Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3246/2025 14.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı ona əlillik dərəcəsinin verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o xx.xx.1981-ci ildə Cəlilabad şəhərində doğulmuşdur. 2000-2001-ci illərdə hərbi xidmətdə olmuşdur. Ona məxsus hərbi biletdə Bakı şəhəri, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 2000-2001-ci illərdə daxili müharibələrdə iştirak etmişdir. Heydər Əliyevin doğum günü münasibəti ilə Tofiq Bəhramov adına stadionda nümunəvi iştirak etmişdir. Bakı şəhərində baş vermiş zəlzələ zamanı insanlara əsgər kimi köməklik etmişdir. Hacıqabul rayonunda təlim keçmişdir. Bir sıra əməliyyatlarda iştirak etmişdir. Travmalar almışdır. 2-ci qrup təqaüdçüdür. Ona müharibə veteranı vəsiqəsinin verilməsi üçün müraciət etsə də, müraciətinin təmin olunmasından imtian edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazı Cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı mülahizəsində (etirazı) göstərmişdir ki, Daxili Qoşunların arxivindən verilmiş 77 №-li xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, İddiaçı Daxili Qoşunların N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 20 №-li nizami hissə üzrə əmrilə həqiqi hərbi xidmət keçmək üçün Cəlilabad rayon Hərbi Komissarlığından gəlmiş çağırışçıların siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, tədris bölüyünün müdavimi vəzifəsinə təyin edilmişdir. Daxili qoşunların komandanının xx.xx.2000-ci il tarixli 25 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 55 №-li nizami hissə üzrə əmri ilə təlim keçmiş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçirilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 48 №-li nizami hissə üzrə əmri ilə N saylı hərbi hissədə təlim keçmiş gənc əsgərlərin siyahısında 28 fevral 2000-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 60 №-li nizami hissə üzrə əmri ilə xüsusi təyinatlı dəstədə 2-ci ştrum qrupunun “S” yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 115 №-li nizami hissə üzrə əmri ilə 20 may 2000-ci il tarixdə Bakı şəhərində ictimai asayişin təmin edilməsi məqsədilə xidmətə cəlb olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 121a №-li nizami hissə üzrə əmri ilə 28 may 2000-ci il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda ictimai-asayişin qorunması üçün xidmətə cəlb olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 127 №-li nizami hissə üzrə əmri ilə xüsusi təyinatlı dəstədə 2-ci ştrum qrupunun “S” yarımqrupunda atıcı vəzifəsindən azad edilib, 5-ci patrul bölüyünün 2-ci taqım 1-ci manqada atıcı vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 127a №-li nizami hissə üzrə əmri ilə 04 iyun 2000-ci il tarixdə Tofiq Bəhramov adma Respublika stadionunda ictimai asayişin qorunması üçün xidməti döyüş fəaliyyətinə cəlb olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 144 №-li nizami hissə üzrə əmri ilə 24 iyun 2000-ci il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda ictimai asayişin qorunması üçün xidməti döyüş fəaliyyətinə cəlb olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 165 №-li nizami hissə üzrə əmri ilə 19 iyul 2000-ci il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda ictimai asayişin qorunması üçün xidməti döyüş fəaliyyətinə cəlb olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 177 №-li nizami hissə üzrə əmri ilə 02 avqust 2000-ci il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda ictimai asayişin qorunması üçün xidməti döyüş fəaliyyətinə cəlb olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 182 №-li nizami hissə üzrə əmri ilə 08 avqust 2000-ci il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda ictimai asayişin qorunması üçün xidməti döyüş fəaliyyətinə cəlb olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 184 №-li nizami hissə üzrə əmri ilə 10 avqust 2000-ci il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda ictimai asayişin qorunması üçün xidməti döyüş fəaliyyətinə cəlb olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 195 №-li nizami hissə üzrə əmri ilə 23 avqust 2000-ci il tarixdə Bakı şəhərində ictimai asayişin qorunması üçün xidməti döyüş fəaliyyətinə cəlb olunmuşdur. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 268 №-li nizami hissə üzrə əmri ilə 18 noyabr 2000-ci il tarixdə Bakı şəhərində ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə xidmətə cəlb olunmuşdur; Daxili qoşunların komandanının xx.xx.2000-ci il tarixli 243 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2000ci il tarixli 274 №-li nizami hissə üzrə əmrilə 26 noyabr 2000-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçirilmişdir; Daxili qoşunların komandanının xx.xx.2000-ci il tarixli 243 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 283 №-li nizami hissə üzrə əmrilə N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək, atıcı vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 285 №-li nizami hissə üzrə əmrilə 2-ci əməliyyat taqımının 1-ci manqasında PK pulemyotçu vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin xx.xx.2001-ci il tarixli 257 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 14-xx.xx.2001-ci il tarixli 167 №-li nizami hissə üzrə əmrilə xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrə ehtiyata buraxılaraq hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, 14 iyul 2001-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Cəlilabad RHK-nın sərəncamına göndərilmişdir. İddiaçı Daxili Qoşunlarda hərbi xidmətdə olarkən döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar nizami hissə üzrə əmrlər və digər sənədlər aşkar olunmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9dan 1994-cü il maym 1 O-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar vəəmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən sənədlər əsasında verilməsi qeyd olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məlumat verməmişdir . Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunları tərəfindən İddiaçı ünvanlanmış 014-740xx/xx-4222 saylı, xx.xx.2022-ci il tarxli və 014-143xx/xx-4222 saylı, xx.xx.2022-ci il tarixli eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, onun Daxili Qoşunların hərbi hospitalında müayinə və müalicədə olması, habelə xəsarət alması barədə arxiv sənədlərində məlumat aşkar edilməmişdir. Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17-3/2-İ-14788/2023 saylı cavab məktubunda qeyd olunmuşdur ki, məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq MEİS-in “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankında hazırda istəyinə uyğun münasib iş olmadığına görə iş təklif etmək mümkün olmamışdır. 20 oktyabr 2022-ci il tarixdən özünüməşğulluq proqramı çərçivəsində “qoynçuluq təsərrüfatı” biznes ideyası zərfi üzrə Filial tərəfindən qeydiyyata alınmışdır, ilkin baxış özünüməşğulluq proqramına cəlb olunmağına məqbul hesab edilməmişdir. İş materiallarından, müəyyən olunur ki, iddiaçı ilk öncə cavabdeh inzibati orqandan ona “Mühqaribə veteranı” adının və vəsiqəsinin verilməsini tələb etmiş, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdeh inzibati orqan tərəfindən ona müvafiq əlilliyin təyin olunmasını tələb etmişdir.Göründüyü kimi hazırkı tələbin icrası yəni müvafiq əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin səlahiyyətində deyil və iddia düzgün olmayan cavabdehə qarşı yönəlmişdir. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərərək, onadan cavabdeh inzibati orqandan tələbinin nədən ibarət olmasını- “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi və ya xəsarət alması barədə arxiv arayışının verilməsinin olubolmamasını dəqiqləşdirilməsi təklif olunmuşdur. Hüququ yardımın bu formada təklif olunmasına əsas iddiaçının cavabdeh inzibati orqana “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl müraciətinin olmamaması olmuşdur. İddiaçının cavabdeh inzibati orqana və aidiyyəti inzibati orqanlara müraciəti xəsarət alması barədə arayışın verilməsi ilə bağlı olmuşdur. Daha sonra yenidən xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək hazırkı iddia tələbi ( əlilliyin təyini) üzrə Daxili İşlər Nazirliyi Daxili Qoşunların cavabdeh qismində çıxış edə bilməyəcəyi üçün cavabdeh inzibati orqanı dəqiqləşdirməsi izah olunmuşdur. Lakin iddiaçı tərəfindən qeyd olunan hallar aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya izah olunur ki, hazırkı qərardadda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra, iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 35, 45, 38, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3246/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3246/2025
14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver