Məhkəmə qərarları › İş №2-1(120)-319/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-319/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-319/2025 17.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı Lənkəran"xxxx" X6 sədri X13, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Lənkəran "xxxx" X6 Cavabdehnə qarşı “Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 43 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Lənkəran "xxxx" X20 Cavabdehnə qarşı “Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 43 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(120)-3061/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan X1 və İdman İdarəsi üçüncü şəxs qismində cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2-1(120)-790/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan X15 Kompleksi MMC üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli 43 nömrəli sərəncamın məzmunundan görünür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən Lənkəran şəhər İcra hakimiyyətinə daxil olmuş məktubda Lənkəran rayonunun Liman şəhərində yerləşən X22 əvvəllər olduğu kimi Maraqlı şəxs nəzdində fəaliyyət göstərməsi üçün köməklik göstərilməsi xahiş olunur. Lənkəran şəhər İcra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1004 nömrəli sərəncamı ilə Port-İliç (hazırkı Liman) şəhərində yerləşən idman sağlamlıq kompleksi və Lənkəran şəhər mərkəzi stadionu Maraqlı şəxs balansına verilmişdir. Qüvvədə olan sərəncam ləğv edilmədən, normativ hüquqi aktlara zidd olaraq, Lənkəran şəhər xx.xx.2001-ci il tarixli 75 nömrəli sərəncamı ilə həmin idman sağlamlıq kompleksi Maraqlı şəxs balansından İddiaçıubunun blansına verilmişdir. Sərəncamlar arasında uyğunsuzluğun mövcudluğu və faktiki səbəblər üzündən inzibati aktın icrasının mümkünsüzlüyü Lənkəran şəhər İcra hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 75 nömrəli sərəncamının etibarsız sayılması üçün əsas yaratmışdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunanları nəzərə alaraq, “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.16.1-ci və 6.8-ci yarımbəndlərini və "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 65.1.5-ci, 65.2-ci maddələrinə əsasən sərəncam verilmişdir. Sərəncamın surətinin Lənkəran İddiaçıubuna göndərilməsi qərara alınmasına baxmayaraq, idman klubuna təqdim edilməmişdir. Sərəncam barədə "xxxx" X20 sərəncamın icrası zamanı, yəni xx.xx.2023-cü il tarixdə xəbər tutmuşdur. Həmin tarixdə Maraqlı şəxs rəisi X5 və Lənkəran şəhər İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri X8 İddiaçıubuna gələrək, idman klubunun nəzdində olan X36 Mərkəzində təhvil təslim aparmışlar. Aşağıdakı əsaslara görə Lənkəran şəhər İcra hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 43 nömrəli sərəncamı qanunsuz və əsassızdır: Mübahisələndirilən inzibati aktla müəyyən edilən hüquqi əsaslar qanunsuzdur. Belə ki, mübahisələndirilən sərəncamla Lənkəran şəhər icra hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli sərəncamı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 65.1.5-ci maddəsinə əsasən etibarsız hesab edilmişdir. Həmin qanunun 65.1.5-ci maddəsində “faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt”ların etibarsız olmasından bəhs edilir. Mübahisələndirilən sərəncamın hüquqi əsası olan, "Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.16.1-ci maddəsindən görünür ki, yerli icra hakimiyyətləri müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edir, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirir. Sərəncamın təsviri hissəsində dövlətin mülkiyyət hüquqlarının pozuntusu faktları əsaslandırılmamışdır. “Normativ hüquqi aktlar haqqında” 26 noyabr 1999-cu il 761-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu 3.3-cü maddəsinə əsasən, yerli icra hakimiyyəti orqanlarının qərarları normativ xarakterli aktlardır. Həmin qanunun 29.1-ci maddəsinə əsasən, yeni aktın qəbul edilməsi ilə yeni normativ göstərişlərə zidd olan və ya yeni aktla tam əhatə olunan, yaxud formal olaraq qüvvədən düşməmiş, lakin faktik əhəmiyyətini itirən əvvəllər qəbul edilmiş bütün aktlar, yaxud onun hissələri bu Qanunla müəyyən edilmiş qaydada qüvvəsini itirmiş hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə müvafiq olaraq öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər. Həmin əsasnamənin 17-ci maddəsinin 2-ci hissəsindən görünür ki, yerli icra hakimiyyətlərinin sərəncamında digər əmlakla yanaşı idman müəssisələri də ola bilər. Həmin Əsasnamənin 18-ci maddəsinin 2.1-ci hissəsinə əsasən, yerli icra hakimiyyəti başçısının yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır. İstinad edilən “Normativ hüquqi aktlar haqqında” 26 noyabr 1999-cu il 761-İQ nömrəli Azərbaycan Respublikasının Qanunun 29.1-ci maddəsindən göründüyü kimi, Lənkəran şəhər icra hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 75 nömrəli sərəncamı ilə özünün xx.xx.1996cı il tarixli 1004 nömrəli sərəncamını formal olaraq qüvvədən salmasa da, xx.xx.1996-cı il tarixli 1004 nömrəli sərəncam faktik əhəmiyyətini itirdiyi üçün Qanunla müəyyən edilmiş qaydada qüvvəsini itirmiş hesab olunur. Mübahisələndirilən sərəncamda adı göstərilən Liman şəhərindəki idman sağlamlıq kompleksi 1986-cı ildə tikilən vaxtdan müxtəlif qurumların, o cümlədən İddiaçıubunun balansında olmasına baxmayaraq, daima İddiaçıubunun və onun təsisçisi olan idman ustası və Azərbaycan respublikasının əməkdar məşqçisi X3 istifadəsində olmuş, yarandığı gündən bu günədək fəaliyyəti X9 tərəfindən maliyyəşəşdirilir və təmin olunur. Liman şəhərindəki idman sağlamlıq kompleksindən istifadə ödənişsizdir və İddiaçıubu tərəfindən həmin kompleksin bazasından istifadə etməklə ölkəmizin bayrağını idman yarışlarında qaldıran idmançılar yetişdirilmişdir. Mübahisələndirilən sərəncamda adı göstərilən idman sağlamlıq kompleksi 1986-cı il tarixdə Lənkəran rayonunda fəaliyyət göstərən müxtəlif mülkiyyət formalarına aid müəssisələrin maliyyə dəstəyi ilə Port-İliç şəhərində fəaliyyət göstərən Lənkəran ərazi "xxxx" könüllü idman cəmiyyəti üçün tikilmiş və balansına verilmişdir. Lənkəran şəhər İcra hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 68 nömrəli "Port-İliç şəhərindəki idmansağlamlıq kompleksinin balansdan balansa verilməsi barədə” sərəncamından çıxarışdan görünür ki, "xxxx" könüllü idman cəmiyyətinin Azərbaycan Mərkəzi şurası