Məhkəmə qərarları › İş №2-1(120)-325/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-325/2022

05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-325/2022 05.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı oğlunun, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Müdafiə Nazirinin 0210rt nömrəli, xx.xx.2020ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması » tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: t ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə büdcə idarəsinə qarşı “təqaüdün artırılması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1681/2022 nömrəli qərardadı ilə iddia ərizəsi üzrə iddiaçının olduğu kimi saxlanılaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qəbul edilməsi, iddia tələbinə “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Müdafiə Nazirinin 0210rt nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı dаvаm еtdirilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia ərizəsinə uyğun izzahat verərək bildirmişdir ki, o, xx.xx.1977-ci il təvəllüdlüdür Türkiyə Respublikasının Kara Hab Hərbi okulunu 2001-ci ildə bitirmişdir. 2002-ci ildə Azərbaycana qayıtmış və Yevlax rayonu Aran qəsəbəsi N nömrəli hərbi hissədə moto atıcı tağım komandiri vəzifəsində xidmətə başlamışdır. Goranboy rayonu 157-nömrəli hərbi hissədə xidmətini davam etmişdir. Oradan Ağdam rayonu 190-nömrəli hərbi hissədə bölük komandiri olmuş. Gəncə şəhəri 130-nömrəli hərbi hissədə işini davam etmişdir. Təyinatını Tovuz rayonu N nömrəli hərbi hissədə bölük komandirinin müavini vəzifəsini vermişlər. Yenidən təyinatla onu Ağdam rayonu N saylı hərbi hissədə bölük komandirinin müavini vəzifəsinə təyin etmişlər. 2019 noyabr ayında Bölük komandirinin müavini vəzifəsindən ordu sıralarından 22 il əmək faliyyətindən penisiyaya buraxılmışdır. 2020-ci ildə 28 sentyabr tarixində Salyan rayon Hərbi Kamisarlığından hərbi xidmətə çağrış üzrə səfərbərlik və çağırış idarəsi tərəfindən 2ci Qarabağ müharibəsinə çağırılmışdır. N nömrəli hərbi hissənin nəzdində Fizuli , Xocavənd döyüşlərində iştirak etmiş xidmətinə görə Müdafiə Nazirliyinin əmri ilə Mayor Rütbəsi və Tabor Komandirinin şəxsi heyyətlə iş üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda aldığı rütbənin və vəzifənin əmək təqaüdünə heçbir artımı əlavəsi olmamışdır. Bu barədə Müdafiə Nazirliyinə müraciəti olmuşdur lakin heç bir müsbət nəticəsi alınmamışdır. Ona 8/291 saylı imtina cavabı verilmişdir. O, ailəlidir 4 uşaq atasıdır. İddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında 3-cü şəxsin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: Məhkəmə iddiaçını və üçüncü şəxsin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1977-ci ildir, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatdadır. - İş materiallarına əlavə edilmiş N nömrəli Hərbi Hissə komandirinin 26 noyabr 2019-cu il tarixli, 342 nömrəli əmrindən çıxarışından görünür ki, Kapitan İddiaçı, N nömrəli hərbi hissənin 2-ci taborun 6-cı bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (hərbi qulluqçunun öz arzusu ilə) və 164-cü mddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 08 noyabr 2019-cu il tarixli 0866 nömrəli əmri ilə hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, 26 noyabr 2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinə göndərilsin. Kapitan İddiaçı 2019-cu ilin yanvaroktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiqdir. Kapitan İddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəzifə və rütbə maaşlarının 2 (iki) misli miqdarında birdəfəlik pul müavinəti verilsin. Kapitan İddiaçı 2019-cu il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2019-cu ilin növbəti məzuniyyətindən tam istifadə edib, məzuniyyət pulu ödənilib. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 8/251 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə müvafiq olaraq hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Bu səbəbdən də, tərəfimizdən tərtib edilmiş MN-12663 nömrəli 13 dekabr 2019-cu il tarixli "Məlumat vərəqi” əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən daha öncə İddiaçı təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə tərəfimizdən yeni “Məlumat vərəqi”nin adı çəkilən quruma təqdim edilməsi qanuna müvafiq deyil. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, Qədirov İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialınin xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, Salyan rayonu Çuxanlı kəndində qeydiyyatda olan İddiaçı 6 saylı regional ərazi filialından pensiya və müavinət almır. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 8/935 nömrəli məktubuna əsasən, ehtiyatda olan kapitan İddiaçı şəxsi işindən xidmət dəftərçəsinin, xidmətdə olduğu sonuncu hərbi hissənin şəxsi heyətinin siyahısından silinməsi haqqında nizami hissə üzrə əmrdən çıxarışının, İddiaçı Müdafiə Nazirliyinin xətti ilə yaşa (xidmət illərinə) görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan “Məlumat vərəqi”nin, habelə ona N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş “Pul attestatı”nın (Forma №207) təsdiq edilmiş kserosurətləri ünvanınıza göndərilir. Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Sosial təminat və pensiya şöbəsində saxlanılan İddiaçı məxsus 1 -ci nüsxə şəxsi işində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən elan olunmuş qismən səfərbərlik əsasında onun 15 oktyabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək Silahlı Qüvvələrdə təkrar xidməti barədə, habelə Müdafiə nazirinin 021 Ort nömrəli 17 dekabr 2020-ci il tarixli əmri ilə İddiaçı növbəti “mayor" hərbi rütbəsini verilməsi barədə hər hansı bir təsdiqedici sənəd (əmrdən çıxarışlar) mövcüd deyil. Bu səbəbdən də, qeyd etdiyimiz təsdiqedici sənədlərin əldə olunması məqsədi ilə Sizə aidiyəti üzrə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin Kadrlar İdarəsinə müraciət etməyiniz məsləhət görülür. Bundan başqa bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə müvafiq olaraq hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2021 -ci il tarixli 314 nömrəli Qərarına əsasən qeyd etdiyimiz kateqoriyadan olan şəxslərə dair yenilənmiş “Məlumat vərəqi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmir. Yuxarıda qeyd olunanlara istinad olaraq hesab edirik ki, İddiaçı daha öncə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə tərəfimizdən adına yeni “Məlumat vərəqi" tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi qanuna müvafiq deyil. - İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 704 saylı məktubundan görünür ki, xidməti zərurətlə əlaqədar, 1977-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı Şaxalı oğlunun şəxsi işinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İddiaçının xidməti dəftərçəsinin surətinə əsasən, İddiaçı Şaxalı oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0121 nömrəli xx.xx.2015-ci il tarixli və 0126 nömrəli xx.xx.2015-ci il tarixli əmrlərinə əsasən göstərilən hərbi xidmət müddəti pensiya təminatı zamanı 1 ay hərbi xidmət müddəti 2 ay hərbi xidmət müddəti kimi hesablanır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 365 saylı əmrindən çıxarışa əsasən, mayor İddiaçı hərbi hissənin 2-ci motoatıcı tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini, Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2020-ci il tarixli 2310 nömrəli sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi durmaq üçün SHXÇDX-nin Salyan Rayon Şöbəsinə göndərilmişdir. Mayor İddiaçı 2020-ci ilin oktyabr-dekabr aylarındakı xidmətə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik mükafatı tam həcmdə ödənilməsi, İddiaçı 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 1 aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib. - İş materiallarına əlavə edilmiş EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1977-ci ildə Salyan rayonunda anadan olmuş Ali Hərbi təhsilli İddiaçı Şaxalı oğlu xx.xx.1997-ci ildə Salyan rayonundan hərbi xidmətə çağırılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işləmişdir. Müdafiə Nazirinin 0210rt nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi almışdır. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/4790 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən ehtiyatda olan mayor X4 xx.xx.1997-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan ordusunda həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2019-cu il tarixli müvafiq əmrinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinnə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq sərəncamına əsasən ehtiyatda olan mayor X4 xx.xx.2020-ci il tarixdə təkrar həqiqi hərbi xidmətə çağırılaraq müvafiq vəzifəyə təyin olunmuş və Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmrinə əsasən səfərbərlikdən tərxis edilmişdir. X1 Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə “mayor” hərbi rütbəsi verilmişdir. - İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 448 saylı arayışından görünür ki, 1977-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı həqiqətən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, müharibə dövründə hərbi xidmət keçmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri əsasında səfərbərlikdən tərxis edilmişdir. - İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdən "xxxx" ASC-də işləyir. - İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 041/22 nömrəli arayışından görünür ki, X4 xx.xx.2021-ci il tarixindən "xxxx" ASC-də işləyir. Hal-hazırda İnsan Resursları üzrə mütəxəssiz tabelçi vəzifəsində çalışır və əmək haqqısı 920 manat təşkil edir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 8/4864 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyini, xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və müdafiə nazirinin 021 Orta nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati işə baxılır. İddiaçı tərəfindən iddia ərizəsində, xx.xx.1977-ci ildə anadan olduğunu, Türkiyə Respublikasının Kara Hab Hərbi okulunu 2001 -ci ildə bitirdiyini, 2002-ci ildə N nömrəli hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində hərbi xidmətə başladığını, 157,190,130 və N nömrəli hərbi hissələrdə həqiqi hərbi hərbi xidmət etdiyini, 2019-cu ilin noyabr ayında bölük komandirinin müavini vəzifəsindən ordu sıralarından 22-il əmək faliyyətindən pensiya buraxıldığın, 28 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən 2-ci Qarabağ müharibəsinə çağrıldığını, N nömrəli hərbi hissənin nəzdində Füzuli, Xocavənd döyüşlərində iştirak etdiyini, xidmətinə görə müdafiə nazirinin əmri ilə “mayor” hərbi rütbəsini və tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində təyin olunduğunu aldığı rütbənin və vəzifəsinin əmək təqaüdünə heç bir artım əlavəsi olmadığını göstərərək məhkəmədən “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyini, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və müdafiə nazirinin 021 Ort nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı 1997-ci ildən 2019-cu ilədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, 1902-ci motoatıcı taborun (N nömrəli hərbi hissə) motoatıcı bölük komandirinin şəxsi heyətlə işi üzrə müavini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasında “qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən göndərilmiş kapitan İddiaçı Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzivəsinə təyin edilmiş, müdafiə nazirinin 021 Orta nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi verilmiş və “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olarar Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmrilə iddiaçı səfərbərlikdən tərxis edilərək qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının 17 fevral 2022-ci il tarixli **********8 nömrəli iddiaya münasibət məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə büdcə İdarəsinə qarşı “təqaüdün artırılması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2021 -ci il tarixli 2-1(120)-1681/2021 nömrəli qərardadı ilə iddiaçı olduğu kimi saxlanılmış, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qəbul edilmiş, iddia tələbinə “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü moto-atıcı komandirinin şəxsi heyəti üzrə müavini » vəzifəsində işlədiyi dövrləri və Azərbaycan Respublikası müdafiə nazirinin 0210rt nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 06 dekabr 2021 -ci il tarixli 2-1 (120)-1681/2021 nömrəli məktubuna əsasən iddiaya qarşı öz münasibətimizi yazılı şəkildə təqdim edirik. Məlumat üçün bildiririk ki, İddiaçı İdarəyə xx.xx.2019-cu ildə daxil olmuş xx.xx.2019-cu il tarixli ərizəsi əsasında ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli ********** nömrəli Qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019- cu il tarixli MN-12663 nömrəli Məlumat vərəqi əsasında (1101.5 manat təminat xərcliyi) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsi əsas götürülməklə xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin - edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Qaydaların 6-cı bəndinə əsasən əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. Həmin Qaydaların 9-cu bəndinə əsasən Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat ' xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. “Əmək pensiyaları haqqında Qanunun 37.3.1 -ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarına əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci « maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Yuxarıda qeyd olunan akt və normaların əlaqəli təhlilindən məlum olduğu kimi, ilk dəfə xx.xx.2019-cu il tarixdə tərxis edilən və xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin edilən iddiaçıya xx.xx.2020-ci il tarixdən 10.11 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü moto- atıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Azərbaycan Respublikası müdafiə nazirinin 021 Ort nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədilə yeni Məlumat vərəqinin təqdim edilməsi və həmin Məlumat vərəqi əsasında" pensiyasının yendən hesablanması mümkün deyildir. Həmçinin iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən (iddiaçının hazırda qüvvədə olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi vardır) yaxud pensiya təyin olunduğu gündən (27.11 2019-cu il) sonra 6 il və daha çox işləmədiyindən on təyin edilmiş əmək pensiyasının yenidən hesablanması hazırda mümkün deyildir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən qeyd olunanları nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçı 2019-cu ilin noyabr ayında Bölük komandirinin müavini vəzifəsindən ordu sıralarından 22 il əmək faliyyətindən penisiyaya buraxılmışdır. 2020-ci ildə 28 sentyabr tarixində Salyan rayon Hərbi Kamisarlığından hərbi xidmətə çağırış üzrə səfərbərlik və çağırış idarəsi tərəfindən 2-ci Qarabağ müharibəsinə çağırılmışdır. N nömrəli hərbi hissənin nəzdində Fizuli, Xocavənd döyüşlərində iştirak etmiş xidmətinə görə Müdafiə Nazirliyinin əmri ilə Mayor Rütbəsi və Tabor Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda aldığı rütbənin və vəzifənin əmək təqaüdünə heç bir artımı əlavəsi olmamışdır. Müdafiə Nazirinin 0210rt nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Qaydaların 9-cu bəndinə əsasən Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-ci maddəsinə əsasən, hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən, hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər; 28-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətin növlərini müddətli həqiqi hərbi xidmət, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti, müddətdən artıq həqiqi hərbi xidmət, gizirlərin və miçmanların həqiqi hərbi xidməti, zabitlərin həqiqi hərbi xidməti. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 41-ci maddəsinə əsasən, hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir. Həmin Əsasnamənin 42-ci maddəsinə əsasən, “hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. İnzibati işin icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2280 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixində kapitan hərbi rütbəsində qismən səfərbərliyə cəlb edilərək aidiyyəti hərbi hissəyə təhvil verilmişdir. ”Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənini 197-ci maddəsinə müvafiq olarq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 01426 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Azərbaycan Republikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 01426 nömrəli əmri ilə İddiaçı mayor hərbi rütbəsi verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/4790 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən ehtiyatda olan mayor X4 xx.xx.1997-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan ordusunda həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2019-cu il tarixli müvafiq əmrinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinnə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq sərəncamına əsasən ehtiyatda olan mayor X4 xx.xx.2020-ci il tarixdə təkrar həqiqi hərbi xidmətə çağırılaraq müvafiq vəzifəyə təyin olunmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmrinə əsasən səfərbərlikdən tərxis edilmişdir. X1 Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə “mayor” hərbi rütbəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası müdalının vəsiqəsinin surətinə əsasən, o, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, iddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra səfərbərliklə əlaqədar hərbi hissəyə cəlb edilmiş, döyüşlərdə iştirak etmiş, “mayor” hərbi rütbəsi almış və nəhayət “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçının qismən səfərbərlik zamanı orduya cəlb olunduğu dövr onun hərbi xidmət illəri kimi nəzərə alınmışdır. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının ehtiyatda olan zabit kimi iradəsindən asılı olmayan səbəblərdən yenidən orduya cəlb olunması, döyüşlərdə zabit kimi iştirak etməsi və sonradan tərxis olunması halı onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması üçün əsasdır. Məhkəmə eyni zamanda qeyd edir ki, yuxarıda (tətbiq edilən hüquq bölməsində) istinad olunan normalara və digər hərbi qanunvericilik aktlarına əsasən hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən, hərbi qulluqçuların təqaüdə çıxarkən təminat xərcliyinin (pul təminatının) həddini onların hərbi xidmətdən buraxıldığı günə aldıqları məbləğlə şərtləndirildiyindən, iddiaçının xx.xx.2020-ci il tarixdə 01426 saylı əmrlə xidmətdən buraxıldığı gün onun “mayor” hərbi rütbəsinə və 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsinə uyğun almadığı əmək haqqı və digər əlavələr onun təminat xərcliyində qeyd edilərək pensiya təyin edilməsi üçün göndərilmədiyinə görə, iddiaçı barəsində bəhs edilən normaların tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Müdafiə Nazirinin 0210rt nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxs kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin 3-cü motoatıcı komandirinin şəxsi heyəti üzrə müavini vəzifəsində işlədiyi dövrləri və Müdafiə Nazirinin 0210rt nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Mayor” hərbi rütbəsi aldığını nəzərə alaraq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar