Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-32/2024 01.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokolu vasitəsilə cavabdeh əsl cavabde Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuş, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmət keçmiş, xx.xx.1972-xx.xx.1974-cü illərdə və xx.xx.1976-xx.xx.1978-ci illərdə 10 saylı DBM zavodunda, xx.xx.1978-xx.xx.1982-ci illərdə SMD-32-də, xx.xx.1982-xx.xx.1983-cü illərdə YTİ-35-də, xx.xx.1983-xx.xx.1984-cü illərdə TQİ-20-də, xx.xx.1984-xx.xx.1989-cu illərdə Bəhrəmtəpə qum-çınqıl karxanasında xx.xx.1989-xx.xx.1992-ci illərdə Kemen müəssisəsində. xx.xx.1993-xx.xx.2007-ci illərdə İmişli ATN, Faiq kooperativində, işləmiş və buna dair əmək kitabçası vardır. 31 il 9 ay 13 gün sosial sığorta stajının olması cavabdeh tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin İmişli rayon filialına ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Lakin xx.xx.2020-ci il tarixli məktubda 31 il 9 ay 13 gün sosial sığorta stajının olması təsdiq olunsa da, işlədiyi idarələrin bir qisminin sənədlərinin İmişli rayon dövlət arxivinə təhvil verrilmədiyini səbəb göstərib ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin həmin hərəkəti qanuna ziddir. Belə ki, qeyd etdiyi işlərdə işləməyi rəsmi əmək kitabçası ilə təsdiq olunur. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınmalıdır. Əmək pensiyaları haqqında Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 7. 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yasa görə əmək pensiyası təvin edilmiş. şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək pensiyaları haqqında Qanun 01 yanvar 2006-cı ildə qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun 2019-cu ilin 1 yanvarından qüvvəyə minmişdir. Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanılmışdır. Pensiya şəxsə təyin olunandan sonra ona bu. həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə "sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir. Ona görə Azərbaycan Respublikası İPM-nin 45-46-cı maddələrinə əsasən xahiş edirəm ki, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin İmişli rayon filialının qanunsuz hərəkətindən müdafiə olunmağı, qanunsuz hərəkətlərin aradan qaldırılması, 2 il hərbi xidmət illərini, əmək kitabçasında qeyd edilən işlədiyi xx.xx.1972xx.xx.1974, xx.xx.1976-xx.xx.1978, xx.xx.1978-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984.xx.xx.1984-xx.xx.1989, xx.xx.1989-xx.xx.1992 və xx.xx.1993xx.xx.2007-ci illərdə işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, 23.11,2020-ci il tarixli ********** nömrəli məktubla bildirilmişdir ki, Filiala təqdim edilmiş əmək kitabçasının surətinə əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müəssisələrin mövcud olubolmaması barədə sənədlər, əmr kitabları və əmək haqqı cədvəlləri arxivə mühafizə üçün təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2- ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığoıia hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) az; 25 il sığoıia stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2021-ci il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 30 il 1 gün sosial sığorta stajı vardır. X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən hazırkı dövrədək iddiaçıya münasibətdə pensiya kapitalı aşkar edilməmişdir. İddiaçı əmək kitabçasına və hərbi biletinə əsasən mübahisəsiz sığorta stajı 8 il 6 ay 20 gün, mübahisələndirilən sığorta stajı isə 21 il 5 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Azərbaycan Respublikasının İmişli rayon Dövlət Arxivindən daxil olmuş xx.xx.2021-ci il tarixli 56 nömrəli məktubunda “Muqanmelisutikinti” trestinin 20 nömrəli Tikinti Quraşdırma İdarəsinin, “Bəhramtəpə” qum-çınqıl karxanasının, "xxxx" kiçik müəssiəinin, İmişli “Avtonəqliyyat” müəssəsinin və İmişli ATN “Faiq” kooperativinin qeyd olunan illərə dair arxiv sənədlərinin mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********27 nömrəli məktubuna əsasən İmişli “Avtonəqliyyat” müəssisənin bazasında 1998-ci ildə özəlləşdirilərək (xx.xx.2007-ci il tarixdə) mülkiyyəti dəyişmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergi İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********841000 nömrəli məktubuna əsasən “Muğanmelisutikinti” trestinin 20 nömrəli Tikinti Quraşdırma İdarəsinin, "xxxx" kiçik müəssisənin və İmişli ATN “Faiq” kooperativi adlı qurumlar idarədə dövlət qeydiyyatında yoxdur və vergi uçotuna alınmamışdır. “Bəhramtəpə” qum-çınqıl karxanası xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınıb, vergi uçotuna alınmayıb və vergi ödəyicisi deyil. Bildiririk ki, iddiaçının əmək kitabçasında Rusiya Federasiyasının Çita vilayətində yerləşən "xxxx" kiçik müəssisəsində işləməsi faktının yoxlanılması məqsədiylə X9 Departamenti tərəfindən Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə sorğu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2022-ci il tarixli **********2 nömrəli cavab məktubuna əsasən iddiaçının həmin müəssisədə 1989-1990-cı illərdə əmək haqqı almasına dair məlumat qeyd edilmişdir. Məktubda T2 sənədlərində iddiaçının adının qeyd olunmadığı bildirilmişdir. Digər dövrlərə dair məlumat aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, müəssisənin qeydiyyatda olması İddiaçı həmin müəssisədə işləməsi faktını təsdiq etmir. Həmin faktın təsdiq olunması üçün vətəndaşın işə daxiloma, işdən azad edilmə barədə əmrlərinin, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərinin (ad, ata adı və soyad dəqiq göstərilməklə) olması zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir, iddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd etmək lazımdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi dövrün əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2020-ci il tarixdə 64,5 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri sosial sığorta stajı kimi nəzərə nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan xx.xx.1998-ci il tarixli, D2636 nömrəli nizamnamənin surətindən görünür ki, "xxxx" X19 Cəmiyyətinin Nizamnaməsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1548 nömrəli sərəncamının surətindən görünür ki, Ləğv olunmuş “Azərtikintimaterialsənaye” X11 rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanında yerləşən Bəhrəmtəpə Qum-Çınqıl Karxanası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İmişli rayon filialının xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olduğu dövr, əmək kitabçasında qeyd olunan xx.xx.1978-xx.xx.1978, xx.xx.1978-xx.xx.1978, xx.xx.1978-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1989, xx.xx.1989xx.xx.1990, xx.xx.1990-xx.xx.1992, xx.xx.1993- xx.xx.2006-cı illərdə işləməsi qeyd edilməklə ümümilikdə 31 il 9 ay 13 gün sosial sığorta stajı təşkil edir. Yoxlama zamanı məlum oldu ki, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1989, xx.xx.1989-xx.xx.1990, xx.xx.1990-xx.xx.1992, xx.xx.1993-xx.xx.2006-cı illərdə həmin müəsissələrin olub olmaması barədə sənədlər və əmr kitabları əmək haqqı cədvəlləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. X17 Sistemində İddiaçı xx.xx.2006-xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barəsində məlumat və RPS proqramının baza məlumatına əsasən vətəndaşın adına sosial sığorta şəhadətnaməsi aşkar edilməmiş, həmçinin sığorta olunanlar haqqında B1, B2, B3 hesabatlarında vətəndaşın adı aşkarlanmamışdır. Bu səbəbdən həmin illərdə əmək haqqı alıb almadığını və müəssisələr tərəfindən sosial sığorta haqqının ödənilib ödənilməməsini yoxlamaq mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 22.1-ci bəndinə əsasən iş sosial (sığorta stajın) müəyyən edilməsi əmək kitabçasına əsasən aparılır əmək pensiyası hüququ verən sğorta stajın hesablanma təqvimi illər, aylar, adam günü əsasında həyata keçirilir. X10 “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.1-ci bəndinin şərtləri ödənilmədiyi üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********504500 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədlərinə əsasən bildiririk ki, “Bəhrəmtəpə” Qum-Çınqıl Karxanası xx.xx.1997-ci il tarixdə D-6/109 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir. Həmin Karxana 2004-cü ildən hazırki dövrədək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Reyestrdə "xxxx" Müəssisəsi, "xxxx" Müəssisəsi və “İmişli ATN Faiq Kooperativi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Sorğunun 1997-ci ilədək, yəni Azərbaycanda VÖEN verilməsinə başlanılması tarixinədək olan dövrə aid olduğu üçün, sorğunun formalaşdırılması zamanı hüquqi şəxsin adının tam (abreviatura ilə deyil) göstərilməsinin, habelə həmin hüquqi şəxsin qeydiyyat nömrəsi, ünvanı, tabeçiliyi və onu identikləşdirməyə imkan verə biləcək digər məlumatlarının göstərilməsinin zəruri olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********133400 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədlərinə əsasən bildiririk ki, “Bəhrəmtəpə” Qum-Çınqıl Karxanası xx.xx.1997-ci il tarixdə D-6/109 qeydiyyat nömrəsi ilə, İmişli Avtonəqilyyat müəssisəsi xx.xx.1997-ci il tarixdə D-6/112 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir. Həmin müəssisələr 2004-cü ildən hazırki dövrədək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Reyestrdə "xxxx" Müəssisəsi (“Muğanmeliosutikinti” trestinin 20 nömrəli Tikinti Quraşdırma İdarəsinin) və “İmişli ATN Faiq Kooperativi (8 saylı Avtobazanın nəzdində olmuş) adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********31 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının registri haqqında Əsasnamə”yə əsasən, dövlət əmlakının Registrində daşınmaz əmlaklar, o cümlədən onların balanssaxlayıcı müəssisələri haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Bəhramtəpə qum- çınqıl karxanası və ATN Faiq kooperativi barədə dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmişdir. Eyni zamanda, keçmiş Dövlət Əmlak Komitəsinin müvafiq sərəncamı ilə İmişli Avtonəqliyyat müəssisəsinin bazasında "xxxx" ASC təsis edilmiş və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi xx.xx.2007-ci il tarixində başa çatdırılmışdır. Həmçinin, Saatlı rayonu, Sancalar qəsəbəsində yerləşən 20 saylı Tikinti Quraşdırma İdarəsinin daşınmaz əmlakları dövlət əmlakının Registrində qeydiyyata alınmış və qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilmişdir. Bununla yanaşı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.11-ci yarımbəndinə əsasən, kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Saatlı Tikinti filialının xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, əmək haqqı cədvəlləri saxlanılmadığı üçün aşkar etmək mümkün olmamışdır. 20 saylı Tikinti Quraşdırma İdarəsinin Saatlı Tikinti Filialına çevirilmişdir. İşdə olan 16 nömrəli Xüsusi Təyinatlı Yol X8 Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də xx.xx.1982-ci il tarixdən xx.xx.1983cü il tarixədək 35 nömrəli yol istismar sahəsində işləmişdir. İndi hal-hazırda həmin müəssisə 16 nömrəli Xüsusi Təyinatlı Yol X8 Cəmiyyəti adlandırılır. İşdə olan Azərbaycan Respublikası “X20” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 49 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1972-ci il tarixdə 134-a nömrəli əmrlə 10 nömrəli X14 zavodunun armatur sexinə 2-ci dərəcəli armaturçu kimi işə qəbul olmuş, xx.xx.1977-ci il tarixdə 818 nömrəli əmrlə 10 nömrəli X14 zavodunun armatur sexindən elektrik qaynaqçısı kimi öz xahişi ilə işdən azad edilmişdir. 10 nömrəli X14 zavodu 2006-cı ilin aprel ayında özəlləşməyə gedərək “X20” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Ona gprə də İddiaçı işə girib-çıxma barədə verilmiş arayış bu gün fəaliyyət göstərən möhürlə təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, iddiaçının əmək kitabçasında Rusiya Federasiyasının Çita vilayətində (местность приравненная к районам крайнего Севера) aşağıda qeyd olunan iş yerlərində əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir: xx.xx.1989-xx.xx.1990-cı il tarixlərdə - Министерство Транспортного Строительства СССР «Главбамстрой», Управление строительства «Бамстройпуть»; xx.xx.1990-xx.xx.1992-ci il tarixlərdə - Малое предприятие «Кемен». İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə qeyd olunan dövrlərdə İddiaçı Rusiya Federasiyasında adıçəkilən müəssisələrdə işləyib- işləməməsi ilə bağlı zəruri məlumatların əldə edilməsi aşağıda qeyd olunan ardıcıllıqla həyata keçirilmişdir: 19 may 2021-ci il tarixdə **********7 nömrəli xidməti məktubla tərəfimizdən X9 Departamentinə müraciət edilmişdir; 08 iyun 2021-ci il tarixdə **********4 nömrəli məktubla X9 Departamenti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il tarixli Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq iddiaçının Rusiya Federasiyasında işlədiyi 1989-1992-ci illər üzrə əmək stajı və əməkhaqqı barədə məlumatların əldə edilməsinə köməklik göstərməsi xahiş edilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 23 sentyabr 2021-ci il tarixli xx/xx-10137 nömrəli məktubuna Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin 03 sentyabr 06-103904/21 nömrəli cavab məktubu əlavə edilmişdir. Həmin məktuba əsasən, göndərilmiş sorğuda İddiaçı işlədiyi müəssisələr barədə məlumatların ətraflı göstərilməməsi səbəbindən sözügedən sorğunun Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən cavablandırılmasının mümkün olmadığı qeyd edilmişdir; 26 oktyabr 2021-ci il tarixli **********0 nömrəli məktubla X9 Departamenti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə təkrar müraciət edilmişdir. Hazırda sonuncu müraciətin Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən cavablandırılması gözlənilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, iddiaçının əmək kitabçasında Rusiya Federasiyasının Çita vilayətində (местность приравненная к районам крайнего Севера) aşağıda qeyd olunan iş yerlərində əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir: - xx.xx.1989-xx.xx.1990-cı il tarixlərdə-Министерство Транспортного Строительства СССР «Главбамстрой», Управление строительства «Бамстройпуть»; xx.xx.1990-xx.xx.1992-ci il tarixlərdə - Малое предприятие «Кемен». İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə qeyd olunan dövrlərdə İddiaçı Rusiya Federasiyasında adıçəkilən müəssisələrdə işləyib- işləməməsi ilə bağlı zəruri məlumatların əldə edilməsi aşağıda qeyd olunan ardıcıllıqla həyata keçirilmişdir: 26 oktyabr 2021-ci il tarixdə **********0 nömrəli məktubla X9 Departamenti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il tarixli Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq iddiaçının Rusiya Federasiyasında işlədiyi 1989-1992-ci illər üzrə əmək stajı və əməkhaqqı barədə məlumatların əldə edilməsinə köməklik göstərməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 17 noyabr 2021-ci il tarixli 14/21- 12369 nömrəli məktubuna Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin 06 dekabr 06-149268/21 nömrəli cavab məktubu əlavə edilmişdir. Sözügedən məktub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli xx/xx-1683 nömrəli məktubla X9 Departamentinə göndərilmişdir. Həmin məktuba əsasən, göndərilmiş sorğuda İddiaçı işlədiyi müəssisələr barədə məlumatların ətraflı göstərilməməsi səbəbindən sözügedən sorğunun Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən cavablandırılmasının mümkün olmadığı qeyd edilmişdir; 14 mart 2022-ci il tarixli **********9 nömrəli məktubla X9 Departamenti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə təkrar müraciət edilmişdir. Hazırda sonuncu müraciətin Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən cavablandırılması gözlənilir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********220400 nömrəli məktubundan görünür ki, Bəhrəmtəpə Qum-Çınqıl Karxanası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına, xx.xx.2000-ci il tarixdə vergi uçotuna alınmış, xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək 10 rəqəmli VÖEN almışdır. (VÖEN **********) Məlumat bazasına əsasən cəmiyyətin hazırda fəaliyyət növü “Çınqıl və qumun hasilatı”dir. Cəmiyyətin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Cəmiyyətin dövlət reyestri məlumatları məktuba əlavə edilən Dövlər reyestrindən çıxarışda qeyd olunub Dövlət reyestrindən çıxarış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) İmişli Avtonəqliyyat müəssisəsinin bazasında təsis edilmiş, xx.xx.1998-cı il tarixdə dövlət qeydiyyatına, xx.xx.2006-cı il tarixdə yenidən dövlət qeydiyyatına (0606-F7-325 nömrə ilə), xx.xx.1998-cı il tarixdə vergi uçotuna alınmış, xx.xx.2000-ci il tarixdə inventarlaşmadan keçərək 10 rəqəmli VÖEN almışdır. (VÖEN **********) Məlumat bazasına əsasən cəmiyyətin hazırda fəaliyyət növü “Sair yardımçı nəqliyyat fəaliyyətidir. Cəmiyyətin fəaliyyəti aktivdir. Cəmiyyətin dövlət reyestri məlumatları məktuba əlavə edilən Dövlər reyestrindən çıxarışda qeyd olunub. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-159067 nömrəli məktubundan görünür ki, vətəndaş X5 xx.xx.1997-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən onun xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti dövrü tam nəzərə alınmışdır. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən 8 il 6 ay 20 gün sığorta stajının mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2020-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür: - xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müəssisələrin mövcud olub-olmaması barədə sənədlər, əmr kitabları və əmək haqqı cədvəlləri arxivə mühafizə üçün təhvil verilmədiyindən; - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər iki əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək kişilərin pensiya yaşı 64 yaş 6 ay müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (64 yaş 6 ay) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-ci il tarixdə doğulması və xx.xx.2020-ci il tarixində, yəni 64,5 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.2007-ci il tarixədək müxtəlif idarələrdə çalışmışdır. Cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 8 il 6 ay 20 gün (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu, xx.xx.1978-xx.xx.1978, xx.xx.1978-xx.xx.1978, xx.xx.1978-xx.xx.1983 dövr nəzərə alınmaqla) əmək fəaliyyəti dövrləri kimi qeyd edilmişdir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olubolmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********504500 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədlərinə əsasən bildiririk ki, “Bəhrəmtəpə” Qum- Çınqıl Karxanası xx.xx.1997-ci il tarixdə D-6/109 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir. Həmin Karxana 2004-cü ildən hazırki dövrədək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Reyestrdə "xxxx" Müəssisəsi, "xxxx" Müəssisəsi və “İmişli ATN Faiq Kooperativi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Sorğunun 1997-ci ilədək, yəni Azərbaycanda VÖEN verilməsinə başlanılması tarixinədək olan dövrə aid olduğu üçün, sorğunun formalaşdırılması zamanı hüquqi şəxsin adının tam (abreviatura ilə deyil) göstərilməsinin, habelə həmin hüquqi şəxsin qeydiyyat nömrəsi, ünvanı, tabeçiliyi və onu identikləşdirməyə imkan verə biləcək digər məlumatlarının göstərilməsinin zəruri olduğunu bildirmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********133400 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədlərinə əsasən bildiririk ki, “Bəhrəmtəpə” Qum- Çınqıl Karxanası xx.xx.1997-ci il tarixdə D-6/109 qeydiyyat nömrəsi ilə, İmişli Avtonəqilyyat müəssisəsi xx.xx.1997-ci il tarixdə D-6/112 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir. Həmin müəssisələr 2004-cü ildən hazırki dövrədək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Reyestrdə "xxxx" Müəssisəsi (“Muğanmeliosutikinti” trestinin 20 nömrəli Tikinti Quraşdırma İdarəsinin) və “İmişli ATN Faiq Kooperativi (8 saylı Avtobazanın nəzdində olmuş) adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, iddiaçının əmək kitabçasında Rusiya Federasiyasının Çita vilayətində (местность приравненная к районам крайнего Севера) aşağıda qeyd olunan iş yerlərində əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir: - xx.xx.1989-xx.xx.1990-cı il tarixlərdə-Министерство Транспортного Строительства СССР «Главбамстрой», Управление строительства «Бамстройпуть»; xx.xx.1990-xx.xx.1992-ci il tarixlərdə - Малое предприятие «Кемен». İddiaçının xx.xx.1989-xx.xx.1990-cı il tarixlərdə və xx.xx.1990-xx.xx.1992-ci il tarixlərdə işləməsi və əmək haqı hesablanması ilə bağlı arxiv sənədləri iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Saatlı Tikinti filialının xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, əmək haqqı cədvəlləri saxlanılmadığı üçün aşkar etmək mümkün olmamışdır. 20 saylı Tikinti Quraşdırma İdarəsinin Saatlı Tikinti Filialına çevirilmişdir. Sorğu cavabına əlavə edilən işə qəbul və işdən çıxma əmrlərinə əsasən İddiaçı xx.xx.1983-ü il tarixdə Muğanmelisutikinti trestinin 20 nömrəli tikinti quraşdırma idarəsinə işə qəbul edildiyi və xx.xx.1984-cü ildə isə işdən çıxdığı, əmək haqqı cədvəllərinin isə saxlanılmadığı müəyyən edilir. - 16 nömrəli Xüsusi Təyinatlı Yol X8 Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 35 nömrəli yol istismar sahəsində işləmişdir. İndi hal-hazırda həmin müəssisə 16 nömrəli Xüsusi Təyinatlı Yol X8 Cəmiyyəti adlandırılır. - Azərbaycan Respublikası “X20” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 49 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1972-ci il tarixdə 134-a nömrəli əmrlə 10 nömrəli X14 zavodunun armatur sexinə 2-ci dərəcəli armaturçu kimi işə qəbul olmuş, xx.xx.1977-ci il tarixdə 818 nömrəli əmrlə 10 nömrəli X14 zavodunun armatur sexindən elektrik qaynaqçısı kimi öz xahişi ilə işdən azad edilmişdir. 10 nömrəli X14 zavodu 2006-cı ilin aprel ayında özəlləşməyə gedərək “X20” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Ona görə də İddiaçı işə girib-çıxma barədə verilmiş arayış bu gün fəaliyyət göstərən möhürlə təsdiq edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********220400 nömrəli məktubundan görünür ki, Bəhrəmtəpə Qum-Çınqıl Karxanası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına, xx.xx.2000-ci il tarixdə vergi uçotuna alınmış, xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək 10 rəqəmli VÖEN almışdır. (VÖEN **********) Məlumat bazasına əsasən cəmiyyətin hazırda fəaliyyət növü “Çınqıl və qumun hasilatı”dir. Cəmiyyətin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Cəmiyyətin dövlət reyestri məlumatları məktuba əlavə edilən Dövlər reyestrindən çıxarışda qeyd olunub Dövlət reyestrindən çıxarış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) İmişli Avtonəqliyyat müəssisəsinin bazasında təsis edilmiş, xx.xx.1998-cı il tarixdə dövlət qeydiyyatına, xx.xx.2006-cı il tarixdə yenidən dövlət qeydiyyatına (0606-F7-325 nömrə ilə), xx.xx.1998-cı il tarixdə vergi uçotuna alınmış, xx.xx.2000-ci il tarixdə inventarlaşmadan keçərək 10 rəqəmli VÖEN almışdır. (VÖEN **********) Məlumat bazasına əsasən cəmiyyətin hazırda fəaliyyət növü “Sair yardımçı nəqliyyat fəaliyyətidir. Cəmiyyətin fəaliyyəti aktivdir. Cəmiyyətin dövlət reyestri məlumatları məktuba əlavə edilən Dövlər reyestrindən çıxarışda qeyd olunub. Sorğu cavablarına əlavə edilən sənədlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtonəqliyyat ATSC-nin bazasında yaradıldığı və hüquqi varisi olduğu müəyyən edilir. İmişli Avtonəqliyyat ATSC iə 1998-ci ildə İmişli Avtonəqliyyat müəssisəsinin bazasında yaradıldığı və onun hüquqi varisi olduğu müəyyən edilmişdir. Bəhrəmtəpə Qum-Çınqıl Karxanası "xxxx" X19 Cəmiyyətinə çevrilmiş və xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi xx.xx.1972-xx.xx.1974, xx.xx.1976xx.xx.1978, xx.xx.1978-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984xx.xx.1989, xx.xx.1989-xx.xx.1992 və xx.xx.1993-xx.xx.2007-ci illərdə müəssisələrin fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxiv və müəssisə də saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və müəssisədə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı əmək haqqı arayışı və cədvəlləri olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən müəssisənin işçilərinin o cümlədən İddiaçı əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə təqdim edilmədiyi aşkar qeyd edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, X2, X7 və X4 pensiya təyin edilən zaman iddiaçı ilə eyni müəssidə işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmışdır. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.2006-cı ilə kimi əmək fəaliyyəti dövrünü onun sığorta stajına daxil edir. İddiaçının xx.xx.2006-ci il tarixdən sonraki dövr stajı üzrə məcburi dövlət sosial sığorta stajlarının ödənilmədiyi müəyyən edildiyindən həmin dövrlər sığorta stajına daxil edilməməlidir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər hal ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, X3 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd olunan iş stajı, orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-32/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-32/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver