Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3222/2025 31.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 10 saylı ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqlı 71.36 kv metrdən ibarət olan evin mülkiyyətinə verilməsi (mülkiyyət hüququnun qeydə alınması) və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə, Şirvan şəhərində, Şirvаn İnzibаti Məhkəməsinin binаsındа açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik şəhəri, Nizami küçəsi 74 saylı ünvanda yerləşən 1 mərtəbəli 3 otaqlı 71.36 kv metrdən ibarət olan evin mülkiyyətinə verilməsi və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci tarixdən ünvan 2 ev, Lerik rayon icra hakimiyyətinin balansında olmuşdur. Ev 1 mərtəbə, 2 otaq 35,08 kv metrdən ibarətdir. Həmin evdə yaşanılmağa başlayanda ev bərbad vəziyyətdə olmuşdur. Ev yaşamaq üçün yarıtmaz vəziyyətdə olmuşdur. Həmin vaxt evin təmirinə başlanılmışdır. Evin polunu, tavanını, divar kağızlarını və sair işləri görüb evi yaşamaq üçün uyğun hala gətiriblər. Evə 3-cü bir otaq 18.1 kv m,mətbəx 10.0 kv metr, sanitar qovşağı hamam otağı ilə birlikdə 3.6 kv metr və koridor 14.1kv m da əlavə edib, evin kv.m 71.36-ə çatdırıblar. Evə 30 minə yaxın xərc çəkdiklərini bildirirlər. Bütün bunlar rayon icra hakimiyyəti işçilərinin gözü qarşısında baş verirdi. Ona görə də Lerik rayon icra hakimiyyəti başçısı özünün 04 iyun 2024-cü il tarixli 97 saylı sərəncamı ilə Lerik şəhəri Nizami küçəsi 97 saylı evi mənim daimi istifadəmə vermişdir. O, həmin evi mülkiyyətinə verilməsi üçün 10 saylı Lənkəran ərazi idarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsi həmin evin onun mülkiyyətinə verilməsindən özünün 03 mart 2025-ci il tarixli 3- 21-3-43/2-678/2025 saylı qərarı ilə imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin 03 mart 2025-ci il tarixli 3-21-3-43/2-678/2025 saylı qərarını ləğv edib,ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqlı 71.36 kv.metrdən ibarət olan evin mülkiyyətinə verilməsi və bu barədə çıxarışın verilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulması barədə qərar edilməsini xahiş edir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli iddia ərizəsinə etirazda görünür ki, hazırki iş üzrə iddiaçını etibarnamə üzrə təmsil edən X1 hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində cari dəyişikliklərin edilməsi proseduru ilə əlaqədar xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmışdır. Qeyd edir ki, ərizənin icrası tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, hazırki iş üzrə İddiaçı adına nömrəsilə qeyd edilən mənzil üzərində istifadə hüququ qeydiyyata alınmışdır. Sözügedən mənzilin istifadə hüququnun mülkiyyət hüququna keçirilməsi ilə bağlı ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirilir ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edir, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məktubla hüquqi yardım məktubu göndərmişdir. İddiaçı nümayəndəsi vəkil X4 məhkəmədə hüquqi yardım məktubuna münasibət bildirərək qeyd etmişdir ki, mübahisəli mənzilə iddiaçının istifadə hüququ tanınmışdır, mübahisəli mənzilə təqdim edilən sənədlərdən əlavə mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir, iddiaçı mənzildən uzun müddətdir ki, istifadə edir və heç kəsin mülkiyyət hüququnu pozmur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddiaçının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatdadır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, hazırki iş üzrə iddiaçını etibarnamə üzrə təmsil edən X1 hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində cari dəyişikliklərin edilməsi proseduru ilə əlaqədar xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmışdır. Qeyd olunur ki, ərizənin icrası araşdırılarkən məlum olmuşdur ki, hazırki iş üzrə İddiaçı adına **********30-05101-091001 reyestr nömrəsilə qeyd edilən mənzil üzərində istifadə hüququ qeydiyyata alınmışdır. Sözügedən mənzilin istifadə hüququnun mülkiyyət hüququna keçirilməsi ilə bağlı ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirilir ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz olunur, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsi xahiş olunur. İşdə materialında olan Lerik rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-65/2- 446/2024 nömrəli məktubunda, Lerik rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 97 nömrəli sərəncamı ilə İddiaçı Lerik şəhərinin Nizami küçəsində yerləşən birmərtəbəli kommunal yaşayış binasında ümumi sahəsi 35,08 kvadrat metr, yaşayış sahəsi 29,6 kvadrat metr olan iki otaqlı mənzil verildiyi bildirir. Məlumat üçün bildirilir ki, İddiaçı verilmiş iki otaqlı mənzilin yerləşdiyi kommunal yaşayış binasının dəqiqləşdirilmiş ünvan göstəricisi hal-hazırda ünvan 4n 152 saylı, xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Lerik şəhər Lerik rayon Evlər İdarəsi arasında müqavilə bağalnmış, Lerik şəhəri, Nizami küçəsi, ümumi sahəsi 35,08 kvadrat metr, yaşayış sahəsi 29,6 kvadrat metr olan iki otaqlı mənzil A.Kiçikbəyova icarəyə verilmiş ümumi sahəsi 35.08 kv.m olan mənzil sahəsinin hər bir kv.m-i üçün 0.02 manatdan ibarət olmaqla, hər ilə 8.59 manat icarə haqqı ödəməklə icarəyə verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, bu müqavilə yaşadığı dövr müddətinə bağlanmışdır. İşdə materialında olan Lerik rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 97 saylı sərəncamına əsasən, Mənzil komissiyasının xx.xx.2024-cü il tarixli 01 nömrəli qərarı nəzərə alınaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56-cı və 146.1-ci maddələrinə müvafiq olaraq, iddiaçıya ünvan 5 ünvanında yerləşən kommunal yaşayış binasında 3 (üç) nömrəli, ümumi sahəsi 35,08 kvadrat metr, yaşayış sahəsi 29,6 kvadrat metr olan iki otaqlı mənzil istifadəsinə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 37.6 kv.m-dən ibarət olan ünvan 5, 4 saylı mənzilə İddiaçı istifadə hüququ qeydə alınmışdır, yüklülüyün müddəti xx.xx.2017-ci il, əsas öhdəliyin mahiyyəti və icra müddəti xx.xx.2017-ci il tarixli 152 saylı müqavilə və xx.xx.2024-cü il tarixli 97 saylı sərəncam qeyd edilmişdir. İşdə olan Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinin xx.xx.2025ci il tarixli məktubuna əsasən, Lerik şəhəri, Nizami küçəsi, ev 74 ünvanında yerləşən mənzil İddiaçı xidməti fəaliyyəti (Lerik rayon məhkəməsinin hakimi vəzifəsində işləmişdir) dövründə vətəndaşın istifadəsində olmuş və orada daimi yaşamışdır. Hal-hazırda mənzildə yaşayış yoxdur. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, "...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Lerik rayon məhkəməsinin hakimi işlədiyi dövrdə xidməti fəaliyyəti ilə əlaqədar olaraq ona yaşamaq üçün Lerik şəhəri, Nizami küçəsi, ümumi sahəsi 35,08 kvadrat metr, yaşayış sahəsi 29,6 kvadrat metr olan iki otaqlı mənzil A.Kiçikbəyova icarəyə verilmiş ümumi sahəsi 35.08 kv.m olan mənzil istifadəyə verilmişdir, 152 saylı, xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır, Lerik rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 97 saylı sərəncam qəbul edilmişdir və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 37.6 kv.m-dən ibarət olan ünvan 5, 4 saylı mənzilə İddiaçı istifadə hüququ qeydə alınmışdır. Hazırda İddiaçı təqaüdə çıxmışdır, bundan sonra o, cavabdeh orqana müraciət edərək, mübahisəli mənzilin mülkiyyətinə verilməsi və bu barədə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçı A.Kiçikbəyova mübahisəli mənzil onun hakim fəaliyyətinin icrası ilə əlaqədar xidməti fəaliyyət dövründə istifadəyə verildiyi üçün ünvan 5, 4 saylı mənzilə Lerik rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 97 saylı sərəncam qəbul edilmişdir və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla istifadə hüququ qeydə alınmışdır. Hazırda iddiaçının hakimlik fəaliyyətinə təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir, mübahisəli mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı yeni hüquqmüəyyənedici sənəd təqdim etməmişdir və hər hansı sənəd məhkəmə tərəfindən müəyyən edilməmişdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddiaçının mübahisəli mənzil ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla tələbinin təmin edilməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin mübahisəli mənzil ilə bağlı iddiaçının hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlar nəzərə alındığında baxılan iş üzrə yoxlanılmalı olan ilkin mümkünlük şərti iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun olub-olmamasıdır. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq qeyd edir ki, hazırkı iddia ərizəsi ilə iddiaçının hər hansı bir subyektiv hüququ yaranmamışdır. Məhkəmə tərəfindən İPM 13-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya hüquqi yardım göstərərək, hazırki halda iddiaçının subyektiv hüququnun olması və cavabdeh orqan tərəfindən subyektiv hüququn və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və hazırki iddianı qaldırmaqda hüquqi marağın olmasına dair sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 10 saylı ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqlı 71.36 kv metrdən ibarət olan evin mülkiyyətinə verilməsi və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 10 saylı ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli 3 otaqlı 71.36 kv metrdən ibarət olan evin mülkiyyətinə verilməsi (mülkiyyət hüququnun qeydə alınması) və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim : Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-3222/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3222/2025
31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver