Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3220/2024 05.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun kiçik leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 05 avqust 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun kiçik leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Müdafıə Nazirliyində hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafıə Nazirinin 0371 №-li, xx.xx.1995-ci il tarixli əmrilə N №-li hərbi hissənin motoatıcı taborunun rabitə tağımının komandiri vəzifəsindən azad edilmiş və kiçik leytenant zabit hərbi rütbəsindən məhrum edilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Kiçik leytenant hərbi rütbəsindən məhrum edildiyi vaxtdan 3 ildən çox vaxt keçdiyinə görə kiçik leytenant zabit hərbi rütbəsinin bərpa edilməsi üçün o, xx.xx.2024-cü il tarixdə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafıə Nazirliyi müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafıq olaraq, hərbi rütbədən məhrum edilən şəxslər əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə təqdimat əsasında həmin hərbi rütbəni vermək hüquqi olan vəzifəli şəxslər tərəfındən bərpa edilə bilərlər. 3-cü şəxs olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə xx.xx.2023-cü il tarixli məktubunda göstərir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafıq olaraq, hərbi rütbədən məhrum edilən şəxslər əvvəlki hərbi rütbəyə aidiyyəti üzrə məhkəmə orqanının qərarı ilə müvafıq icra hakimiyyətinin təqdimatına əsasən əvvəllər hərbi xidmət keçdiyi qoşun növünün komandanlığı (həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər) tərəfındən bərpa edilə bilərlər. Hesab edir ki, onun kiçik leytenant hərbi rütbəsi bərpa edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə əsasən, hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü maddəsinə əsasən, ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfındən (indiki Səfərbərlik və HXÇ üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri) irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanı tərəfındən baxılır və qərar verilmək üçün yuxan rəislərə göndərilir. Azərbaycan Respublikası Silahlı X1 42-ci maddəsinə əsasən, hərbi qulluqçulara verilən intizam cəzaları yalnız bu cəzaları verən rəislər, həmçinin intizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər. Eyni vaxtda hərbi qulluqçuya verilmiş ancaq bir cəza götürülə bilər. Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rol oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin. Çavuş rütbəsindən məhrum edilmə, hərbi rütbədə (vəzifədə) aşağı salınma kimi intizam cəzaları: - müddətli və müddətindən artıq xidmət hərbi qulluqçuları - çavuş rütbəsindən məhrum edildiyi, hərbi rütbədə (vəzifədə) aşağı salındığı gündən ən azı altı aydan sonra; - gizirlər və miçmanlar - hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı altı aydan sonra; - zabitlər - hərbi rütbələri (vəzifələri) aşağı salındığı gündən ən azı bir ildən sonra; - generallar və admirallar - vəzifələri aşağı salındığı gündən ən azı bir ildən sonra; - ehtiyatda, yaxud istefada olan zabitlər - hərbi rütbələri aşağı salındığı gündən ən azı üç ildən sonra götürülə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, hesab edirlər ki, iddia tələbi aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Belə ki, hərbi rütbənin verilməsi və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma, hərbi rütbənin verilməsi və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikası müdafiə nazirınin xx.xx.1995-ci il tarixli, 0371 nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddiaçının mübahisələndirdiyi əmrin qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin Məcəllənin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən, hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən yaranan işlərə bu Məcəllənin 27-ci fəslində müəyyən edilmiş qaydada baxılır. Başqa sözlə, mübahisələndirilən əmrin verildiyi vaxtda o, məhkəmədə hər hansı mübahisə açmamış, əvvəlki qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti həmin qanunun qüvvədə olduğu vaxtda ötürmüşdür. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında ıddia növünə aiddir və mübahisələndirmə haqqında iddianının mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri-iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1-ci maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) mövcüd olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa. iddiaçının iddia ərizəsində ınzibatı aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şıkayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibatı aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərmışdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkın şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddıaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidmətı vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirilən inzibati akt-Azərbaycan Respublikası müdafiə nazirinın 0371 nömrəli əmridir. Bu əmr isə xx.xx.1995-ci il tarixlidir. iddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni xx.xx.1995-ci il tarixdə bitmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 0371 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni isə xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İşin araşdırılması prinsipi həm mümkünlük, həm də əsaslılıq hallarına aiddir. Hesab edirik ki, iddia tələbi aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Hərbi rütbənin verilməsi və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma, hərbi rütbənin verilməsi və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikası müdafiə nazirınin xx.xx.1995-ci il tarixli 0371 nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddiaçının mübahisələndirdiyi əmrin qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin Məcəllənin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən, hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən yaranan işlərə bu Məcəllənin 27-ci fəslində müəyyən edilmiş qaydada baxılır. Başqa sözlə, mübahisələndirilən əmrin verildiyi vaxtda o, məhkəmədə hər hansı mübahisə açmamış, əvvəlki qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti həmin qanunun qüvvədə olduğu vaxtda ötürmüşdür. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında ıddia növünə aiddir və mübahisələndirmə haqqında iddianının mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri-iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1-ci maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) mövcüd olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa. iddiaçının iddia ərizəsində ınzibatı aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahısələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şıkayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibatı aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərmışdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkın şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddıaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidmətı vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirilən inzibati akt-Azərbaycan Respublikası müdafiə nazirinın 0371 nömrəli əmridir. Bu əmr isə xx.xx.1995-ci il tarixlidir. iddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni xx.xx.1995-ci il tarixdə bitmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 0371 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni isə xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İşin araşdırılması prinsipi həm mümkünlük, həm də əsaslılıq hallarına aiddir. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-M-103xx-xx/2023 nömrəli məktubundan görünür ki, iddiaçının hərbi rütbəsinin bərpa olunması barədə müraciətinə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, hərbi rütbədən mərhum edilən şəxslər əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə təqdimat əsasında həmin rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilə bilələr səbəbi ilə iddiaçının hərbi rütbəsinin bərpa olunmasından imtina olunmuş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 252 nömrəli arayışından görünür ki, ehtiyatda olan əsgər xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0374 saylı əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (zabit hərbi rütbəsindən məhrum edilməklə) silahlı qüvvələrdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, motoatıcı briqada (703 nömrəli hərbi hissə) motoatıcı taburun rabitə tağımı komandiri-rabitə rəisi kiçik leytenant İddiaçı Əziz oğlu tutduğu vəzifədən azad edilmiş və zabit rütbəsindən məhrum edilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinin siyahısından çıxarılmışdır. İddiaçı onun hərbi rütbəsinin bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-25-4/2-1075/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasmın Müdafiə Nazirlivinin Hüquq İdarəsinə ünvanlanmış vətəndaş İddiaçı hərbi rütbəsinin bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı ərizənizə baxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin istinad etdiyiniz 184-cü maddəsinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. Bildirilir ki, İddiaçı zabit şətəfini ləkələyən xətalar törətdiyinə görə zabit hərbi rütbəsindən məhrum edilərək zabit heyətinin siyahısından çıxarılmaqla ehtiyata buraxılmışdır. Əsasnamənin 70-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. Əlavə olaraq bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzürlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Yuxarıda qeyd olunanları, İddiaçı zabit şərəfini ləkələyən xətalar törətdiyinə görə zabit hərbi rütbəsindən məhrum edilərək zabit heyətinin siyahısından çıxarılmaqla ehtiyata buraxıldığını, əvvəlki hərbi rütbəyə bərpa edilməsi məhkəmənin qərarı ilə həyata keçirildiyini, hərbi rütbədən məhrum edilməsindən 28 ildən artıq müddət keçməsini və şikayət verilməsi ilə bağlı müddətin üzürlü səbəblərdən buraxılmadığını nəzərə alaraq, onun hərbi rütbəsinin bərpa edilməsi üçün hüquqi əsas yoxdur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (zabit hərbi rütbəsindən məhrum edilməklə) silahlı qüvvələrdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı kiçik leytenant hərbi rütbəsindən məhrum edildiyi vaxtdan 3 ildən çox vaxt keçdiyinə görə kiçik leytenant zabit hərbi rütbəsinin bərpa edilməli olduğunu iddia edir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmrinə əsasən kiçik leytenant zabit hərbi rütbəsindən mərhum edilmişdir. Nə qədər ki, iddiaçının kiçik leytenant zabit hərbi rütbəsindən mərhum edilməsinə əsas olmuş Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmri qüvvədədir, həmin əmr əsasında iddiaçının mərhum edildiyi kiçik leytenant zabit hərbi rütbəsinin bərpası mümkün deyildir. İddiaçının nəzərinə çatdırılır ki, onun mərhum edildiyi kiçik leytenant zabit hərbi rütbəsinin bərpası üçün ilk öncə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0371 saylı əmrini həmin hissədə mübahisələndirməli və tələbinə müvafiq cavabdehi müəyyən etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının kiçik leytenant zabit hərbi rütbəsindən mərhum edilməsi Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli, 0374 saylı əmrinin nəticəsi olduğundan və həmin əmr hazırda qüvvədə olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmadığından mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun kiçik leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-3220/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3220/2024
05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver