Məhkəmə qərarları › İş №2-1(120)-324/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-324/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-324/2021 01.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı vəzifəli şəxsin hərəkətlərindən müdafiəyə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi”nin müdiri X6 ciddi qanun pozuntularına yol verib, “Kütləvi İnformasiya haqqında” Qanuna hörmətsizlik nümayiş etdirməklə, məhz vəzifədən sui-istifadə edib, peşə fəaliyyətinin mahiyyəti əsaslarına ciddi maneçilik törətdiyinə görə cavabdeh təşkilatın üzərinə müvafiq məcburedici vəzifənin qoyulmasını təmin edəcək, qanunazidd hərəkətlərdən çəkinməklə, gələcək belə halların qarşısını almaq və aradan qaldırmaq məqsədilə məhkəmə qərarı qəbul edilməsini, Cavabdeh normal iş fəaliyyətinə ciddi hörmətsizlik gətirib, “Kütləvi İnformasiya haqqında” Qanunu pozmaqla, AR-sı Konstitusiyasının 50-ci maddəsinə qarşı ciddi hörmətsizlik göstərərək, işgüzar peşə fəaliyyətinə maneçilik törətdiyinə görə X3 barəsində müvafiq xüsusi qərardadın çıxarılmasını təmin edib, barəsində ciddi və sərt tədbirlərin, tutduğu vəzifədən kənarlaşdırıb, bu hallara son qoyulması üçün Cavabdeh rəhbərliyinə göndərilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehnə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda İddiaçı iddia ərizəsində qeyd etdiyi faktların əsassız olduğu, böhtan və qərəzli xarakter daşıdığı qeyd edilərək iddianın rədd edilməsi və xx xxxx 2021-ci il tarixdə keçiriləcək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmədiklərini nəzərə alaraq, iştirakları olmadan baxılması xahiş edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işin hallarını və mübahisənin vəziyyətini Cavabdeh nümayəndəsinin iştirakı olmadan müzakirə etmişdir. İş materiallarında olan Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 522 nömrəli məktubu ilə müəyyən olunur ki, “Həqiqətlə üz-üzə qəzeti”nin baş redaktoru İddiaçı ilk dəfə Cavabdeh başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov tərəfindən qəbul edilmiş, ezamiyyə vərəqəsini təqdim edərək, təsdiq edilməsini xahiş etmişdir. Mirzəli Bayramov ezamiyyə vərəqəsini təsdiq etmək üçün ondan rayona hansı məqsədlə ezam olunmasını və ezamiyyə əmrini təqdim etməsini xahiş etmişdir. İddiaçı ezamiyyə əmrini təqdim etmədiyinə görə ezamiyyə vərəqəsi təsdiq olunmamışdır. Bir müddət sonra o, yenidən rayon icra hakimiyyətinə müraciət etmiş, Cavabdeh başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ruhid Əliyev və RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov tərəfindən qəbul edilmiş, birinci dəfə gətirdiyi ezamiyyə vərəqəsini təqdim edərək, yenidən təsdiq edilməsini xahiş etmişdir. Bu zaman RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ruhid Əliyev ondan ezamiyyə əmrini təqdim etməsini xahiş etmiş, lakin o, yenə təqdim edə bilməmişdir. İddiaçı izah olunmuşdur ki, X1 2-ci bəndinə uyğun olaraq işçilərin ezamiyyətə göndərilməsi zamanı ezamiyyə vərəqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir. Rayona ezam olunma əmri olmadığına görə ezamiyyə vərəqəsinin təsdiq olunması imkan xaricindədir. İddiaçı rayon icra hakimiyyətinin inzibati binasının qəbul otağında iki dəfə qəbul edilmiş, ona qarşı heç bir hörmətsizlik edilməmişdir. Onun iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir, böhtan və qərəzli xarakter daşıyır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə araşdırması müəyyən olundu ki, İddiaçı Cavabdeh başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov tərəfindən qəbul edilmiş, ezamiyyə vərəqəsini təqdim edərək, təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov İddiaçı Astara rayonuna hansı məqsədlə ezam olunmasını və ezamiyyə əmrini təqdim etməsini xahiş etmişdir. Lakin İddiaçı ezamiyyə əmrini təqdim etmədiyinə görə cavabdeh tərəfindən ezamiyyə vərəqəsi təsdiq olunmamışdır. Hazırda iddiaçı Cavabdeh vəzifəli şəxslərinin hərəkətlərindən müdafiəyə dair Astara Rayon İcra Hakimiyyyətinə qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx xxxxxx 2012-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş «X2»nın İ bəndinin 2-ci hissəsinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Göründüyü kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx xxxxxx 2012-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş «X2»nın İ bəndinin 2-ci hissəsində işçilərin ezamiyyətə göndərilməsinin həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edildiyi və müvafiq əmrlə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur ki, cavabdeh də həmin qayadaların tələbinə uyğun olaraq iddiaçıdan ezamiyyətə göndərilməsi ilə bağlı ezamiyyə əmrini təqdim etməsini xahiş etmiş, lakin iddiaçı ezamiyyə əmrini təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqları pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunınası, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahür ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququn və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur. «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik çərçivəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizimlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamsını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı vəzifəli şəxsin hərəkətlərindən müdafiəyə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdehnə qarşı vəzifəli şəxsin hərəkətlərindən müdafiəyə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar