Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3232/2024 06.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi X4, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini mütəmadi olaraq və qərəzli şəkildə icra etmədiyi üçün X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə iş üzrə icra məmuru Elşad Əhmədovun və şöbə rəisi Davud Ağayevin üzərinə müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini mütəmadi olaraq və qərəzli şəkildə icra etmədiyi üçün X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə iş üzrə icra məmuru Elşad Əhmədovun və şöbə rəisi Davud Ağayevin üzərinə müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin mart ayında Lənkəran şəhəri, Dədə Qorqud küşəsi, döngə 1, ev №8- də yaşayan Rzayeva (Süleyman) Gülnar Tofiq qızı ilə rəsmi nigaha daxil olaraq evlənmiş və Bakı şəhəri, Təbriz küçəsi ev 37, mənzil 8-də, atasına məxsus mənzildə yaşamışlar. Bu nigahdan 07 iyun 2019-cu il tarixində qızı İnci doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1646/2023 saylı, 22 avqust 2023-cü il tarixli Qətnaməsi ilə 16 oktyabr 2023-cü il tarixindən etibarən nigahları pozulmuşdur. Ondan asılı olmayan səbəblərə görə 2021-ci ilin fevral ayının ortalarından etibarən, o dövrdə boşanmış olmasalar da, Gülnar Tofiq qızı ilə faktiki olaraq ayrı yaşamışlar (Gülnar iki dəfə səbəbsiz yerə evdən getmiş, son gedişində bətnində daşıdığı 32 həftəlik oğullarının ölümünə səbəb olmuş və hər dəfə də qızı İncini ondan gizlətmişdir, görüşməyə imkan verməmişdir). Lənkəran Rayon Məhkəməsinin 2(049)-274/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən hər həftənin şənbə günü saat 09:00-dan bazar günü saat 21:00-a kimi, eləcə də uşağın ad gününün, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10:00-dan 20:00-a kimi qizi İnci ilə ünsiyyət hüququ əldə etmişdir. Lənkəran RİPŞ-si icra sənədini həyata keçirməyə qərar verdikdən sonra borclu Gülnar Tofiq qızı məhkəmə qərarını icra etməkdən boyun qaçırdı, ötürülmüş müddət bərpa olunmadan apellyasiya şikayəti verdiyini bildirərək uşaqla görüşünə mane olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı qətnaməsi ilə şikayəti qismən təmin edilmiş, məhkəmənin qərarına və xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən qızı İnci ilə hər həftənin bazar günləri saat 09:00-dan 21:00-a kimi, eləcə də uşağın ad gününün, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10:00-dan 20:00-a kimi qizi İnci ilə ünsiyyət hüququm vardır. Məhkəmə qətnaməsi və işin icraatda olmasına baxmayaraq borclu Gülnar Tofiq qızı icra sənədinin tələblərinə yenə də əməl etmirdi. Buna görə də Lənkəran RİPŞ-nin icra məmuru Tural İsmayılovun 26 iyul 2022-ci il tarixli MN ******* saylı inzibati xəta protokoluna əsasən Lənkəran Rayon Məhkəməsinin 3(409)-684/2022 saylı, 26 iyul 2022-ci il tarixli Qərarı ilə borclu İXM-nin 528.1 maddəsi ilə təqsirli bilinərək 500 AZN məbləğində cərimə olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-332/2022 saylı, 26 avqust 2022-ci il tarixli Qərarı ilə inzibati cəzanı qüvvədə saxlamışdır. Bu inzibati cərimə cəzasından sonra Lənkəran RİPŞ-nin adıçəkilən icra məmu Elşad Əhmədovun və şöbənin rəisi Davud Ağayevin borcluya münasibəti tamamən dəyişmiş, müxtəlif bəhanələrlə onu himayə etməyə başlamışdırlar. 31 iyul 2022ci il tarixindən 11 sentyabr tarixinə kimi borclu qizi İncini onunla görüşməyə qoymamış, icra məmurları isə israrla tələblərindən sonra sadəcə görüşün baş tutmaması barədə 6 Akt tərtib etməklə kifayətləndilər, qanuni tədbir görmədilər. Yuxarı instansiyaya dəfələrlə şikayət etdikdən sonra şöbə rəisi Davud Ağayev ona və borcluya ünvanladığı 13 sentyabr 2022-ci il tarixli №139890/06 saylı məktubda borcluya görüş üçün şərait yaratmalı olduğunun izah edildiyi, əks halda icraya maneçilik törədən şəxs kimi barəsində CM 306.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat veriləcəyi bildirilirmişdir. Xəbərdarlıqdan çəkinən borclu icra sənədinə əməl etməyə başlamışdır. Bununla belə, yeni təqvim ilində (2023) borclu 10 fevral, 06 iyul, 10 sentyabr, 26 noyabr və 02 yanvar 2024 tarixlərində yenə də icra sənədinə əməl etməməyə başlamışdır. Buna baxmayaraq nə icra məmu, nə də ki şöbə rəisi, heç bir rəsmi tədbir görməmişdir. Ümumiyyətlə bu günə qədər görüşün baş tutmaması barəsində əlində 10 Akt vardır. Dəfələrlə və israrla şikayətlərindən sonra icra məmuru Elşad Əhmədov 10 Akta göz yumaraq təkcə 02 yanvar 2024-cü il tarixli qeyri qanuni protokol ilə məhkəməyə müraciət etdiyini 19 yanvar 2024-cü il tarixində öyrənmişdir. Digər bir tərəfdən ona həm də məlum oldu ki, borclu 500 AZN cəriməni də ödəməyib və Cavabdeh buna da göz yumur. Yalnız məsələyə onun müdaxilə etməyi nəticəsində borcun 2023-cü ilin noyabr ayının sonunda, 15 aydan sonra ödənildiyini bildirdilər. Məhkəmə qərarına hörmətlə yanaşaraq 01 aprel 2022-ci il (o dövrdə nigahda olsaq da ayrı yaşayırdıq) tarixindən etibarən aliment ödəyir, alimenti məsuliyyətlə ödəyir, borcum yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(049)-640/2024 nömrəli qərardadının surətindən görünür ki, X6 barəsində Cavabdeh icra məmuru X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş 11 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 677 nömrəli məktubunda qeyd edilmişdir ki, Şırvan Apellyasıya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-cı il tarixli icra sənədinə əsasən tələbkar İddiaçı 07 iyun 2019-cu il təvəllüdlü azyaşlı uşağı X12 ilə hər həftənin bazar günləri saat 09:00-dan 21:00-dək eləcə də uşağın ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10:00-dan 20:00-dək ünsiyyət olmaq hüququ təmin edilməlidir. İcra sənədi 23 iyun 2022-ci il tarixdə Cavabdeh icraatına daxil olduqdan sonra 24 iyun 2022-ci il tarixdə «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq «İcraata başlamaq haqqında» qərar qəbul edilmiş və icra edilməsindən ötrü müvafiq bildirişlə borcluya göndərilmişdir. X2 şöbəyə dəvət olunmuş və ondan izahat alınmışdır Borclu izahatında icra sənədinin tələbinə uyğun olaraq tələbkarın uşaqları ilə görüşünə heç bır maneələr yəratmayacagını bildirmişdir. İcra sənədinin tələbinə uyğun olaraq tərəflərindən hər həftənin, bazar günləri saat 09:00-dan icra sənədinin tələbinə uyğun olaraq İddiaçı 07 iyun 2019-cu il təvəllüdlü azyaşlı uşağı X12 görüş təyin edilsə də borclu görüşü təşkil etməkdən imtina etmişdir. Bu səbəbdən də X2 barəsində tərəflərindən 26 iyul 2022-cı ıl tarixdə inzibati protokol tərtib edilərək Lənkəran Rayon Məhkəməsinə verilmişdir. Lənkəran rayon məhkəməsinin 3 (049)-684/2022 saylı, 26 iyul 2022-cı ıl tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirli bilinərək 500 manat müddətində inzibatı cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Tərəflərindən mütəmadi olaraq tələbkar İddiaçı 07 iyun 2019-cu il təvəllüdlü azyaşlı uşağı X12 ilə hər həftənin bazar günləri saat 09:00-dan 21:00-dək görüşü təşkil olunur. İcra sənədinin tələbinə uyğun olaraq tərəflərindən Yeni ilin sənən günü saat 10 00-dan 20.00dək ıcıa sənədinin tələbinə uyğun olaraq İddiaçı 07 iyun 2019-cu il təvəllüdlü azyaşlı uşağı X12 görüş təyin edilsə də borclu görüşü təşkil etməkdən imtina etmişdir. Bu səbəbdən də X2 barəsində tərəfimizdən 18.01 2024-cu il tarixdə inzibatı protokol tərtib edilərək Lənkəran Rayon Məhkəməsinə verilmişdir. Lənkəran rayon məhkəməsinin 3(049)-82/2024 saylı, 19 yanvar 2024-cü il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə aparılan inzibati xəta haqqında ış üzrə icraata xitam verilmişdir. X2 tərəfindən 07 iyun 2019-cu ıl təvəllüdlü azyaşlı uşağı X10 ünsiyyətlə bağlı xx.xx.2024-cu il tarixdə tələbkar İddiaçı təhvil vermişdir. Tələbkar İddiaçı 07 iyun 2019-cu il təvəllüdlü azyaşlı uşağı X10 02.04 2024-cü ıl tarixdə X2na gen qaytarmışdır. Uşaqla ünsiyyətlə bağlı sonuncu görüş vaxtı xx.xx.2024-cu il tarixdə təyin olunmuş və həmin gün uşaqla gorus baş tutmuşdur. İcra sənədinin icrası nəzarətimızdədır və mutəmadı olaraq icra sənədində göstərilən qaydada uşaqla ünsiyyət tələbi icra olunur. Həmçinin əlavə olaraq bildiririk ki. X2nın verdiyi məlumata görə tələbkar İddiaçı 07 iyun 2019-cu ıl təvəllüdlü azyaşlı uşağı X10 06 05.2024-cü ıl tarixdə müalicə etdirmək məqsədilə aparmış və indiyə qədər geri qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə məhkəmə qərarı uzrə görüş günü olsa da. tələbkarın hərəkətləri nəticəsində baş tutmamış və bu barədə akt tərtib olunmuşdur Tələbkar İddiaçı azyaşlı övladını qaytarmadığına gorə X2na məhkəməyə müraciət etməli olduğu izah olundu. İddiaçı 08 05.2024-cü il tarixdə verdiyi ərizəsində göstərilən 14 gün müddətində azyaşlı X10 qaytarmadığına gorə xx.xx.2024-cu ıl tarixdə Uşağın axtarılması haqqında’ qərar qəbul edilərək. Bakı şəhəri Nərimanov RPİ-yə göndərilmişdir. X2 xx.xx.2024-cü il tanxdə Cavabdehnə ərizə verərək. xx.xx.2024-cu il tanxdə azyaşlı X10 atası X5 tahvil aldığını bildirdi. Odur ki, xx.xx.2024-cu ıl tarixdə axtarış qərarına xitam verilməsi uçun Bakı şəhər; Nərimanov RPİ-yə məktub göndərilmişdir. Bundan sonra icra sənədinin tələbinə uyğun olaraq tərəflərindən hər həftənin bazar günləri saat 09:00-dan icra sənədinin tələbinə uyğun olaraq İddiaçı 07 iyun 2019-cu il təvəllüdlü azyaşlı uşağı X12 görüş təyin edilsə də X2 xx.xx.2024-cü il, xx.xx.2024-cü il, 08.06 2024cu il və 09.06 2024-cü il tarixlərdə görüşü təşkil etməkdən imtina etmişdir. Borcludan bununla bağlı xx.xx.2024-cü it tarixdə rəsmi izahat alınmışdır. O, izahatında Şirvan Apellyasıya Məhkəməsinin 2(106)-135/2022 saylı 09 mart 2022-ci il tarixli icra sənədi ilə bağlı izah verilməsi uçun məhkəməyə müraciət etdiyini bildirərək, məhkəmə prosesinin nəticəsindən asılı olaraq icra sənədinin icrasını təmin edəcəkdir. Məhkəmənin icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən X2 barəsində tərəfindən 11 iyun 2024-cu il tarixdə inzibati protokol tərtib edilərək Lənkəran Rayon Məhkəməsinə verilmişdir. Lənkəran rayon məhkəməsinin 3(049)-640/2024 saylı, 11 iyun 2024-cü ıl tarixli qərardadı ilə X2 barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol geri qaytarılmışdır. Lənkəran rayon məhkəməsinin 8(049)-168/2024 saylı, xx.xx.2024-cu il tarixli qərardadı ilə X6 “qətnaməyə izah verilməsi" barədə ərizəsinə dair məhkəmə qətnaməsinin icrası qaydasında olan iş baxılması üçün aidiyyəti üzrə Şırvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəfindən aparılmış tədbirlər nəticəsində tələbkar İddiaçı 07 iyun 2019-cu il təvəllüdlü azyaşlı uşağı X12 ilə hər həftənin bazar günləri saat 09:00-dan 21:00-dək görüşü təşkil olunur. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İcra haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən Azərbaycan Respublikası məhkəmələrinin qərarları, iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları, məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri icra sənədləri sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. «İcra məmurları haqqında» Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırıİmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunu məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafıq sahələrə (mülki prosessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Azərbaycan Respublikası Qanunu deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Tesnifatı»nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair» 10 oktyabr 2017-ci il tarixli qərarında da göstərilmişdir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Həmin qərarda Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: «...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, «İcra haqqında» Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, «İcra haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin «İcra haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir.» Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzlbati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinin icrası ilə bağlı yaranmışdır. Ona görə də, həmin qətnamənin icrası gedişində cavabdehin hərəkətlərinin qanuni və qanunsuz olması da inzibati məhkəmənin yox, qətnaməni qəbul edən və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aiddir. Belə olan halda, İddiaçı hazırkı tələb ilə bağlı inzibati məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İcra sənədinin icrasının təmin edilməsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini mütəmadi olaraq və qərəzli şəkildə icra etmədiyi üçün X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə iş üzrə icra məmuru Elşad Əhmədovun və şöbə rəisi Davud Ağayevin üzərinə müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, hazırkı iddianı qaldırmışdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq İddiaçı 02 aprel 2024-cü il tarixli və 05 iyun 2024-cü il tarixli məktublarla yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edilərsə, qəbul olunmayan elan edilə bilər. İddiaçıya izah olunur ki, yuxarıda qeyd edilən qaydalara əməl etməklə icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-3232/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3232/2024
06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver