Məhkəmə qərarları › İş №2-1(120)-323/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-323/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-323/2020 09.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X6 Masallı rayon şöbəsinə qarşı xx.xx.1976-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi işlədiyi illəri iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə Masallı rayonunun Banbaşı kəndində doğulmuş, Masallı şəhəri, ünvan 3-də yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi işlədiyi illəri iş stajına daxil edilməsi üçün cavabdeh Dövlət X6 Masallı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2016-cı il tarixli, 58/578 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdeh Dövlət X6 Masallı rayon şöbəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1991-ci ilə kimi işləyərək əmək haqqı almış, lakin onun işlədiyi illəri onun iş stajına daxil edilməmişdir. Lakin onun işlədiyi illəri onun iş stajına daxil edilməmişdir. Bununla bağlı bir sıra orqanlara müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət X6 Masallı rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Masallı rayon 145 nömrəli aptekin xx.xx.2017-ci il tarixli məktubunu və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 06638039 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Masallı rayonunun Banbaşı kəndində anadan olmuş, Masallı şəhəri, ünvan 3-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Dövlət X6 Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2016-cı il tarixli, 58/578 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində əmək stajını aydınlaşdırmaq mümkün olmadığı üçün əmək kitabçasının əslini təqdim etməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə, 58/195 nömrəli məktubun göndərilməsinə baxmayaraq əmək kitabçasının əslini təqdim etməmişdir. Dövlət X6 Masallı rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi Əsədov Namiq Höccət oğlunun, gəlirlər sektorunun məsləhətçisi X1 və Masallı rayon “145 nömrəli Aptekin” müdiri X2 iştirakı ilə vətəndaş İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Masallı rayon “145 nömrəli Aptekdə” işləməsi faktını həmin aptekin əmrlər kitabına əsasən yerində qarşılıqlı yoxlanılmış, yoxlama zamanı Masallı rayon “145 nömrəli Aptekin” əmrlər kitabında vətəndaş İddiaçı adına yazılmış əmək kitabçasında qeyd olunmuş əmrlər öz təsdiqini tapmadığı üçün vətəndaş İddiaçı əmək pensiyası hüququnun olmamasını bildirmişdir. İşdə olan Masallı rayon 145 nömrəli Aptekin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Masallı rayon 145 nömrəli aptek sovet illərində də fəaliyyət göstərmiş, həmin aptekin müdiri mərhum atası Abdulla Muxtarov olmuşdur, atasından həmin aptekə dair arxiv sənədləri qalmış, atası vəfat etdikdən sonra sənədlər lazım olmadığını düşünüb atmışdır. Lakin İddiaçı əmək kitabçasında 145 saylı aptekə dair qeyd edilən əl yazmalar, imzalar və xətlər mərhum atasına aiddir. İddiaçı məxsus əmək kitabçası mərhum atası tərəfindən yazıldığını bildirir. Lakin şəxsin 145 saylı aptekdə işləməsi ilə bağlı arxiv sənədləri hazırda mövcud olmadığından hər hansı rəsmi sənədi təqdim edə bilmir. Bildirir ki, atası vəfat etdikdən sonra Masallı rayon 145 saylı aptekin müdiri kimi işləmiş və həmin aptek 2015-ci ilin aprel ayına kimi fəaliyyət göstərmiş daha sonra, fəaliyyəti dayandırılmış, yerində başqa aptek təşkil edilmişdir. Hazırda isə 145 saylı aptek fəaliyyət göstərmir. İşdə olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 673 nömrəli məktubundan görünür ki, “145 nömrəli Aptekin” sənədləri, o cümlədən aptekin əmr kitabları, əmək haqqının hesablaşma cədvəlləri və ya şəxsi hesab kitabları Masallı rayon Dövlət Arxivinə ümumiyyətlə təhvil verilməyib. Bu səbəbdən də, İddiaçı “145 nömrəli Aptek”-də işləyib-işləməsi barədə məlumatın verilməsi, eləcə də, əmr kitablarından təsdiq olunmuş surətlərin məhkəməyə təqdim olunması imkan xaricindədir. Adı gedən sənədlərin halhazırda harada olması barədə apardıqları şifahi sorğular və araşdırmalar bir nəticə verməmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli məktubundan görünür ki, 145 nömrəli aptek Masallı rayon statistika idarəsində qeydiyyatda olmuşdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı X5 xx.xx.2020-ci il tarixli, **********832700 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixə baza və arxiv məlumatlarına əsasən “Masallı rayon 145 nömrəli Aptek” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2004-cü il tarixdə vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna alınaraq, ona ********** saylı VÖEN verilmişdir. Hazırda “Masallı rayon 145 nömrəli Aptek”in fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşdə olan Dövlət X6 Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Masallı şəhəri, ünvan 3 ünvanında yaşayan xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsindən ötəri Masallı rayon regional Səyyar “Asan” Xidmət mərkəzinə ərizə ilə müraciət etmişdir. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Masallı rayon 145 saylı Aptekdə işləməsi faktı yerində əmrlər kitablarına əsasən qarşılıqlı yoxlanılmışdır. Araşdırma zamanı 145 saylı Aptekin əmrlər kitabında vətəndaş İddiaçı adına rast gəlinməmiş və əmək kitabçasının surətində qeyd olunmuş əmrlər öz təsdiqini tapmaması səbəbindən Fondun Masallı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli, 502 saylı qərarı ilə onun yaşa görə əmək pensiyası hüququ ləğv edilmişdir. Bu barədə vətəndaş İddiaçı adına çıxarılmış Masallı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(050)-735/2018 nömrəli, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-2008/2018 saylı qətnamələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-869/2019 saylı qərarı ilə ləğv edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçıya əmək kitabçasının əslini və ya müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməsi təklif edilsə, lakin iddiaçı tərəfindən əmək kitabçasının əsli və ya müvafiq qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi əmək fəaliyyətində olduğu iddia etsə də, bunu təsdiq edən mötəbər sübutlarını (əmək kitabçası və ya arxiv arayışı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi olan illər iddiaçının sosisal sığorta stajı kimi nəzərə alınmamalıdır. Belə olan halda isə iddiaçının tələb olunan sosisal sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olmadığından cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Dövlət X6 Masallı rayon şöbəsinə qarşı xx.xx.1976-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi işlədiyi illəri iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət X6 Masallı rayon şöbəsinə qarşı xx.xx.1976-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi işlədiyi illəri iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə(Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar