Məhkəmə qərarları › İş №2-1(120)-3248/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3248/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3248/2025 16.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1N iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinə qarşı “şəhid statusunun verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinə qarşı “X4na şəhid statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, N0N5-ci il yanvar ayında ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə ərizə ilə müraciət edərək X4na şəhid statusunun verilməsini xahiş etmişdir. Cavabdeh N nömrəli, xx.xx.N0N5-ci il tarixli qərarı ilə X4na şəhidlik statusu verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İşin faktiki halları aşağıdakılardan ibarətdir. X4 xx.xx.N016-cı il tarixində Azərbaycan Respublikası MN-nin ordu sıralarında N saylı hərbi hissədə kiçik çavuş rütbəsində xidmətə başlamışdır. xx.xx.N0N0-ci il tarixindən xx.xx.N0N0-ci il tarixinədək davam edən Vətən müharibəsində iştirak etmiş, xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılmış artileriya atəşi nəticəsində yaralanmış, yaralandıqdan sonra Ağsu rayon mərkəzi xəstəxanasına çatdırılmış orada oğlunda sol bud nahiyəsindən aldığı açıq yaraya görə tibbi yardım edilmiş, həyatı xilas edilmişdir. Lakin həmin vaxt oğlu Rəsulun başqa orqanları, o cümlədən baş-beyin nahiyəsinin ümumiyyətlə müayinəsi aparılmamışdır. Onu da qeyd edir ki, kəndlərində ilk şəhid xəbəri oğlu Rəsul Səfərovun barəsində gəlmişdir. Çünki, uzun müddət onunla əlaqə saxalaya bilməmişlər. Oğlu bir müddət müalicə olunduqdan sonra xidmətini davam etdirmişdir. O, müalicə müddətində də, müalicədən sonra da başında ağrılar olduğunu deyib. Lakin onun müalicəsi ilə məşğul olan həkim heyəti bunun ciddiyətinə varmır, bir sözlə əhəmiyyət verməmişdirlər. Doğrusu onlar da məsələnin bu qədər ciddi olduğunu düşünmür, hər dəfə baş ağrılarından gileylənən zaman ağrıkəsici dərmanlar verir, iynələr vurmaqla sakitləşdirirlər, özləri bacarmayanda, adi ağrıkəsicilər təsir etməyəndə isə Beyləqan RMX-ya aparıb xüsusi iynələr ineksiya edilməklə ağrıların sakitəşdirirmişlər. Başındakı ağrılar isə vaxt keçdikcə şiddətlənlənirdi. Onun özünün və onların təkidlərindən sonra N0NN-ci ildə oğlu Müdafiə Nazirliyinin hərbi Hospitalında müayinə olunmuş və baş nahiyəsində, daha konket “sağ təpə nahiyəsinin beyindaxili kistik törəməsi” aşkar edilmişdir. Daha sonra Respublika Neyrocərrahiyə Xəstəxanasına göndərilmiş, xx.xx.N0N3-cü ildən xx.xx.N0N3-cü ilədək həmin xəstəxanada stasionar müalicədə olmuş, xx.xx.N0N3-cü il tarixində “Kranitomiya, beyindaxili şişin xaric edilməsi” əməliyyatı icra edilərək götürülmüş törəmə Milli Onkologiya Mərkəzində ekspertiza edilərək “Baş beyin törəməsi, neyroepitelioma high grade İV” adlı xərçəng törəməsi olduğu müəyyən edilmişdir. xx.xx.N0N3-cü ildən xx.xx.N0N3-cü ilədək Milli Onkologiya Mərkəzində müalicədə olmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, 38əç nömrəli Əmri ilə oğlu Rəsul Səfərzadə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) əsasən ordu sıralarından ehtiyata buraxılmışdır. xx.xx.N0N3-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksyalarının pozulması 80% qiymətləndirilərək X10 N-ci qrup əlillik təyin edilmişdir. Uzun sürən və şiddətli ağrılarla müşahidə olunan xəstəliyin nəticəsində xx.xx.N0N4-cü il tarixində X4 dünyasını dəyişmişdir. Onu da qeyd edir ki, Vətən müharibəsi zamanı göstəridiyi xidmətlərinə görə Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən oğlu Rəsul Səfərzadə “Cəbrayılın azad olunmasına görə”(N°1-N1851), “Füzulinin azad olunmasına görə”(NN1-N4369), “Xocavəndin azad olunmasına görə”(NN 1-18786), “Şuşanın azad olunmasına görə”(JNN 1-100N4), “Vətən müharibəsi iştirakçısı” (Ns 1-90989) medalları ilə təltif edilmişdir. X4 Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda gedən döyüşlər zamanı baş nahiyəsindən travma almışdır. Bunu oğlunun yaralandığını bilavasitə görən və onu döyüş meydanından çıxardan, oğlu ilə eyni döyüş mövqelərində xidmət edən həmkəndliləri X15 və X11 da təsdiq edə bilərlər. Yuxarıda da qeyd etdiyi kimi yaralandıqdan sonra onda baş ağrıları başlamışdır. O vaxta kimi heç zaman başında ağrılardan şikayətləri olmamışdır. Sadəcə həkimlərin səhlənkarlığı ucbatından vaxtında müayinəsi aparılmamış, qiymətləndirilməmişdir. Tibbi sənədlərdə Rəsulun iki ildir baş nahiyəsində şiddətli ağrılardan şikayətləri olduğu qeyd edilsə də əfsuslar olsun ki, onu həmin şikayətləri ilə əlaqədar müayinəyə ancaq iki ildən sonra, yəni N0NN-ci ilin dekabr ayında göndərmişdirlər. Hesab edir ki, əgər vaxtında şikayətlərinə ciddi yanaşılıb baş nahiyyəsindən müayinəyə göndərilmiş olsaydı, vaxtında beynində olan problemdən xəbər tutulsaydı çox güman ki, xəstəliyi o dərəcədə şiddətlənməz, beynində travmadan aldığı yara xərçəng şişinə və son inkişaf mərhələsində (dördüncü dərəcə) olan xərçəng şişinə çevrilməzdi. Qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.N0N5-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 6N.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 bildirmişdir ki, məhkəmə mötəbər sübutlar əsasında iddia tələbinin təmin edilməli olduğu nəticəsinə gələrsə etiraz etməyəcəklər. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, N.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). Belə ki, İPM-in N.N.N-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 8.1.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı məcburetmə haqqında iddia növü olduğundan, İPM-in 8.1.N-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının və cavabdehin ünvanı Beyləqan rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Və iddiaçı məhkəmədə mübahisə qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: 70N Nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N0N0-ci il tarixli, N00 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, əsgər X13 mühəndis bğlüyü 1-ci maneə ləğvetmə taqımı 3-cü maneə ləğvetmə manqası manqa komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli, 038əç nömrəli əmrinə əsasən, X13 “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. 70N Nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N0N3-cü il tarixli, N49 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X13, 70N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün mühəndis-istehkam taqımının, mühəndis-istehkam manqasının komandiri, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli 038əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, N0N3-cü ildən qalan 60 (altmış) gün növbəti məzuniyyəti verilməklə 19 avqust N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilsin. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X13, xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər XN, ehtiyata buraxılması ilə əlaqədar olaraq 5 (beş) misli miqdarında birdəfəlik pul müavinəti ödənilsin. N0N3-cü il üçün nəzərdə tutulmuş maddi yardımla təmin olunub. N0N3-cü ilin növbəti məzuniyyətindən tam istifadə edib və məzuniyyət pulu ödənilib. Əsas: N nömrəli hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli 038əç nömrəli əmrindən çıxarış. Şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması barədə xx.xx.N0N5-ci il tarixli, N nömrəli qərarın surətindən görünür ki, qanunvericiliyin tələblərinə əsasən, Silahlı Qüvvələrdən ehtiyata və ya istefaya buraxılmış sonradan vəfat etmiş şəxslərin şəhid hesab edilməsi nəzərdə tutulmadığındam mərhum övladı X10 şəhid statusu verilməsi barədə İddiaçı xx.xx.N0N5-ci il tarixli müraciəti təmin edilməmişdir. Xəstənin ambulator-stasionar tibbi kartasından №0N67844 nömrəli çıxarışdan görünür ki, X5 budunun orta yuxarı hissəsinin yumşaq toxmaları qəlpə yarası almışdır. xx.xx.N0N1-ci il tarixli, 151N nömrəli travma haqqında arayışdan görünür ki, X13 xx.xx.N0N0-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Sol budun orta yuxarı hissəsinin yumuşaq toxumasının kor qəlpə yarası” xəsarətini almışdır. xx.xx.N0N3-cü il tarixli, 6030 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbiuçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 8a, N5a, 81 b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. AZ-İİ № 463710 nömrəli, xx.xx.N0N4-cü il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.N0N4-cü il tarixdə Təpə payının bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994cü il tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.N.6-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik, Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Xidmətlərində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu qaydanın 4.1-ci bəndinin birinci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, xx.xx.N0N3-cü il tarixli, 6030 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən R.V.Səfərzadənin özünü iki ildir xəstə hesab etməsi, baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma, iştahın və yaddaşın zəifləməsi, yuxunun pozulması halsızlıqdan, tez yorulmadan, əməliyyat nahiyəsində ağrılardan şikayəti ilə əlaqədar o, MN BKH-da Kranial KT olunmuş və “Sağ təpə payının beyindaxili kritik törəməsi” aşkar edilmişdir. Daha sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilmiş və xx.xx.N0N3-xx.xx.N0N3-cü il tarixədək “Sağ təpə payının beyindaxili kritik törəməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.N0N3-cü ii tarixdə “Sağ təpə payının beyindaxili şişin xaric edilməsi” cərrahi əməliyyatı icra edilmişdir. R.V.Səfərzadə xx.xx.N0N3-xx.xx.N0N3-cü il tarixlərdə Milli Onkologiya Mərkəzində “Baş-beyin törəməsi neyroepitelioma high qrade İV cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Onun “Baş beyin sağ payının maliqin qilal tumoru, qlioblastomasına (Grade ili mərhələli) görə aparılmış kraniotomiya, törəmənin xaric edilməsi cərrahi əməliyyatdan bir kurs şüa terapiyasından (xx.xx.N0N3-xx.xx.N0N3) sonrakı vəziyyət” diaqnozlu xəstəliyin hərbi xidmət dövründə alınması qeyd edilməklə “Xəstəliklər cədvəli”nin 8a N5b, 81b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. Göstərilənlərlə əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq R.V.Səfərzadə istefaya buraxılmışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələblərində Silahlı Qüvvələrdən ehtiyata və ya istefaya buraxılmış, sonradan vəfat etmiş şəxslərin “şəhid” hesab edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, hazırda Xidmətin Beyləqan rayon şöbəsi tərəfindən mərhum R.V.Səfərzadənin “şəhid” statusunun verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” XN6 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X18 məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” XN6in araşdırması nəticəsində məlum oldu ki, X14 xx.xx.N0N3-cü il tarixdən müəsissənin Onkoloji kabinetində “Təpə payının bədxassəli yenitörəməsi, Baş beyin törəməsi, Neyroepitelioma əməliyyatdan sonrakı vəziyyət” diaqnozları ilə dispanser qeydiyyatdadır. Ona xx.xx.N0N3-cü il tarixdə Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Sağ təpə kraniotomiya, beyindaxili şişin xaric edilməsi” əməliyyatı icra olunmuşdur. Bununla bağlı vətəndaşın tibbi sənədləri, Həkim Məsləhət Komissiyasının Alt sisteminə daxil olunsa da ona xx.xx.N0N3-cü il tarixdə TSEK tərəfindən imtina cavabı verilmişdir. İmtinanın səbəbi “Xüsusi yaradılmış şəraitdə oturaq vəziyyətdə (və ya fiziki güc və çox hərəkətlilik tələbi olmayan peşələr üzrə) işləyə bilər” qərarı verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0N0ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, R.Səfərzadə dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında xx.xx.N0N3-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0NN-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, R.Səfərzadə xx.xx.N0N3-cü il tarixindən ilkin olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə N il müddətinə (xx.xx.N0N5-ci il tarixinədək) əlillik təyin edilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X18 məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olmuş, xx.xx.N000-ci il təvəllüdlü (FİN 7CYGE5M) X13, 01 noyabr N0N0-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə yaralanmış, həmin gün Hadrut qəsəbəsində ilkin tibbi yardım almış və daha sonra 03 noyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Ağsu Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almışdır. (TQS N°0N7: 00N5846) Müalicəsinin davam etdirilməsi məqsədilə 10 noyabr N0N0-ci il tarixdə Ağsu Rayon Mərkəzi Xəstəxanasından Göygöl Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. X13 10 noyabr N0N0-ci il tarixdən 18 noyabr N0N0-ci il tarixədək Göygöl Rayon Mərkəzi Xəstəxanasında “Sol budun orta yuxarı hissəsinin yumşaq toxumalarının kor qəlpə yarası” diaqnozu ilə stasionar müalicəsi davam etdirilmişdir. (TQS N003 0N67844). X13 18 noyabr N0N0-ci il tarixdə yaxşılaşma səbəbi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən tibb müəssisəsindən aparılmışdır. Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.N0N5ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N000-ci il təvəllüdlü Beyləqan rayon, Kəbirli kəndində qeydiyyatda olan X13 xx.xx.N0N3-cü il tarixindən “Baş beyin törəməsi. Neyroepitelioma, high grade İV. Kompleks müalicədən sonrakı vəziyyət. (N0N3) Proqressivləşmə (N0N4)” diaqnozu ilə Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. Anamnezindən məlum olmuşdur ki, xəstə xx.xx.N0N3-cü il tarixində Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Kraniotomiya və kranioektomiya” cərrahi əməliyyatı keçirmişdir. Histoloji rəy: N°183-85 “Qrioblastoma G İV. (Milli Onkologiya Mərkəzi) N30NN37-Neyroepitelioma, high grade İV (X8)”. Xəstə xx.xx.N0N3-cü il tarixində Milli Onkologiya Mərkəzində 8 kurs MKT (Temodal) qəbul etmişdir. xx.xx.N0N3-cü il tarixindən xx.xx.N0N3-cü il tarixinədək Milli Onkologiya Mərkəzinə Radiokimyaterapiya müalicəsi qəbul etmiş və sahə onkoloqunun nəzarəti altında evə yazılmışdır. Xəstə mütəmadi olaraq Milli Onkologiya Mərkəzinə müayinə və müalicə üçün müraciət etmişdir. xx.xx.N0N4-cü il tarixində xəstə yenidən Milli Onkologiya Mərkəzinin Poliklinika Qəbul şöbəsinə müraciət etmişdir. Aparılan laborator və instrumental müayinələrin nəticəsinə əsasən həkimkimyaterapevt, neyrocərrah, şüa terapevt tərəfindən baxılmış, xəstəliyin proqressivləşməsinin nəzərə alınaraq spesifik müalicə təyin edilməmişdir. Sahə onkoloqunun və nevropatoloqun nəzarəti altında simptomatik müalicə məsləhət edilmiş və sahə poliklinikasına təqdim etmək üçün arayış verilmişdir. Xəstə daha sonralar Milli Onkologiya Mərkəzinə müraciət etməmişdir. Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.N0N5ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N000-ci il təvəllüdlü X13 ilk dəfə 01.0N.N3cü il tarixdə MN Baş Klinik Hospitalının 01.0N.N3-cü il tarixli, 514 saylı göndərişi ilə MOMa müraciət etmişdir. (L0 179491) Anamnezindən məlum olur ki, xəstə baş ağrıları şikayəti ilə MN Baş Klinik Hospitalına müraciət etmiş, həmin gün Respublika Neyrocərrahlıq Xəstəxanasına göndərilmiş, bu xəstəxanada xəstəyə “Sağ təpə payının beyindaxili kistik törəməsi” diaqnozu qoyularaq 18.01.N3-cü il tarixdə “Kraniotomiya, beyindaxili şişin xaric edilməsi” cərrahi əməliyyatı aparılmışdır. Patohistoloji rəy: A/M 183-85 Malign tumor. Qlioblastoma Grade İİİ. Əməliyyat sonrası diaqnoz: “Baş-beyin qlioblastoması.” Xəstə sonrakı müayinə və müalicə üçün MN Baş Klinik Hospitalı tərəfindən MOM-a göndərilmişdir. Xəstəyə MOM-da həkim-mütəxəssislər tərəfindən baxılmış, əməliyyat preparatların MOM-da patohistoloq tərəfindən təkrari qiymətləndirilməsi məsləhət edilmişdir. MOM-da materialın təkrari baxışı: N ******* Neyroepitelioma, High Grade İV.Xəstəyə şüa terapevti tərəfindən baxılmış, şüa müalicəsi məsləhət görülmüşdür. Xəstəyə N0.0N.N3-04.04.N3-cü il tarixləri ərzində MOM-da CMD 60 qrey olmaqla şüaterapiyası aparılmış, müalicədən sonra 8 kurs Temodal N00mg olmaqla müalicə aparılmışdır. Xəstə müalicədən sonra mütəmadi olaraq MOM-a müraciət etmiş, müayinə olunmuş, həkim-mütəxəssislər tərəfindən baxılmış, konsilium aparılmış, məsləhətlər verilmiş, müalicə təyin edilmişdir. N7.05.N4-cü il tarixdə aparılan kontrol baş-beyin KT müayinəsində xəstəliyin proqressivləşməsi aşkar edilmiş, xəstəyə MOM-da radioterapevt, kimyaterapevt, cərrah tərəfindən baxılmış, xəstənin ümumi vəziyyətinin ağırlığını nəzərə alaraq spesifik müalicə məsləhət görülməmişdir. Sahə onkoloqunun nəzarəti altında simptomatik müalicə məsləhət görülmüşdür. Xəstə 30.05.N4-cü il tarixdən sonra MOM-a müraciət etməmişdir. Sizin sorğudan məlum olur ki, xəstə 10.06.N4-cü il tarixdə vəfat etmişdir. Ancaq patohistoloji təşrih aparılmadığından ölüm səbəbi barəsində rəy vermək mümkün deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: N6-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə N . Qanunda istifadə olunmuş əsas anlayışlar ... N.0.N-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. N.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.N. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 1N. Bərabərlik prinsipi 1N.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 1N.N. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 1N.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 1N.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.N. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.N. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.N. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.N. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. … Maddə N4. İşin hallarının obyektiv araşdırılması N4.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. N4.N. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. N4.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu N3 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə N. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: Maddə 1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.N. Aşağıdakılar şəhid hesab edilirlər: 1.N.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.N.N. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.N.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.N.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.N.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.N.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.N.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Maddə 4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.N-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Mühafizə Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X3 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Bu bənddə göstərilən sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 4.N. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli, 697 nömrəli Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu N3 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə N. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr N008-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.N.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.N.6-ci bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun tələblərinə müvafiq təkmilləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı mərhum X4na şəhid statusu verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əsaslanaraq Silahlı Qüvvələrdən ehtiyata və ya istefaya buraxılmış sonradan vəfat etmiş şəxslərin şəhid hesab edilməsi nəzərdə tutulmadığındam mərhum X10 şəhid statusu verilməsi barədə İddiaçı xx.xx.N0N5-ci il tarixli müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı həmin imtinanı məhkəmədə mübahisələndirmişdir. Məhkəmə işin araşdırılması nəticəsində müəyyən edir ki, 70N Nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N0N0-ci il tarixli, N00 nömrəli əmri ilə əsgər X13 mühəndis bğlüyü 1-ci maneə ləğvetmə taqımı 3-cü maneə ləğvetmə manqası manqa komandiri vəzifəsinə təyin edilmişdir. İş materiallarından aydın olur ki, X13 xx.xx.N0N0-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Sol budun orta yuxarı hissəsinin yumuşaq toxumasının kor qəlpə yarası” xəsarətini almış və xx.xx.N0N1-ci il tarixli, 151N nömrəli travma haqqında arayış tərtib edilmişdir. Həmçinin Xəstənin ambulator-stasionar tibbi kartasından №0N67844 nömrəli çıxarışdan görünür ki, X5 budunun orta yuxarı hissəsinin yumşaq toxmaları qəlpə yarası almışdır. Daha sonra X13 MHHK tərəfindən şəhadətləndirilmiş və xx.xx.N0N3-cü il tarixli, 6030 nömrəli Xəstəlik haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 8a, N5a, 81 b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuşdur. Və N nömrəli hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli, 038əç nömrəli əmrinə əsasən, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Belə ki, 70N Nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N0N3-cü il tarixli, N49 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X13, 70N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün mühəndis-istehkam taqımının, mühəndis-istehkam manqasının komandiri, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli 038əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, N0N3-cü ildən qalan 60 (altmış) gün növbəti məzuniyyəti verilməklə 19 avqust N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilsin. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X13, xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər XN, ehtiyata buraxılması ilə əlaqədar olaraq 5 (beş) misli miqdarında birdəfəlik pul müavinəti ödənilsin. N0N3-cü il üçün nəzərdə tutulmuş maddi yardımla təmin olunub. N0N3-cü ilin növbəti məzuniyyətindən tam istifadə edib və məzuniyyət pulu ödənilib. Əsas: N nömrəli hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli 038əç nömrəli əmrindən çıxarış. İş materiallarında olan sənəd və sübutlardan müəyyən olunur ki, X14 xx.xx.N0N3cü il tarixdən tibb müəsissəsinin Onkoloji kabinetində “Təpə payının bədxassəli yenitörəməsi, Baş beyin törəməsi, Neyroepitelioma əməliyyatdan sonrakı vəziyyət” diaqnozları ilə dispanser qeydiyyatda olmuş, ona xx.xx.N0N3-cü il tarixdə Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Sağ təpə kraniotomiya, beyindaxili şişin xaric edilməsi” əməliyyatı icra olunmuşdur. Belə ki, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N000-ci il təvəllüdlü X13 ilk dəfə 01.0N.N3-cü il tarixdə MN Baş Klinik Hospitalının 01.0N.N3-cü il tarixli, 514 saylı göndərişi ilə MOM-a müraciət etmişdir. (L0 179491) Anamnezindən məlum olur ki, xəstə baş ağrıları şikayəti ilə MN Baş Klinik Hospitalına müraciət etmiş, həmin gün Respublika Neyrocərrahlıq Xəstəxanasına göndərilmiş, bu xəstəxanada xəstəyə “Sağ təpə payının beyindaxili kistik törəməsi” diaqnozu qoyularaq 18.01.N3-cü il tarixdə “Kraniotomiya, beyindaxili şişin xaric edilməsi” cərrahi əməliyyatı aparılmışdır. Patohistoloji rəy: A/M 183-85 Malign tumor. Qlioblastoma Grade İİİ. Əməliyyat sonrası diaqnoz: “Baş-beyin qlioblastoması.” Xəstə sonrakı müayinə və müalicə üçün MN Baş Klinik Hospitalı tərəfindən MOM-a göndərilmişdir. Xəstəyə MOM-da həkimmütəxəssislər tərəfindən baxılmış, əməliyyat preparatların MOM-da patohistoloq tərəfindən təkrari qiymətləndirilməsi məsləhət edilmişdir. MOM-da materialın təkrari baxışı: N ******* Neyroepitelioma, High Grade İV.Xəstəyə şüa terapevti tərəfindən baxılmış, şüa müalicəsi məsləhət görülmüşdür. Xəstəyə N0.0N.N3-04.04.N3-cü il tarixləri ərzində MOM-da CMD 60 qrey olmaqla şüaterapiyası aparılmış, müalicədən sonra 8 kurs Temodal N00mg olmaqla müalicə aparılmışdır. Xəstə müalicədən sonra mütəmadi olaraq MOM-a müraciət etmiş, müayinə olunmuş, həkim-mütəxəssislər tərəfindən baxılmış, konsilium aparılmış, məsləhətlər verilmiş, müalicə təyin edilmişdir. N7.05.N4-cü il tarixdə aparılan kontrol baş-beyin KT müayinəsində xəstəliyin proqressivləşməsi aşkar edilmiş, xəstəyə MOM-da radioterapevt, kimyaterapevt, cərrah tərəfindən baxılmış, xəstənin ümumi vəziyyətinin ağırlığını nəzərə alaraq spesifik müalicə məsləhət görülməmişdir. Sahə onkoloqunun nəzarəti altında simptomatik müalicə məsləhət görülmüşdür. Xəstə 30.05.N4-cü il tarixdən sonra MOM-a müraciət etməmişdir. Ancaq patohistoloji təşrih aparılmadığından ölüm səbəbi barəsində rəy vermək mümkün olmamışdır. R.Səfərzadə dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında xx.xx.N0N3cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunmuş və ona xx.xx.N0N3-cü il tarixindən ilkin olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə N il müddətinə (xx.xx.N0N5-ci il tarixinədək) əlillik təyin edilmişdir. Məhkəmə müəyyən edir ki, X13 xx.xx.N0N4-cü il tarixdə Təpə payının bədxassəli yenitörəməsi səbəbindən vəfat etmiş və AZ-İİ № 463710 nömrəli, xx.xx.N0N4-cü il tarixli Ölüm haqqında şəhadətnamə tərtib edilmişdir. Beləliklə də, iş materiallarında olan mötəbər sübut əhəmiyyəti daşıyan sənədlərdən müəyyən olunur ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqlarını yerinə yetirərkən deyil, xx.xx.N0N4-cü il tarixdə “Təpə payının bədxassəli yenitörəməsi” səbəbindən vəfat etmişdir. Nəticədə qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olunduğunu əhatə edir. Rəsul Səfərzadənin ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir. Eyni zamanda, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. X7 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir və xəstəlik nəticəsində vəfat etməsi ona şəhid statusu verilməsi üçün əsas ola bilməz. Göründüyü kimi normativ hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr N008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar