Məhkəmə qərarları › İş №2-1(120)-317/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-317/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-317/2021 09.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2019-cu il tarixli, 157 ş/h nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2-1(120)-317/2021 nömrəli qərardadı ilə iddia tələbinə “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2019-cu il tarixli, 157 ş/h nömrəli əmrinin ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında izahatında hərbi xidmətdən xidməti uyğunsuzluğa görə təxris olunması barədə əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndəsi X2 məhkəmə iclasında izahatında hərbi xidmətdən xidməti uyğunsuzluğa görə təxris olunması barədə əmrin ləğv edilməsi barədə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2019-cu il tarixli, 157 ş/h nömrəli əmrinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 13-1/796 nömrəli etirazında qeyd edilir: “Daxili Qoşunların sabiq hərbi qulluqçusu əsgər İddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassız və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, həmin vaxt səhhətində problem yaranmış və buna görədə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq ehtiyata buraxılmış, xidmət etdiyi müddətdə heç bir qüsura yol verməmiş, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması hər hansı bir qoşun birləşməsində xidmət etməsinə maneə yaradır. Həmçinin iddiaçı E.İsmayılov ərizəsində bildirmişdir ki, həmin əmrin ləğv olunması üçün ərizə ilə Daxili Qoşunların Baş idarəsinə müraciət etmiş, xx.xx.2020-ci il tarixli cavab məktubunda müraciəti təmin olunmadığından inzibati məhkəməyə müraciət etməsinə hüquqi əsası yaranmışdır. Sabiq hərbi qulluqçu əsgər İddiaçı xx.xx.1998-ci il təvəllüdlü, tam orta təhsilli, milliyətcə azərbaycanlıdır. İddiaçının ərizəsi əsassız olduğundan aşağıda göstərilən səbəblərə görə təmin olunmamalıdır. Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının xx.xx.2019-cu il tarixli 95 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 175 nömrəli şəxsi heyət üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq, hərbi xidmət keçmək haqqında öhdəlik vermiş əsgər İddiaçı xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi xasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilərək şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. İddiaçı ərizəsində Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət keçərkən səhhətində problemlərin yarandığını və buna görə də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq ehtiyata buraxıldığını, xidmət etdiyi müddətdə heç bir qüsura yol vermədiyini bildirmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində xx.xx.2019-cu il tarixdə qrup komandiri tərəfindən şəxsi intizamsızlığına görə “Töhmət”, xx.xx.2019-cu il tarixdə xüsusi vasitələrin tərbiqi dəstəsinin komandiri tərəfindən mütəmadi olaraq sıra düzülüşünə gecikdiyinə görə “Töhmət”, xx.xx.2019-cu il tarixdə Hərbi hissə komandirinin 1-ci müavini-Qərargah rəisi tərəfindən etik davranış qaydalarını pozduğuna görə “Töhmət” intizam cəzaları ilə cəzalandırılmış və N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli N nömrəli əmri ilə hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb olunmuşdur. Yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu İddiaçı intizam qaydalarına ciddi riayət etməmiş, dəfələrlə intizamsızlığa yol vermiş, hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilərək barəsində rəy tərtib olunmuş, həmin məhkəmə tərəfindən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barəsində Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının qarşısında vəsatət qaldırılmış və Daxili İşlər nazirinin müavini- Daxili Qoşunların komandanının xx.xx.2019-cu il tarixli 157 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 256 nömrəli nizami hissə üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır. İddiaçı ərizəsində qeyd etdiyi kimi səhhətində yaranmış problemlərlə bağlı deyil, xidmət zamanı yol verdiyi nöqsanlara görə hərbi nizamnamələrin tələblərinə uyğun olaraq intizam qaydasında cəzalandırılmış, tətbiq olunmuş intizam cəzalarından nəticə çıxartmadığına görə hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilmiş, şərəf məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrə ehtiyata buraxılmsı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Qeyd etmək istəyirəm ki, İddiaçıla ehtiyata buraxılmazdan əvvəl xx.xx.2019-cu il və xx.xx.2019-cu tarixlərdə hərbi hissə komandiri tərəfindən söhbət aparılmış, söhbət vərəqəsində imza etdirilmişdir. Həmçinin İddiaçı xx.xx.2019-cu il tarixli 4985 nömrəli raportla komanda üzrə müraciət edərək üzərinə götürdüyü öhdəlik və nizamnamələrin tələblərinə tam riayət etməkdə çətinlik çəkdiyinə, eləcə də xidməti vəzifə borclarının öhdəsindən gələ bilmədiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını, verilmiş intizam cəzalarının nizamnamələrə uyğun olmasını, şikayətinin olmamasını, gələcəkdə Daxili Qoşunlarda xidmətə qayıda bilməyəcəyi barədə məlumatının olması və Hərbi-həkim komissiyasına göndərilməsinə ehtiyacının olmamasını bildirmişdir. Bundan başqa İddiaçı ehtiyata buraxılarkən 67 nömrəli çıxış vərəqəsi və hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin Cəbrayıl rayon bölməsinə xx.xx.2019-cu il tarixli 864 nömrəli göndəriş vərəqəsi verilmiş, həmin sənədlərdə ehtiyata buraxılmasının əsası göstərilmişdir. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Göstərilənlərə əsasən, iddiaçı sabiq hərbi qulluqçu əsgər İddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı iddia ərizəsində qeyd olunan tələblər tamamilə əsassız və göstərilən normativ aktların tələblərinə zidd olduğundan təmin edilməsin. İş materiallarında olan 1-ci və 2-ci söhbət vərəqələrindən görünür ki, iddiaçıya “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılacağı barədə məlumat verilmiş və iddiaçı həmin əsasla ehtiyata buraxılmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçının yazdığı xx.xx.2019-cu il tarixli 4985 nömrəli raportdan görünür ki, o, komanda üzrə müraciət edərək üzərinə götürdüyü öhdəlik və nizamnamələrin tələblərinə tam riayət etməkdə çətinlik çəkdiyinə, eləcə də xidməti vəzifə borclarının öhdəsindən gələ bilmədiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını, verilmiş intizam cəzalarının nizamnamələrə uyğun olmasını, şikayətinin olmamasını, gələcəkdə Daxili Qoşunlarda xidmətə qayıda bilməyəcəyi barədə məlumatının olması, ehtiyata buraxıldıqdan sonra SHXÇDX-nin Cəbrayıl rayon bölməsinndə hərbi qeydiyyata duracağını və Hərbi-həkim komissiyasına göndərilməsinə ehtiyacının olmamasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin xx xxxxxx 2020-ci il tarixli, 926 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən və iş materiallarında olan digər sənədlərdən görünür ki, İddiaçı ehtiyata buraxılarkən 67 nömrəli çıxış vərəqəsi və hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin Cəbrayıl rayon bölməsinə xx.xx.2019-cu il tarixli 864 nömrəli göndəriş vərəqəsi verilmiş, həmin sənədlərdə ehtiyata buraxılmasının əsası göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2019-cu il tarixli, 157 ş/h nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin məlum olmuşdur ki, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan (əmr elan olunduqdan) sonra hərbi qeydiyyata alınmaq üçün ona 67 nömrəli çıxış vərəqəsi və hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin Cəbrayıl rayon bölməsinə xx.xx.2019-cu il tarixli 864 nömrəli göndəriş vərəqəsi verilmiş və iddiaçı xx.xx.2019-cu il tarixdə hərbi qeydiyyata alınmışdır. Eyni zamanda iş materiallarında olan sənədlərdən (söhbət vərəqəsindən və iddiaçının yazdığı raportdan) məlum olmuşdur ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılacağı barədə əvvəlcədən məlumatlı olmuş və bu əsasla ehtiyyata buraxılmasına etiraz etməmişdir. Hazırda iddiaçı qeyd olunan əmri mübahisələndirərək ləğv edilməsini xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2019-cu il tarixdən mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin əmrin elan olunduğu və onun hərbi qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlamışdır. İddia ərziəsi isə xx.xx.2020-ci il tarixdə poçta, xx.xx.2020-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 11 (on bir) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1712/20 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2019-cu il tarixli, 157 ş/h nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2019-cu il tarixli, 157 ş/h nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar