir ki, bu Qanunun qüvvəyə minməsindən əvvəlki qanunvericiliyə uyğun olaraq torpaqların alınması ilə əlaqədar başlanılmış hər hansı hərəkət və ya prosedurlar kompensasiyanın qiymətləndirilməsi və ödənilməsi, həmçinin layihənin təsirinə məruz qalmış şəxslərin köçürülməsi məsələləri istisna olmaqla, əvvəlki qanunvericiliyə uyğun davam etdirilir. Lakin iddiaçıya məxsus 68,2 kv.metr olan 3 otaqlı ticarət obyekti (qeyri-yaşayış sahəsi) 2007-ci ilin yay aylarının sonunda sökülmüş, iddiaçının qanuni nümayəndəsi Güləmirzə Ağayevə torpaq sahəsinin alınması və ticarət obyektin inşası, eyni zamanda dəymiş ziyanın ödənilməsi ilə bağlı 2007-ci ilin son aylarında 15000 (on beş min) ABŞ dolları miqdarında kompensasiya ödənilmişdir. Köçürmə ilə bağlı bütün prosedurlar 2007-ci ildə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159.7-ci maddəsinin tələblərinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 246.1-ci maddəsinin tələblərinə görə bu məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Həmin Məcəllənin 246.5-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. Həmin Məcəllənin 247.1-ci maddəsinin tələblərinə görə dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilir. Həmin Məcəllənin 247.2-ci maddəsinin tələblərinə görə satınalma qiyməti müəyyəniəşdirilərkən həmin qiymətə torpaq sahəsinin və orada olan daşınmaz əmlakın bazar dəyəri, habelə torpaq sahəsinin alınması nəticəsində mülkiyyətçiyə dəyən bütün zərər, o cümlədən, əldən çıxmış fayda da daxil olmaqla, onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər daxil edilir. (Qeyd: maddənin bu redaksiyası 20 aprel 2012-ci ilədək qüvvədə olmuşdur). Həmin Məcəllənin 247.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi ilə razılaşmaya əsasən ona dövlət ehtiyacları üçün alınan sahənin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə başqa torpaq sahəsi verilə bilər. Maddənin məzmununda da göründüyü kimi sahibkara vəsait ödənilir və ona sərbəst və öz mülahizəsinə uyğun seçim etmək imkanı verir. Həmin Məcəllənin 248.1-ci maddəsinin tələblərinə görə dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi müvafiq icra hakimiyyəti orqanının bu Məcəllənin 246.1-ci maddəsində göstərilən qərarı ilə və ya satınalma qiyməti ilə razı olmadıqda bu barədə məhkəməyə müraciət edə bilər. (Qeyd: maddənin bu redaksiyası 20 aprel 2012-ci ilədək qüvvədə olmuşdur). Həmin Məcəllənin 248.2-ci maddəsinin tələblərinə görə torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərardan iddia bu Məcəllənin 246.3cü maddəsində göstərilmiş bildirişin sahənin mülkiyyətçisinə göndərildiyi gündən, satınalma qiymətindən iddia isə bu Məcəllənin 247.1-ci maddəsində göstərilən ödəmənin həyata keçirildiyi gündən bir il ərzində verilə bilər. (Qeyd: maddənin bu redaksiyası 20 aprel 2012-ci ilədək qüvvədə olmuşdur). Bir illik iddia müddətini müəyyən etməklə qanun sahibkarın probleminin daha qısa müddətdə həll edilməsini və dövlətin mənafeyinin qorunmasını, həmçinin sahibkarların və vəzifəli şəxslərin kompensasiya tələbindən suiistifadə etməsinin qarşısını almaq məqsədi daşımışdır. Lakin göründüyü kimi iddiaçıya kompensasiyanın ödənilməsindən 16 ildən çox vaxt keçmişdir. İddiaçı iddia ərizəsində həyat yoldaşı və nümayəndəsi Güləmirzə Ağayevin 1997-2015-ci illərdə Lerik rayon Maliyyə idarəsinin müdir müavini-xəzinə şöbəsinin rəisi vəzifəsində işlədiyini, rayon icra hakimiyyətinin rəhbər vəzifəli şəxsləri tərəfindən onlara təzyiq göstəridiyini və bu səbəbdən əvvəlki illərdə məhkəməyə müraciət etmədiyini bildirir. İddiaçının bu arqumentlərini əsassız hesab edirlər. Birincisi, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, iddiaçıya məxsus 68,2 kv.metr olan 3 otaqlı ticarət obyekti (qeyri-yaşayış sahəsi) 2007-ci ilin yay aylarının sonunda sökülmüş, Güləmirzə Ağayevə torpaq sahəsinin alınması və ticarət obyektin inşası, eyni zamanda dəymiş ziyanın ödənilməsi ilə bağlı 2007-ci ilin son aylarında 15000 (on beş min) ABŞ dolları miqdarında kompensasiya ödənilmişdir. İddiaçının nümayəndəsi kimi G.Ağayev şəhərin mərkəzi hissəsində - Cəfər Cabbarlı küçəsində - Mərkəzi xəstəxananın alt hissəsində, bulaqın üst tərəfində yerləşən 0,02 ha torpaq sahəsini ona ödənilmiş kompensasiya hesabına digər vətəndaşdan almış, icazə tələb olunan obyektlərin tikinti işlərinin müvafiq icazə sənədi olmadan aparılması üçün rayon icra hakimiyyəti tərəfindən iddiaçının nümayəndəsi üçün hər cür şərait yaradılmışdır. İddiaçının nümayəndəsi Güləmirzə Ağayev 2007-ci ilin sonu-2008-ci ilin birinci yarsında həmin torpaq sahəsində 8 metr x 9 metr ölçüdə ticarət obyektin tikinti işlərini aparmış, obyektin divarları 2,5 metrədək qaldırmışdır. Bu iddiaçının nümayəndəsinə dövlət qulluğu vəzifəsi üzrə hər hansı təzyiqin olmadığını göstərir. İkincisi İddiaçı köməklik göstərmək məqsədilə Rayon Mərkəzi İstilik Sistemin daxil olan köhnə binanın və onun ərazisinin həyat yoldaşı Gülmirzə Ağayevə verilməsi Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi qaydada-məktub vasitəsi ilə ona təklif olunmuşdur . Əlavə olaraq Rayon icra Hakimiyyəti tərəfindən şifahi qaydada iddiaçının nümayəndəsi G.Ağayevə “Lerik” Qəzətinin mətbəəsinin özəlləşdirilməsi təklif edilmişdir. Lakin İddiaçı və qanuni nümayəndəsi Güləmirzə Ağayev bu təklifdən imtina etmişdir. Onu da bildirirlər ki, “Lerik” qəzetinin mətbəə binası rayonun digər sahibkarı Əfqan Şərifov tərəfindən sonrakı illərdə özəlləşdirilmişdir. Üçüncüsü iddiaçının həyat yoldaşı 2016-cı ildən öz xahişi ilə dövlət qulluğundan azad edilmiş və bir müddət rayonda fəaliyyət göstərən “Elvin” şadlıq sarayını icarə müqaviləsi əsasında işlətmişdir. Deməli “rayon icra hakimiyyətinin rəhbər vəzifəli şəxsləri tərəfindən onlara təzyiq” imkanları aradan qalxmışdır. O, ona ödənilmiş kompensasiya məbləği ilə bağlı 2016-ci ildən məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı həyat yoldaşının işdən azad olunduqdan sonrakı 8 il ərzində də məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 248.2-ci maddəsinin tələblərinə görə torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərardan iddia bu Məcəllənin 246.3-cü maddəsində göstərilmiş bildirişin sahənin mülkiyyətçisinə göndərildiyi gündən, satınalma qiymətindən iddia isə bu Məcəllənin 247.1-ci maddəsində göstərilən ödəmənin həyata keçirildiyi gündən bir il ərzində verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının 1.1-ci bəndinin tələblərinə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Müddətin üzürlü səbəblər olmadan ötürülməsi də idddia tələbi üzrə müddətin bərpa edilməsini istisna edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən Lerik rayonu Lerik Bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli, 56 saylı qərarı ilə Fərəcova (Ağayeva) İradə Bağış qızına bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən köşk tikintisi üçün dəyəri ödənilməklə 182 kv.m torpaq sahəsinin satılması qərara alınmış, 17 may 2004-cü il tarixli “Torpağın alqı-satqısına dair” aktla 130 kv.m, “Torpağın alqı-satqısına dair” digər aktla 52 kv.m torpaq sahəsi iddiaçıya təhvil verilmiş, Cavabdeh başçısının 18 iyun 2004-cü il tarixli, 48 nömrəli sərəncamına əsasən ona 130 kv.m torpaq sahəsində xidmət obyektinin tikintisinə icazə verilmiş, qeyri-yaşayış obyektinin tikintisi başa çatmış və istismara qəbul edilmiş, bu barədə 10 yanvar 2006-cı il tarixli akt tərtib olunmuş, Lerik rayonu, Lerik şəhəri, H.Əliyev adına meydanda yerləşən 4 girişindən 3 otaqlı, 68.8 kv.m ümumi və 68.8 kv.m əsas sahədən ibarət həmin qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə 11 noyabr 2006-cı il tarixli, MN seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışla iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı Cavabdeh başçısının göstərişi əsasında mülkiyyətində olan sözügedən qeyri-yaşayış binasının söküldüyünü, həmin obyektin yerləşdiyi torpaq sahəsinin ondan alındığını iddia edərək Lerik şəhəri, H.Əliyev adına meydanda mülkiyyət hüququ əsasında ona məxsus 0.02 ha torpaq sahəsi üzərində hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsi üzərində inşa etdirdiyi Xidmət və ticarət obyektinin mövcud dəyərini təşkil edən 85500 manatın və vurulmuş 300000 (üç yüz min) manat mənəvi ziyanın Cavabdehndən tutularaq ona ödənilməsini tələb edir. Tərəflərin nümayəndələrinin iştirakı ilə məhkəmə iclasında iş materiallarının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Lerik rayonunun Lerik qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lerik qəsəbəsinə şəhər statusu verilməsi ilə əlaqədar 2007-2009cu illərdə Lerik şəhərində aparılan əsaslı tikinti-abadlıq işləri çərçivəsində şəhər 3 saylı tam orta məktəbi üçün yeni tədris korpusunun əsaslı tikintisi, bu tikinti ilə bağlı tikinti ərazisində yerləşən istismar müddəti başa çatmış kommunal evlərin sökülməsi və həmin evlərdə yaşayan vətəndaşların müvafiq mənzillərlə təmin olunması üçün 18 mənzilli kommunal yaşayış binasının inşası, o cümlədən şəhərin mərkəzi hissəsində “Rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina”, “X21”, “Ulu öndər Heydər Əliyevin abidəsi”, həmçinin “Bayraq meydanı”nın tikintisi, eyni zamanda əhalinin asudə vaxtının daha səmərəli təşkili üçün yaxın ərazilərdə oturacaqların quraşdırılması işləri həyata keçirilmiş, əlavə olaraq yaxın ərazidə yerləşən bir sıra obyektlərin köçürülməsi və digər yaxın ərazidə fəaliyyətlərinin davam etdirilməsi planlaşdırılmış, “Bayraq meydanının” tikintisi zamanı həmin ərazidə və bitişik digər ərazidə yerləşən 8 ticarət obyektinin, o cümlədən X1 məxsus çayxana, X8 məxsus dərzi sexi, X10 məxsus bərbərxana və X4 məxsus 3 otaqlı ticarət obyektlərinin və digər 2 sahibkara məxsus obyektlərin köçürülməsi zərurəti yaranmış, bununla bağli ticarət obyekti sahibləri ilə söhbət aparılmış, onlara yeni torpaq sahəsinin alınması və ticarət obyektin inşası, eyni zamanda dəymiş ziyanın ödənilməsi üçün kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə edilmişdir. İddiaçı tez xarab olan ərzaq mallarının satışını yekunlaşdırmaq üçün 2 aylıq möhlət verilmiş, bu proses başa çatdıqdan sonra iddiaçı obyektdə olan satılmamış sənaye və digər təyinatlı malları obyektdən daşımış və yalnız bundan sonra ticarət obyekti sökülmüş, söküntüdən əldə edilən tikinti materialları, mişar daşı, qapı-pəncərələr, taxta və dam örtüyü, həmçinin jalüzlər obyekt sahibinin nümayəndəsi Güləmirzə Ağayevə təhvil verilmiş və ona torpaq sahəsinin alınması və ticarət obyektinin inşası, eyni zamanda dəymiş ziyanın ödənilməsi ilə bağlı 15000 (on beş min) ABŞ dolları miqdarında kompensasiya ödənilmişdir. İddiaçı kompensasiyanın miqdarını iddia ərizəsində etiraf etmişdir. Lerik şəhərinin “Heydər Əliyev” meydanında və yaxın köçürmə ərazisində yerləşən 6 sahibkara, Qasım Nəbiyevə, Xeybər Sadıqova, Vidadi Tağıyevə, şəhərin İsmayıl Yaqubov küçəsindən köçürülən sahibkar X16 bələdiyyəsi ilə şifahi razılıq əsasında şəhərin mərkəzi hissəsinə yaxın və sahibkarlıq fəaliyyəti üçün ərverişli hesab edilən, əhalini gediş-gəlişi intensiv olan ərazidə-köçürmə sahəsindən 120 metr məsafədə-Lerik şəhərinin Cəfər Cabbarlı küçəsində, Mərkəzi Xəstəxananın alt hissəsində, bulağın üst tərəfində bələdiyyə tərəfindən yer göstərilmiş, icazə tələb olunan obyektlərin tikinti işlərinin müvafiq icazə sənədi olmadan aparılması üçün rayon icra hakimiyyəti tərəfindən şərait yaradılmış, sahibkarlar onlara verilmiş kompensasiya hesabına və söküntü materiallarından istifadə etməklə 2007-ci ilin sonlarında həmin ərazidə ticarət və xidmət obyektləri inşa edərək bu gün də sahibkarlıq fəaliyyətlərini davam etdirirlər. Həmin sahibkarlar inşa etdikləri okyektlərin yerlədiyi torpaq sahələrini 2012-ci ildən başlayaraq Lerik bələdiyəsi ilə alqı-satqı müqaviləsi bağlamaqla və vəsait ödəməklə adlarına keçirmişlər. Həmin proseslərdə İddiaçı adından etibarnamə ilə nümayəndə qismində həyat yoldaşı X11 çıxış etmiş, o, Cəfər Cabbarlı küçəsində, Mərkəzi Xəstəxananın alt hissəsində, bulağın üst tərəfində yerləşən 0,02 ha torpaq sahəsini ona ödənilmiş kompensasiya hesabına alınması ilə bağlı həmin torpaq sahəsinin sahibi X17 və qardaşı X13 ilə razılaşmış, razılşmaya görə 2000 (iki min) ABŞ dolları miqdarında pul vəsaitini Azad Məmmədova vermiş, Azad Məmmədovla olan razılaşma əsasında 0,02 ha torpağa dair sənədlər G.Ağayevdə qalmışdır. Şəhərin mərkəzi hissəsində olmaqla İddiaçı obyektinin söküntü ərazisindən 120 metr məsafədə yerləşən həmin 0,02 ha torpaq sahəsinin iddiaçının və ya qanuni nümayəndəsinin adına rəsmiləşdirilməsinin əlavə vaxt və vəsait tələb etdiyi nəzərə alınaraq icazə tələb olunan obyektlərin tikinti işlərinin müvafiq icazə sənədi olmadan aparılması üçün rayon icra hakimiyyəti tərəfindən iddiaçının nümayəndəsi üçün də şərait yaradılmış, iddiaçının nümayəndəsi Güləmirzə Ağayev 2007ci ilin sonu-2008-ci ilin birinci yarısında həmin torpaq sahəsində 8 metr x 9 metr ölçüdə ticarət obyektinin tikinti işlərini aparmış, obyektin divarları 2,5 metrədək qaldırılmış, sonradan həmin torpaq sahəsini və inşa edilmiş yarımçıq tikilini X20 şəhər sakini X2 şifahi razılıq əsasında satmışdır. Qeyd olunanlar məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Güləmirzə Ağayev tərəfindən təkzib edilməmişdir. Bundan başqa, iş materiallarına əsasən 2009-cu ildə sahibkar İddiaçı köməklik göstərmək məqsədilə Lerik Rayon Mərkəzi İstilik Sisteminə daxil olan köhnə binanın və onun ərazisinin həyat yoldaşı Güləmirzə Ağayevə verilməsi Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi qaydada məktub vasitəsi ilə ona təklif olunmuş, əlavə olaraq sonrakı illərdə Rayon İcra Hakimiyyəti tərəfindən şifahi qaydada iddiaçının nümayəndəsi G.Ağayevə “Lerik” Qəzetinin mətbəəsinin özəlləşdirilməsi təklif edilmiş, lakin İddiaçı və qanuni nümayəndəsi Güləmirzə Ağayev bu təkliflərdən imtina etmişlər. Qeyd olunanlar məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Güləmirzə Ağayev tərəfindən inkar edilməmişdir. Beləliklə, iş materiallarının məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı Lerik rayonu Lerik Bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli, 56 saylı qərarı ilə 182 kv.m torpaq sahəsi satılmış, Cavabdeh başçısının 18 iyun 2004-cü il tarixli, 48 nömrəli sərəncamına əsasən həmin torpaq sahəsində 130 kv.m xidmət obyektinin tikintisinə icazə verilmiş, 4 girişindən 3 otaqlı, 68.8 kv.m ümumi və 68.8 kv.m əsas sahədən ibarət qeyri-yaşayış obyekti inşa edilərək 10 yanvar 2006-cı il tarixli aktla istismara qəbul olunmuş, həmin qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə 11 noyabr 2006-cı il tarixli, MN seriyalı ******* nömrəli çıxarışla iddiaçının adına rəsmiləşdirilmiş, Lerik qəsəbəsinə şəhər statusu verilməsi ilə əlaqədar 2007-2009-cu illərdə Lerik şəhərində aparılan əsaslı tikinti-abadlıq işləri çərçivəsində şəhərin mərkəzi hissəsində “Rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina”, “X21”, “Ulu öndər Heydər Əliyevin abidəsi”, eyni zamanda əhalinin asudə vaxtının daha səmərəli təşkili üçün yaxın ərazilərdə oturacaqların quraşdırılması işləri həyata keçirilmiş, “Bayraq meydanı”nın tikintisi zamanı həmin ərazidə və bitişik digər ərazidə yerləşən 8 ticarət obyektinin, o cümlədən X4 məxsus 3 otaqlı ticarət obyektinin köçürülməsi zərurəti yaranmış, bununla bağli ticarət obyekti sahibləri ilə söhbət aparılmış, onlara yeni torpaq sahəsinin alınması və ticarət obyektin inşası, eyni zamanda dəymiş ziyanın ödənilməsi üçün kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə edilmiş, İddiaçı tez xarab olan ərzaq mallarının satışını yekunlaşdırmaq üçün 2 aylıq möhlət verilmiş, bu proses başa çatdıqdan sonra iddiaçı obyektdə olan satılmamış sənaye və digər təyinatlı malları obyektdən daşımış, yalnız bundan sonra ticarət obyekti sökülmüş, söküntüdən əldə edilən tikinti materialları, mişar daşı, qapı-pəncərələr, taxta və dam örtüyü, jalüzlər obyekt sahibinin nümayəndəsi Güləmirzə Ağayevə təhvil verilmiş, ona torpaq sahəsinin alınması və ticarət obyektin inşası, eyni zamanda dəymiş ziyanın ödənilməsi ilə bağlı 15000 (on beş min) ABŞ dolları miqdarında kompensasiya ödənilmiş, yuxarıda adları çəkilən sahibkarlar verilmiş kompensasiya hesabına və söküntü materiallarından istifadə etməklə 2007-ci ilin sonlarında onlara ayrılmış ərazidə ticarət və xidmət obyektləri inşa edərək sahibkarlıq fəaliyyətlərini davam etdirmiş, həmin proseslərdə İddiaçı adından etibarnamə ilə nümayəndə qismində həyat yoldaşı X11 ona ödənilmiş kompensasiya hesabına 0,02 ha torpaq sahəsi almış, 2007-ci ilin sonu-2008-ci ilin birinci yarsında həmin torpaq sahəsində 8 metr x 9 metr ölçüdə ticarət obyektinin tikinti işlərini aparmış, obyektin divarları 2,5 metrədək qaldırılmış, sonradan həmin torpaq sahəsini və inşa edilmiş yarımçıq tikilini Lerik şəhər sakini X2 şifahi razılıq əsasında satmışdır. Göründüyü kimi, digər sahibkarlardan fərqli olaraq, iddiaçı ona məxsus obyektin köçürülməsi ilə əlaqədar ödənilmiş kompensasiya hesabına ticarət və xidmət obyekti inşa edərək sahibkarlıq fəaliyyətini davam etdirmək imkanı olduğu halda bundan istifadə etməmişdir. Halbuki, onunla eyni zamanda obyektləri köçürülmüş yuxarıda adları sadalanan şəxslər onlara ödənilmiş kompensasiya hesabına ticarət və xidmət obyektləri inşa edərək sahibkarlıq fəaliyyətlərini hazırki vaxtda da davam etdirirlər və iddiaçının nümayəndəsi məhkəmə iclasında bunu inkar etməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində tərtib edilmiş smetaya görə mülkiyyətində olmuş qeyri-yaşayış binasının ilkin dəyərinin 85365000 AZM olduğunu, 2006-cı ildə manatın devalvasiyasına uyğun hesablandıqda bu məbləğin 17100 manat təşkil etdiyini bildirmişdir ki, bu da ona məxsus qeyri-yaşayış binasının sökülməsi ilə əlaqədar həmin dövrdə ödənilmiş 15000 dollar kompensasiyanın sözügedən binanın ilkin smeta dəyərinə uyğunluğunu, iddiaçının həmin dövrdə qeyd olunan kompensasiya hesabına digər şəxslər kimi ticarət və xidmət obyekti inşa edərək sahibkarlıq fəaliyyətini davam etdirmək imkanına malik olduğunu təsdiq edir. Qeyd olunanlar İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış binasının tərtib edilmiş smetaya görə ilkin dəyərinin cavabdeh tərəfindən tam məbləğdə ödənildiyini təsdiq edir. İddiaçı bunun əksini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, buna baxmayaraq, həmin dövrdən etibarən keçən 16 il ərzində tikinti materiallarının dəyərinin 5 dəfəyə yaxın artdığını bildirərək ona 85500 manat pul vəsaitinin ödənilməli olduğunu tələb edir ki, məhkəmə bu tələbin əsaslı olmasının qəbul edilməsini mümkün hesab etmir. İddiaçı iddia ərizəsində ona məxsus ticarət mağazasının vəzifəli şəxslər tərəfindən hədə-qorxu gəlməklə qanunsuz olaraq söküldüyünü iddia etmişdir. Lakin iş materiallarında olan Lerik rayon prokurorluğunun 04 mart 2023-cü il tarixli, 14C-23 nömrəli məktubundan və ona əlavə edilmiş 04 mart 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı mülkiyyətində olan ticarət mağazasının vəzifəli şəxslər tərəfindən hədəqorxu gəlməklə qanunsuz olaraq sökülməsindən 01 fevral 2023-cü il tarixli şikayət ərizəsi ilə Lerik rayon prokurorluğuna müraciət etmiş, aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olması öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd olunanlar, eləcə də hazırki mübahisənin predmeti ilə bağlı iddiaçının 16 il ərzində məhkəmə müdafiəsindən istifadə etməməsi də, ona məxsus ticarət mağazasının vəzifəli şəxslər tərəfindən hədə-qorxu gəlməklə qanunsuz olaraq sökülməsi iddiasını təkzib edir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini “Lerik şəhəri, H.Əliyev adına meydanda mülkiyyətində olan 0.02 ha torpaq sahəsi üzərində hüquqlarının bərpa edilməsi, həmin torpaq üzərində yerləşmiş Xidmət və ticarət obyektinin 4 girişindən, 3 otaqlı, 68.8 kv.m işlək və 77.4 kv.m ümumi sahəsinin mövcud dəyəri 85500 (səksən beş min beş yüz) manatın Cavabdehndən tutularaq ona ödənilməsi” hissəsində əsaslı hesab etmir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər (maddə 89.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə iş materiallarında olan həm cavabdeh, həm də iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən iddiaçıya qarşı və ona məxsus daşınmaz əmlakla bağlı qanunsuz hərəkət və yaxud hərəkətsizliyə yol verilməmişdir. İddiaçı həmçinin, “Cavabdeh tərəfindən ona vurulmuş 300000 (üç yüz min) manat mənəvi ziyanın ödənilməsi” tələbini irəli sürmüşdür. İddia tələbinin “maddi zərərin ödənilməsi” hissəsi üzrə gəldiyi qənaətə uyğun olaraq məhkəmə, iddiaçının “mənəvi ziyan” tələbini də əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, göstərilən zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə işin bu halını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçıya mənəvi zərərin vurulmasına dair mülki hüquq pozuntusu mövcud olmamışdır. Ona görə də iddia tələbinin “mənəvi zərərin ödənilməsi”nə dair hissəsi də əsassız sayılmalıdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın hərəkətləri tərəflərin razılığına əsaslandığından və qanuna zidd olmadığından, bunun nəticəsində iddiaçıya hər hansı bir maddi və mənəvi ziyanın vurulması istisna edildiyindən iddiaçının “mülkiyyətin bərpa edilməsi, əmlaka vurulmuş maddi ziyanın və vəzifəli şəxslər tərəfindən vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbləri rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Lerik şəhəri, H.Əliyev adına meydanda mülkiyyətində olan 0.02 ha torpaq sahəsi üzərində hüquqlarının bərpa edilməsi, həmin torpaq üzərində yerləşmiş xidmət və ticarət obyektinin 4 girişindən, 3 otaqlı, 68.8 kv.m işlək və 77.4 kv.m ümumi sahəsinin mövcud dəyəri 85500 (səksən beş min beş yüz) manatın Cavabdehndən tutularaq ona ödənilməsi və Cavabdeh tərəfindən ona vurulmuş 300000 (üç yüz min) manat mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “Lerik şəhəri, H.Əliyev adına meydanda mülkiyyətində olan 0.02 ha torpaq sahəsi üzərində hüquqlarının bərpa edilməsi, həmin torpaq üzərində yerləşmiş Xidmət və ticarət obyektinin 4 girişindən, 3 otaqlı, 68.8 kv.m işlək və 77.4 kv.m ümumi sahəsinin mövcud dəyəri 85500 (səksən beş min beş yüz) manatın Cavabdehndən tutularaq ona ödənilməsi və Cavabdeh tərəfindən ona vurulmuş 300000 (üç yüz min) manat mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-3164/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3164/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver