Məhkəmə qərarları › İş №2-1(120)-3185/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3185/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3185/2024 14.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X14 Pataloji Anatomiya X11 Şəxsin Şirvan şəhər Şöbəsinə qarşı “xx.xx.1999-cu il təvəllüdlü X2 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X14 Pataloji Anatomiya X11 Şəxsin Şirvan şəhər Şöbəsinə qarşı “xx.xx.1999-cu il təvəllüdlü X2 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş, sоnuncuyа iddiаyа qаrşı öz münаsibətini (еtrаzını) yаzılı şəkildə məhkəməyə bildirmək, həmçinin, еtirаzı əsаslаndırаn sübutlаrın məhkəməyə təqdim оlunmаsı üçün müddət təyin оlunmuşdur. İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Qeyd edir ki, 16 avqust ****-cü il tarixdə saat 23-00 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun X rayonu, Y kəndi ərazisindən keçən 88-ci kilometrində X5 idarə etdiyi Mopet tipli minik vasitəsini Qazax istiqamətində hərəkət etdirərkən dayanmış vəziyyətdə olan X6 idarə etdiyi Kamaz-5511 yük markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış və nəticədə mopetin sürücüsü X1 Y1 hadisə yerində ölmüşdür. Həmin fakta görə xx.xx.2023-cü il tarixdə tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Cinayət işi üzrə istintaq aparılarkən müəyyən edilmişdir ki, 16 avqust 2023-cü il tarixdə saat 23-00 radələrində X8 özünə məxsus texniki cəhətdən saz olan Kamaz-5511 yük markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Qazax istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Hacıqabul rayonu, Qızılburun kəndi ərazisindən keçən 88-ci kilometrində qəflətən avtomobilin arxa oxunun sağ qoşa təkərləri partladığı üçün məcburən avtomobili yolun sağ zolağında saxlamış və qəza işıqlarını yandırmaqla bərabər avtomobilin arxa hissəsində, 30 metrlik məsafədə təkər qoyaraq arxadan hərəkətdə olan digər avtomobillərin görməsi üçün təhlükəsiz tədbirləri görmüş və özü də avtomobilin arxa hissəsində dayanaraq arxadan hərəkətdə olan avtomobillər üçün əl işarələri edən zaman X5 idarə etdiyi Mopet tipli minik vasitəsi ilə Arif Rüstəmlini vuraraq Kamaz-5511 yük markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınaraq dindirilmiş İddiaçı bildirmişdir ki, oğlu X1 Y1 Bakı şəhərində Mopet sürməklə fərdi işlərlə məşğul olmuşdur. 16 avqust 2023-cü il tarixdə saat 20-25 radələrində X1 ona zəng edərək Bakı şəhərindən çıxdığını və yaşadıqları Hacıqabul şəhərinə gələcəyini bildirmişdir. Həmin gün saat 23-00 radələrində Fəridin telefonuna zəng edərkən telefona başqa şəxs cavab verərək X1 mopetlə Kamaz markalı avtomobilin arxasına çırpıldığını və öldüyünü ona demişdir. O da qohumları ilə birlikdə hadisə yerinə gələn zaman X1 meyitinin TTY maşınına qoyulduğunu görmüşdür. X1 meyiti X şəhərinə meyitxanaya aparılmış və orada tibbi müayinədən keçdikdən sonra aparıb dəfn etmişlər. Baş vermiş hadisəyə görədə şikayəti yoxdur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 27/x saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X1 meyitinin müayinəsi zamanı kəllə tağı və üz skelet sümüklərinin açıq-qəlpəli sınıqları, baş-beyin maddəsinin dağılması, hər iki göz almasının xaricə çıxması, sağ tərəfli qabırğaların sınıqları, sağ diz oynağını təşkil edən sümüklərin açıq-qəlpəli sınıqları müyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən xx.xx.2023-cü il tarixdə hərəkətdə olan mopetin yolun kənarında dayanmış Kamaz yük markalı avtomobilə arxadan çırpılması nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunun xəsarətlər canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükə olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər nəticəsində baş vermiş travmatik şok olması inkar edilmir. Ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 363 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X6 müayinəsi zamanı sağ daban sümüyünün sınığı müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt əşya təsirindən əmələ gəlməklə müxtəlif şəraitdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti xx.xx.2023- cü il tarixə uyğundur. Qeyd edilən xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Hal-hazırda oğlu X2 müvafiq qeydiyyat şöbəsindən ölüm şəhadətnaməsi almaq istəsə də bundan imtina edilmişdir, ona görə ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməlidir. O, aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - X14 X7 X12 X şəhər şöbəsinə müraciət etsə də, həmin şöbədən xx.xx.2023-cü il tarixli, 12 nömrəli məktubla bundan imtina edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirinin xx.xx.2015-ci il tarixli, 52 nömrəli əmrilə təsdiq ediulmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilmə qaydasına dair təlimatının tələbinə əsasən “Məhkəmə X14 X7” PHŞ şöbələrində ölümün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə” o vaxtı verilir ki, həmin şəxsin meyiti Hacıqabul rayon şöbəsinə daxil olmuş və meyit xarici, daxili olmaqla tam məhkəmə-tibbi müayinədən keçirilmiş olsun. Qeyd olunanların nəzərə alınaraq iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi X Rayon Qeydiyyat Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü ildə vəfat etdiyini bildirdiyiniz oğlunuz X1 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Hacıqabul rayon qeydiyyat şöbəsi, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Diqqətinizə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin bəndin 2-ci abzasına görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Əlavə olaraq bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyiniz ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır. xx.xx.1991-ci il tarixli, 054672 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi polis mayoru X3 icraatında olan ********* №-li cinayət işinin istintaq materiallarına dair xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qərarın təsviri hissəsində şərh edilənlərə əsasən xx.xx.1999-cu ildə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, ünvan 3 ünvanda yaşamış X5 barəsində olan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM- nin 263.2-ci maddəsindən CM-nin 263.1-ci maddəsinə tövsüf olunsun və X1 Y1 öldüyündən həmin cinayət işi üzrə icraata xitam verilmiş, X6 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinə xitam verilmiş və Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “M1” X11 Şəxsin X Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli, 12 nömrəli məhkəmə tibbi arayışında qeyd edilmişdir ki, arayış verilir ondan ötrü ki, mərhum X1 meyiti 16 avqust 2023-cü il tarixdə “Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya” X11 Şəxsin Şirvan şəhər şöbəsinə daxil olmuş, meyitin daxili müayinəsinə mərhumun yaxın qohumları etiraz etdiyinə görə ekspertiza aparılması mümkün olmamışdır. Məhkəmə tibbi ekspertizanın keçirilməsi Qaydalarına əsasən meyit daxili müayinədən keçmədiyi halda ölümün səbəbini müəyyən etmək mümkün hesab edilmir və ölüm haqqında şəhadətnamə verilməsinə icazə verilmir. X rayon X Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 143 nömrəli arayışında qeyd edilmişdir ki, xx xxxxxx 1972-ci il təvəllüdlü İddiaçı oğlu X5 16 Avqust 2023-ci il tarixdə vəfat etmişdir. Mərhum X şəhər qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “X Anatomiya” X11 Şəxsinin meyitin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 27/x nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1999-cu il təvəllüdlü X1 meyitinin xarici müayinəsinə əsaslanaraq, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və qarşıya qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm: X1 bədən səthində aşkar olunan xəsarətlər-kəllə tağı və üz skeleti sümüklərinin açıq-qəlpəli sınıqları, baş beyin maddəsinin dağılması, hər iki göz almasının xaricə sıxılması, sağ tərəfli qabırqaların sınıqları, sağ diz oynağını təşkil edən sümüklərin açıq-qəlpəli sınıqları-küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə- avqust 2023-cü il tarixdə hərəkətdə olan motosikletin yolun kənarında dayanmış Kamaz markalı yük avtomaşınına arxadan çırpılması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 meyitinin daxili müayinəsi aparılmadığına görə, onun ölümünün səbəbini dəqiq müəyyən etmək mümkün deyil. Lakin onun ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olması inkar olunmur. Ölüm meyit müayinə olundanda 2-4 saat əvvəl baş vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanuna zidddir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1 -ci maddəsi). Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X5 xx.xx.2023-cü ildə mopet tipli minik vasitəsini Qazax istiqamətində hərəkət etdirərkən dayanmış vəziyyətdə olan X6 idarə etdiyi Kamaz-5511 yük markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış və nəticədə vəfat etmişdir. İddiaçı mərhum oğlunun ölümünün qeydə alınması məqsədilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etməsinə baxmayaraq, həmin orqan meyitin daxili müayinəsinə mərhumun yaxın qohumlarının etiraz etdiyinə görə ekspertiza aparılmasının mümkün olmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41. Patoloji-anatomik yarma Patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər. Ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında rəy ölənin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, eləcə də zəruri hallarda hüquq mühafizə orqanlarına verilir. Ölənin ailə üzvləri, onlar olmadıqda isə yaxın qohumları və ya qanuni nümayəndələri müvafiq profilli mütəxəssisi onun razılığı ilə patoloji-anatomik yarmanın aparılmasında iştirak etmək üçün dəvət edə bilərlər. Onların tələbi ilə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə-tibb ekspertizası keçirilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır (8.3). “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir (4.5.). Şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 (üç) nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir (4.8). Həmin Qaydanın 4.4-cü bəndinə əsasən, aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. Göründüyü kimi, iddiaçının oğlu X5 16 avqust 2023-cü il tarixdə saat 23-00 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu, Qızılburun kəndi ərazisindən keçən 88-ci kilometrində idarə etdiyi Mopet tipli minik vasitəsini Qazax istiqamətində hərəkət etdirərkən dayanmış vəziyyətdə olan X6 idarə etdiyi Kamaz-5511 yük markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış və nəticədə mopetin sürücüsü X1 Y1 hadisə yerində vəfat etmişdir.Onun qeyd olunan qəzada ağır xəsarət nəticəsində vəfat etməsi işin mübahisə olunmayan halıdır. Cavabdehin imtinasının əsasın təşkil edən iddiaçının oğlu Fərid Məmmədzadənin meyitinin onun yaxın qohumlarının icazəsi olmadan yarılmaması və beləliklə də ölümünün səbəbinin müəyyən edilə bilinməməsi hissəsində məhkəmə qeyd edir ki, mövcud qanunvericinin cavabdeh inzibati orqana verdiyi səlahiyyətlər çərçivəsində o, ölmüş şəxsin daxili müayinəsini onun yaxınlarının icazəsi olmadan da apara bilərdi.Belə ki, Patolojianatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallarda müayinənin aparılmasına ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi razılığı tələb olunmur.Və iş materiallarından da müəyyən olunur ki, Fərid Məmmədzadə ağır qəza nəticəsində vəfat etmişdir və təbii ki, əməldə cinayət tərkibinin olub-olmaması, mərhumun ölümündəki şübhəli halların və onun ölüm səbəbinin araşdırılması üçün kifayət qədər şübhəli hallar mövcud olmuşdur ki, qeyd olunan əsaslar patoloji-anatomik yarmanın aparılmasını məcburi edən hal kimi səciyyələndirilir.Başqa sözlə bu, cavabdeh inzibati orqanın qanunvericilikdən irəli gələn vəzifəsi olmuşdur. Həmçinin Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “Məhkəmə-X14 Patoloji Anatomiya” X11 Şəxsinin meyitin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 27/x nömrəli ekspert rəyində kifayət qədər aydın şəkildə ölümün səbəbi müəyyənləşdirilmişdir.Belə ki, həmin rəydə göstərilmişdir ki, 1999-cu il təvəllüdlü X1 meyitinin xarici müayinəsinə əsaslanaraq, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və qarşıya qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm: X1 bədən səthində aşkar olunan xəsarətlər-kəllə tağı və üz skeleti sümüklərinin açıq-qəlpəli sınıqları, baş beyin maddəsinin dağılması, hər iki göz almasının xaricə sıxılması, sağ tərəfli qabırqaların sınıqları, sağ diz oynağını təşkil edən sümüklərin açıq-qəlpəli sınıqları-küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdəavqust 2023-cü il tarixdə hərəkətdə olan motosikletin yolun kənarında dayanmış Kamaz markalı yük avtomaşınına arxadan çırpılması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 meyitinin daxili müayinəsi aparılmadığına görə, onun ölümünün səbəbini dəqiq müəyyən etmək mümkün deyil. Lakin onun ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olması inkar olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən,iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) məhkəmədə iddia qaldıra bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1999-cu il təvəllüdlü X2 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X14 Pataloji Anatomiya” X11 Şəxsin Şirvan şəhər Şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1999-cu il təvəllüdlü X2 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X14 Pataloji Anatomiya” X11 Şəxsin X şəhər Şöbəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar