Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-321/2023 30.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X18 iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad rayonu Quruzma Bələdiyyəsinə qarşı “Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə 30 avqust 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Sabirabad rayonu Quruzma Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 15 noyabr 2021ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd aktının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın ləğv olunması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 06 iyul 2022-ci il tarixli qərardadı ilə X8, X20 və X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu, Quruzma bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında qəbul olunmuş aktlar inzibati nəzarət qaydasında baxılarkən müəyyən olunmuşdur ki, 3-cü məsələ üzrə qəbul olunmuş qərara əsasən X5 icarə qaydasında istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 19 ha örüş torpaq sahəsinin X2 verilməsi ilə bağlı razılıq verilmiş və onunla X20 ilə (X8 əvəzinə) xx.xx.2021-ci il tarixli torpaq icarə hüququnun subicarə müqaviləsi bağlanılmışdır. Məlumat üçün bildiririk ki, vətəndaş Rafiq Məmmədov və digərlərinin torpaq mübahisəsi barədə İddiaçınə daxil olmuş kollektiv müraciət üzrə aparılan araşdırma zamanı əldə edilmiş sənədlərin tədqiqi əsasında müəyyən olunmuşdur ki, bələdiyyə mülkiyyətinə 19.0 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X6, 10 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X9, 43 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X16, 35 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X10, 70 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X11, 70 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə X19, 40 ha torpaq sahəsi xx.xx.2002-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə “Polad” K/F təsərrüfatına (cəmi 307 ha) icarəyə verilmiş, bələdiyyəyə aid 432 ha örüş sahəsi isə Aydın Əhmədov tərəfindən zəbt edilmişdir. Bundan başqa Sabirabad rayonu, Qəzli (indiki Quruzma) bələdiyyəsinin 02 iyun 2005-ci il tarixli, 05 saylı qərarı ilə X14 icarə qaydasında istifadəsinə verilmiş 43 ha torpaq sahəsinin 23 ha hissəsinə aid icarə hüquqlarının X3 razılıq verilməsi barədə Sabirabad rayonu, Quruzma bələdiyyəsinin 30 yanvar 2018-ci il tarixli, 01 saylı qərarı əsasında 23 ha torpaq sahəsini X4 və X22 ilə X17 arasında 14 fevral 2018-ci il tarixdə torpaq icarə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, X14 icarə qaydasında istifadəsində qalmış 20 ha torpaq sahəsi də 14 fevral 2018-ci il tarixli torpaq icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən X1. Beləliklə, aparılmış araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan örüş torpaq sahələrinin qanunsuz olaraq icarə qaydasında istifadəyə verilməsi halları aşkar olunmuş, bələdiyyə mülkiyyətinə aid zəbt olunmuş 432 ha örüş sahəsinin zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması istiqamətində hər hansı zəruri tədbirlər görülmədiyi müəyyən olunmuşdur. Müraciətə baxılmasının nəticəsi olaraq, ayrı-ayrı şəxslərin icarəsinə ayrılmış 307 ha örüş sahəsinə dair icarə müqavilələrinin etibarsız hesab olunması, vətəndaş Aydın Əhmədov tərəfindən zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid 432 ha torpaq sahəsinin zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı idarə tərəfindən Quruzma bələdiyyəsinə təklif verilmişdir. Sabirabad rayonu, Quruzma bələdiyyəsinin 01 oktyabr 2020-ci il tarixli, 11 saylı iclasında təklif məktubu müzakirə olunmuş və təklif təmin edilərək, icarə müqavilələrinin etibarsız hesab olunması və ümumilikdə 307 ha örüş torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılmasının təmin edilməsi, eləcə də zəbt olunmuş bələdiyyə mülkiyyətinə aid 432 ha torpaq sahəsinin zəbtdən azad olunması və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı Sabirabad Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bundan başqa, icraat zamanı müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixli icarə müqaviləsində torpaq sahəsinin subicarə yerilməsi ilə bağlı şərtlər nəzərdə tutulmamışdır. İnzibati nəzarət icraatının nəticəsi olaraq, İdarə tərəfindən Sabirabad rayonu, Quruzma bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd aktın ləğv edilməsi ilə bağlı Quruzma bələdiyyəsinə təklif verilmişdir. 02 fevral 2022-ci il tarixdə İddiaçınə daxil olmuş Quruzma bələdiyyəsinin 26 yanvar 2022-ci il tarixli, 03 saylı iclas prtokoluna inzibati nəzarət qaydasında baxılarkən təklifin təmin edilmədiyi müəyyən olunmuşdur. “Bələdiyyələri fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə xx.xx.2003-cü il tarixli, 922 nömrəli fərmanın 2-ci bəndində göstərilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir”. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Bundan başqa həmin Qanunun 8.5-ci maddəsinə əsasən İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48.4-cü maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri bələdiyyələr tərəfindən torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərin qorunması, eləcə də torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsidir. Həmin Qanunun 4.0.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək bələdiyyələrin səlahiyyətinə aid edilmişdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X27 gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X27 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 16-cı maddəsinin 4-cü bəndində yay və qış otlaqlarının, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilməsi qeyd olunsa da, qanuynverici icarə müddəti başa çatdıqda, müqavilə müddətinin uzadıla bilməsini istisna etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 98/464 nömrəli məktubdan görünür ki, İddiaçı Sabirabad rayonu Quruzma Bələdiyyəsinin “15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın ləğv olunması”nı cavabdeh inzibati orqana təklif etmiş, təklifin müzakirə olunması və qəbul edilmiş qərarın bir surətinin 5 iş günündən gec olmayaraq İddiaçınə göndərilməsi cavabdehdən tələb olunmuşdur. İş materiallarında olan Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 26 yanvar 2022ci il tarixli, 03 saylı iclas protokolundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 98/464 nömrəli məktubu “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə müvafiq olaraq bələdiyyə iclasında müzakirə olunmuş, ləğv edilməsi tələb olunan 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Seriya MA ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sabirabad rayonunun Quruzma kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 19,0 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Sabirabad rayonu Quruzma Bələdiyyəsinə məxsusdur. İş materiallarında olan Sabirabad Torpaq hərrac və müsabiqə komissiyasında 17 fevral 2012-ci il tarixdə 72 nömrə ilə qeydiyyata alınan şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu Quruzma Bələdiyyəsinin mülkiyyətində olan 19,0 hektar torpaq sahəsinin 15 il müddətinə icarə qaydasında əldə edilməsi ilə bağlı Sabirabad Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 17 fevral 2012-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi X8 olmuşdur. İş materiallarında olan 20 fevral 2012-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Sabirabad Torpaq hərrac və müsabiqə komissiyasının 17 fevral 2012-ci il tarixli 72 nömrəli şəhadətnaməsinə əsasən Sabirabad rayonu Quruzma Bələdiyyəsinin mülkiyyətində olan 19,0 hektar torpaq sahəsi üzrə Quruzma Bələdiyyəsi ilə X8 arasında 15 il müddətinə, hər il üçün 140 manat ödəməklə “Torpaq icarəsi müqaviləsi” bağlanmışdır. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclas protokolundan çıxarışın, 23 noyabr 2021-ci il tarixli “torpaq icarə hüququnun subicarə müqaviləsi”nin və 23 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, Sabirabad rayonu Quruzma Bələdiyyəsinin mülkiyyətində olan 19,0 hektar torpaq sahəsi üzərində icarə hüququna malik X5 xx.xx.2014-cü ildən etibarnamə üzrə nümayəndəsi X7 Bələdiyyəsinə müraciət edərək, X5 qanuni əsaslarla icarə hüququnu əldə etdiyi Quruzma Bələdiyyəsinin mülkiyyətində olan 19,0 hektar torpaq sahəsinin icarəçinin razılığı ilə X2 verilməsini xahiş etmiş, Quruzma Bələdiyyəsi mülkiyyətində olan 19,0 hektar torpaq sahəsinin X2 verilməsi barədə 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərar qəbul etmiş, həmin qərar əsasında X5 xx.xx.2014cü ildən etibarnamə üzrə nümayəndəsi X20 icarəçinin adından X21 ilə 23 noyabr 2021-ci il tarixli “torpaq icarə hüququnun subicarə müqaviləsi” bağlamış və sonuncu həmin torpaq sahəsi üzrə icarə hüququnun icarəsini 23 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 5-ci bəndinə əsasən Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Həmin Məcəllənin 81-ci maddəsində torpaq istifadəçilərinin və icarəçilərinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək hüququ təsbit olunmuşdur. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə və icarəyə verilərkən (satılarkən), onlara dair aşağıdakı öhdəliklər və məhdudiyyətlər qoyula bilər: torpaq sahəsi istifadəyə verildikdə, onun icarəyə (və ya subicarəyə) verilməsinin qadağan edilməsi; İş materiallarında olan Sabirabad rayonu Quruzma Bələdiyyəsi ilə X8 arasında bağlanmış 20 fevral 2012-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, həmin müqavilədə 19,0 hektar torpaq sahəsinin icarəyə (və ya subicarəyə) verilməsinin qadağan edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı cavabdeh Sabirabad rayonu Quruzma Bələdiyyəsinə qarşı “Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın ləğv olunması” tələbinə dair iddiası əsassızdır və həmin qərarın qəbul edilməsində qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Sabirabad rayonu Quruzma Bələdiyyəsinə qarşı “Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın ləğv olunması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Sabirabad rayonu Quruzma Bələdiyyəsinə qarşı “Sabirabad rayonu Quruzma Bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli, 12 saylı iclasında 3-cü məsələ üzrə qəbul olunmuş 1 ədəd qərarın ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-321/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-321/2023
30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver