Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3188/2025 16.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 fevral 2026-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Agentliyin xx.xx.2025-ci il tarixdə ona əlillik təyinatından imtinasının əsassız hesab edilməsi və 1984-cü il tarixdən 1-ci qrup müddətsiz əlilliyin və Prezident təqaüdünün təyin edilməsi və əvvəlki dövr üçün ona ödənilməmiş müavinətlərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli xxxxxxx0004 №-li qərarının ləğv olunması, onun yəni İddiaçı ümumi xəstəlik səbəbilə xx.xx.1984-cü il tarixdən müddətsiz təyin olunmuş birinci dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi ödhədliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona görəmə gərginliyi səbəbindən xx.xx.1984-cü il tarixdən 1-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Ona eyni zamanda Prezident təqaüdü də ödənilmişdir. xx.xx.2024-cü il tarixdə o, təkrar əlillik müəyyən edilməsi ilə bağlı göndərişlə müayinəyə göndərilmişdir. Cavabdeh inzibati orqan yoxlanışdan sonra onun 1-ci dərəcə əlilliyini ləğv edərək ona 2-ci dərəcə əlillik təyinatı aparmışdır.Cavabdeh inzibati orqanın bu hərəkətini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki,iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə idarəsinin xx.xx.2002-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni sağ gözdə afakiya.VİS.OS-0 VİSOD-0,01 korreksiya olumur. Meyar:2.2İkinci dərəcə əlillik=>2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9,H47-H47.5, H52-H53.9); Ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştriak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və ona ümumi xəstəlik səbəbilə təyin olunmuş birinci dərəcəli əlilliyin bərpa olunmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
İddiaçı aid qiymətləndirmə nəticəsindən müəyyən olunur ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.1984-cü il tarixli göndərişinə əsasən sonuncuya xx.xx.1984-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə sağ gözdə afakiya VİS OS-0 VİSOD-0,01 korreksiya olunmur diaqnozu ilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır.
Məhkəmənin müvafiq sorğusuna əsasən
Agentliyin 3-17-4/2-12796/2025 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-H-11656/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Lakin həmin tarixdə əyani müayinəyə gəlmədiyi üçün mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində vətəndaşa xx.xx.1984-cü il tarixli ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə məlumatlar əlillik altsisteminə daxil edilərək, diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş müraciəti əsasında komissiyaya dəvət edilmiş və əyani müayinədə iştirak etmişdir. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xəstənin vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.6-cı bəndinə müvafiq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulmasına müvafiq görülmüşdür ki, bu da ikinci dərəcə əlilliyə ekvivalent olmuşdur.Bundan irəli gələrək, İddiaçı “Hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz ikinci dərəcə əlilliktəyinatı aparılmışdır. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-7397/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 1 (bir) nəfər vətəndaşa əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşın əyani müayinəsini həyata keçirmiş, tibbi ekspert sənədlərini araşdırmış, digər tarixlərdə komisiyaya dəvət edilmiş lakin, xx.xx.2024-cü il tarixində komissiyada iştirak etmiş və ya 04.09-xx.xx.2024cü il tarixlərində müayinə sənədi təqdim edilmiş 4 (dörd) nəfər də daxil olmaqla ümumilikdə 5 (beş) nəfər barəsində qərar qəbul edilərək aşağıdakıları müəyyən etmişdir.Lerik rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.1984- cü il tarixində qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmiş, gözdən əlil olduğu göstərilməmişdir.Əlillik təyinatı aparılmış diaqnoz "Sağ gözdə afakiya. VİS OS=0 (sıfır), VİS OD=0.01 (yüzdə bir) korreksiya olunmur olmuşdur.Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-H-11656/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir.Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4649/2024 nömrəli qərar əsasında mövcud olan əlillik təyinatı ləğv edilərək, "diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.Qərardan narazı olan vətəndaşın müraciəti səbəbindən yenidən köhnə məktub əsasında xx.xx.2024-cü il tarixində komissiyaya dəvət edilmiş və təqdim edilmiş sənədlər də nəzərə alınmaqla əyani müayinə edilmişdir.Müayinə zamanı, zəif görmədən şikayəti olduğunu bildirmiş, lakin heç bir müayinə və ya müalicə sənədləri təqdim etməmişdir.xx.xx.2024-cü il tarixində DTSERA-da həkim-ekspertlər tərəfindən əyani müayinə aparılmış, həkim-oftalmoloq müayinəsinin nəticəsi aşağıdakı kimi qeyd edilmişdir:VİS OD = 0.03 (yüzdə üç) korreksiya etmir;VİS OS = əl hərəkəti;Diaqnoz: OD- Artifakiya, ikincili katarakta, OS-Afakiya, torlu qişanın qopması, xarici çəplik.Vətəndaşa ixtisaslaşmış tibb müəssisəsi olan X6 adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçməsi və tibbi rəy alması üçün göndəriş təqdim edilmişdir.İddiaçı xx.xx.2024-cü il tarixində komissiyaya X6 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli 6590 nömrəli “VİS OD = 0.2 (onda iki) göstərir, VİS OS = işıq duyğusu”, diaqnoz “Afakiya. İntraokulyar linzanın olması. Tor qişanın seroz qopması. Müştərək xarici çəpgözlük.” kimi qeyd edilmiş tibbi rəy təqdim etmişdir.Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 8.1.6 bəndinə müvafiq ümumi xəstəlik => gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulmasına müvafiq görülmüşdür ki, bu da ikinci dərəcə əlilliyə ekvivalent olmuş, bu səbəbdən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4649/2024 qərar əsasında təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” ləğv edilsin, xx.xx.1984-cü il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar bərpa edilsin, xx.xx.2024cü il tarixindən “hissəvi reabilitasiya olunması” barədə qərar qəbul edilsin və gözdən əlil olduğu göstərilməklə, ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilsin. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0004 nömrəli qərarı ilə xx.xx.1966-cı il təvəllüdlü İddiaçı ümumi xəstəlik səbəbi ilə xx.xx.2024-cü il tarixdən sağ gözdə afakiya.VİS OS-0VİS OD-0,01 kooerksiya olunmur diaqnozu ilə müddətsiz əlillik təyinatı aparılmışdır. Agentlik tərəfindən İddiaçı Məmmdərza oğluna ünvanlanmış 3-17-4/2-A- 29946/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir.Bununla əlaqədar olaraq o, xx.xx.2024-cü il tarixində Agentlikdə (Ünvan: Bakı şahari, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinədə iştirak etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, ona ümumi xəstəlik səbəbindən xx.xx.1984-cü il tarixində təyin edilmiş müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar bərpa edilərək, ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən xx.xx.2024-cü il tarixindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.Məktuba əlavə olunmuş bildirişin çatdırılmasına dair xəbərnamədən görünür ki, qərar iddiaçı tərəfindən deyil xx.xx.2024-cü il tarixdə qohumu qəbul etdi qeydi aparılaraq təhvil verilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 T778/2025 saylı ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza xx.xx.2025-ci il tarixdə başlamış,xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Rəyin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən oftamoloqun müayinəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixli baxış zamanı onda “VisOD (sağ gözün görmə itiliyi)= 0,1 VisOS ( sol gözün görmə itiliyi)=sonsuzluq p.1 incerta (düzgün olmayan işıq duyğusu) müəyyən edilmiş, “OD artifakiya, tor qişasının qopması, xarici çəpgözlük” diaqnozu qoyulmuşdur. Qeyd edilən xəstəlik reabilitasiya olunmur.
Tətbiq edilən hüquq.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”:
1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur):
2.1.Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:: 2.1.9 hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9);
İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Bununla yanaşı, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlillik meyarı 2.2.10 hər iki gözdə görmə itiliyinin korreksiyası ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47.5, H- 52-H53.9) göstərilməklə xx.xx.2024-cü il tarixdən təyinat aparılmasına əsas olmuş qərar qanunsuz və əsassız sayılmalıdır. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.1984-cü il tarixdə X2: Vİİ sinif: Gözün və gözün əlavə aparatının xəstəlikləri =>H55-H59-Gözün və onun əlavə aparatının digər xəstəlikləri=>H58-Başqa rubrikalarda təsnif olunmuş xəstəliklərdə gözün və ona əlavə a...Diaqnozun mətni: sağ gözdə afakiya.VisOS-0 VİSOD-0,01 korreksiya olunmur.... Meyar .2.1.Birinci dərəcə əlillik =>2.1.10.Hər iki gözü tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə0,05 dən az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralma...əsası ilə müddətsiz 1-ci dərəcə əlillik təyinatı aparılmışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-7397/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Lerik rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.1984-cü il tarixində qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmiş, gözdən əlil olduğu göstərilməmişdir.Əlillik təyinatı aparılmış diaqnoz "Sağ gözdə afakiya. VİS OS=0 (sıfır), VİS OD=0.01 (yüzdə bir) korreksiya olunmur olmuşdur.Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-H- 11656/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir.Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4649/2024 nömrəli qərar əsasında mövcud olan əlillik təyinatı ləğv edilərək, "diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.Qərardan narazı olan vətəndaşın müraciəti səbəbindən yenidən köhnə məktub əsasında xx.xx.2024-cü il tarixində komissiyaya dəvət edilmiş və təqdim edilmiş sənədlər də nəzərə alınmaqla əyani müayinə edilmişdir.Müayinə zamanı, zəif görmədən şikayəti olduğunu bildirmiş, lakin heç bir müayinə və ya müalicə sənədləri təqdim etməmişdir.xx.xx.2024-cü il tarixində DTSERA-da həkim-ekspertlər tərəfindən əyani müayinə aparılmış, həkim-oftalmoloq müayinəsinin nəticəsi aşağıdakı kimi qeyd edilmişdir:VİS OD = 0.03 (yüzdə üç) korreksiya etmir;VİS OS = əl hərəkəti;Diaqnoz: OD- Artifakiya, ikincili katarakta, OS-Afakiya, torlu qişanın qopması, xarici çəplik.Vətəndaşa ixtisaslaşmış tibb müəssisəsi olan X6 adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçməsi və tibbi rəy alması üçün göndəriş təqdim edilmişdir.İddiaçı xx.xx.2024-cü il tarixində komissiyaya X6 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli 6590 nömrəli “VİS OD = 0.2 (onda iki) göstərir, VİS OS = işıq duyğusu”, diaqnoz “Afakiya. İntraokulyar linzanın olması. Tor qişanın seroz qopması. Müştərək xarici çəpgözlük.” kimi qeyd edilmiş tibbi rəy təqdim etmişdir.Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 8.1.6 bəndinə müvafiq ümumi xəstəlik => gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulmasına müvafiq görülmüşdür ki, bu da ikinci dərəcə əlilliyə ekvivalent olmuşdur, bu səbəbdən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4649/2024 qərar əsasında təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” ləğv edilsin, xx.xx.1984-cü il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar bərpa edilsin, xx.xx.2024-cü il tarixindən “hissəvi reabilitasiya olunması” barədə qərar qəbul edilsin və gözdən əlil olduğu göstərilməklə, ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi qərara alınmışdır. İddiaçının hazırkı halda hüquqi marağı onun barəsində qəbul olunmuş Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının ümumi xəstəlik səbəbi ilə xx.xx.2024-cü il tarixdən sağ gözdə afakiya.VİS OS-0VİS OD-0,01 kooreksiya olunmur diaqnozu ilə müddətsiz təyin olunmuş ikinci dərəcə əlillik təyinatının aparılmasına əsas olmuş xx.xx.2024-cü il tarixli xxxxxxx0004 nömrəli qərarın ləğv olunaraq müddətsiz birinci dərəcəli əlilliyinin bərpa olunmasına nail olmaqdır. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 T778/2025 saylı ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza xx.xx.2025-ci il tarixdə başlamış,xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Rəyin nəticə hissəsində Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən oftamoloqun müayinəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixli baxış zamanı onda “VisOD (sağ gözün görmə itiliyi)= 0,1 VisOS ( sol gözün görmə itiliyi)=sonsuzluq p.1 incerta (düzgün olmayan işıq duyğusu) müəyyən edilmiş, “OD artifakiya, tor qişasının qopması, xarici çəpgözlük” diaqnozu qoyulmuşdur və qeyd edilən xəstəlik reabilitasiya olunmadığı qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından- və ekspert rəyindən müəyyən olunur ki, İddiaçı müddətsiz əlilliyin təyinininə əsas olmuş xəstəliklərdən hal-hazırda da əziyyət çəkir və onun barəsində təyin olunmuş diaqnozdakı xəstəliklərin sağalma ehtimalı yoxdur. Cavabdeh inzibati orqanın iddiaçıya onun hüquqi marağına uyğun əlillik təyinatı aparılmasından imtinası öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli xxxxxxx0004 №-li qərarı ləğv olunsun. İddiaçı ümumi xəstəlik səbəbilə təyin olunmuş müddətsiz birinci dərəcə əlilliyin ləğv olunduğu (dayandırıldığı) tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva