Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-319/2022 14.06.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək, DSMF-nin Lənkəran şəhər şöbəsində qeydiyyatda olduqlarını bildirmiş, bununla əlaqədar cavabdehin əsl cavabdeh DSMF Lənkəran şəhər şöbəsi ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi əsl cavabdeh DSMF-nin Lənkəran şəhər şöbəsi ilə əvəz edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.Nuriyev) 27 dekabr 2018-ci il tarixli, 2-1(086)-2546/2018 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-nin iddiasının təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF-nin Lənkəran şəhər şöbəsi apelyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya baxışı mərhələsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti tərəfindən məhkəməyə vəsatət verilmiş və qanunvericilikdə baş vermiş dəyişikliklərlə əlaqədar olaraq sosial sığorta haqlarının toplanması, sosial sığorta iştirakçılarının uçotu, sığorta edənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatların qəbulu və s. bu kimi halların vergi orqanlarına həvalə edildiyini bildirilərək iş üzrə cavabdeh DSMF-nin Lənkəran şəhər şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti ilə əvəz edilməsi xahiş edilmiş, Apelyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdehlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti ilə əvəz edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən İ.Q.Əsədov, hakimlər Z.A.Zeynalov və M.K.Həsənovdan ibarət tərkibdə) 25 aprel 2019-cu il tarixli, 2-1(106)-210/2019 nömrəli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2-1(086)-2546/2018 saylı qərarının dəyişdirilməsi, "xxxx" MMC tərəfindən 2016-cı ilin 4 (dörd) rübü, 2017-ci ilin 4 (dörd) rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 (dörd) rübü, 2017-ci ilin 4 (dörd) rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2019-cu il tarixli, 2-1(102)-2606/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Əhməd Hüseynov tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2- 1(106)-210/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2-1(106)-100/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2- 1(086)-2546/2018 saylı qərarının ləğv edilməsi, inzibati iş qərarın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla iddianın mümkünlük şərtinin ödənilib-ödənilməməsinin yoxlanılması istiqamətində məhkəmə araşdırması aparılması, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(120)-619/2020 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Lənkəran şəhər filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(120)-8/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim S.Həsənov) 18 may 2021-ci il tarixli, 2-1(120)- 8/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verərək onun ləğv edilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2-1(106)-401/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(120)-8/2021 saylı qərardadının ləğv edilməsi, inzibati iş mahiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “hazırki iddia növü öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasını iddiaçının məhkəməyə qədər inzibati orqana-cavabdehə müraciət etməməsi ilə əsaslandırmışdır. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə keçirilən hazırlıq iclasında iddiaçının nümayəndəsi yazılı vəsatət verərək xx.xx.2018-ci il tarixli, 054 nömrəli müraciətinin Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsində qəbul edilib-edilməməsini dəqiqləşdirmək üçün Dövlət Sosial Müdafiə Fonduna sorğu verilməsini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və vəsatət təmin olunaraq məhkəmə iclası xx.xx.2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə vəsatəti təmin etsə də sözügedən sorğunu göndərməmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi vəkil sorğusunun surətini və “Zaman Ekspress”in göndəriş qəbzini məhkəməyə təqdim edərək sorğunun cavabının alınması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və məhkəmə iclası xx.xx.2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə vəsatəti təmin etdiyi halda onu icra etməməklə prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikası Vəkillər Kollegiyası “BHM və Partnyorları” Vəkil Bürosuna ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, "xxxx" MMC-nin Fondun ləğv olunmuş İri Sığortaedənlərlə İş İdarəsinə daxil olmuş 2018-ci il 9 avqust tarixli 054 nömrəli müraciəti həmin idarə tərəfindən Fondun ləğv prosesində olan Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, "xxxx" MMC-nin 09 avqust 2018-ci il tarixli, 054 nömrəli məktubu Fondun ləğv olunmuş İri Sığortaedənlərlə İş İdarəsinə 17 avqust 2018-ci il tarixdə 1583 qeydiyyat nömrəsi ilə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı hazırki tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş və iddianın mümkünlük şərtini yerinə yetirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 87.7-87.7.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatın davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda-inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiya məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(120)-8/2021 saylı qərardadı ləğv edilərək inzibati iş mahiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir”. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən Məhkəmənin qərardadı ilə iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Lənkəran şəhər filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 7 saylı regional ərazi filialı ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin qərardadı ilə iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 7 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 ilə əvəz olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili X4 və cavabdehin nümayəndəsi X5 gəlmiş, üçüncü şəxslərin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ona müvafiq şəhadətnamə və xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Müəssisənin hüquqi ünvanı Lənkəran rayonu, Bakı-Astara magistralı, qanuni təmsilçisi X6r. İş materiallarında olan Sığortaedənin məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatları haqqında ilkin hesabat sənədlərindən görünür ki, "xxxx" MMC tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün təqdim olunmuş ilkin hesabatlar əsasında sığortaedənə xx.xx.2018-ci il tarixinə 239727,69 manat borc məbləği hesablanmışdır. İş materiallarında olan 09 avqust 2018-ci il tarixli, 054 nömrəli məktubdan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixində DSMF orqanına məktub göndərilmiş, həmin məktubda "xxxx" MMC tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə bir neçə hesabatda texniki səhvlərə yol verildiyi, bunun nəticəsində sosial sığorta haqqının düzgün hesablanmadığı bildirilmiş və 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün dəqiqləşdirilmiş hesabatlar DSMF orqanına təqdim edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən "xxxx" MMC-nə məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2018-ci il tarixinə təqdim olunmuş ilkin hesabatlar əsasında 239727,69 manat borc məbləği hesablanmış, həmin borc məbləği cəmiyyət tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün təqdim olunmuş ilkin hesabatlar əsasında hesablanmış, lakin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün təqdim olunmuş hesabatlarda yanlışlığa yol verildiyindən və ilkin hesabatlar həqiqəti əks etdirmədiyindən xx.xx.2018-ci il tarixli məktubla DSMF orqanına bu barədə məlumat verilmiş, həmin məktuba 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün dəqiqləşdirilmiş hesabatlar əlavə edilərək göndərilmiş, buna baxmayaraq DSMF orqanı dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və həmin hesabatlar əsasında yenidən hesablamalar aparılması üçün heç bir tədbir görülməmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən şəxslərdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq edilmiş «Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları»nın 7.16-cı bəndinə əsasən əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda, sığortaedənlər tərəfindən həmin dövr (xx.xx.2006-cı ildən əvvəlki hesabat dövrünü əhatə etməmək şərti ilə) üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Qeyd edilən normanın mənasına görə, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatdakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda, sığortaedənlər tərəfindən həmin dövr üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. İşin müəyyən olunan hallarından görünür ki, "xxxx" MMC tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün dəqiqləşdirilmiş hesabatlar DSMFnin Lənkəran şəhər şöbəsinə göndərilmiş, lakin dəqiqləşdirilmiş hesabatlar üzrə DSMF orqanı tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə cavabdehin cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlar və hal-hazırda iddia etdiyi dəqiqləşmiş hesabatlar arasında işçi sayı baxımından böyük fərqlərin mövcudluğu barədə dəlilinə münasibətdə isə qeyd edir ki, işin müəyyən olunan hallarından görünür ki, iş həcminin azalması ilə əlaqədar xx.xx.2016-cı il tarixdən etibarən "xxxx" MMC-də müvafiq qaydada ştat ixtisarı həyata keçirilmiş, həmçinin 2016-cı ilin 1-ci rübündən sonra müəssisənin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq işçi sayı 320 nəfərdən 10 nəfərə düşmüşdür. «Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları»nın 7.19-cu bəndinə əsasən əvvəlki dövrlər üçün təqdim edilməmiş hesabatlar (xx.xx.2006-cı ildən əvvəlki hesabat dövrünü əhatə etməmək şərti ilə) sonradan təqdim edildikdə bu hesabatlar kameral yoxlama aparıldıqdan sonra qəbul edilir. Hesabatdakı göstəricilər bu hesabatların təqdim ediliyi hesabat dövründə nəzərə alınır. «Qaydaları»ın 7.18-ci bəndinə əsasən dəqiqləşdirilmiş hesabata əsasən DSMF-yə ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləği əvvəl təqdim edilmiş hesabatlar üzrə DSMF-yə ödənilməli olan məbləğdən çox olduqda hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği üzrə fərq ödənilir, az olduğu halda isə hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği üzrə fərq azaldılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün dəqiqləşdirilmiş hesabatların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" MMC tərəfindən 2016-cı ilin 4 (dörd) rübü, 2017-ci ilin 4 (dörd) rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 (dörd) rübü, 2017-ci ilin 4 (dörd) rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC tərəfindən 2016-cı ilin 4 (dörd) rübü, 2017-ci ilin 4 (dörd) rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 (dörd) rübü, 2017-ci ilin 4 (dörd) rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-319/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-319/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver