Məhkəmə qərarları › İş №2-1(120)-323/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-323/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-323/2024 09.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi İddiaçının nümayəndəsi X14, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və N nömrəli hərbi hissəyə qarşı ”hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X19 iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdeh N nömrəli hərbi hissə iş üzrə dəyişdirilərək üçüncü şəxs qismində cəlb edilməsi, iddia tələbi isə “xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təmin edilmiş, N nömrəli hərbi hissə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, iddia tələbi “xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hərbi Hava Qüvvələrinin Komandanlığının tabeçiliyinidə olan, Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə qulluq keçmiş, 2011-2014-cü illərdə Naxçıvan şəhərində yerləşən, Heydər Əliyev adına hərbi litseydə təhsil almış, 2014-2018-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbi aviasiya mühəndisliyi (aviasiya silahları) ixtisası üzrə bitirmiş, xidmət keçdiyi dövrdə həmişə komandanlığın tapşırıqlarını şərəflə icra etmişdir. 2018-ci ilin iyul ayında Hərbi Hava Qüvvələri üzrə keçirilən futbol birinciliyində 1-ci yer, 2019-cu ilin mart ayında Hərbi Hava Qüvvələri üzrə keçirilən cüdo-güləş yarışında 3-cü yer, 2019-cu ilin may ayında Silahlı Qüvvələrin atletika üzrə ordu birinciliyində 100 metr məsafədə ordu rekordunu təzələyərək 1-ci yer, 400 metr məsafədə ordu rekordunu təzələyərək 1-ci yer, 2019-cu ilin avqust ayında Hərbi Hava Qüvvələri üzrə keçirilən futbol birinciliyində 2-ci yer, 2021-ci ilin aprel ayında Silahlı Qüvvələrin atletika üzrə ordu birinciliyində 400 metr məsafədə 3-cü yer, 2021-ci ilin iyul ayında Hərbi Hava Qüvvələri üzrə keçirilən voleybol birinciliyində 1-ci yer tutaraq Müdafə Nazirliyinin rəhbərliyindən 3 dəfə, Hərbi Hava Qüvvələrinin rəhbərliyi tərəfində 4 dəfə fəxri fərman və təşəkkümamə ilə mükafatlandırılmışdır. Sonuncu dəfə 2021-ci ilin iyul ayında hərbi hissənin komandiri tərəfindən ona rəsmi təşəkkür elan olunmuşdur. 44 günlük Vətən Müharibəsində möhtərəm cənab Prezidentin rəhbərliyi altında X17 çalaraq qalib gəldiyi zamanda bütün silahdaşları ilə bərabər xidmətdə olmuş və Müharibə veteranı adı qazanmışdır. 2020-ci ildə səhhətində problem yaranmış və məzuniyyətdə olduğu dövrdə Bakı şəhərində Medeyra Hosbitalda sinir sistemini müalicə elətdirməyə başlamış və uzun müddət psixotrop və antidepresant dərmanlardan istifadə etmişdir. 2021-ci ilin oktyabr ayının 23-də onu digər hərbi qulluqçularla birlikdə qanda narkotik maddələrin olub-olmamasını müəyyən etmək üçün MN-nin Məhkəmə Tibbi Espertiza və X8 göndərilmişdir. 2021-ci ilin yanvar ayının 8-də xidmət keçdiyi hərbi hissədə test cavabının müsbət çıxdığı ona elan olunmuşdur. Yanvar ayının 11-də tibbi müayinədən keçmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə getmiş və müaynənin nəticəsi ilə məlum olmuşdur ki, onda heç bir narkotik maddə aşkar olunmamışdır. Bütün bu proseslərdən sonra ona elan olunan müayinənin cavabından narazı olduğunu yazılı olaraq bildirmiş və təkrar müayinə keçirilməsi ilə əlaqədar raportla müraciət etmiş, bundan sonra Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən təkrar müayinə olunmasına göstəriş verilmişdir. Hüquqi əsaslar barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N sayllı hərbi hissənin təhqiqatcısı ədliyyə leytenantı X10 tərəfindən araşdırılma aparılaraq cinayət işinin başlanması haqqında rədd qərarı verilmişdir. Həmin araşdırma materialında olan Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 tərəfindən təqdim edilmiş “955/K” saylı maddi sübutların tədqiqat aktında sonuncunun verdiyi analiz nümunələrində “Metamfetamin” adlı psixotrop maddə aşkar edilməsi göstərilsə də təkrar analizlərdə fakt təsiq olunmur. Əksinə başqa şəxslərə aid nümunələr araşdırmada istifadə olunduğu təhqiqatcının aşağıda qeyd edilən öz əsaslandırmasında təsdiqini tapır. MN TE ve PAM-i tərəfindən təqdim edilmiş “955/K” saylı aktla tanış olduğunu, həmin aktda qeyd olunanlarla razı olmadığını və heç vaxt narkotik və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif vaxtlarda “Mederia Hospital”-da xüsusi dərmanlarla müalicə aldığını bildirmişdir. İzahatları alınmış, N nömrəli hərbi hissənin, RHM-nin rəisi vəzifəsində xidmət edən kapitan X9 və N nömrəli hərbi hissənin, RHM-nin reqlament işləri qrupunun rəisi vəzifəsində xidmət edən baş leytenant X11 izahatlarında hadisələrin yuxarıda qeyd olunan formada olduğunu təsdiq etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” Publik Hüquqi şəxs Məhkəmə-kimya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 277/K nömrəli ekspert rəyindən görünür ki, ondan götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: X7 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edilmişdir. Göstərilən pozuntular Tərtər rayon Hərbi Məhkəməsinin 13 iyun 2022-ci ildə 3-(098)-170/2022 saylı işinə həmin icraata baxan və sədrlik edən Əhməd Sariyevin icraata xitam vermək haqqında qərarı ilə təsdiqini tapır. Belə ki, Müdafiə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X5 də ondan qan, sidik və saç nümunələri götürülərək narkoloji yoxlama apalımış, həmin Mərkəzin ekspertinin tərtib etdiyi 23 dekabr 2021-ci il tarixli 955/K nömrəli akta əsasən onun qan və sidik nümunələrinin tərkibində metamfetamin adlı psixotrop maddə aşkar olunmuş, lakin həmin rəy ona məlum olduqdan az müddət sonra o, ekspertin bu aktı ilə razılaşmadığından özü müstəqil olaraq Respublika Narkoloji Mərkəzində yenidən narkoloji yoxlamadan keçmiş, həmin Mərkəzin aktı ilə isə onda psixotrop maddələrin istifadə etməsi akşar edilmədiyi müayyən edilmişdir. İşin təhqiqatını aparan təhqiqatçı ayrı-ayrı idarələr tərəfindən aparılmış narkoloji yoxlamanın nəticələrinin ziddiyyətli olması səbəbindən məhkəmə-kimyəvi ekspertiza təyin etmiş, həmin ekspertizanın rəyi ilə onun qan və sidik nümunələrində metamfetamin aşkar edildiyi göstərilsə də, ekspertiza rəyində tədqiqat üçün istifadə olunmuş qan və sidik nümunələrinin ona məxsusluğuna dəlalət edən məlumatlar göstərilmədiyindən, bu isə nümunə kimi istifadə olunmuş qan və sidiyin ona məxsus olduğuna əsaslı şübhələr yaratdığından məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməsi zərurətini yaratmış, məhkəmənin keçirdiyi təkrar ekspertizanın rəyi ilə isə onda psixotrop maddə aşkar olunmamışdır. Bundan başqa izahatı alınmış şahidlər də, onun narkotik və ya psixotrop maddə qəbul etməsi ilə rastlaşmadıqlarını göstərmişlər. Göründüyü kimi, məhkəmədə araşdırılmış sübutlar ziddiyyətli olmaqla, biri-digərini inkar edir və onun psixotrop maddə qəbul etməsi, beləliklə onun əməlində İXM-nin 206-cı maddəsinin tərkibi olması barədə mötəbər nəticəyə gəlməyə əsas verilmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Bununla əlaqədar Azərbaycan Respublikası MN-ə edilmiş müraciətə Hüquq İdarəsinin rəisi Emin Əzimzadənin imzası ilə cavablandırılaraq göstərilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ünvanlanmış, onun həqiqi hərbi xidmətə bərpa olunması ilə bağlı 07 aprel 2022-ci il tarixli təkrar ərizəsinə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etdiyi müddətdə narkotik vasitə istifadə etməsi faktı ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında icraat başlanmışdır. Bununla əlaqədar olaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Baxmayaraq ki, Tərtər rayon Hərbi Məhkəməsinin 13 iyun 2022-ci ildə 3(098)-170/2022 saylı işinə həmin icraata baxan və sədrlik edən Əhməd Sariyevin icraata xitam vermək haqqında qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində, Hərbi Hava Qüvvələrinin Komandanlığının tabeçiliyinidə olan N saylı hərbi hissədə hərbi xidmət keçdiyini, 2011-2014-cü illərdə Heydər Əliyev adına hərbi litseydə təhsil aldığını, 2014- 2018-ci illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi aviasiya mühəndisliyi (aviasiya silahları) ixtisasını bitirdiyini, xidmət dövrdə daim komandanlığın tapşırıqlarını şərəflə icra etdiyini, 2021-ci ilin oktyabr ayının 23-də onu digər hərbi qulluqçularla birlikdə qanda narkotik maddələrin olub olmamasını müəyyən etmək üçün Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Espertiza və X8 göndərildiyini, 2022-ci ilin yanvar ayının 8-də xidmət keçdiyi hərbi hissədə test cavabının müsbət çıxdığını ona elan olunduğunu göstərərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Müdafiə nazirliyinin əmrini etibarsız hesab edilməsinə dair məhkəmədən qərar qəbul etməsini xahiş etmişdir. İddiaçı, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuş, o, xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi tanıtmışdır. Belə ki, N nömrəli hərbi hissənin qərargah rəisinin N3 nömrəli xx.xx.2021-ci il tarixli teleqramına əsasən müayinə üçün MN-nin MTE və PAM-nə göndərilmişdir. Daxili Təhlükəsizlik İdarəsi rəisinin 7/1349 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna və Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 955/K nömrəli aktna əsasən baş leytenant İddiaçı götürülmüş nümunələrin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi Metamfetamin adlı psixotrop maddə aşkar olunmuşdur. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. Göstərilənlərə əsasən N nömrəli hərbi hissənin komandiri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırmış, Müdafiə nazirinin 02 mart 2022-ci il tarixli 0208 nömrəli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasının əsasında ondan götürülmüş nümunələrin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi Metamfetamin adlı psixotrop maddə aşkarlanması olmuşdur. İddiaçının yerinə yetirdiyi xidmətin xüsusiyyətlərini, silah və sursatlara buraxılışının olmasıni, narkotik vasitələrin qəbuluna başqa şəxsləri cəlb etməsinin mümkünlüyünü və cair baş verə biləcək təhlükəli nəticələri nəzərə alaraq müvafiq mərkəzi icra hakimiyyətinin rəhbəri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə inzibati akt qəbul etdmişdir. O, narkotik vasitənin qəbuledicisi kimi hərbi xidmətədə saxlanıla bilməzdi. Azərbaycan Respublikası Silahlı X2 qeyd olunur ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçı həmin əmri, yəni inzibati aktın qəbul eilməsindən 6 ay sonra onu mübahisələndirmisdir. Məhkəməyə şikayət vermək üçün qanunla müəyyən edilmiş müddətin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunana əsasən iddiaçı inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr mümkünlük şərtlərim yoxlayarkən İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Həmin Qərarın 2.2-ci bəndində isə qeyd edilir ki, İPM-in 12.N -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin araşdırılması prinsipi həm mümkünlük, həm də əsaslılıq hallarına aiddir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X19 iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 izahat verərək İddiaçı 2021-ci ilin oktyabr ayının 23-də onu digər hərbi qulluqçularla birlikdə qanda narkotik maddələrin olub olmamasını müəyyən etmək üçün Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Espertiza və X8 göndərildiyini, 2022-ci ilin yanvar ayının 8-də xidmət keçdiyi hərbi hissədə test cavabının müsbət çıxdığını ona elan olunduğunu göstərərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Müdafiə nazirliyinin əmrini etibarsız hesab edilməsinə dair məhkəmədən qərar qəbul etməsini xahiş etmişdir. İddiaçı, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuş, o, xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi tanıtmışdır. Belə ki, N nömrəli hərbi hissənin qərargah rəisinin N3 nömrəli xx.xx.2021-ci il tarixli teleqramına əsasən müayinə üçün MN-nin MTE və PAM-nə göndərilmişdir. Daxili Təhlükəsizlik İdarəsi rəisinin 7/1349 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna və Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 955/K nömrəli aktna əsasən baş leytenant İddiaçı götürülmüş nümunələrin məhkəmə- kimyəvi tədqiqatı nəticəsində tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi Metamfetamin adlı psixotrop maddə aşkar olunmuşdur. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. Göstərilənlərə əsasən N nömrəli hərbi hissənin komandiri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırmış, Müdafiə nazirinin 02 mart 2022-ci il tarixli 0208 nömrəli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı analiz nümunələrində psixotrop maddələrin izlərinin aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından həmin fakt üzrə Azərbaycan Respublikasının CPM 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilməsi, Qərarın surəti 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər Hərbi Prokuroruna təqdim edilməsi, Qərar toplanmış materiallarla birlikdə öyrənilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər Hərbi Prokuroruna göndərilməsi, Qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin Raketlərin hazırlanma mövqeyinin konservasiya-raskonservasiya qrupunun rəisi baş leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılması, İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və V( Azərbaycan Respublikası İXM-nin 67.3-cü maddələrində təsbit edilmiş özünə və yaxır qohumlarına qarşı izahat verməmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək izahatlarının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək hüquqları izal olunması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycar Respublikası İXM-də və həmin Məcəllənin 11-ci fəslində (61-74-cü maddələr) nəzərdə tutular hüquq və vəzifələr izah edilsin, bununla bağlı yazılı bildirişin surəti İddiaçı göndərilməsi, Məhkəməyə çağırılacaq şəxslərin siyahısı qərara əlavə edilməsi, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraa materialları baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilməsi, Qərarın surəti İddiaçı göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təkrar məhkəmə-kimyəvi ekspertizası təyin edilməsinə dair Tərtət Hərbi Məhkəməsinin qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətaya dair iş üzrə təkrar məhkəmə-kimyəvi ekspertiza təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 86 nömrəli əmrindən çıxarışdan görünür ki, Baş leytenant İddiaçı, N nömrəli hərbi hissənin Raketlərin hazırlanma mövqeyinin konservasiyaraskonservasiya qrupunun rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 02 mart 2022-ci il tarixli 0208 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq nəqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, 2022-ci il üçün istifadə etmədiyi 8 səkkiz) təqvim günü müddətinə məzuniyyət verilməklə 05 aprel 2022-ci il tarixdən hərbi nissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə göndərilmişdir. Baş leytenant E.V. Nəsirov 2022-ci ilin yanvar-mart aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş pul mükafatını almağa layiq deyil. Baş leytenant İddiaçı 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2022-ci ilin məzuniyyətindən tam istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilməsi, Baş leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar pul təminatının 2 (iki) misli miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 11/2094 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ünvanlanmış, övladınız İddiaçı həqiqi hərbi xidmətə bərpa olunması ilə bağlı 07 aprel 2022-ci il tarixli təkrar ərizənizə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etdiyi müddətdə narkotik vasitə istifadə etməsi faktı ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “Məhkəmə Tibbi Ekspertiza və X5 Maddi sübutiarın tədqiqatrnə dair 955/K nömrəli aktından görünür ki, araşdırma zamanı keçirilmiş Məhkəmə-kimyəvi ekspertiza nəticəsində övladınız İddiaçı qan və sidik nümunələrinin tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan Metamfetamin adlı psixotrop maddə aşkar olunmuş və aşkarlanan həmin maddənin dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxildir. Bununla əlaqədar olaraq, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənir 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərb xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçularır həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonrc buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallapna yol verilməmişdirsə buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliklərə yol verilmir. Bundan başqa bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasım ünvanladığınız eyni məzmunlu ərizənizə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmış v? 07 may 2022-ci il tarixli 11/1603 nömrəli məktubla ətraflı cavab verilmişdir. Bununla da, həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman qüvvədə olan qanunvericiliyir pozulması hallarına yol verilmədiyi üçün İddiaçı ehtiyata buraxılması haqqında əmrir dəyişdirilməsi üçün əsasın olmadığı təkrar bildirilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xətaya dair iş üzrə Tərtət Hərbi Məhkəməsinin qərarının surətindən görünür ki, İddiaçı əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-nin 206-cı maddəsi ilə olan inzibati icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Tərtət Hərbi X1 ünvanladığı xx.xx.2022-ci il tarixli, 22HP3606 nömrəli məktubundan görünür ki, Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 30, mənzil 11-də yaşayan, vətəndaş X14 övladı İddiaçı işə bərpa olunması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsi xx.xx.2022-ci il tarixdə Tərtər Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. Ərizədə göstərilən xüsusatlar araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı Tərtər Hərbi Məhkəməsinə təqdim etdiyi öz təşəbbüsü ilə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X23 narkotik rərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən eaılməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 11 yanvar 2022-ci il tarixli 121 nömrəli aktına əsasən İddiaçı sidiyində narkotik və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X13 X24 26 aprel 2022-ci il tarixli 1370/K nömrəli ekspert rəyində İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında və sidiyində amfetamin və metamfetamin, fenotiazin, pirazolan, salisilatlar və kannabionid aşkar edilmədiyi qeyd edilmişdir. Tərtər Hərbi Məhkəməsinin inzibati xətaya dair iş üzrə xx.xx.2022-ci il tarixli 3(098)-170/2022 saylı qərarı ilə İddiaçı əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi heyət baş idarəsinin X16 ünvanladığı xx.xx.2022-ci il tarixli, 1/M-6710 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 26 oktyabr 2021-ci il tarixli 955/K nömrəli aktına maddi sübutların tədqiqatı) əsasən ehtiyatda olan baş leytenant İddiaçı qan və sidik nümunələrinin tərkibində “Metamfetamin” adlı psixotrop maddə aşkar olunmuşdur. Baş leytenant İddiaçı narkotik vasitələrin izlərinin aşkar olunması onun Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel 2020-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydalan”nın 8.N -ci bəndinin tələblərinin pozması kimi qiymətləndirilir və intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 22-ci maddəsinə əsasən hərbi qulluqçuların ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçiriiir. Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuş təqdimat və təqdimata əlavə olunmuş müvafiq sənədlərə əsasən, baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin imzalanması zamanı qüvvədə olan qanunların pozuntusuna yol verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin X16 ünvanladığı xx.xx.2022-ci il tarixli, 7098 nömrəli məktubundan görünür ki, övladı baş leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 aprel 2020-ci il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.1 yarımbəndinin (hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixatrep maddələr qəbul etməməlidirlər) tələblərini kobud şəkildə pozmuşdur. N hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli təqdimatında baş leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü intizamsız hərbi qulluqçu kimi göstərdiyini, etdiyi bu hərəkət digər hərbi qulluqçular arasında neqativ əhval ruhiyyənin yaranmasına və hərbi hissədə intizamın səviyyəsinin aşağı düşməsinə səbəb olmasını və yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Ordusu sıralarından “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ethiyata buraxılması məqsədəuyğun hesab olunaraq yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli müvafiq əmri ilə baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılan hərbi qulluqçuların yenidən hərbi xidmətə qəbulu mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladı xx.xx.2022-ci il tarixli, 11/5216 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 02 mart 2022-cı ıl tarixlı 0208 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılaraq o hərbi qeydiyyata durmaq üçun Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə göndərilmişdir. Hərbi vəzifənin və hərbi xıdmətkeçmənin hüquqi tənzimləmə qaydaları "Hərbi vəzifə və hərbi xidmət haqqında' Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci ıl tarixli 377- 1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-cı maddəsinə əsasən Ehtiyata və va istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikası Müdafiə nazirinin 02 mart 2022-cı il tarixli 0208 nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddia tələbi xarakterinə görə mubahısələndırmə haqqında iddia növünə aiddir və mubahısələndirmə haqqında iddianının mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xususi mümkünlük şərtlərı-ıddıa qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1. maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1. maddəsi) mövcüd olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndırmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1 maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrıfıkasıyası (ekvıvalentlıyının müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibatı İcraat haqqında” Azerbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mumkunluk şərtləri iddiaya mahiyyəti uzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona gorə də. iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirilən inzibati akt-Azərbaycan Respublikası Müdafiə nazirinin 02 mart 2022-ci ıl tarixli 0208 nömrəli əmri isə 02 mart 2022-cı il ta'ixlidir iddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mubahisələndırməmışdır. Başqa sözlə, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmaqla hərbi xidmətinə xitam verildiyi xx.xx.2022-cı il tarixdə bilmiş və məhkəməyə əmrin mübahısələndırilməsi barədə ərizəni xx.xx.2022-ci il tarixində təqdim etmişdir. İddiaçı inzibatı aktın mübahısələndırilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gun) ötürmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 0208 nömrəli əmri Əsasnaməyə əsasən iddiaçıya elan olunuşdur. Bir sözlə əmr tam icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 565 nömrəli məktubundan görünür ki, Məhkəmə Tibbi Ekspertiza və X6 26.10.2N -ci il tarixdə N №li hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı 10 ml qan, 80 ml sidik və 1q tük nümunəsi götürülərək kimyaçı ekspert tərəfindən məhkəmə kimyəvi tədqiqat aparılmış və 955/K saylı akt tərtib edilmişdir. Aktın qeydiyyatlarına əsaslaranaraq İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan Metamfetamin adlı psixotrop maddə aşkar olunmuşdur. 