xx.xx.1992-ci il tarixli 95 nömrəli məktubla müraciət edərək, əsasən cəmiyyətin vəsaiti hesabına Port-İliç şəhərində tikilmiş idman-sağlamlıq kompleksinin əvəzsiz olaraq Lənkəran ərazi "xxxx" könüllü idman cəmiyyətinin balansına verilməsini xahiş etmişdir. Kompleksin tikintisi payçıların vəsaiti hesabına aparılmış və tikintiyə 430.500 manat sərf olunmuşdur. Tikintidə payçı kimi iştirak edən idarə və müəssisələr kompleksin əvəzsiz olaraq Lənkəran ərazi "xxxx" könüllü idman cəmiyyətinin balansına keçirilməsinə razılıq vermişlər. Sərəncamla Port-İliç şəhərində tikilmiş ümumi dəyəri 430.500 manat olan idman-sağlamlıq kompleksinin gələcəkdə istismarından ötrü əvəzsiz olaraq əvəzsiz olaraq Lənkəran ərazi "xxxx" könüllü idman cəmiyyətinin balansına verilməsi qərara alınmışdır. Lənkəran şəhər İcra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 1004 nömrəli Lənkəran şəhər İcra hakimiyyəti başçısının kabinetinin “Rayonda idmanın və idman obyektlərinin vəziyyəti barəsində xx.xx.1996-cı il tarixli qərarı haqqında” sərəncamından görünür ki, Lənkəran şəhər İcra hakimiyyəti başçısının kabinetinin tövsiyələrinə əsasən, Lənkəran şəhər İcra hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 68 nömrəli “Port-İliç şəhərindəki idmansağlamlıq kompleksinin balansdan balansa verilməsi barədə” sərəncamı ləğv edilməsi və Port-İliç şəhərindəki idman- sağlamlıq kompleksinin Maraqlı şəxs balansına verilməsi qərara alınmışdır. “Port-İliç idman-sağlamlıq kompleksinin icarəyə verilməsi barədə” xx.xx.1997-ci il tarixli müqavilədən görünür ki, Maraqlı şəxs 10 il müddətimə, xx.xx.2017- ci il tarixədək Port-İliç idman-sağlamlıq kompleksini "xxxx" ərazi idman klubuna əvəzsiz icarəyə vermişdir.Lənkəran şəhər İcra hakimiyyəti başçısının Liman şəhəri üzrə nümayəndəsinin, Liman bələdiyyəsinin, X27 klubunun Maraqlı şəxsnə xx.xx.2001-ci il tarixli 3/11 nömrəli məktubundan görünür ki, Liman şəhərində olan idman-sağlamlıq kompleksinin X27 klubunun balansına keçirilməsinə köməklik göstərilməsi xahiş olunur. Lənkəran şəhər icra hakimiyyəti başçısının “Liman şəhərindəki idman sağlamlıq kompleksinin balansdan balansa verilməsi haqqında” xx.xx.2001-ci il tarixli 75 nömrəli sərəncamından görünür ki, Lənkəran şəhər İcra hakimiyyəti başçısının Liman şəhəri üzrə nümayəndəsinin, Liman bələdiyyəsinin, Lənkəranın İddiaçıubunun şəhər icra hakimiyyətinə müraciət edərək Liman şəhərindəki idman sağlamlıq kompleksinin Lənkəranın İddiaçıubunun balansına verilməsini xahiş etmişlər. Kompleks 1996-cı ildən Maraqlı şəxs balansında olsa da imkansızlıq üzündən burada təmir aparılmamış, ayrı-ayrı ştatların saxlanılması üçün vəsait ayrılmamışdır. Qeyd olunanlar nəzərə alınaraq kompleks 1997-ci ildə Lənkəranın İddiaçıubuna uzunmüddətli icarəyə verilmişdir. Kompleksin saxlanılması və cari təmiri icarəçi tərəfindən həyata keçirilir. Son illərdə kompleksdə dünya, Avropa birinciliklərinin mükafatçıları, bir sıra beynəlxalq yarışların qalibləri hazırlanmışdır. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunun 3 və 4-cü maddələrinə, eyni zamanda Maraqlı şəxs rəyinə əsasən, Liman şəhərindəki idman sağlamlıq kompleksinin Maraqlı şəxs balansından Lənkəranın İddiaçıubunun balansına verilməsi qərara alınmışdır. Təqdim edilən bu sübutlardan göründüyü kimi, müxtəlif vaxtlarda Liman şəhərindəki idman sağlamlıq kompleksinin Maraqlı şəxs balansında olmasına baxmayaraq, onun tərəfindən istifadə edilə bilməmiş və İddiaçıubunun istifadəsinə verilmişdir. Mübahisələndirilən inzibati akt olan Lənkəran şəhər İcra hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 43 nömrəli sərəncamı Liman şəhərindəki idman sağlamlıq kompleksinin idarə olunmasında bürokratik əngəlləri artıracaq, İddiaçıubunun həmin kompleksdə fəaliyyətinə mane olacaq, idmançıların digər klublara üz tutmasına, nəhayət idmandan uzaqlaşmasına səbəb olacaqdır. Mübahisələndirilən inzibati akt olan Lənkəran şəhər İcra hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 43 nömrəli sərəncamı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Mübahisələndirilən inzibati akt - Lənkəran şəhər İcra hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 43 nömrəli sərəncamı barədə iddiaçı xx.xx.2023-cü il tarixdə, yəni sərəncam icra olunmaq üçün təqdim olunduqda məlumatlı olmuşdur. İPM-nin 38.1 -ci maddəsində müəyyən olunan mübahisələndirmə haqqında 30 günlük iddia müddəti ötürülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək etirazda bildirmişdir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ünvanladığı 03 aprel 2023-cü il tarixli 3-19/2- 2034-R/2023 nömrəli məktubla Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, 1985-ci ildə Lənkəran rayonunun Liman şəhərində bir sıra dövlət müəssisələrinin vəsaiti hesabına X38 inşa edilmişdir. 2008-2010-cu illərdə həmin idman müəssisəsində əsaslı tikinti və yenidənqurma işləri həyata keçirilmiş, mərkəzin davamlı fəaliyyəti təmin olunmuşdur. Lakin son illər ərzində Əlizadə Əsədov adlı şəxsin mərkəzdən qanunsuz istifadə etdiyi qeyd edilərək Lənkəran rayonunun Liman şəhərində yerləşən X22 əvvəllər olduğu kimi Maraqlı şəxs nəzdində fəaliyyət göstərilməsi ilə bağlı köməklik göstərilməsi xahiş edilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1 avqust 1996-cı il tarixli, 1004 saylı Sərəncamı ilə Port-iliç şəhərində yerləşən idman- sağlamlıq kompleksi və Lənkəran şəhər mərkəzi stadionu Maraqlı şəxs balansına verilmişdir. Qüvvədə olan sərəncam ləğv edilmədən, normativ hüquqi aktlara zidd olaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2001 -ci il tarixli, 75 saylı Sərəncamı ilə həmin idman-sağlamlıq kompleksi Maraqlı şəxs balansından Lənkəran İddiaçıubunun balansına verilmişdir. Kompleks son illərdə Əlizadə Əsədov tərəfindən istifadə edildiyi müddətdə dövlət nəzarətindən kənarda qalmış və yararsız vəziyyətə salınmışdır. Dövlət əmlakının qorunmasının təşkil edilməsi, dövlət mülkiyyət hüququnun pozulması faktlarının qarşısının alınması, sərəncamlar arasında uyğunsuzluğun mövcudluğu və faktiki səbəblər üzündən inzibati aktın icrasının mümkünsüzlüyü Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2001 -ci il tarixli, 75 saylı Sərəncamının etibarsız sayılması üçün əsas yaratmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunanları nəzərə alaraq, "Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.16.1 -ci, 6.8-ci yarımbəndlərini və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.5-ci, 65.2-ci maddələrini rəhbər tutaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 07 aprel 2023-cü il tarixli 43 nömrəli Sərəncamı ilə şəhər İcra hakimiyyəti başçısının 15 mart 2001 -ci il tarixli, 75 saylı Sərəncamı etibarsız hesab edilmiş və sözü gedən Sərəncamın tirajlarının tərəflərə verilməsi təmin edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti iddia tələbini əsassız hesab edir və iddia tələbinin rədd edilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh iddia tələbinə etiraza əlavə verərək qeyd etmişdir ki, 1985ci ildə Lənkəran rayonu, Liman şəhər X24 küçəsi 349 ünvanında bir sıra dövlət müəssisələrinin vəsaiti hesabına İdman Sağlamlıq Kompleksi inşa edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının 3 aprel 1992-ci il tarixli, 68 saylı Sərəncamı ilə Port- İliç şəhərində tikilmiş ümumi dəyəri 430 rnin 500 manat olan idman sağlamlıq kompleksi gələcək istismardan ötrü əvəzsiz olaraq Lənkəran ərazi "xxxx" Könüllü İdman Cəmiyyətinin balansına verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının 1 avqust 1996-cı il tarixli 1004 saylı Sərəncam ilə 3 aprel 1992-ci il tarixli 68 saylı sərəncamı ləğv edilmiş və Port-İliç şəhərində olan İdman Sağlamlıq Kompleksi Maraqlı şəxs balansına verilmişdir. "xxxx" Könüllü İdman Cəmiyyətiin Lənkəran rayonunda fəaliyyətinin dayandırıldığı dövrdə İdman Sağlamlıq Kompleksində boks müəllimi kimi çalışmış Əlizadə Əsədov tərəfindən yeni oxşar adlı Lənkəran “Nefçi” idman klubu təsis edilmişdir. İddiaçıubu Ədliyyə Nazirliyinin 25 avqust 1995-ci il tarixdə 25148 nömrəsi ilə qeydiyyata alınmışdır. Lənkəran “Nefçi” idman klubu şəhər İcra hakimiyyətinə müraciət edərək Liman şəhərindəki idman sağlamlıq kompleksinin Lənkəran “Nefçi” idman klubunun balansına verilməsini xahiş etmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının 15 mart 2001-ci il tarixli 75 saylı Sərəncamı ilə Liman şəhərində olan İdman Sağlamlıq Kompleksi Maraqlı şəxs balansından Lənkəran İddiaçıubunun balansına verilmişdir. Lakin, sərəncamın ikinci bəndində qeyd olunmuş Lənkəran şəhər Gənclər və İdrnan İdarəsi (R.Qənbərov) və Lənkəran İddiaçıubu (Ə.Əsədov) idman sağlamlıq kompleksinin balansdan-balansa verilməsini mövcud qaydalar əsasında həll edilməsi ilə bağlı tapşırıq icra edilməmişdir. Eyni zamanda bildiririk ki, 1 avqust 1996-cı il tarixli 1004 saylı qüvvədə olan sərəncam 15 mart 2001-ci il tarixli 75 saylı Sərəncamla ləğv edilmədən əlverişsiz icrası mümkün olmayan dövlət mülkiyyətini şəxsi kluba verilməsi ilə bağlı inzibati akt qəbul edilmişdir. Kompleks 2001-2009-cu illərdə fəaliyyət göstərməmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab X39 X11 əsaslı təmirdən sonra açılışını həyata keçirmişdir. 23 apre! 2010-cu il tarixdən Azərbaycan Respublikasının Əməkdar məşqçisi X37 X16 direktor təyin edilmiş və mərkəz öz davamlı fəaliyyətini həyata keçirmişdir. Əlizadə Əsədov uzun müddət həm də gənclər və idman idarəsinin nəzdindəki Uşaq- Gənclər İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir. Maraqlı şəxs 31 avqust 2020-ci il tarixli, 54 nömrəli əmri ilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq, 65 yaşı tamam olduğuna görə əmək müqaviləsinə xitam verilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. 2022-ci ilin aprel ayından avqust ayınadək X31 X11 ümumi giriş açarını dəyişmiş, yeganə məşqçi müəllim kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman naziri xx.xx.2023-cü il tarixli 3-19/2-2034-R/2023 nömrəli məktubla Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edərək Lənkəran rayonunun Liman şəhərində yerləşən Cənub X11 Nazirlik tərəfindən yenidən təmir oluması ilə bağlı əvvəllər olduğu kimi Maraqlı şəxs nəzdində fəaliyyət göstərilməsini və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının icra edilməmiş 15 mart 2001-ci il tarixli 75 saylı Sərəncamın ləğv edilməsi xahiş olunmuşdur. Nazirliyin müraciəti və “Yerli icra hakimiyyəti” haqqında Əsasnamənin 3.16.1-ci, 6.8-ci yarımbəndlərini və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.5-ci, 65.2-ci maddələrinə uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 07 aprel 2023-cü il 43 nömrəli Sərəncamı ilə X36 Mərkəzi Maraqlı şəxs balansında saxlanılmışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin 27 dekabr 2023-cü il tarixli 3-19/3-1-S-1236/2023 nömrəli əmrinə əsasən, X1 və İdman İdarəsinin balansında olmuş X36 Mərkəzi X1 və İdman İdarəsinin balansından çıxarılaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan X15 Kompleksi MMC-nin balansına verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti iddia tələbini əsassız hesab edir və iddia tələbinin rədd edilməsi ilə bağlı müvafiq qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasinin Gənclər Və İdman Nazirliyi X1 Və İdman İdarəsi iddia tələbinə etiraz verərək etirazda qeyd etmişdir ki, 1985-ci ildə Lənkəran rayonu, Liman şəhər X24 küçəsi 349 ünvanında bir sıra dövlət müəssisələrinin vəsaiti hesabına İdman Sağlamlıq Kompleksi inşa edilmişdir. İdman Sağlamlıq Kompleksi Lənkəran Şəhər İcra hakimiyyətinin başçısının 3 aprel 1992-ci il tarixli, 68 saylı sərəncamı ilə Azərbaycan "xxxx" könüllü idman cəmiyyətinin X17 ərazisi "xxxx" könüllü idman cəmiyyətinin balansına verilmişdir. 1994-cü il iyul ayının 26-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Ümummillider Heydər Əliyev tərəfindən yaradılmışdır. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının 1 avqust 1996-cı il tarixli 1004 saylı sərəncam ilə İdman Sağlamlıq Kompleksi Maraqlı şəxs balansına verilmişdir. Əlizadə Əsədov “Neftçi" könüllü idman cəmiyyətinin adından istifadə edərək eyni adda Lənkəran İddiaçıubu yaratmışdır. İddiaçıubu Ədliyyə Nazirliyinin 25 avqust 1995-ci il 25148 nömrəsi ilə qeydiyyata alınmış və fəaliyyət göstərməmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2001-ci il tarixli 75 saylı sərəncamında İdman Sağlamlıq Kompleksinin mövcud qaydalar əsasında Lənkəran İddiaçıubunun balansına verilməsi qeyd olunmuşdur. Sərəncamda bəzi uyğunsuzluqları nəzərinizə çatdırıram: Həmin dövrdə Maraqlı şəxs Kompleksin İddiaçıubuna verilməsi ilə bağlı müsbət rəyi olmamışdır. Həmin dövrdə idarənin rəisi Rasim Qənbərov Əmlak komitəsinə müraciət etmiş və bildirilmişdir ki, idarənin balansında olan İdman Sağlamlıq Kompleksi “Nefçi” idman klubuna verilə bilməz. Lənkəran ŞİH başçısının 75 saylı Sərəncamının 2-ci hissəsində Maraqlı şəxs və Lənkəran "xxxx" X41 Sağlamlıq Kompleksinin balansdan-balansa verilməsini mövcud qayda əsasında həll edilməsi məsələsi icra edilməmiş və Maraqlı şəxs balansında saxlanılmışdır. İdarə rəisi Rasim Qənbərov heç bir sənədə imza və möhür vurmayaraq öz etirazlarını bildirmiş və bildirmişdir ki, “Neftçi" könüllü idman cəmiyyəti adından istifadə edərək Əlizadə Əsədov eyni adda yaratdığı İddiaçıubu adı ilə İcra Hakimiyyəti və İdarə müəssisələrini aldatmışdır. Qeyd edir ki, X25 əmlakına aid idman qurğularını özününküləşdirərək satmış və əmlakı tam yararsız vəziyyətə gətirmişdir. Kompleksin 2001-2009-cu illərdə fəaliyyəti olmamışdır. 2008-ci ildən idman obyekti Lənkəran Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir edilməyə başlanmış və bu proses 2010-cu ildə başa çatmışdır. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab X39 X11 yenidən təmir olunmuş binasının açılışında iştirak etmişdir. İdman Sağlamlıq Kompleksi, Azərbaycan Boks Federasiyası və Lənkəran Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına X36 Təlimlər Mərkəzi kimi istifadəyə verilmiş Cənub X16 23 aprel 2010-cu il tarixindən Azərbaycan Respublikasının Əmkdar məşqçisi X21 təyin edilmiş və 2024-cü ilə kimi Salam Bağırovun rəhbərliyi ilə mərkəz fəaliyyət göstərmişdir. Covid-19 pandemiyası dövründə böyük obyektlərin və eyni zamanda mərkəzin fəaliyyəti dayanmışdır. Əlizadə Əsədov uzun müddət həm də gənclər və idman idarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir. Maraqlı şəxs 31 avqust 2020-ci il tarixli, 54 nömrəli əmri ilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10- 1.2-ci maddəsinə uyğun olaraq, 65 yaşı tamam olduğuna görə idarənin nəzdindəki Uşaq- Gənclər İdman Məktəbinin boks idman növü üzrə məşqçi-müəllimi Əlizadə Əsədovla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim, “X26 və İdman İşçisi” fəxri adları və xidmətləri nəzərə alınaraq onunla 1 illik əmək müqaviləsi bağlanmışdır. Ona eyni zamanda Regional boks mərkəzində idman məşqlərini keçməyə şərait yaradılmışdır. 2022-ci ilin aprel ayından avqust ayinədək Maraqlı şəxs rəisi olmadığı müddətdə Əlizadə Əsədov bu boşluqdan istifadə edərək Cənub X11 İddiaçıubuna məxsus olduğunu iddia edərək, mərkəzin ümumi giriş açarını dəyişmiş, idman obyektinə nəzarəti əla keçirmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının 07 aprel 2023-cü il 43 nömrəli sərəncamı ilə X36 Mərkəzi Maraqlı şəxs balansında saxlanılmışdır. Azərbaycan Respublikası gənclər və idman nazirinin 27 dekabr 2023-cü il tarixli 3-19/3-1-S-1236/2023 nömrəli əmrinə əsasən, X1 və İdman İdarəsinin balansında olmuş X36 Mərkəzi Lənkəran- X14 və İdman idarəsinin balansından çıxarılaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan X15 Kompleksi MMC-nin balansına verilmişdir. X1 və İdman İdarəsi iddia tələbini əsassız hesab edir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş eetmişdir. İddiaçı Lənkəran "xxxx" X6 sədri X13 şifahi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə şifahi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). Yəni cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktı (sərəncamı) iddiaçının əmlak hüququna müdaxilə etmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və onun vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 21 oktyabr 1987-ci il tarixli 12 saylı iclas protokolundan çıxarışda qeyd edilmişdir ki, Port-İliç şəhərində bədən tərbiyəsi və idmanın səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar şəhərdə idman kompleksinin tikintisindən ötrü torpaq sahəsinin ayrılması məqsədə müvafiqdir.Port-İliç şəhərinin baş planına əsasən 13-cü kvartalda idman kompleksi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında tərtib edilmiş akt təsdiq edilsin və 0.50 hektar torpaq sahəsi ayrılsın.Tikinti və memarlıq şöbəsinə tapşırılsın ki, sahənin ayrılmasını təmin etsin. X7 Filialının xx.xx.2009-cu il tarixli, 8152 nömrəli Arxiv çıxarışında (Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 3 aprel 1992-ci il tarixli, 68 nömrəli sərəncamından çıxarış) qeyd edilmişdir ki, "xxxx" Könüllü İdman Cəmiyyətinin Azərbaycan Mərkəzi Şurası 9 mart 1992- ci il tarixli 95 nömrəli məktubla müraciət edərək, əsasən cəmiyyətin vəsaiti hesabına Port-İliç şəhərində tikilmiş idman-sağlamlıq kompleksinin əvəzsiz olaraq Lənkəran ərazi "xxxx" könüllü idman cəmiyyətinin balansına verilməsini xahiş etmişdir. Kompleksin tikintisi payçıların vəsaiti hesabına aparılmış və tikintiyə 430 min 500 manat sərf olunmuşdur. O, cümlədən “Neftçi “KİC Mərkəzi Şurası 350 min manat, Port-İliç neft məhsulları təminatı müəssisəsi 20 min manat, 2755 nömrəli avtomobil dəstəsi 10 min manat, balıqçılar istehlak cəmiyyəti 5 min manat, kimya birliyi 3 min manat “Partiyanın XXY qurultayı” sovxozu 15 min manat və s. vəsait ayırmışlar. Tikintidə payçı kimi iştirak edən idarə, müəssisə və təşkilatlar kompleksin əvəzsiz olaraq Lənkəran ərazi "xxxx" KİCin balansına keçirilməsinə razılıq vermişlər. Lənkəran bölgəsində idmanı inkişaf etdirmək, gənc nəslin sağlam böyüməsini təmin etmək və kütləvi idman tədbirlərinin keçirilməsinə nail olmaq məqsədi ilə qərara alıram: Port- İliç şəhərində tikilmiş ümumi dəyəri 430 min 500 manat olun idman sağlamlıq kompleksi gələcək istismardan ötrü əvəzsiz olaraq Lənkəran Ərazi "xxxx" könüllü idman cəmiyyətinin balansına verilsin. Lənkəran şəhər icra hakimiyyəti başçısının Port- İliç şəhəri üzrə nümayəndəsi R.Əliyev və Lənkəran ərazi "xxxx" KİC-nin prezidenti Ə.Əsədov kompleksin balansdan-balansa verilməsini mövcud qaydalara uyğun tamın etsinlər. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 13 iyul 1996-cı il tarixli, 1004 nömrəli sərəncamından müəyyən olunur ki, Lənkəran şəhər İcra Hakimiyyəti başçısı kabinetinin “Rayonda İdmanın və İdman obyektlərinin vəziyyəti barəsində’’ 13 iyul 1996-cı il tarixli qərarı ilə Lənkəran şəhər İcra Hakimiyyəti başçısı kabinetinin tövsiyyəsinə əsasən qərara alıram: 1. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının “Port-İliç şəhərindəki idmansağlamlıq kompleksinin balansdan-balansa verilməsi haqqında” 3 aprel 1992-ci il tarixli 68 saylı sərəncamı və “Lənkəran şəhər mərkəzi stadionunun balansdan-balansa verilməsi barəsində” 25 may 1993-cü il tarixli sərəncamı ləğv edilsin. 2. Port-İliç şəhərindəki idman-sağlamlıq kompleksi və Lənkəran şəhər mərkəzi stadionu Maraqlı şəxs balansına verilsin. 3. Maraqlı şəxsnə (R.Qənbərov) tapşırılsın ki, işdə yol verdiyi təsərrüfatsısızlıq hallarına və ciddi nöqsanlara görə H Əzizovun Lənkəran şəhər mərkəzi stadionunun dirktoru vəzifəsindən azad etsin. 4. Lənkəran şəhər təhsil şöbəsinə (R.Əliyev) tapşırılsın ki, buraxdığı ciddi nöqsanlara görə A.Əlivevi usaq-gənclər idman məktəbinin direktoru vəzifəsindən azad etsin. 5. Maraqlı şəxs idmanın inkişafını, idman qurğularının bərpasını və qorunmasını təmin edən tədbirlər hazırlayıb şəhər icra hakimiyyətinə təqdim etsin. 6. Sərəncamın icrasına nəzarət şəhər icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini A.Şərifova tapşırılsın. X7 filialının xx.xx.2024-cü il tarixli arxiv çıxarışında qeyd edilmişdir ki, (Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 75 saylı sərəncamından çıxarış) Lənkəran şəhər icra hakimiyyəti başçısının Liman şəhəri üzrə nümayəndəliyi, Liman şəhər bələdiyyəsi və Lənkəran İddiaçıubu şəhər icra hakimiyyətinə müraciət edərək Liman şəhərindəki idman sağlamlıq kompleksinin Lənkəran İddiaçıubunun balansına verilməsini xahiş etmişlər. Liman şəhərindəki idman sağlamlıq kompleksi 1986-cı ildə həmin ərazidə yerləşən 11 payçı təşkilatın iştirakı və yardımı ilə tikilmişdir. Kompleksi 1986-cı ildə həmin ərazidə yerləşən 11 payçı təşkilatın iştirakı və yardımı ilə tikilmişdir. Kompleks 1996-cı ildən Maraqlı şəxs balansında olsa da, imkansızlıq üzündən burada indiyədək təmir işləri aparılmamış, ayrı-ayrı ştatların saxlanması üçün vəsait ayrılmamışdır. Qeyd olunanlar nəzərə alınaraq kompleks 1997-ci ildə Lənkəran İddiaçıubuna uzunmüddətli icarəyə verilmişdir. Kompleksin saxlanması və cari təmir işləri icarəçi tərəfindən həyata keçirilir. Son illər kompleksdə dünya, Avropa birinciliklərinin mükafatçıları, bir sıra beynəlxalq yarışların qalibləri hazırlanmışdır. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 4-cü maddələrinə, eyni zamanda Maraqlı şəxs rəyinə əsasən qərara alıram: 1. Liman şəhərindəki idman sağlamlıq kompleksi Maraqlı şəxs balansından Lənkəran İddiaçıubunun balansına verilsin.

2. Maraqlı şəxs (R.Qənbərov) və Lənkəran İddiaçıubu (Ə.Əsədov) idman sağlamlıq kompleksinin balansdan-balansa verilməsini mövcud qaydalar əsasında həll etsinlər. 3. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhəri üzrə nümayəndəliyi (Q.Məmmədov) və Lənkəran İddiaçıubu (Ə.Əsədov) idman sağlamlıq kompleksinin cari təmiri və qorunması ilə bağlı Liman şəhər bələdiyyəsi (M.Mustafayev) ilə birgə tədbirlər hazırlayıb həyata keçirsinlər. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 43 nömrəli sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən Lənkəran şənər İcra hakimiyyətinə daxil olmuş məktubda Lənkəran rayonunun Liman şəhərində yerləşən X22 əvvəllər olduğu kimi Maraqlı şəxs nəzdində fəaliyyət göstərilməsi üçün köməklik edilməsi xahiş olunur. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1 avqust 1996-cı il tarixli, 1004 saylı Sərəncamı ilə Port-İiiç şəhərində yerləşən idman-sağlamlıq kompleksi və Lənkəran şəhər mərkəzi stadionu Maraqlı şəxs balansına verilmişdir. Qüvvədə olan Sərəncam ləğv edilmədən, normativ hüquqi aktlara zidd olaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2001-ci il tarixli, 75 saylı Sərəncamı ilə həmin idman-sağlamlıq kompleksi Maraqlı şəxs balansından Lənkəran İddiaçıubunun balansına verilmişdir. Sərəncamlar arasında uyğunsuzluğun mövcudluğu və faktiki səbəblər üzündən inzibati aktın icrasının mümkünsüzlüyü Lənkəran Şəhər icra Hakimiyyəti başçısının 15 mart 2001-ci il tarixli 75 saylı Sərəncamın etibarsız sayılması üçün əsas yaratmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunanları nəzərə alaraq, “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.16.1-ci, 6.8-ci yarımbəndlərini və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.5-ci 65.2-ci maddələrini rəhbər tutaraq qərara alıram: Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2001-ci il tarixli, 75 saylı Sərəncamı etibarsız sayılsın. Lənkəran şəhər İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu Sərəncamın surətlərinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Lənkəran İddiaçıubuna göndərilməsini təmin etsin. Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı Lənkəran bölgə şöbəsinin 07 aprel 1999-cu il tarixli Nazirlik tərəfindən xx.xx.1995-ci il tarixdə 25148 saylı şəhadətnamə ilə nizamnaməsi qeydə alınmış Port Ərazi X6 adının dəyişməsi və nizamnaməsinə edilmiş dəyişiklər barədə arayışdan müəyyən olunur ki, Port ərazi X6 adı dəyişdirilərək bundan sonra X4 müəssisəsi adlandırılsın. Gənclər və İdman Nazirliyinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-19/2-2034-R/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinə Lənkəran şəhər sakini Salam Bağırovun ünvanladığı müraciətdə 1985-ci ildə Lənkəran rayonunun Liman şəhərində bir sıra dövlət müəssisələrinin vəsaiti hesabına X22 inşa edilməsi göstərilmişdir. 2008-2010-cu illərdə həmin idman müəssisəsində əsaslı tikinti və yenidənqurma işləri həyata keçirilmiş, ölkə başçısının iştirakı ilə açılışı olmuş və davamlı fəaliyyəti təmin edilmişdir. Lakin son illər ərzində Əlizadə Əsədov adlı şəxs guya şəxsi əmlakı olduğu üçün bu mərkəzi faktiki olaraq qanunsuz zəbt etmiş və hazırda istifadə etməkdə davam edir. Müraciətdə qaldırılan məsələ ilə əlaqədar tərəfimizdən müvafiq araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Lənkəran Şəhər icra Hakimiyyətinin başçısının 1996-cı il 01 avqust tarixli 1004 nömrəli Sərəncamı ilə həmin mərkəz Maraqlı şəxs balansına verilmişdir. Lakin 2001-ci il 15 mart tarixində Lənkəran Şəhər icra Hakimiyyətinin başçısının 75 nömrəli Sərəncamı ilə həmin mərkəz Maraqlı şəxs balansından çıxarılaraq yuxarıda adıçəkilən Əlizadə Əsədovun rəhbərlik etdiyi İddiaçıubunun balansına verilmişdir. Qeyd edilməlidir ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Prezidentinin 1999-cu il 24 dekabr tarixli 229 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi haqqında Əsasnamə”nin 9.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan obyektlərin (əsas vəsaitlərin) müəyyən olunmuş qaydada balansdan balansa verilməsinə razılıq verilməsi nazirliyin funksiyalarına aid edilmişdir. Göründüyü kimi, sərəncam verilərkən qanunvericiliyin bu tələbinə əməl edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 18-ci maddəsinin tələblərinə görə sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd (“Registrdən çıxarışı) olmadan müvafiq dövlət orqanları həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması və s.) heç bir qərar qəbul edə bilməzlər. Eyni zamanda bildiririk ki, nazirlikdə olan məlumata görə, həmin mərkəzin, daşınmaz əmlak olmaqla üzərində hər hansı bir hüquqi və ya fiziki şəxsin hüquqlarının dövlət qeydiyyatını təsdiq edən müvafiq sənəd mövcud deyildir. “Bədən tərbiyəsi və idman haqqında'' Azərbaycan Respublikasının Qanununun 4.0.18-ci və 4.0.28-ci yarımbəndlərındə bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsi üçün zəruri infrastrukturun, maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi, fəaliyyət göstərən idman obyektlərinin bərpası və işlək vəziyyətdə saxlanılması dövlətin bu sahədə vəzifələri kimi göstərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, dövlət əmlakının qorunub saxlanılması və mövcud idman infrastrukturunun səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Lənkəran rayonunun Liman şəhərində yerləşən X22 əvvəllər olduğu kimi Maraqlı şəxs nəzdində fəaliyyət göstərməsi məsələsinin müsbət həll edilməsi üçün köməklik göstərməyinizi sizdən xahiş edirik. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran Ərazi Neftçi Könüllü İdman Cəmiyyəti ilə X27 Klubunun əlaqəli olub-olmaması (hüquqi varis), Lənkəran Ərazi Neftçi Könüllü İdman Cəmiyyətinin nə vaxtdan fəaliyyyət göstərməsi, rəhbərlərinin və hüquqi varislərinin kimlər olması barədə məlumatların, klubun təsis sənədləri (dövlət reyestrindən çıxarış, nizamnamə, şəhadətnamə, ümumi yığıncağın qərarı və s.), özəlləşdirilməsinə dair sənədlərinin təsdiq olunmuş sürətlərinin göndərilməsi, X27 Klubunun nə vaxtdan fəaliyyət göstərməsi, hazırda fəaliyyət göstərib-göstərməməsi rəhbərlərinin və hüquqi varislərinin kimlər olması barədə məlumatların, klubun təsis sənədləri (dövlət reyestrindən çıxarış, nizamnamə, şəhadətnamə, ümumi yığıncağın qərarı və s.) və özəlləşdirilməsinə dair sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi barədə müraciətinizə adiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində X4 Müəssisəsinin VÖEN: **********) xx.xx.1995-ci il tarixdə Port Ərazi X20 adı ilə dövlət qeydiyyatından keçməsi, xx.xx.1999cu il tarixdə adının dəyişilməsi nəticəsində İddiaçı adlandırılması, fəaliyyətinin hal-hazırda aktiv, rəhbərinin X10 olması barədə məlumatlar mövcuddur. Lənkəran-“Neftçi" X6 (VÖEN: **********) nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnaməsi və dövlət reyestrindən çıxarışı sizə təqdim edilir. Məktubunuzda göstərilən digər məlumat və sənədlər 6 saylı Ərazi Vergilər Baş İdarəsində mövcud deyildir. Maliyyə Nazirliyinin Lənkəran Şəhəri üzrə Maliyyə Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayonunun Liman (Port-iliç) idman-sağlamlıq kompleksinin və Lənkəran rayonu Liman şəhərində yerləşən Cənub X11 binasının tikintisi təmiri və ya yenidənqurulması layihəsinə görə Lənkəran şəhəri üzrə Maliyyə şöbəsi tərəfindən maliyyə vəsaiti ayrılmamışdır. Gənclər və İdman Nazirliyi Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bədən tərbiyəsi və İdman haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.24-cü maddəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 36\09 nömrəli 24 noyabr 2014-cü il tarixli qərarına əsasən 2022-ci ilin yekunlarına görə rayon və şəhər idman təşkilatlarının ümumiləşdirilmiş illik statistik hesabatlarının təqdim olunması həyata keçirilir. Azərbaycan Respublikasının “Bədən tərbiyəsi və idman haqqında” 30 iyun 2009-cu il tarixli Qanununun 4.0.24-cü bəndinə uyğun olaraq ölkə ərazisində fəaliyyət göstərən, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün bədən tərbiyəsi və idman yönümlü təşkilatlar, müxtəlif tipli idman məktəbləri il ərzindəki fəaliyyətlərinin yekunları haqqında təsdiq edilmiş forma əsasında statistik hesabatlar hazırlamalı və yerli gənclər və idman (baş) idarələrinə təqdim etməlidirlər. Hesabatda mənsubiyyətindən asılı olmayaraq fəaliyyət göstərən və ya əsaslı təmirdə olan bütün idman obyektləri qeydə alınmalıdır. Müəssisə, təşkilat və ya təhsil ocağının bir neçə idman obyekti olduğu halda həmin müəssisənin məsul işçisi hesabat formasının İ, İİ, İİİ, İV və Vİ bölmələrinin sətirlərini dolduraraq onların cəmlərini müvafiq sətirlərdə göstərməlidir. Hesabat formasının Vİ bölməsində maliyyə vəsaitlərini göstərən rəqəmlər min manat onda bir dəqiqliklə göstərilməlidir (Məsələn 56500 rəqəmi 56,5 şəklində göstərilməlidir). İ bölmədə İdman obyektləri və qurğularının sayında dəyişiklik olduğu təqdirdə hesabatı təqdim edən təşkilat tərəfindən dəyişikliyin səbəblərim göstərən arayış hesabatla birlikdə Gənclər və İdman idarəsinə təqdim olunmalıdır. Qeyd olunanlarr nəzərə alaraq, rəhbərlik etdiyiniz təşkilatın 1 nömrəli idman hesabat formasını 29 dekabr 2022-ci il tarixədək Maraqlı şəxsnə təqdim etməyinizi Sizdən xahiş edirik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatını aparan xidmət orqanıdır. Bu səbəbdən idarə, müəssisə və təşkilatların balansında olan daşınmaz əmlaklar barədə məlumatlar 10 saylı Lənkəran Ərazi İdarəsində saxlanılmır və X22 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Gənclər və İdman Nazirliyi Maraqlı şəxs İddiaçıubuna ünvanladığı məktubda qeyd edilmişdir ki, “Bədən tərbiyəsi və İdman haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.24-cü maddəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 36\09 nömrəli 24 noyabr 2014-cü il tarixli qərarına əsasən 2017-ci ilin yekunlarına görə rayon və şəhər idman təşkilatlarının ümumiləşdirilmiş statistik hesabatlarının təqdim olunması həyata keçirilir. Azərbaycan Respublikasının “Bədən tərbiyəsi və İdman Haqqında” 30 iyun 2009-cu il tarixli Qanununun 4.0.24-cü bəndinə uyğun olaraq ölkə ərazisində fəaliyyət göstərən, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün bədən tərbiyəsi və idman yönümlü təşkilatlar, müxtəlif tipli idman məktəbləri il ərzində fəaliyyətlərinin yekunları haqqında təsdiq edilmiş forma əsasında statistik hesabatlar hazırlamalı və yerli gənclər və idman (baş) idarələrinə təqdim etməlidirlər. 1 nömrəli idman hesabat formasının müvafiq sətirlərində təlim-məşq, idman-sağlamlıq və yarış keçirilməsi üçün nəzərdə tutulan, idman növləri üzrə qaydalara cavab verən, pasportu və yaxud uçot vərəqəsi olan, müəyyən olunmuş qaydada bədən tərbiyəsi və idman üzrə dövlət idarəetmə orqanlarında qeydiyyatdan keçmiş idman obyektlərinin, eləcə də məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin, əlillərlə işləyən idman təşkilatlarının, əhali üzrə bədən tərbiyəsi və idman üzrə iş aparan müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri barədə məlumatları göstərilir. Hesabatda mənsubiyyətindən asılı olmayaraq fəaliyyət göstərən və ya əsaslı təmirdə olan bütün idman obyektləri qeydə alınmalıdır. Müəssisə, təşkilat və ya təhsil ocağının bir neçə idman obyekti olduğu halda, həmin müəssisənin məsul işçisi hesabat formasının İ, İİ, 111 və Vİ bölmələrinin müvafiq sətirlərini dolduraraq onların cəmlərini 1-ci, 26-cı, 38-ci və 116-cı sətirlərdə göstərməlidir.İV bölmədə idman növləri ilə məşğul olanların cəmi 111-ci sətirdə verilməlidir. Bütün bunları nəzərə alaraq rəhbərlik etdiyiniz müəssisənin 1 nömrəli idman hesabat formasını hazırlayıb 19 dekabr 2017-ci il tarixədək Maraqlı şəxsnə təqdim etməyinizi sizdən xahiş edirik. Gənclər və İdman Nazirliyi X1 Və İdman İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası gənclər və idman nazirinin xx.xx.2023 tarixli 3-19/3-1-S-1236/2023 nömrəli əmrinə əsasən X1 və İdman İdarəsinin balansında olmuş, ünvan 9 ünvanında yerləşən X36 Mərkəzi X1 və İdman İdarəsinin balansından çıxarılaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan X15 Kompleksi MMC-nin balasına verilmişdir. Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, № 3-19/3-1S-1236/2023 nömrəli əmrində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 dekabr 2023-cü il tarixli 3-21-3/2-18393/2023 nömrəli məktubunu nəzərə alaraq əmr edirəm : 1. X2 İdman İdarəsinin balansında olan, ünvan 9 ünvanında yerləşən, ümumi əmlakının dəyəri 3 680 738,00 (üç milyon altı yüz səksən min yeddi yüz otuz səkkiz) manat məbləği ilə, o cümlədən daşınmaz əmlakının dəyəri 3 249 723,00 (üç milyon iki yüz qırx doqquz min yeddi yüz iyirmi üç) manat, daşınar əmlaklarının (inventarlar, avadanlıqlar və s.) dəyəri isə 431 015,00 (dörd yüz otuz bir min on beş) manat olmaqla, X33 Mərkəzi X2 İdman İdarəsinin balansından çıxarılaraq nazirliyin tabeliyində olan “X15 Kompleksi” MMC-nin balansına verilsin. 2. İqtisadiyyat şöbəsi (Y.Həsənov), Maddi-texniki təchizat şöbəsi (E.Mehdiyev) və Mühasibatlıq sektoru (U.Əfəndiyeva) Cənubi X11 əmlak şəklində “X15 Kompleksi” MMC-nin balansına təhvil verilməsini təmin etsinlər. 3. “X15 Kompleksi” MMC-nin rəhbərinə tapşırılsın ki, Cənubi X11 balansa qəbul olunmasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aidiyyəti sənədlərin təqdim edilməsini, tikililərin və avadanlıqların respublikada mövcud mühasibat uçotu qaydalarının tələblərinə uyğun uçot sənədlərində əks etdirilməsini, qorunub saxlanılmasını və səmərəli istismarını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Mariana Vasiievaya həvalə edilsin. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Gənclər və İdman Nazirliyi, X1 və idman İdarəsinin (qeydiyyat № 19059) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışdan görünür ki, Lənkəran rayonu, Liman şəhəri, X18 küçəsi, 349 ünvanında yerləşən əsas bina, qazanxana, idman meydançası, hasar, işıq sistemi, yaşıllıq sahəsi, asfalt örtük sahəsi və ərazinin ümumi torpaq sahəsi Gənclər və İdman Nazirliyi, X1 və idman İdarəsinin (qeydiyyat № 19059) balansında olan daşınmaz dövlət əmlakıdır. Gənclər və İdman Nazirliyi X1 və İdman İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, Azərbaycan "xxxx" könüllü idman cəmiyyətinin X17 ərazi "xxxx" könüllü idman cəmiyyəti 1987-ci ildə Lənkəran rayonu, Liman şəhər X24 küçəsi 349 ünvanında yerləşən İdman Sağlamlıq Kompleksində fəaliyyətə başlamışdır. Mərkəzi Şura tərəfindən 1994-cü ildə Lənkəran ərazi "xxxx" könüllü idman cəmiyyətinin Lənkəran rayonunda fəaliyyəti dayandırılmış və Bakı şəhərində fəaliyyət göstərmişdir. Həmin vaxtdan indiki dövrədək Lənkəran ərazi "xxxx" könüllü idman cəmiyyətinin Lənkəran rayonunda heç bir fəaliyyəti olmamışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan "xxxx" könüllü idman cəmiyyətinin adı 1997-ci ildən dəyişilmiş və “Nefçi” İdman Sağlamlıq Mərkəzi adlandırılmışdır. 2014-cü ildən isə Azərbaycan Respublikasının “X40” İctimai Birliyi adı ilə fəaliyyət göstərir. “X40” İctimai Birliyi Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində AZ1048 Əhməd Mehbaliyev 10 ünvanında yerləşir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin vətəndaş X28 X19 əmək müqaviləsi əsasında direktor vəzifəsində işləyib- işləməməsi, habelə işləmişdirsə, tarixləri göstərilməklə hansı müddətlər ərzində işləməsi barədə məlumat və sənədlərin (əmək müqaviləsi və işləməsi barədə bütün təsdiqedici sənədlərin) təsdiq edilmiş surətlərinin təqdim edilməsi haqqında 2024-cü il 2 sentyabr tarixli 2- 1(120)-790/2024 nömrəli inzibati iş üzrə məhkəmə sorğusu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) daxil olmuşdur. Məsələ ilə bağlı bildiririk ki, sorğu edilən məlumatların təqdim edilməsi Fondun Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” ilə müəyyən edilmiş fəaliyyət istiqamətləri xaricindədir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X12 Xidməti haqqında Əsasnamə”nin 3.1.1 -ci yarımbəndinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Nazirlik yanında X12 Xidmətinin vəzifələrinə daxil olduğundan müraciət aidiyyəti üzrə baxılması üçün adıçəkilən quruma göndərilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı “Neftçi" X6 cavabdeh Lənkəran Şəhər icra Hakimiyyətinə qarşı “Lənkəran Şəhər icra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 43 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işlə bağlı X34 dair dövlət əmlakının balansdan balansa verilməsinin prosedur qaydaları və həmin mərkəzin sökülməsi və yenidən tikilməsi barədə məlumat və sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə göndərilməsi ilə əlaqədar bildiririk ki, “Milli Arxiv Fondu haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən “X38" adlı dövlət əmlakının balansdan balansa verilməsinin prosedur qaydaları və həmin mərkəzin sökülməsi və yenidən tikilməsi ilə bağlı Lənkəran Şəhər icra Hakimiyyətində və X7 Filialında heç bir sənəd aşkarlanmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Vergi ödəyicisinin dövlət reyestrində İddiaçı (VÖEN **********) rəhbərinin X9, hüquqi ünvanının ünvan 15 (əsas), “Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri" (əlavə) fəaliyyət növləri üzrə uçotda olması, hazırda fəaliyyət vəziyyətinin aktiv olması barədə məlumatlar mövcuddur. "xxxx" Ərazi X6 isə dövlət qeydiyyatı və vergi uçotu barədə məlumatlar mövcud deyildir. Lənkəran Şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2001-ci ildə Sağlamlıq kompleksinin Neftçi X6 balansına verilərkən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin razılığının olubolmaması barədə məlumat və sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi ilə bağlı bildiririk ki, “Milli Arxiv Fondu haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədin idarənin cari arxivində saxlanma müddəti keçdiyi üçün X7 Filialına sorğu verilmişdir. Sorğu ilə bağlı X7 Filialının verdiyi rəsmi məlumata əsasən 2001- ci ildə Sağlamlıq kompleksinin X40 Məssisəsinin balansına verilərkən Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin razılığının olub-olmaması barədə heç bir hüquq müəyyənedici sənəd aşkarlanmamışdır. X7 filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçıubuna (hal-hazırkı “X36 Mərkəzi”) aid olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 03 aprel 1992-ci il tarixli, 68 saylı, 1 avqust 1996-cı il tarixli 1004 saylı və 15 mart 2001-ci il tarixli 75 saylı sərəncamlarının arxiv çıxarışları sizə göndərilir. Eyni zamanda bildiririk ki, X7 filialında saxlanılan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci ilə aid olan sərəncam kitablarına baxıldı. Həmin sərəncamlarda sorğunuzda qeyd olunmuş 10 iyul 1997-ci il tarixli icarə müqaviləsi ilə Gənclər və İdman İdarəsi tərəfindən Port ərazi idman klubuna icarəyə verilməsi barədə heç bir sənəd müəyyən edilmədi. Ona görə də həmin icarə müqaviləsinin təsdiq olunmuş ksero surətinin sizə göndərilməsi mümkün olmadı.

Tətbiq edilən hüquq normaları: Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Belə ki, Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati iсraat haqqında» Qanun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 24.1.inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 36.1. aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər, inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. 58.1. inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Mülki Məcəllə: Maddə 153. Mülkiyyət hüququnun subyektləri 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Maddə 155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Məhkəmənin mövqeyi İşin faktiki hallarından görünür ki, Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 21 oktyabr 1987-ci il tarixli 12 saylı qərarı əsasında Port-İliç şəhərində bədən tərbiyəsi və idmanın səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar Port-İliç şəhərinin baş planına əsasən 13-cü kvartalda idman kompleksi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında tərtib edilmiş akt təsdiq edilsin və 0.50 hektar torpaq sahəsi ayrılmışdır. Daha sonra Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 3 aprel 1992-ci il tarixli, 68 nömrəli sərəncamı əsasında Port-İliç şəhərində tikilmiş idman-sağlamlıq kompleksi əvəzsiz olaraq Lənkəran ərazi "xxxx" könüllü idman cəmiyyətinin balansına verilmişdir. Bundan sonra Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 13 iyul 1996-cı il tarixli, 1004 nömrəli sərəncamı əsasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının “Port-İliç şəhərindəki idman-sağlamlıq kompleksinin balansdan-balansa verilməsi haqqında” 3 aprel 1992-ci il tarixli 68 saylı sərəncamı və “Lənkəran şəhər mərkəzi stadionunun balansdan-balansa verilməsi barəsində” 25 may 1993-cü il tarixli sərəncamı ləğv edilmiş və Port-İliç şəhərindəki idman-sağlamlıq kompleksi və Lənkəran şəhər mərkəzi stadionu Maraqlı şəxs balansına verilmişdir. Həmin sərəncam qüvvədə ola-ola və ləğv edilmədən Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 75 saylı sərəncamına əsasən Liman şəhərindəki idman sağlamlıq kompleksi Maraqlı şəxs balansından Lənkəran İddiaçıubunun balansına verilmişdir. Bundan sonra Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 43 nömrəli sərəncamı əsasında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2001-ci il tarixli, 75 saylı Sərəncamı etibarsız hesab edilmişdir. Lənkəran Neftçi X20 həmin sərəncama əsasən Liman şəhərində yerləşən idman sağlamlıq kompleksini X1 və İdman İdarəsinə təhvil vermişdir və hal-hazırda həmin kompleks Gənclər və İdman Nazirliyinin tabeliyində olan X15 Kompleksinin balansındadır. Və həmin sərəncamdan narazı qalan iddiaçı Lənkəran "xxxx" X20 cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2023-cü il tarixli 43 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, 1 avqust 1996-cı il tarixli 1004 saylı qüvvədə olan sərəncam 15 mart 2001-ci il tarixli 75 saylı Sərəncamla ləğv edilmədən və həmin akt qüvvədə ola-ola dövlət mülkiyyətini şəxsi kluba verilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmişdir. Həmçinin həmin dövrdə Maraqlı şəxs Kompleksin İddiaçıubuna verilməsi ilə bağlı müsbət rəyi olmamışdır. Həmin dövrdə idarə tərəfindən Əmlak komitəsinə müraciət edilmiş və bildirilmişdir ki, idarənin balansında olan İdman Sağlamlıq Kompleksi “Nefçi” idman klubuna verilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncamın əsas məqsədi dövlətə məxsus olan və ictimai maraqlara birbaşa bağlı olan idman sağlamlıq kompleksinin dövlətin balansına qaytarılması, ictimai maraqlar baxımından nəzarət edilməsi və qorunmasından ibarət olmuşdur. Mübahisə predmeti olan idman sağlamlıq kompleksi dövlət əmlakıdır və daha çox ictimai maraqlara xidmət etməlidir. Həmin obyekt dövlətin nəzarətində və qorunmasında olduğu təqdirdə,ictimai maraqlara daha çox xidmət edəcəyi aşkardır. Beləliklə, məhkəmənin qənaətinə görə, mübahisələndirilən Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 43 nömrəli sərəncamı mövcud qanunvericilik normalarının tələblərinə uyğun olaraq tərtib edildiyindən və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmədiyindən, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati-Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1 -ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İnzibati-Prosessual Məcəllənin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar