Məhkəmə qərarları › İş №2-1(120)-319/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-319/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-319/2021 18.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi X1, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad rayon İcra Hakimiyyətinə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının X5 fərdi yaşayış evi tikmək üçün 6200 kv.m (0,62ha) torpaq sahəsinin ayrılmasına dair xx.xx.1997-ci il tarixli 08 saylı qərarı və onun adlı əlavəsi X5 aid olan hisssədə qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına xx xxxx 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad rayon İcra Hakimiyyətinə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının X5 fərdi yaşayış evi tikmək üçün 6200 kv.m (0,62ha) torpaq sahəsinin ayrılmasına dair xx.xx.1997-ci il tarixli 08 saylı qərarı və onun adlı əlavəsi X5 aid olan hisssədə qanunsuz hesab edilərək ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiа ərizəsi inzibаti mübаhisə kimi qеydiyyаtа аlınаrаq, məhkəməyə dахil оlduğu gündən icrааtа qəbul еdilmiş sаyılmışdır. İddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş, sоnuncuyа iddiаyа qаrşı öz münаsibətini (еtrаzını) yаzılı şəkildə məhkəməyə bildirmək, həmçinin, еtrаzı əsаslаndırаn sübutlаrın məhkəməyə təqdim оlunmаsı üçün müddət təyin оlunmuşdur. Tərəflər xx xxxx 2021-ci il tаriхdə, sааt 12:00-da məhkəmə hazırlıq iclаsınа dəvət оlunmuşlаr. Proses iştirakçılarına məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçılar, cavabdehin nümayəndəsi və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər, Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil xx.xx.2021-ci il tarixdə məhkəmənin hazırkı iş üzrə elektron kabinetinə ərizə göndərərək bildirmişdirlər ki, “iş üzrə bəzi faktiki və hüquqi məsələləri aydınlaşdıra bilmək, iddia ərizəsini təkmilləşdirmək üçün iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin bizə geri qaytarılması üçün müvafiq qərar qəbul etməyinizi xahiş edirik”. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi X2 və üçüncü şəxs X3 iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasına etiraz etmədilər. Məhkəmə iddiaçıların və onların vəkilinin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının (və ya nümayəndəsinin) belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Başqa sözlə, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə, bu o anlama gəlir ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların vəkili Vəkil ərizəsi təmin olunsun. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad rayon İcra Hakimiyyətinə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının X5 fərdi yaşayış evi tikmək üçün 6200 kv.m (0,62ha) torpaq sahəsinin ayrılmasına dair xx.xx.1997-ci il tarixli 08 saylı qərarı və onun adlı əlavəsi X5 aid olan hisssədə qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçılara gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar