Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3190/2024 06.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Regional ASAN xidmət mərkəzi ilə sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbinin təmin edilməsi” barədə iddianın mümkünlü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Regional ASAN xidmət mərkəzi ilə sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbinin təmin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X1 Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər həyata keçirilir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən həmin mərkəzlərdə tərcümə işlərinin təşkili üçün dövlət satınalmalarının (kotirovka sorğusu, açıq tender və s.) keçirilməsinə zərurət olmadığı üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin də bu sahədə Dövlət Agentliyi ilə əməkdaşlıq etməsinə imkan vardır. Bundan başqa, məlum olduğu kimi 2019-2023-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas məqsədlərindən biri də yerli əhalinin məşğulluq imkanlarının artırılmasıdır. Dövlət Proqramı çərçivəsində inşa edilən hər bir obyekt həm də rayon sakinləri üçün yeni iş yerləri deməkdir. Bu baxımdan Lənkəran rayonunda tezliklə açılışı nəzərdə tutulan ASAN xidmət mərkəzində onun üçün belə bir imkan yaranmışdır. Bunu nəzərə alaraq, müvafiq ixtisasa və iş təcrübəsinə malik şəxs kimi o, Lənkəran “ASAN xidmət” mərkəzində tərcümə xidmətləri göstərmək üçün son üç ildə dəfələrlə Agentliyin rəhbərliyinə müraciət etmiş, lakin qeyri-qənaətbəxş cavablar almışdır. Bir çox hallarda Agentliyin tabeliyinə olan "xxxx" MMC- nin məsul əməkdaşlarının ona yazdıqları cavablar bir-birini təkzib edir. Belə ki, onlar gah sənədlərin tərcüməsi sahəsində onunla əməkdaşlığın onlara deyil notariusların səlahiyyətlərinə aid olduğunu deyir, gah da halhazırda tərcüməçiyə ehtiyac olmadığını və gələcəkdə zərurət yaranarsa onun müraciətinə baxıla biləcəyini vurğulayırlar. 24 oktyabr 2023-cü il tarixli 3-45-21/2-H-35xx-xx-2364/2023 saylı cavabda qeyd olunur ki, açılışı nəzərdə tutulan Lənkəran regional “ASAN xidmət” mərkəzində bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlərin təşkili məqsədilə daxil olmuş müraciətlərə növbəlilik əsasında baxılaraq həmin xidmətlərin göstərilməsi üçün müvafiq şəxs (fiziki və ya hüquqi) müəyyən ediləcəkdir. Bir ay sonra, daha dəqiq desək 28 noyabr 2023-cü il tarixli 3-45-21/2-H-36xxxx-2716/2023 saylı cavabda isə göstərilir ki, belə bir hüquqi şəxs artıq müəyyən edilmiş və ona müvafiq tapşırıqlar verilmişdir. Belə çıxır ki, "xxxx" MMC Lənkəran regional “ASAN xidmət” mərkəzində tərcümə işlərinin təşkili üçün müvafiq (fiziki və ya hüquqi) şəxsi müəyyən edərkən vəd etdiyi növbəlilik prinsipini özü pozmuşdur. Belə ki, o, 2021-ci ildən başlayaraq Dövlət Agentliyinə eyni məzmunlu müraciətlər etmiş və bu müraciətlərə gələcəkdə baxılacağına söz verilsə də əməl olunmamışdır. Buradan belə nəticəyə gəlmək olar ki, ya Azərbaycan Respublikası X1 Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, ya da Agentliyin tabeliyində olan "xxxx" MMC-nin rəhbərliyi növbəlilik, şəffaflıq, kompetentlik və ən əsası qanunçuluq prinsiplərinə deyil, ötən əsrin 70-80-ci illərindən miras qalmış tanışlıq, qohumbazlıq kimi stereotiplərə üstünlük vermişlər. Bunu əsl Azərbaycan brendi olan Asan xidmətin timsalında müasirliklə ayrı-ayrı fərdlərin əyalət təfəkkürünün əcaib sintezi adlandırmaq olar. Rəsmi-işgüzar üslubda yazılmalı olan hazırkı iddia ərizəsində bir qədər emosionallığa yol verərək diqqəti daha bir məqama cəlb etmək istəyir ki, "xxxx" MMC-dən ona ünvanlanmış 28 noyabr 2023-cü il tarixli 3- 45-21 /2-H- 36xx-xx-2716/2023 saylı cavab məktubunda “hüquqi şəxs” birləşməsi əvəzinə “hüququ şəxs” ifadəsi işlədilmişdir ki, bu da yuxarıda qeyd etdiyi fərdlərin dövlət qulluğuna qəbul zamanı Azərbaycan dili fənnindən necə “uğurla” keçdiklərinin bariz sübutudur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Məşğulluq haqqında qanunun müvafiq müddəalarına uyğun olaraq dövlət məşğulluq növünün sərbəst seçilməsinə, habelə işə qəbuldan əsassız imtina olunanların hüquqi müdafiəsinə təminat verir. Bunları nəzərə alaraq, həmçinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.0.8-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası X1 Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran regional ASAN xidmət mərkəzi ilə sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli qərarı ilə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” bir sıra məsələlər tənzimlənmişdir. Qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bundan başqa qeyd edilməsi zəruri hal ondan ibarətdir ki, hazırki halda iddiaçının hüququn həqiqətən pozulub-pozulmadığına diqqət verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qeyd edilən Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: İnzibat orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Hazırki halda iddia tələbinin mahiyyətinə fikir versək iddia tələbinin əsasını inzibati hüquq münasibətlərinin təşkil etmədiyini açıq şəkildə görmüş olarıq. Məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 4.6.4-cü yarımbəndinə əsasən bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər “ASAN xidmət” mərkəzlərində göstərilən funksional yardımçı xidmətlərə daxildir. Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin 13 avqust 2014-cü il tarixli 9.1.5/E-121 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində funksional yardımçı və ictimai iaşə xidmətlərini həyata keçirən qurumların fəaliyyətinin təşkili ilə bağlı Təlimat”ın 2.1 -ci bəndinə əsasən “ASAN xidmət” mərkəzlərində funksional yardımçı xidmətlər Dövlət Agentliyinin tabeliyində olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə həmin xidmətləri həyata keçirən qurumlar (şəxslər) arasında bağlanmış müqavilə əsasında təşkil edilir. Göründüyü kimi “ASAN xidmət” mərkəzlərində göstərilən funksional yardımçı və ictimai iaşə xidmətlər Dövlət Agentliyinin tabeliyində olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə müqavilə bağlanılmaqla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1 -ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, hazırki iddia tələbinin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilməlidir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzi ilə sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbinin təmin edilməsi”nə dair iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki: İddiaçı cavabdeh orqana fərdi sahibkar kimi bir neçə dəfə müraciət edərək bildirmişdir ki, "Asan xidmət" mərkəzlərində tərcümə xidmətlərinin göstərilməsi prosesində iştirakının təmin olunması ilə bağlı müraciət edərək, Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının tələblərinə uyğun olaraq regionlarda istifadəyə verilən müəssisələrdə işə qəbul zamanı ilk növbədə yerli kadrlara üstünlük verilməsi məqsədi ilə onun Lənkəran rayon sakini olduğunu, habelə tezliklə orada açılacaq ASAN xidmət mərkəzinin inzibati binasına yaxın yerdə yaşadığını və yüksək ixtisaslı kadr kimi sənədlərin ingilis, türk və rus dillərindən dövlət dilinə və əksinə tərcümə olunması sahəsində Lənkəran ASAN xidmət mərkəzi ilə əməkdaşlıq etməyinə imkan yaradılması məqsədi ilə funksional yardımçı xidmətlərin göstərilməsində iştirakını təmin edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh orqana 9 sentyabr 2021-ci il tarixli müraciətində bildirmişdir ki, mən diplomlu türk dili tərcüməçisiyəm. Əlavə olaraq ingilis və rus dillərini bilirəm. VÖEN və sahibkar hesabım var. Sənədlərin tərcüməsi və notarial təsdiqi sahəsində çoxillik təcrübəyə malikəm. Sizinlə bu sahədə əməkdaşlıq edə bilərikmi? İddiaçı cavabdeh orqana 28 noyabr 2023-cü il tarixli müraciətində bildirmişdir ki, nəzərinizə çatdırım ki, mən sizə işlə təmin olunmaq barədə ərizə ilə müraciət etməmişəm.Mən fərdi sahibkaram və müraciətim "Asan xidmət" mərkəzlərində tərcümə xidmətlərinin göstərilməsi prosesində iştirakımın təmin olunması ilə bağlıdır. Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi” MMC-dən eyni məzmunlu müraciətimə verilən cavabda (əlavəyə bax) "Asan xidmət" və "Asan kommunal" mərkəzlərində hazırda müxtəlif tərcümə mərkəzlərinin fəaliyyət göstərdiyi qeyd olunur. Sizin cavabınızdan belə çıxır ki, bu xidmətləri göstərən firmalar, yaxud onların müvafiq əməkdaşları dövlət qulluğu imtahanı veriblər? Əgər tender keçirilibsə və bu firmalar qalib gəliblərsə, tender haqqında elan nə vaxt və harada yerləşdirilib? Niyə bizim bundan xəbərimiz olmayıb? Xahiş edirəm, mənə ağlabatan cavab verəsiniz. Əks halda, bu məsələ iddia predmetinə çevrilə bilər.P.S. Eyni qurumda, eyni ünvanda çalışırsız, amma cavablarınız bir-birini təkzib edir. Ümumiyyətlə, bu məsələdə şəffaflıq prinsipinin pozulduğu açıq-aydın görünür. Məsələn, Masallı səyyar asan xidmət avtobusunda "Şəms" tərcümə firmasının əməkdaşı oturur. Amma mən elə həmin Masallı Asan xidmətinə aid sənəd tərcümə etmişəm ki, onu mənə "Şəms" yox, tamam başqa bir tərcümə mərkəzi göndərib. Bu o deməkdir ki, Asan xidmət mərkəzləri bir yox, bir neçə tərcümə təminatçısı ilə iş qura bilir. Belə olduğu halda, biz, yəni hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs olaraq, öz sahibkar hesabımız və VÖEN- imiz var ikən, niyə bu xidmətləri göstərməkdən kənarda qalmalıyıq? Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar Agentliyi 6 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin xx.xx.2021-ci il tarixli, MİH/4.1.24-2-2021-52 nömrəli iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, 5 sentyabr 2012-ci il tarixli 706 nömrəli “Azərbaycan Respublikası X1 Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları“nın 2.1-ci bəndinə əsasən "ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Qaydaların 4.6.4-cü bəndinə əsasən “Tərcümə” xidməti funksional yardımçı xidmət kimi “ASAN xidmət” mərkəzlərində mövcuddur. Xidmət Mərkəzlərdə tərcümə şirkətləri tərəfindən həyata keçirilir. Belə ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində “Tərcümə” xidməti "xxxx" MMC tərəfindən təşkil edilir və həmin xidmətə işə qəbul prosesini şirkət özü tənzimləyir. Müraciətinizdə qeyd etdiyiniz sənədlərin notarial təsdiqi sahəsində əməkdaşlıqla bağlı bildirmək istərdik ki, 11 sentyabr 2000-ci il tarixli Nazirlər Kabinetinin 167 nömrəli Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafın 133-cü bəndinə əsasən notarius tanıdığı tərcüməçinin hər dəfə gəlməməsi üçün onu qeydiyyata götürür. Bu məqsədlə onun ərizəsini, imza nümunəsini, şəxsiyyətini təsdiq edən sənədin və diplomunun surətini tələb edir. Bu mərhələ “Tərcümə” xidmətinə qəbul olduqdan sonra həyata keçirilir. “ASAN xidmət” mərkəzlərində “Notariat xidməti”nə işə qəbul prosesi isə birbaşa Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsi tərəfindən həyata keçirilir. Əlavə məlumat üçün www.justice.gov.az saytını izləyə bilərsiniz. Həmçinin bildirirlər ki, Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində "ASAN” əməkdaşı kimi qulluqkeçmə məsələləri "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibə mərhələsindən ibarətdir. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-28.11-ci maddələrinə əsasən inzibati vəzifələrin müvafiq altqrupları üzrə sertifikat əldə etmiş şəxslər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün müraciət edə bilərlər. Əlavə məlumat üçün www.dim.gov.az saytını izləyə bilərsiniz. Dövlət Agentliyinin fəaliyyət istiqamətləri və "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər, həmçinin Mərkəzlərin iş vaxtları haqqında daha ətraflı məlumat əldə etmək üçün www.vxsida.gov.az və www.asan.gov.az saytlarına, habelə (+99412) 108 Çağrı Mərkəzinə, dövlət xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün isə www.dxr.az müraciət edə bilərsiniz. İnnovasiyalar Mərkəzi MMC-nin iddiaçıya ünvanladığı 27 oktyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sizin Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra Dövlət Agentliyi) tabeliyində olan "xxxx" MMC-yə daxil olmuş eyni məzmunlu müraciətlərinizə baxılmışdır.Müraciətlərinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 4.6-cı bəndinə əsasən, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə yanaşı, həm də bank, tibb məntəqəsi, sığorta xidmətləri, hüquqi yardım və digər funksional yardımçı xidmətlər təşkil olunur.Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər müxtəlif tərcümə mərkəzləri tərəfindən həyata keçirilir.Həmçinin məlumat üçün nəzərinizə çatdırırıq ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə əsasən, dövlət satınalmaları dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması olduğunu nəzərə alaraq, digər funksional yardımçı xidmətlər kimi, tərcümə mərkəzlərinin fəaliyyətinin təşkili üçün dövlət satınalmalarının (kotirovka sorğusu, açıq tender və s.) keçirilməsinə zərurət yoxdur. İnnovasiyalar Mərkəzi MMC-nin iddiaçıya ünvanladığı 30 sentyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki,Sizin Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi” MMC-nə daxil olmuş müraciətinizə baxılmışdır.Müraciətinizə cavab olaraq bildiririk ki, Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə yanaşı, həm də bank, tibb məntəqəsi, tərcümə mərkəzi, hüquqi yardım kimi funksional yardımçı və digər xidmətlər fəaliyyət göstərir.Eyni zamanda nəzərinizə çatdırırıq ki, hazırda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müxtəlif tərcümə mərkəzləri fəaliyyət göstərir və əlavə mərkəzlərin prossesə cəlb olunmasına ehtiyyac yaranmamışdır. Gələcəkdə qeyd olunan məsələ ilə bağlı ehtiyac yaranacağı təqdirdə Sizin müraciətinizə yenidən baxıla bilər. İnnovasiyalar Mərkəzi MMC-nin iddiaçıya ünvanladığı 24 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki,Sizin Azərbaycan Respublikasının X1 Xidmət və Sosia İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra Dövlət Agentliyi) tabeliyində olan "xxxx" MMC-yə daxil olmuş müraciətinizə tabeçilik əsasında baxılmışdır.Müraciətinizə cavab olaraq nəzərinizə çatdırırıq ki, Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə yanaşı, həm də bank, tibt məntəqəsi, tərcümə mərkəzi, sığorta xidmətləri, hüquqi yardım kimi funksional yardımçı xidmətləı fəaliyyət göstərir. Eyni zamanda bildiririk ki, açılışı nəzərdə tutulan Lənkəran regional “ASAN xidmət” mərkəzinde bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağl xidmətlərin təşkil olunması məqsədilə daxil olmuş müraciətlərə növbəlilik əsasında baxılaraq həmir xidmətlərin göstərilməsi üçün müvafiq şəxs (fiziki və ya hüquqi) müəyyən ediləcəkdir.Sizin Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra Dövlət Agentliyi) tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx") daxil olmı müraciətlərinizə baxılmışdır.İş materiallarında olan İnnovasiyalar Mərkəzi MMC-nin iddiaçıya ünvanladığı 28 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki,Cavab olaraq bildiririk ki, sizin əvvəllər "xxxx"nə daxil olmuş müraciətlərin bir daha nəzərdən keçirilmiş, ərizələrinizə “Vətəndaşların müraciətləri haqqında" Azərbayan Respublikasının Qanununun tələblərinə uyğun olaraq baxılması və mahiyyəti üzrə əsaslandırılmış yazılı cavablar verilməsi müəyyən edilmişdir.Əlavə olaraq qeyd edirik ki, açılışı nəzərdə tutulan Lənkəran regional “ASAN xidmət mərkəzində bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ite bağlı xidmətin təşkil olunması üçün hüququ şəxs müəyyən edilmiş, xidmətin “ASAN xidmət mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsinin təmin edilməsi məqsədik müvafiq tapşırıqlar verilmişdir. Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətlə bağlı nəzərinizə çatdırır ki, Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “Asan xidmət” mərkəzlərində vəzifələr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.Belə ki, Dövlət Agentliyi və tabeliyində olan “Asan xidmət” mərkəzlərində məktubunzda qeyd etdiyiniz ştat vahidi mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktı ilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Regional ASAN xidmət mərkəzi ilə sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbinin təmin edilməsini xahiş edir.Lakin nəzərə alınmalıdır ki, İddiaçı ilə Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Regional ASAN xidmət mərkəzi iddiaçının tələb etdiyi sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbi onunla cavabdeh orqan arasında yaranacaq münasibət yalnız tərəflər arasında əmək müqaviləsi və ya digər müqavilələrə əsasən təmin oluna bilər.Belə ki, Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin 13 avqust 2014-cü il tarixli 9.1.5/E-121 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X1 Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində funksional yardımçı və ictimai iaşə xidmətlərini həyata keçirən qurumların fəaliyyətinin təşkili ilə bağlı Təlimat”ın 2.1 -ci bəndinə əsasən “ASAN xidmət” mərkəzlərində funksional yardımçı xidmətlər Dövlət Agentliyinin tabeliyində olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə həmin xidmətləri həyata keçirən qurumlar (şəxslər) arasında bağlanmış müqavilə əsasında təşkil edilir. Həmin müddəadan aydın olur ki, “ASAN xidmət” mərkəzlərində göstərilən funksional yardımçı və ictimai iaşə xidmətləri Dövlət Agentliyinin tabeliyində olan "xxxx" MMC ilə müraciət edən şəxs arasında müqavilə bağlanılmaqla həyata keçirilir.Müqavilə münasibətləri isə Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlanmasının ilkin şərti kimi qanunverici Mülki Məcəllənin 390-cı maddəsində tərəflərin müqavilə azadlığı şərtini müəyyən etmişdir ki, yəni həm müqavilə bağlanan zaman, həmçinin də müqavilənin xitamı və dəyişdirilməsi zamanı tərəflər azad surətdə öz iradə ifadələrini müəyyən etməlidirlər və məcburetməyə yol verilmir.Əks halda məcburetmə ona hüquq verir ki, bağlanmış müqavilə etibarsız hesab olunsun. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə hesab edir ki, iş materiallarına əsasən iddia ərizəsi tərəflər arasında bağlanılacaq müqavilədən doğan öhdəlikdir,yəni iddiaçı cavabdeh inzibati orqanın üzərinə onunla müqavilə bağlanılması öhdəliyinin qoyulmasını məhkəmədən xahiş edir və yuxarıda qeyd edilənlərə əsasən mübahisə publik xarakterli olmadığından ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1 - 1.4-cü bəndləri) Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında müəyyən olunur ki: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Həmçinin cavabdeh iddiaçıya ünvanladığı məktublarda və etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən "ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Qaydaların 4.6.4cü bəndinə əsasən “Tərcümə” xidməti funksional yardımçı xidmət kimi “ASAN xidmət” mərkəzlərində mövcuddur. Xidmət Mərkəzlərdə tərcümə şirkətləri tərəfindən həyata keçirilir. Belə ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində “Tərcümə” xidməti "xxxx" MMC tərəfindən təşkil edilir və həmin xidmətə işə qəbul prosesini şirkət özü tənzimləyir. Müraciətinizdə qeyd etdiyiniz sənədlərin notarial təsdiqi sahəsində əməkdaşlıqla bağlı bildirmək istərdik ki, 11 sentyabr 2000-ci il tarixli Nazirlər Kabinetinin 167 nömrəli Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafın 133-cü bəndinə əsasən notarius tanıdığı tərcüməçinin hər dəfə gəlməməsi üçün onu qeydiyyata götürür. Bu məqsədlə onun ərizəsini, imza nümunəsini, şəxsiyyətini təsdiq edən sənədin və diplomunun surətini tələb edir. Bu mərhələ “Tərcümə” xidmətinə qəbul olduqdan sonra həyata keçirilir. “ASAN xidmət” mərkəzlərində “Notariat xidməti”nə işə qəbul prosesi isə birbaşa Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsi tərəfindən həyata keçirilir. Əlavə məlumat üçün www.justice.gov.az saytını izləyə bilərsiniz. Həmçinin bildirirlər ki, Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində "ASAN” əməkdaşı kimi qulluqkeçmə məsələləri "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibə mərhələsindən ibarətdir. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-28.11-ci maddələrinə əsasən inzibati vəzifələrin müvafiq altqrupları üzrə sertifikat əldə etmiş şəxslər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün müraciət edə bilərlər.Oxşar digər cavab məktublarında da ştat vahidinin mövcud olmadığı, digər tarixli məktublarda mərkəzlərdə müxtəlif tərcümə mərkəzlərinin artıq fəaliyyət göstərdiyi, müraciətin növbəlilik qaydasında həyata keçirildiyi və ehtiyac yarandığı halda müraciətə yenidən baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli qiymətləndirilir, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Həmçinin iddiaçıya məhkəmə prosesində qeyd edilənlərə əsasən tələbin müqavilə münasibətlərindən irəli gəldiyini, inzibati orqanın diskresion səlahiyyəti olduğu bildirilərək ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etməli olduğu izah olunmuşdur. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinin də tələbləri baxımından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının müddəalarını rəhbər tutaraq iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqanın hər hansı bir fiziki və ya hüquqi şəxslə tərcümə sahəsində əməkdaşlıq etməsi və ya müqavilə bağlaması onun qanunvericilikdən irəli gələn bir başa diskresion səlahiyyətidir.Məhkəmə tərəfindən yalnız inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlamaq səlahiyyəti vardır.Və hazırki iddia tələbi də bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, onun iddia ərizəsində qeyd edilən tələbin müqavilədən doğan öhdəlik olduğunu nəzərə alaraq aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etmək hüququ var. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Regional ASAN xidmət mərkəzi ilə sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq tələbinin təmin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Pərvanə Qurbanova