24.01,22-ci il tarixdə N №li hərbi hissə komandirinin məktubu əsasında təhqiqatçı M.Əzimov tərəfindən qalan nümunələrin bir hissəsi (3 ml qan, 50 ml sidik, 1q tük nümunəsi) digər tibb müəssisəsində müayinə məqsədilə götürülmüşdür. Məhkəmə Tibbi Ekspertiza və X5 arxivində saxlanılan nümunələrin qalan hissəsi 28.11,22-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 mart 2020-ci il tarixli 05№li qərarında qeyd olunmuş bioloji nümunə saxlanılma qaydasının tələblərinə uyğun olaraq məhv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 298 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı oglu ad soyadlı vətəndaş Lənkəran Rayonlararası Narkolojı Xəstəxanasında qeydiyyata alınmayıb və heç vaxt bizə müraciət etməyib. Eyni zamanda bildirilir ki, Şırvan inzibatı məhkəməsindən iş üzrə zəruri olan sorğu məktubunun qoşma hissəsindəki resept blankasında adları qeyd olunan dərman maddələri 1) preqabalın - 75 mg 2) mırtazım - 30 mg, 3) deploran - 10 mg. 4) lamiktal - 5 mg (tab.) 5) rısperıdon - 2 mg 6) çıklodol -- 2 mg. psıxotrop və antıdeıpresant təsirli olması ilə bərabəı narkotik haliüsinasıya xüsusiyyətli sintetik maddə olan metamfetamındən fərqli təsir mexanizminə malikdirlər. Məhkəmə sorğu resept blankasında qeyd olunmuş dərman preparatları, istifadə nəticəsində qan və sidiyin tərkibində qeyd edilən metamfetamın təsirinə oxşar effekt deyil fərqli effekt yaradan maddələrdir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı 2022-ci ilin sentyabr ayında (məhkəməyə daxil olduğu vaxt), yəni əmrin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 günə qarşı 6 aydan çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, işin hallarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrini 20 sentyabr 2022ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki: - Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 xx.xx.2021-ci il tarixli 955/K nömrəli aktına maddi sübutların tədqiqatı) əsasən ehtiyatda olan baş leytenant İddiaçı qan və sidik nümunələrinin tərkibində “Metamfetamin” adlı psixotrop maddə aşkar olunmuşdur. Daha sonra İddiaçı ilə xx.xx.2022-ci il tarixdə söhbət aparılmış və məhkəməyə təqdim edilən söhbət vərəqəsinə əsasən İddiaçı təkrar müayinəyə göndərilməsinin xahiş etdiyi müəyyən edilmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və X13” Publik Hüquqi şəxs Məhkəmə-kimya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 277/K nömrəli ekspert rəyindən görünür ki, ondan götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: X7 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı izahatı alınmış və rəylə tanış olmuşdur. - İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 02 mart 2022-cı ıl tarixlı 0208 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 86 nömrəli əmrinə əsasən isə Baş leytenant İddiaçı 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2022-ci ilin məzuniyyətindən tam istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı, ehtiyata buraxılması ilə əlaqədar pul təminatının 2 (iki) misli miqdarında birdəfəlik pul müavinəti ödənilmiş və hərbi qeydiyyata durmaq üçun Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə göndərilmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin məhkəməyə təqdim ediyi sənədlərə əsasən İddiaçı xidməti dəftərçəsində əmr qeyd edildiyi və hərbi qeydiyyata durduğu müəyyən edilir. Eləcə də iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı valideyninə ünvanladığı xx.xx.2022-ci il tarixli, 11/2094 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqi hərbi xidmətə bərpa olunması ilə bağlı 07 aprel 2022-ci il tarixli təkrar ərizəsi daxil olmuş və həmin ərizəyə münasibət bildirilərək iddiaçıya göndərilmişdir. Müəyyən edilir ki, iddiaçı mübahisələndirdiyi əmrdən artıq 2022-ci ilin aprel ayında məlumatlı idi və həmin əmrdən xəbərdar olduğu halda, həmin əmri mübahisələndirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, inzibati aktı mübahisələndirməsi ilə bağlı 30 günlük müddət ötürülmüşdür. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçıya mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrinin ləğv edilməsi barədə ərizə ilə 2022-ci ilin sentyabr ayında məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-630/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 12 aprel 2023-cü il tarixli, 2-1(120)-931/2023 nömrəli məktubla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 0208 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar