Məhkəmə qərarları › İş №2-1(120)-323/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-323/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-323/2023 02.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 оğlunun katibliyi, İddiaçının hüquqi varisi X9 iştirakı ilə, İddiaçı hüquqi varisi X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 347 nömrəli qərarına əsasən heyvandarlığın inkşafı məqsədi ilə mərhum atası X2 Boladi kənd ərazisində 25 il müddətə müvəqqəti olaraq icarəsinə (istifadəsinə) verilmiş 14 hektar torpaq sahəsinə mərhum atası X2 icarə hüququnun dövlət qeydiyyatına alınmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə 02 oktyabr 2023-cü il tаriхdə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı hüquqi varisi X17 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “mərhum əri X3 Lənkəran rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2004-cü il tarixli, 347 nömrəli qərarına əsasən heyvandarlığın inkşafı məqsədilə Boladi kənd ərazisində 25 il müddətə verilmiş 14 hektar torpaq sahəsinin mərhum əri X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 Lənkəran rayon icra Hakimiyyəti Başçısının 02 dekabr 2004-cü il tarixli, 397 saylı Qərarına əsasən heyvandarlığın inkişafı məqsədilə Boladı kəndi ərazisindən 14 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair torpqdan müvəqqəti istifadə hüququna dair JN- 6589 saylı Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edilmişdir. Həyat yoldaşı X5 xx.xx.2020-ci ildə vəfat etmiş və o, mərhum həyat yoldaşı X2 qanun üzrə vərəsəsidir. Həmin torpaq sahəsi hal-hazırda mərhum həyat yoldaşının adına qalmaqdadır. O, vərəsəsi olduğu mərhum həyat yoldaşından miras qalmış Lənkəran rayonu, Boladı kəndi ərazisində 14 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçirərək çıxarış almaq istəyir. Bu məqsədlə DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən ona xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və müraciətinin təmin olunmasından imtina edilməsi qeyd olunmuşdur. Həmin məktubda onun məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göründüyü kimi, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi ona mərhum həyat yoldaşından miras qalmış Lənkəran rayonu, Boladı kəndi ərazisində 14 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə müraciətinin təmin olunmasından imtina etmişdir ki, bu imtina da onun inzibati məhkəməyə müraciət etməy üçün hüquqi əsas yaratmışdır. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)814/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə Çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)814/2021 nömrəli qərardadından İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2-1(120)-408/2021 nömrəli qərardadı ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)814/2021 nömrəli qərardadının ləğv edilməsi, işə yenidən baxılması və sonrakıl prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1110/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “mərhum əri X3 Lənkəran rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2004-cü il tarixli, 347 nömrəli qərarına əsasən heyvandarlığın inkşafı məqsədilə Boladi kənd ərazisində 25 il müddətə verilmiş 14 hektar torpaq sahəsinin mərhum əri X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-323/2023 nömrəli qərardadı ilə İddiaçı ölümü ilə əlaqədar X9 onun prosessual hüquqi varisi qismində tanınması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-323/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 347 nömrəli qərarına əsasən heyvandarlığın inkşafı məqsədi ilə mərhum atası X2 Boladi kənd ərazisində 25 il müddətə müvəqqəti olaraq icarəsinə (istifadəsinə) verilmiş 14 hektar torpaq sahəsinə mərhum atası X2 icarə hüququnun dövlət qeydiyyatına alınmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının hüquqi varisi X17 şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehlərin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının hüquqi varisinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş X8 filialının xx.xx.2021-ci il tarixli, a/99 nömrəli arxiv çıxarışından görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 02 dekabr 2004-cü il tarixli, 397 nömrəli sərəncamı ilə rayon ərazisində heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Dövlət ehtiyat fondu torpağı sahəsindən Boladi kənd sakini X3 14,0 ha torpaq sahəsi 25 il müddətinə icarəyə verilməsi, icarəyə verilən torpaq sahəsinin yer quruluşu planının təsdiq edilməsi, vətəndaşla bağlanmış ikitərəfli müqavilənin təsdiq olunması, torpaqdan müvəqqəti istifadə hüququna dair müvafiq sənəd verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 6589 saylı, kod 80200028 olan şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 sakini X3 Lənkəran rayon İcra Hakimiyyəti Başçısının 02 dekabr 2004-cü il tarixli, 397 nömrəli sərəncamı ilə, ünvan 1i ərazisindəki torpaq sahəsindən heyvandarlığın inkişafı məhsulları istehsalı üçün 25 il müddətinə, 14 hektar örüş və kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmiş və həmin torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 02 dekabr 2004-cü il tarixli, 397 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, rayon ərazisində heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Dövlət ehtiyat fondu torpağı sahəsindən Boladi kənd sakini X3 14,0 ha torpaq sahəsi 25 il müddətinə icarəyə verilməsi, icarəyə verilən torpaq sahəsinin yer quruluşu planının təsdiq edilməsi, vətəndaşla bağlanmış ikitərəfli müqavilənin təsdiq olunması, torpaqdan müvəqqəti istifadə hüququna dair müvafiq sənəd verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin xx.xx.2004-cü il tarixli, 689 nömrəli rəyindən görünür ki, Boladi kənd sakini X3 heyvandarlığı inkişaf etdirmək üçün rayonun ərazisində dövlət ehtiyatı fondu torpağından uzun müddətli icarəyə verilməsinə Lənkəran şəhər Torpaq və Xəritəçəkmə şöbəsi etiraz etməmişdir. İş materiallarına əlavə olunmuş X8 filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-7F/1- 189-1/2023 nömrəli arxiv çıxarışından görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 02 dekabr 2004-cü il tarixli, 397 nömrəli sərəncamı ilə rayon ərazisində heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Dövlət ehtiyat fondu torpağı sahəsindən Boladi kənd sakini X3 14,0 ha torpaq sahəsi 25 il müddətinə icarəyə verilməsi, icarəyə verilən torpaq sahəsinin yer quruluşu planının təsdiq edilməsi, vətəndaşla bağlanmış ikitərəfli müqavilənin təsdiq olunması, torpaqdan müvəqqəti istifadə hüququna dair müvafiq sənəd verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş X8 filialının məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-48-DA-7F/1-189-1/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X15 filialında saxlanılan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 397 saylı sərəncamı ilə X3 torpaq sahəsinin icarəyə verilməsi barəsində olan sərəncamın arxiv çıxarışı Sizə göndərilir. Eyni zamanda həmin sərəncamın verilməsinə əsas olan sənədlər də yoxlanıldı. Bu sənədlərdə X3 aid heç bir sənəd müəyyən edilmədi. Nəzərinizə çatdırırıq ki, arxivimizdə 60 mindən çox sənəd mühafizə olunur. Həmin sənədlər elektronlaşdırılmadığından yoxlama zamanı tərəfimizdən səhifə səhifə baxılır. X1 verilmiş torpaq sahəsinə aid şəhadətnamənin ləğv edilib-edilməməsi, sözügedən torpaq sahəsinin başqa şəxslərə icarəyə və yaxud mülkiyyətə verilib-verilməməsi, qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətində olub-olmaması, torpaq sahəsinin faktiki kimin istifadəsində olması və həmin torpaq sahəsinə ödənişlərin kimin tərəfindən ödənilməsi barədə heç bir məlumat (həmin sənədlərə aid tarix və nömrə yazılmamışdır) göstərilməmişdir. Ona görə də bu barədə olan sorğunuza cavab vermək mümkün deyil. Qeyd olunanlar barədə dəqiqləşdirilmiş məlumat göndərildikdən sonra sorğunuza yenidən baxıla bilər. Məlumat üçün bildiririk ki, bu məsələ barədə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini M.Cəfərzadə və Lənkəran rayon Boladi bələdiyyəsinin sədri S.Dadaşovla telefonla əlaqə saxlanılmışdır. Onlar hər ikisi bildirmişlər ki, həmin torpaq sahəsi hal-hazırda da X2 adında icarədədir, bu torpaq sahəsi başqa şəxslərə icarəyə verilməmiş və sözügedən torpaq sahəsi dövlət mülkiyyətindədir. Xahiş edirəm nəzərə alasız. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdır və miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK-nin Lənkəran şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X3 verilmiş seriya nömrəsi JN 1386, Kod 80200028 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.45 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-1386, kod 80200028 olan dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 sakini X3 və onun ailə üzvləri X4, X7, X10 və X11 Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə 0.45 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün üçün verilmiş və həmin torpaq sahəsinin plan çizgisi tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, AZ-İİ №098787 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.1982-ci il tarixli, İİ-JQ №449281 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X6 xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuş və sonuncu Rzayeva soyadını qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 17 fevral tarixli, 2-1(120)-1110/2022 saylı inzibati iş üzrə sərəncamın icrası olaraq ünvan 1i ərazisində yerləşən, Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 397 saylı sərəncamı ilə JN-6589 nömrəli “Şəhadətnamə” üzrə üç planşetdə olmaqla heyvandarlığın inkişafı məqsədilə İddiaçı Ağabala qızının qanun üzrə vərəsəsi olduğu şəxsin (X5) 25 il müddətinə istifadəsinə ayrılmış kənd təsərrüfatında istifadə edilməyən 0.14 ha torpaq sahəsinə dair vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyatının aparılması öhdəliyinin (çıxarışın və plan ölçü sənədinin verilməsinə münasibətdə) üzərimizə qoyulmasına dair hazırki iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi ilə əlaqədar tərəfimizdən aidiyyəti hissədə arxiv və baza məlumatları araşdırıldı. Məlumat üçün bildiririk ki, hazırki iş üzrə iddiaçı vərəsəsi olduğu şəxsə JN-6589 nömrəli şəhadətnamə üzrə 25 illik istifadəyə ayrılmış 0.14 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsinə dair vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması məqsədilə əvvəllər Ərazi idarəsinə 2021 -ci il 10 fevral tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Həmin dövrdə sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında ünvan 1i ərazisində yerləşən mərhum şəxsə məxsus həmin 0.14 ha sahibkarlıq məqsədli torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqlara dair vərəsəlik üzrə dövlət qeydiyyatının aparılması və daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması xahiş edilmişdir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə tərəfimizdən aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 397 saylı sərəncamı ilə JN-6589 nömrəli “Şəhadətnamə” üzrə üç planşetdə olmaqla heyvandarlığın inkişafı məqsədilə iddiaçının qanun üzrə vərəsəsi olduğu şəxsin (mərhum X5) 25 il müddətinə istifadəsinə ayrılmış kənd təsərrüfatında istifadə edilməyən 0.14 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq həmin şəhadətnamənin istifadə müddəti bitmişdir. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 .-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunan səbəbdən hazırki iş üzrə iddiaçının icraatda olan həmin ərizəsindən imtina edilmiş və onun ünvanına tərəfimizdən xx.xx.2021-ci il tarixli müvafiq “İmtina” bildirişi göndərilmişdir. Hazırki iş üzrə sərəncama münasibətdə, habelə iddia ərizəsində qeyd olunanlarla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılmıış və nəticədə məlum olmuşdur ki, yalnız gələcəkdə müvafiq icra hakimiyyəti ilə mərhum şəxsin vərəsəsi olaraq iş üzrə iddiaçı arasında “icarə müqaviləsi” bağlandığı təqdirdə, həmin icarə müqaviləsi üzrə yaranmış hüquqların qeydiyyata alınması hissəsinə tərəfimizdən baxıla bilər. Göstərilənlərə əsasən hazırki sərəncamın icrasına münasibətdə, iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılması aparılmaqla iddianın təmin olunmaması barədə qərar qəbul etməyinizi xahiş edirik. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********77 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak- Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 12 may tarixli məktuba cavab olaraq bildiririk ki, icraatda olan 2-1(120)-1110/2022 saylı inzibati iş üzrə sorğunun “İddiaçı Ərazi İdarəsinə müraciətinin (ərizəsinin) təsdiqlənmiş surətinin, həmin müraciətlə bağlı inzibati icraat materiallarının təsdiqlənmiş surətinin təqdim olunmasına münasibətdə” aidiyyəti hissədə icrası barədə hazırki müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, miras əmlak olaraq sözü gedən 0.14 ha torpaq sahəsi üzərində vərəsəlik üzrə yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar hazırki iş üzrə İddiaçı 10 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunmuş sənədlər tərəfimizdən icraata qəbul edilmişdir. Həmin ərəfədə təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 397 saylı sərəncamı ilə JN-6589 nömrəli “Şəhadətnamə” üzrə üç planşetdə olmaqla heyvandarlığın inkişafı məqsədilə hazırki iş üzrə iddiaçının qanun üzrə vərəsəsi olduğu şəxsin (X5) 25 il müddətinə istifadəsinə ayrılmış kənd təsərrüfatında istifadə edilməyən 0.14 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq həmin şəhadətnamənin istifadə müddəti bitmişdir. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İcraatda olan sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticələrinə uyğun olaraq həmin müraciətdən imtina edilmişdir. Odur ki, təqdim olunmuş hüquqmüəyyənedici sənəd üzrə məlumatlar arasında uyğunsuzluq olduğundan sözü gedən JN-6589 nömrəli “Şəhadətnamə” üzrə ayrılmış torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqların qeydiyyata alınmasına dair icraatda olan həmin ərizənin icrası təmin olunmamışdır. Hazırki sorğunun icrası olaraq zərurət yarandığından, həmin ərəfədə tərəfimizdən verilmiş “imtina” bildirişinin və həmin şəxsin müraciətinin (ərizəsinin) təsdiqlənmiş surəti baxılmasından ötrü Sizə təqdim olunur. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 21 iyul tarixli məktuba cavab olaraq bildiririk ki, icraatda olan 2-1(120)-1110/2022 saylı inzibati iş üzrə sorğunun İddiaçı Ərazi İdarəsinə müraciətinin (ərizəsinin) təsdiqlənmiş surətinin, həmin müraciətlə bağlı inzibati icraat materiallarının təsdiqlənmiş surətinin təqdim olunmasına münasibətdə aidiyyəti hissədə icrası barədə hazırki müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, miras əmlak olaraq sözü gedən 0.14 ha torpaq sahəsi üzərində vərəsəlik üzrə yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar hazırki iş üzrə İddiaçı 10 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunmuş sənədlər tərəfimizdən icraata qəbul edilmişdir. Həmin ərəfədə təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 397 saylı sərəncamı ilə JN-6589 nömrəli “Şəhadətnamə” üzrə üç planşetdə olmaqla heyvandarlığın inkişafı məqsədilə hazırki iş üzrə iddiaçının qanun üzrə vərəsəsi olduğu şəxsin (X5) 25 il müddətinə istifadəsinə ayrılmış kənd təsərrüfatında istifadə edilməyən 0.14 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq həmin şəhadətnamənin istifadə müddəti bitmişdir. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İcraatda olan sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticələrinə uyğun olaraq həmin müraciətdən imtina edilmişdir. Odur ki, təqdim olunmuş hüquqmüəyyənedici sənəd üzrə məlumatlar arasında uyğunsuzluq olduğundan sözü gedən JN-6589 nömrəli “Şəhadətnamə” üzrə ayrılmış torpaq sahəsi üzərində vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınmasına dair icraatda olan həmin ərizənin icrası təmin olunmamışdır. Hazırki sorğunun icrası olaraq zərurət yarandığından, həmin ərəfədə tərəfimizdən verilmiş “imtina” bildirişinin və həmin şəxsin müraciətinin (ərizəsinin) təsdiqlənmiş surəti baxılmasından ötrü Sizə təqdim olunur. Lənkəran şəhər İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi 24 iyul 2023-cü il tarixli, 5-2-1/2-880/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 19 iyun 2023-cü il tarixli 2- 1(120)-323/2023 nömrəli məktubunuzla əlaqədar İddiaçı hüquqi varisi X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 347 nömrəli qərarına əsasən heyvandarlığın inkişafı məqsədilə mərhum atas X2 Boladi kəndi ərazisində 25 il müddətə müvəqqəti olaraq icarəsinə (istifadəsinə) verilmiş 14 hektar torpaq sahəsinin mərhum atası X3 müvəqqəti icarəyə verilməsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulması” tələbinə dair işlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 347 nömrəli sərəncamı ilə heyvandarlığın inkişafı məqsədilə Boladi kəndi ərazisindən X3 verilmiş 14 hektar torpaq sahəsinə dair JN-6589. KOD 80200028 nömrəli şəhadətnamənin ləğv edilib-edilməməsi, əğər ləğv edilmişdirsə sözügedən torpaq sahəsinin başqa şəxslərin icarəsinə yaxud mülkiyyətinə verilib-verilməməsi, əgər verilmişdirsə buna dair sərəncamın və icarə müqaviləsinin, o cümlədən qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətində olub-olmaması barədə məlumat və sənədlərin təsdiq edilmiş surətlərinin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi ilə bağlı bildiririk ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi üçün məlumatların təqdim edilməsi imkan xaricindədir. Sözügedən sənədlərin əldə edilməsi üçün X8 Filialına sorğu göndərməyiniz məqsədəmüvafiq hesab edilir. Eyni zamanda bildiririk ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 347 nömrəli sərəncamı ilə heyvandarlığın inkişafı məqsədilə Boladi kəndi ərazisindən X3 verilmiş 14 hektar torpaq sahəsinə dair JN-6589, KOD 80200028 nömrəli şəhadətnamənin ləğv edilibedilməməsi, əğər ləğv edilmişdirsə sözügedən torpaq sahəsinin başqa şəxslərin icarəsinə yaxud mülkiyyətinə verilib-verilməməsi, əgər verilmişdirsə buna dair sərəncamın və icarə müqaviləsinin, o cümlədən qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətində olubolmaması ba'ədə məlumat və sənədlərlər aşkarlanmamışdır. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.1-1ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hüquqi varisi X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 347 nömrəli qərarına əsasən heyvandarlığın inkşafı məqsədi ilə mərhum atası X2 Boladi kənd ərazisində 25 il müddətə müvəqqəti olaraq icarəsinə (istifadəsinə) verilmiş 14 hektar torpaq sahəsinə mərhum atası X2 icarə hüququnun dövlət qeydiyyatına alınmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 02 dekabr 2004-cü il tarixli, 397 nömrəli sərəncamı ilə rayon ərazisində heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Dövlət ehtiyat fondu torpağı sahəsindən Boladi kənd sakini X3 14,0 ha torpaq sahəsi 25 il müddətinə icarəyə verilmişdir. Həmin tarixlərdə onunla Lənkəran şəhər İcra Hakimiyyəti arasında torpaq sahələrinin icarəyə verilməsinə dair müqavilələrin bağlandığını, Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahələrinin yerləşmə cizgilərinin tərtib edildiyi iş materialları ilə müəyyən olunur. Həmin sərəncamın qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi iddiaçı tərəfindən təyinatı üzrə istifadə olunur. Bundan başqa cavabdeh inzibati orqanın imtinasında dövlət torpaqlarının 15 ildən artıq müddətə icrayə verilməsi qanunvericiliyə zidd olduğu bildirilsədə, Lənkəran şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi X2 varisi X9 faktiki istifadəsindədir, torpaq sahəsinə dair vergilər və digər ödənişlər onun tərəfindən həyata keçirilir. Yəni Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 02 dekabr 2004-cü il tarixli, 397 nömrəli sərəncamı hal hazırda qüvvədədir. Cavabdeh inzibati orqan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 02 dekabr 2004-cü il tarixli, 397 nömrəli sərəncamının qanunsuz olmasını, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasına maneələr törətməsini nə inzibati icraatı aparıldığı müddətdə, nədə məhkəmə iclaslarında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İdia tələbi təmin edilsin. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 347 nömrəli qərarına əsasən heyvandarlığın inkşafı məqsədi ilə mərhum atası X2 Boladi kənd ərazisində 25 il müddətə müvəqqəti olaraq icarəsinə (istifadəsinə) verilmiş 14 hektar torpaq sahəsinə mərhum atası X2 icarə hüququnun dövlət qeydiyyatına alınmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar