Məhkəmə qərarları › İş №2-1(120)-3249/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3249/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3249/2024 28.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “erməni hərbi təxribatı nəticəsində həlak olmuş, xx.xx.1964-cü il doğum tarixli mərhum həyat yoldaşı X6 şəhidlik statusunun, ona isə şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “erməni hərbi təxribatı nəticəsində həlak olmuş, xx.xx.1964-cü il doğum tarixli mərhum həyat yoldaşı X6 şəhidlik statusunun, ona isə şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-ci ildə erməni silahı qüvvələrinin tərəfindən atılan mina partlayışı nəticəsində xəsarət almış mərhum həyat yoldaşı Füzuli rayon Qazaxlar kənd sakini X9 xəsarət almış və aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Onun ölüm faktı xx.xx.2023-ci il tarixli AZ-İİ- 362988 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiqlənir. Ona (mülki) şəhid ailəsi statusunun, mərhum həyat yoldaşı X6 isə mülki şəhid statusunun verilməsi üçün Füzuli Rayon İcra Hakimiyyətinə (FRİH) müraciət etmişdir. Müraciətinə cavab olaraq FRİH-nin xx.xx.2024-cü il tarixli 5-43/2-M-42-429/2024 nömrəli məktubu ilə şəhid ailəsi statusunun verilməsindən imtina edilmişdir. Hesab edir ki, FRİH-nin xx.xx.2024-cü il tarixli 5-43/2-M-42- 429/2024 nömrəli imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiqlənmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" Şəhid və şəhid ailəsi statusunun verilməsi haqqında 4.1-ci bəndində qeyd edilir ki, “Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Ərizəyə əlavə edilmiş xx.xx.2023-ci il tarixli AZ-İİ- 362988 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, mərhum həyat yoldaşı X9 döyüş əməliyyatı nəticəsində aldığı mərmi zərbələrindən vəfat etmişdir. Hesab edir ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş, xx.xx.1964-ci il doğum tarixli mərhum həyat yoldaşı X6 şəhid statusunun, ona isə şəhid ailəsi statusunun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın mümkünlüyü: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. Həmçinin, iddia tələbi iddaya cavab verməli olan inzibati orqana qarşı yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 5-43/2-M-42-429/2024 nömrəli məktubla müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iş materiallarında olan sübutları,dəlilləri, tərəflərin izahatını obyektiv və qanuni şəkildə araşdıraraq hesab edir ki, iddia mahiyyət etibarı ilə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı əri X3 mülki şəhid olması, iddiaçıya isə şəhid ailəsi satatusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan; xx.xx.2006-cı il tarixli, Seriya AA № 130046 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi koçkün olmuşdur. xx.xx.1987-ci il tarixli, İV-ЖГ 297889 nömrəli Nikahın bağlanması həqqında Şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı arasında xx.xx.1986-cı ildə rəsmi nikah akt qeydi bağlanmışdır. Füzuli Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-43/2- M-42-429/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum həyat yoldaşınız X4 mina partlaması nəticəsində ölümünə görə “mülki Şəhid”, ailə üzvülərinə isə “Şəhid ailəsi” statusunun verilməsi üçün Füzuli Rayon İcra Hakimiyyəti başçısına ünvanladığınız müraciətə hüquq şöbəsində baxılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Füzuli rayon Qazaxlar kənd sakini mərhum Oktay Alışov 01 may 2023-ci il tarixdə döyüş əməliyyatları dayandırıldıqdan sonra, erməni silahlı qüvvələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanununun 1.2.4-cü bəndinə əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara “mülki Şəhid" satusu verilir. Qeyd olunanlara əsaslanaraq bildirirəm ki, müraciətiniz üzrə 01 may 2023-ci il tarixdə vəfat etmiş həyat yoldaşınız X7 “mülki Şəhid", ailə üzvülərinə isə “Şəhid ailəsi” statusunun verilməsi mümkün deyil. Əlavə olaraq bildirirəm ki, sizin aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz var. xx.xx.2023-cü il tarixli, AZ-İİ № 362988 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 hərbi əməliyyat dayandırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə ölmüşdür. Füzuli Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5- 43/2-542/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Füzuli Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək mərhum həyat yoldaşı X4 mina partlaması nəticəsində həlak olduğunu mərhum Oktay Alışova “mülki Şəhid”, ailə üzvülərinə isə “Şəhid ailəsi” statusunun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Füzuli rayon Qazaxlar kənd sakini mərhum Oktay Alışov 01 may 2023-ci il tarixdə döyüş əməliyyatları dayandırıldıqdan sonra, erməni silahlı qüvvələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində aldığı xəsarətlərdən həlak olmuşdur. Bildirir ki, X1 ölüm faktı ilə əlaqədar Cəbrayıl rayon prokurorluğunda araşdırılan 51C-23 nömrəli materiallar əsasında, Azərbaycan Respublikası CM-nin 100.2, 116.0.1, 116.0.7, 116.0.10, 120.2.1, 120.2.4 və 120.2.12 maddələri ilə ********* nömrəli cinayət işi açılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qaydaların 1.2.4-cü bəndinə əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara “mülki Şəhid" satusu verilir. X1 ölüm erməni silahlı qüvvələrinin hücumu və ya artileriya zərbəsi ilə əlaqədar olmadığı üçün ona şəhid statusu ailə üzvülərinə isə şəhid ailəsi statusu verilməmişdir. Azərbaycan Respublikasi Cavabdeh Başçısının Əhmədalılar Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Füzuli rayon Qazaxlar kənd sakini xx.xx.1964-cü il doğum tarixli mərhum Oktay Alışov 01 may 2023-ci il tarixdə döyüş əməliyyatları dayandırıldıqdan sonra, erməni silahlı qüvvələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində aldığı xəsarətlərdən həlak olmuşdur. X1 ölüm faktı ilə əlacədar Cəbrayıl rayon prokurorluğunda araşdırılan 51C-23 nömrəli materiallar əsasnda, Azərbaycan Respublikası CM-nin 100.2, 116.0.1, 116.0.7, 116.0.10, 120.2.1, 120.2.4 və 120.2.12 maddələri ilə ********* nömrəli cinayət işi açılmışdır. Füzuli Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5- 43/2-730/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ermənistan Silahlı Qüvvələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının işğal altında saxlanılmış ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər tərəfindən mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edərək müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara və orada yaşayan mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə qəsdən ümumi təhlükəli üsulla Azərbaycan Respublikasının vətəndaşlarını öldürmək, yəni onları həyatdan məhrum etmək məqsədilə işğal altında saxladıqları müddətdə Füzuli rayonunun Horadiz kəndinə minalar basdırılmış, nəticədə 01 may 2023-cü il tarixdə, saat 18 radələrində 03 iyun 1964-cü il təvəllüdlü, Füzuli rayonu, Qazaxlar kənd sakini X2 rayonu Horadiz kəndi ərazisində yerləşən otlaq sahəsində özünə məxsus heyvanları otaran zaman minik vasitə kimi istifadə etdiyi atın üzərində hərəkətdə olarkən “TM-57” tank əleyhinə minaya düşərək hadisə yerində ölmüşdür. X1 ölüm faktı ilə əlaqədar Cəbrayıl rayon prokurorluğunda araşdırılan 51C-23 nömrəli materiallar əsasında, Azərbaycan Respublikası CM-nin 100.2, 116.0.1, 116.0.7, 116.0.10, 120.2.1, 120.2.4 və 120.2.12 maddələri ilə ********* nömrəli cinayət işi açılmışdır. 1700 8 0196 04072023 nömrəli Ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1964-cü il doğum tarixli X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür. (hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələr) Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Göründüyü kimi normativ hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər,dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Məhkəmə qeyd edir ki, işin araşdırılması zamanı inzibati orqanın təqdim etdiyi məktublarda və mərhum X3 adına verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ № 362988 nömrəli ölüm haqqında şəhadətnamədə onun “hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələr”dən vəfat etdiyi göstərilmişdir. Bununla yanaşı, Əhmədalılar kənd icra nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 5- 43-14/2-327/2024 nömrəli məktubda X4 01 may 2023-ci il tarixdə döyüş əməliyyatları dayandırıldıqdan sonra, erməni silahlı qüvvələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində aldığı xəsarətlərdən həlak olması göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. X4 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçıya onun tələb etdiyi mərhum həyat yoldaşına “mülki şəhid”, ona isə “şəhid ailəsi üzvü” statusu və vəsiqəni vermək öhdəliyi müəyyən edilmir. «İnzibati icraat haqqında» Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “erməni hərbi təxribatı nəticəsində həlak olmuş, xx.xx.1964-cü il doğum tarixli mərhum həyat yoldaşı X6 şəhidlik statusunun, ona isə şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “erməni hərbi təxribatı nəticəsində həlak olmuş, xx.xx.1964-cü il doğum tarixli mərhum həyat yoldaşı X6 şəhidlik statusunun, ona isə şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar